INSULTUN PROFILAKTIKASI ÜÇÜN NƏ ETMƏLİ
VƏ NƏ ETMƏMƏLİ
Hal-hazırkı dovrdə ölümlərin yarıdan çoxunun
səbəbi ürək-damar xəstəlikləridir; habelə bu hal
elə bil ki, insanların sağlamlığının normal, qüvvəsinin
çiçəkləndiyi bir vaxtda qəflətən onları məhf edir.
ÜST-nin məlumatına görə dünyanın yaşlı əhalisinin
arasında ölümün səbəbinə görə ürək və onkoloji
xəstəliklərdən sonra insult üçüncü yer tutur.
Insultun ən çox yayılmış səbəbi nəzarət olunmayan
arterial hipertoniyadır. Sizi mütləq baş ağrıları,
vaxtaşırı olan təngənəfəslik, burun qanaxmaları,
artmış yorğunluq, qulaqlarda səs, zəiflik kimi
narahatçılıqlar təlaşa salmalıdır. Daha bir risk
faktoru beyin arteriyalarının aterosklerozudur.
Damarlar zaman keçdikcə öz elastikliyini itirir,
zəifliyir, kövrəkləşir, onların divarlarında qanın
tərkibindəki artıq xolesterin hesabına çöküntülər,
yığıntılar yaranır. Ürək damarlarında ciddi dəyişiklik
olduqda miokard infarktı, beyini qidalandıran
damarlar zədələndikdə isə- insult inkişaf edə
bilər.
Çox vaxt elə olur ki, hipertoniya və ateroskleroz
hər ikisi birlikdə olur, işemik insult isə onlarin
nəticəsində yaranır.
Damarlar yüksək təzyiqə dözmək qabiliyyətlərini
itirirlər. Qan onların divarlarından tənzifdən
keçən kimi sızıb keçməyə başlayır-və bu artıq
işemik insultdur. Nəticə isə çox acinacaqlı olur:
letal nəticədən tutmuş tam və ya hissəvi iflicə
qədər. Əgər əvvəllər insult ən çox yaşlı insalarda
rast gəlinirdisə, hal-hazırda onun qurbanı 30-40
yaşlı insanlar da olurlar. Çox vaxt bu onlarin
öz etinasizlığından yaranır, belə ki,təzyiq azaciq-150-160-
a qədər yüksəlir, digər simptomlar olan başgicəllənmə,
tez yorulma, baş ağrısını isə xəstəlikdən başqa
nə ilə desən əlaqələndirirlər, məsələn gərgin
iş qrafiki ilə. Yaxınlaşan insultun ilk qaranquşları
hipertonik krizlərdir ki, bu zaman baş ağrısı,
ürək bulanma, göz qarşısında nöqtələr əmələ gəlir.
Belə hallarda insan mütləq həkimə müraciət etməlidir.
Indi isə insultun profilaktikasindan danışmaq
vaxtıdır. Xəstəliyin risk faktorları arasında
korreksiya oluna bilən, yəni insanin təsir edə
biləcəyi faktorlar vardır:
-AT-ə nəzarət etmək lazımdır(o 140/90 mm. c.
s. yuxarı olmalı deyil., diabetli xəstələrdə isə
130/80 mm. c. s. artıq olmamalıdır)
- əgər sizdə diabet varsa, karbohidrat mübadiləsinin
kompensassiyasına nail olmaısınız;
-çəkinizi nəzarətdə saxlamalısınız, fiziki aktivliyinizi
inkişaf etdirməlisiniz;
-heyvani yağların və duzun üstünlük təşkil etdiyi
qeyri düzgün qidalanmadan və həmçinin alkaqoldan
imtina etməlisiniz;
-əgər Siz siqaret çəkirsinizsə onu təcili tullamalısiniz;
Lakin təssüf ki, bir neçə korreksiya olunmayan
da faktorlar vardır:
-ailə anamnezi, yəni pis irsiyyət:əgər sizin
qohumlarınızdan ana tərəfdən 65 yaşa qədər, ata
tərəfdən isə 55 yaşa qədər insult keçirən olubsa,
onda sizdə insultun inkişaf riski əhəmiyyətli
dərəcədə artır;
-yaş: kişilərdə insultun inkişaf riski 55 yaşdan
sonra, qadinlarda isə 65 yaşdan sonra yüksəlir.
Aşkar olunub ki, arterial təzyiq eyni olduqda,
yaşlı insanlarda insult riski orta yaşlılara nisbətən
10 dəfə yüksək olur.
-cinsiyyət; kişilər qadınlara nisbətən daha çox
xəstələnir.
Individual riski yalnız həkim təyin edə bilər.
Öz sağlamlığınız və uzunömürlülüyünüz naminə
mubarizəni həyat tərzindən başlamaq lazımdır.
Əlbəttə onu kardinal sürətdə dəyişmək asan deyildir,
lakin inanın ki, bunu etməyə dəyər. İşemik insultların
profilaktikasının müvəffəvəqiyyətinin rəhni hər
şeydən əvvəl ,xəstənin özünün düzgün davranışıdır.
Çox vaxt insanlar həddindən çox fiziki əməyin
qurbanı olurlar. Həyat yani sahədə həddindən çox
güc sərf etmək bəzən sağlamlığın itirilməsinə
səbəb olur. Ona görə də yaz, yay aylarında insult
və infarktların sayı artır. Həm də əgər xəstənin
təzyiqi yüksəkdirsə,isti havada işləmək ona əks
göstərişdir. Həmçinin yay aylarında hipertoniklər
üçün uzun müddət günəş vannası qəbul etmək əks-
göstərişdir. Butun gun ərzində qızmar günəş altında
olmağın nəticəısi çox vaxt hipertonik kriz olur
ki, bu da çox vaxt işemik insultla qurtarır.
Ehtiyyat tədbirləri çox sadədir:
- günəş vannasını səhər və axşam saatlarında
qəbul edin, saat birdən beşə kimi günəşli yerə
çıxmayın;
Geriyə