
Artiq çəki
Hələ 10 il bundan qabaq artıq çəkini həkimlər
daha çox xarici görünüşün kosmetik defektinə aid
edirdiler. İndi isə ÜST piylənməni maddələr mübadiləsinin
xronniki xəstəlikləri kateqoriyasına aid edirlər.
Hətta onun dəqiq beynəlxalq tərifi də verilmişdir:
“ Piylənmə , piyin artıq yığılması ilə xarakterizə
olunan, diqər system və orqanların ciddi ağirlaşmasına
gətirib çixaran xroniki xəstəlikdir”. Bu gun dunyada
1.7 milyard insan piylənmədən əziyyət çəkir. Narahatçılığa
səbəb olan tibbi proqnozlara görə, 2025-ci ildə
kişilərin 40%-i və qadinların 50%-i dünyada piylənmədən
əziyyət çəkəcəklər.14 yaşa qədər hər il artiq
çəkili uşaqların sayı 7% artır.
Artıq çəki nələrə səbəb ola bilər?
2-ci tip şəkərli diabet- onu elə belədə adlandirilar-“
köklərin diabeti” .
Onunla adətən orta yaşda, 40 və yuxarı yaşlarda
xəstələnirlər. Əsas risk faktoru köklükdür. Mədə
altı vəz insulin hazirlayir, lakin mübadilə pozğunluğu
səbəbindən qlükoza hüceyrələrə daxil ola bilmir
və qanda toplanır. Onda qanın tərkibindəki şəkər
yüksəlir və diabet əlamətləri əmələ gəlir. Britaniya
alimləri hesablayıblar ki, orta hesabla kök diabetiklər
öz sağlam həmyaşıdlarından 8-10 il az yaşayırlar.
Varikoz. Artıq çəkidə venoz axin çətinləşir
ki, buda 90% halda venalarınvarikoz genişlənməsinə
səbəb olur. Ayaqlara, piy mübadiləsinin pozulması
ilə əlaqədar həddindən artıq yukün duşməsi və
qanın qatılaşması dərin venaların trombozu riskini
bir neçə dəfə artırır. Ağ ciyər arterialarının
tromboemboliasından tələf olan insanların 60%-i
piylənməsi olanlardir.
Oynaq xəstəlikləri. Biz hərəkət edərkən ayağın
dayaq oynaqlarına və fəqərəyə bədən çəkisinin
4 misli qədər ağırlıq düşür. Muvafiq olaraq, insanin
çəkisi nə qədər artiq olarsa, onun oynaqlarının
amartizassiya xüsusiyyətləri bir o qədər tez sıradan
çıxır- artroz inkişaf edir(qığırdaq toxuması dağılır).Həmçinin
fəqərə sütununa da düşən ağırlıq artır və fəqərə
arası yirtığın əmələ gəlmə riski artir.
Hipertoniya. Artıq çəkili insanların 90%-i hipertonikdir.
Həm də nəzərə almaq lazımdır ki,onlarin 60%-i
təzyiqlə əlaqədar problemləri artıq 40 yaşa qədər
qazanırlar. 10kq artıq çəki infarkt və insult
riskini 6 dəfə artırır! Çəkinin 5 kq azaldılması
isə arterial təzyiqin 10 mm.c. s enməsinə səbəb
olur(hətta dərmansız).
Cinsi problemlər. Cəkisi 15 kq artıq olan qadinlarda
reproduktiv funksiya zəifləyir,hamiləliyin gedişi
çətinləşir,doğum zamani ürək və böyrəklər tərəfindən
agırlaşma riski yüksəlir.Kök kişilərdə spermanın
keyfiyyəti aşağı düşür, kiçik çanaq orqanlarında-prostatda
və böyrəklərdə durğunluq əlamətləri əmələ gəlir.
Gəlin kalorini hesablayaq
Genetik müxtəliflik uzun illər qida rasionunun
tamamilə eyni olmasına baxmayaraq bəzi primatlara
qamətli qalmağa, digərlərini isə çəki yığmağa
”məcbur” edir. Dietalogiya sahəsində bu yeni tədqiqatların
təfsilatı bu yaxınlarda dərc olunmuşdur. Kök və
iri meymunların qidasının kaloriliyi 25% azaldıldı
və onlar arıqladılar. Lakin bu məhdudiyyıtlər
götürüləndən sonra, onlar tezliklə öz əvvəlki
çəkilərini bərpa etdilər. Bu zaman onların dietada
nə qədər müddətdə-2 ay vəya 2 il olmağının heç
bir rolu olmamışdır. Yeni tədqiqatlar nəticəsində
alimlər belə hesab edirlər ki, insanlar(xüsusi
ilə köklüyə meylli və köklər) öz dietalarına bütün
ömürləri boyu diqqət yetirməlıdirlər. “Qədi-qamətli
olmağın yolu- daim sayıq olmaqdır”-amerika elmi
assosiassiyasında öz tədqiqatlarının nəticələri
haqqında çıxış edən Xansen belə məsləhət görür.
Xansen 300 makaka- rezuslarda qidanın kaloriliyini
məhdudlaşdırdıqda alınan effekti tədqiq etmişdir.
Alimin gəldiyi nəticə çox sadə və aydındlr: kaloriliyin
azaldılması yalnız uzun müddədli olduqda öz səmərəsini
göstərir. Uzun müddət standart qida rasionundan
30% az qida verilən meymunlar 30 il yaşayıblar.
Müqayisə üçün demək lazımdır ki, onların orta
ömrü 23 il təşkil edir. Öz qohumlarına nisbətən
çəkisi az olan meymunlara diabetdən, hipertoniyadan,
yüksək xolesterindən və artı çəki ilə əlaqədar
digər xəstəliklərdən qurtulmaq nəsib olur ki,
bu da onların ömrünü uzadır.
Geriyə