Kələm nəyə görə xeyirlidir

Belə bir məsəl var: ”Əgər tez-tez kələm yesəniz,
heç vaxt qocalmarsiz”.
Məsəl boş yerdən yaranmamışdır. Adi baş kələm
əsil vitaminlər, mikroelementlər xəzinəsidir və
onu müalicə vasitəsi kimi tam şəkildə istifadə
etmək olar. Onda istənilən qədər faydalı maddələr---şəkər,
zülallar,yağlar, selluloza, fermentlər, bir çox
mikroelementlər kompleksi(məsələn ürək əzələsinin
qidalanmasında böyük rolu olan çoxlu kali), üzvü
turşular və fitonsidlər,mineral duzlar, baktrrosid
təsirli lizosim, həmçinin qeyri adi miqdarda çoxlu
vitamilər—vitamin C(limon və apelsinin tərkibindəkindən
çox), P, B1, B2, B3,K, B..., yara xəstəliyinə
qarşı vitamin U vardır. O mədənin selikli qişasının
müqavimətini artırır, yara artıq əmələ gəlibsə
toxumaların regenerassiyasıni və sağalmanın tezləşməsini
sürətləndirir. Bundan başqa vitaminU bir çox dəri
xəstəlıklərində; ekzemada, psoriazda, neyrodermitdə
qeyri adi dərəcədə effektlidir.Kali duzlarının
yüksək miqdarına görə kələm böyrək xəstəliklərində
faydalıdır. Aterosklerozdan əziyyət çəkənlərə
pektin birləşmələri lazımdır ki, onlar da kələmdə
vardır. Onlar xolesterini xaric etməyə kömək edir.Öd
kisəsinin xəstəliklərində kələm şirəsi ödün sekressiyasını
gücləndirir. Bundan başqa şirə qara ciyərə, həmçinin
hepatitlərin bütün tiplərində yaxşı təsir göstərir.
Mədə-bağırsaq sisteminin xəstəliklərində müntəzəm
olaraq yarım stəkan isti, yeməkdən qabaq kələm
şirəsi içmək məsləhətdir: ağrılar, ürək bulanma,
qıcqırma, qusma şəfalı içginin təsirindən geri
çəkiləcəkdir. Nəhayət, kələm arıqlamaq üçün əvəzedilməz
vasitədir. Onun yarpaqlarında karbohidratların
yağa çevrilməsinə mane olan tartron turşusu vardir.
Bundan başqa o yağın qarın nahiyəsındən, buddan,
həmçinin toplandığı digər yerlərdən artığının
çıxmasını stimullaşdırır.
Geriyə