Yağlı qida

Kaliforniya və San-Dieqo Universitetinin alimləri
təyin ediblər ki, insanın yağiı qida qəbul etməsi
ilə şəkərli diabetin əmələ gəlməsi arasında qarşılıqlı
əlaqə vardır. Xəstəliyin əmələ gəlməsi siçanlar
üzərində diqqətlə öyrənildi, alınan nəticələr
müqayisə olundu və alimlər eyni mexanizmlərin
insana da aid olması nəticəsinə gəldilər. Təcrübələrin
nəticəsinə əsasən , yağlı qida insulinin yaranmasında
iştirak edən ferment hasilini blokirovka edir.
Təcrübə prosesində tədqiqatçılar əmin oldular
ki,siçanlara verilən qidanın kaloriliyi və yağları
artırıldıqda ferment hazırlanması azalır. Uzun
müddət yağli qidadan istifadə diabetin əmələ gəlməsinin
səbəbi ola bilər. Lakin insanın dietası optimaldırsa
və orada yağlar əsas yer tutmursa, onda diabet
qorxulu deyildir. Hal-hazırda yalnız Britaniyada
bu qorxulu xəstəlikdən 2 milyon insan əsiyyət
çəkir. Bunlarin da 1,7 milyonu 2-ci tip diabetdir
ki, onlar üçün də bədən çəkisinin artıqlığı xarakterikdir.
Geriyə