XOLESTERİN HAQQINDA
Bu yağa bənzər maddə olub, qara ciyər hüceyrələri
tərəfindən az miqdarda hazırlanır, lakin bu az
miqdar bütün hüceyrə qişalarının yaradılmasına,
öd turşuların, hormonların və D vitamininin əmələ
gəlməsinə bəs edir.lakin qida ilə xolesterinin
artiq miqdarda daxil olması, onu faydalı maddədən
bir nömrəli düşmənə cevrilir. Damarların daxili
divarlarında, xüsusi ilə də ürək və beyin damarlarında
yığıntı şəklində toplanaraq ateroskleroza səbəb
olur. Buradan da ürəyin işemik xəstəlikləri:stenokardiya,
infarkt və beyin qan dovranının pozulması- insulta
qədər meydana çıxır.
Xolesterin 3 cür olur: 1. Ümmümi xolesterin –
normada qanda 5mmol/l olur.
2. Xolesterin lipoprotein aşağı sıxlıqlı(XLAS)
- qanda miqdarı 3mmol/l-dən artıq olmur. 3. Xolesterin
lipoprotein yüksək sıxlıqlı(XLYS) – qanda 1 mmol/l-dən
yüksək olur. XLAS “pis” xolesterinə aiddir, beləki
onun artiqlığı atereskleroza gətirib çıxarır.
“Yaxşı” xolesterin isə “pis” xolesterini tutur
və qandan təmizləyir və beləliklə sklerotik yığıntıların
yaranmasına mane olur. Burada belə bir sadə asılılıq
yaranır ki, yəni qanda “yaxşı” xolesterin nə qədər
yüksək, “pis” xolesterin isə aşağıdırsa orqanizm
o qədər sağlamdır. Infarkt və ya insult kecirtmiş,
həmçinin şəkərli diabet, stenokardiya, aşağı ətrafların
ateresklerozu ilə xəstə olan insanlarda qanda
ümmümi xolesterinin miqdarı 4,5 mmol/l-dən yüksək
olmamalı, XLAS – 2,6 mmol/l, XLYS 1 mmol/l-dən
yüksək olmalıdır. Qanda xolesterinin artıqlığı
uzun müddət klinik özünü biruzə vermir, ona görə
də ateresklerozun erkən profilaktikasını keçirtmək
vacibdir. Odur ki 20 yaşdan sonra hər bir insan
qanda xolesterini yoxlatmalı aşağıdakiları qaydalara
əməl etməlidir:
1. İldə bir dəfə, lazım olduqda isə 2-3 dəfə xolesterinin
səviyyəsini yoxlatmalıdır. Bu imkan verər ki,
onun səviyyəsini azaltmaq üçün tədbirlər görsün
və ateresklerozun ciddi ağırlaşmalarını 30-40%
azaltsın.
2. Tərkibində yüksək miqdarda xolesterin olan
ərzaq məhsullarını – yağlı ət və həmcinin belə
ət məhsullarını, qara ciyər, beyin, böyrəklər,
yumurta sarısı, kərə yağı, yağlı pendirlər və
süd məhsulları,krevetlər istifadə etməsinlər.
Duzun sutkaliq miqdarını 6 qr qədər azaldılsın.
3. Qida rasionunda günəbaxan, zeytun, qarğıdalı,
soya yağlarının istifadə artırılsın,həmcinin skumbriya,
sardinya,lasos, siyənək balıqlarının rasiona daxil
edilməsi çox faydalıdır.
4. Bağırsaq traktının təmizləyiciləri olan və
tərkibində qida lifləri olan alma, dəniz və gül
kələmi, noxud, paxla qəbul etmək lazımdır. Bir
gündə 30 qr qida lifləri istifadə etmək lazımdır.
Yer kökündə, cugundurda, ərik və şaftalıda pektin
maddələri var ki, onlarda “pis” xolesterini tutur
və xaric edir.
5. Fiziki fəaliyyət zamanı XLAS sərf olunur, ürək
məşq edir, beyin qan dövranı güclənir. Özünüzü
gücünüz fiziki fəaliyyətə öyrədin və həftədə 2-3
dəfə ən azı 30-40 dəqiqədən az olmayaraq fiziki
fəaliyyətlə məşqul olun. Statik fiziki yükdən
qacın.
6. Hipertoniyaya nəzarət edin və vaxtında onu
müalicə eləyin, qan təzyiqinin səviyyəsi 140/90
mm.c.s yuxarı qalxmamalıdır.
7. Şəkərli diabeti korreksiya etməyi yaddan cıxarmayın.
8. Cəkinizə nəzarət edin. Əgər kişilərdə bel nahiyyəsində
gövdənin dairəsi 102 sm-dən, qadınlarda isə 88sm-dən
çoxdursa bu piylənməni göstərir və müalicə tələb
edir.
9. Siqaret cekməyin! Spirtli ickilər, o cümlədən
pivə icməyinYuxarida göstərilənlərə dəqiq əməl
edilməsinə baxmayaraq,”pis” xolesterinin sə-
viyyəsi enmirsə, onda həkimə müraciət etmək, qanda
xolesterinin miqdarını normallaşdıran preparatlar
qəbul etmək lazimdır. Lakin yadda saxlamaq lazımdır
ki,hipolipidemik preparatları qısa müddət qəbul
etmək elə bir effekt vermir, və onlarıuzun müddət
və ya ömürlük qəbul etmək lazımdır.
Fitoterapiya köməkçi vasitə olub, “ pis” xolesterini
qanda aşağı salır, “ yaxşı“
xolesterinin isə miqdarını artırır. Bu məqsədlə
tozağacı tumurcuqlarından, soğandan, sarımsaqdan,
günəbaxandan, itburnundan, feyxoadan, avokadodan,
çöl və üçrəngli bənüvşədən istifadə edirlər. Xolesterini
dəniz kələmı,avokado, feyxoa aşağı salır.
Sarımsaqdan tinktura düzəldin. İri bir baş sarimsağı
əzin, 15 qr təzə nanə və qurumuş limon qabıgı
əlavə edin, üzərinə 200 qr araq və ya 100qr tibbi
spirt tökün.
Tinktura bir həftədən sonra hazır olacaqdır, 1
çay qaşığı yeməkdən qabaq gündə 3 dəfı iki aylıq
kurslarla qəbul etmık lazımdır. Eyni üsulla soğandan
da tinktura hazırlamaq olar. Tibbi spirtdən hazırlanmış
tinktyuranı işlətməzdən əvvəl 1: 1nisbətində durulaşdırmaq
lazımdır.
Bağırsaqdan xolesterinin çıxmasına qara gavalıdan,
dəniz kələmindən, sarımsaqdan, feyxoadan, cəfəridən
hazırlanmış və günəbaxan yağı əlavə edilmiş salatlar
kömək edir.
Ahil və qoca yaşlarda öz sağlamlığınıza görə əzab
çəkməmək üçün, aterosklerozun erkən profilaktikasına
başlayın
Geriyə