SAĞLAMLIĞI SAXLAMAQ ÜÇÜN
10 ƏN FAYDALI ƏRZAQ
Düzgün qidalanma insana qoca yaşda
da gənc qalmağa kömək edər. İnsan yaşlaşdıqda,
sağlamlığını saxlamaq üçün az qida qəbul etməli,
lakin qəbul etdiyi qidada coxlu qidalı maddələr
olmalıdır. Sağlamlığı qorumaq üçün düzgün qidalanmaya
əməl etmək lazımdır. Düzgün qidalanmaq istəyənlər
üçün The Daily Mirror qəzeti 10 ən faydalı ərzaqın
siyahısını dərc etmişdir.
1.Qəhvəyi düyü
Çoxları karbohidratları az yeməyə
çalışırlar, çünki ümumi fikirə görə insan onlardan
kökəlir. Lakin onlar ümumi energetik səviyyəni
saxlamaq üçün çox vacibdirlər. Qabıqlı yarmalardan
hazırlanmış ərzaqları yaddan çıxarmayın: bura
tərkibində coxlu liflər olan qəhvəyi düyü, çörək,
kaşalar aiddir. Bu xəlesterinin səviyyəsini aşağı
salmağa kömək edər, ürək-damar xəstəlikləri, düz
bağırsağın xərçəngi, öd kisəsində daş əmələ gəlmə,
diabet və piylənmə riskini azaldır, həmçinin yaşlaşdıqca
aktivliyi azalan bağırsaqların sağlamlığı üçün
həyati vacibdir.
2. Toyuq yumurtası
Toyuq yumurtası haqqında çox vaxt
pis fikir söyləyirlər, lakin onlar gözləri kataraktadan
qoruyan zülal lüteyinin mənbəyidirlər. Tədqiqatlar
güman etməyə əsas verir ki, onlar tromb əmələ
gəlməsinin qarşısını alaraq, infarkt və insult
riskini azaldırlar. Bu yaxınlarda aparılmış tədqiqatların
məlumatlarına görə, həftə ərzində 6 ədəd yumurta
yemək süd vəzisi xərçəngi riskini 44% azaldır.
Artıq dietoloqlar belə deyirlər ki, gündə 1-2
ədəd yumurta qanda xolesterini artırmır, belə
ki, orqanizm xolesterini yumurtanın da aid olduğu
xolesterinlə zəngin ərzaqlardan almır, özü doymuş
yağlardan yaradır.
3. Süd
Yaşlaşdıqca bizim kalsiyə təlabatımız
artır, ona görə də gündəlik rasionumuza kalsi
ilə zəngin ərzaqların daxil edilməsi vacibdir.
Yağsız inək südü sağlamlıq üçün çox faydalıdır.
O, osteoparozun profilaktikası və sümüklər üçün
lazım olan kalsi ilə zəngindir. Hər gün 2 stəkan
yağsız süd vəya qatıq için və kalsi ilə zəngin
meyvələri rasionunuza daxil edin.
4. İspanaq
Bu ərzaqda qidalı maddələr istənilən
digər ərzaqlara nisbətən coxdur. O dəmir, vitamin
A, C, K mənbəyidir, həmçinin infarkt və insultdan
qorunmağa kömək edən antioksidantlarla zəngindir.
Ispanaq düz bağırsağın xərçəngindən, osteoparozdan
və artritdən müdafiə edir. Yumurtadakı kimi o,
gözlər üçün faydalı olan lütein ilə zəngindir,
belə ki, səhər yeməyinə ispanaq ilə yumurta yeyin.
5. Banan
Təkcə bir ədəd sarı meyvənin tərkibində
467 mq kali vardır ki, bu da əzələlərin(xüsusi
ilə də ürək əzələsinin) güclü və sağlam qalması
üçün lazımdır. O həmçinin arterial təzyiqin aşağı
düşməsinə kömək edir. Bananlar həmçinin ürək-damar
xəstəliklərinin qarçısını alan liflərlə zəngindir,
turşuluğu neytrallaşdırır ki, bu da qıcqırmanın
müalicəsində faydalıdır. Kalinin mənbəyi həm də
mərci, sardina və qaysıdır.
6. Toyuq əti
Bu ən faydalı ətdir. Yağı az olan
döş ətindən istifadə edin və dərini soyun. Bundan
başqa toyuq əti zulallarla zəngindir və sümüklərin
kütləsinin azalmasının qarşısını alır. O həmçinin
xərçəngin qarşısını alan selenin və enerjini yüksəldən,
beyinin işini gücləndirən B vitaminləri mənbəyidir.
7. Qızıl balıq əti
О xolesterinin səviyyəsini aşağı
salan, xərçəngin bir neçe növündən qoruyan və
tromb əmələ gəlməsinin qarşısını alan omega-3
yağlar qrupu ilə zəngindir. Tədqiqatlar göstərir
ki, qızıl balıq əti depressiv halı yüngülləşdirir
və yaddaşın itməsinin qarşısını alır. Onun tərkibində
nikotin turşusu da vardır ki, bəzi məlumatlara
görə Alsqeymer xəstəliyindən müdafiə edir. Həftədə
3 dəfə konservləşdirilmlş və ya təzə qızıl balıq
əti yeyin. Omega-3 yağlar qrupu həmçinin qozların
da tərkibində vardır.
8. Qaragilə
Bu kiçik möcüzəli meyvədə kaıori
azdır, lakin qidalı maddələr çoxdur. Qaragilədə
antioksidantlar vardır ki, kataraktanın, qlaukomanın,
venaların genişlənməsinin, babasilin, mədə yarasının,
ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını
almağa kömək edir. Qaragilə insultdan sonra beyin
fəaliyyətinin pozğunluğunun azalmasına kömək edir
və qida traktının iltuhabını azaldır, mədə pozğunluğunu
yaxşılaşdırır
9. Otlar
Yaşlaşdıqca bizim dad bilməmiz
kütləşir və yeməyi dada gətirmək üçün ən asan
yol ona duz əlavə etməkdir. Lakin duz arterial
təzyiqi artıtır, ən yaxşısı yeməyə otların və
ədviyyatın əlavə edilməsidir. Təzə otların dadı
daha güclüdür, lakin rahatlıq üçün mətbəxdə quru
ot assortimentinin olması əlverişlidir.
10. Sarımsaq
Kiçik bir baş sarımsağın çox böyük
üstünlükləri vardır. Sarımsaq xərçəngin və ürək-damar
xəstəliklərinin qarşısını almağa kömək edir, insult
rtiskini azaldır. O həmçinin iltihab əlehinə təsirə
malik oub, artiritlərdə ağrı və şişin azalmasına
kömək edir. O diabetlər üçün də faydalıdır. Əgər
siz onun iyinə dözə bilmirsinizsə, onda sarımsaq
kapsullarından istifadə edin.
Qəzet həmçinin uzaqlaşmağın lazım
olduğu 4 ərzaqın da siyahısını dərc etmişdir:
1.Şirniyyatlar – onlarda kalorinin
çox, faydalı maddələrin olmaması bizi artıq çəki
yığmağa vadar edir. Şəkərin istifadəsini məhdudlaşdırın
və ya ondan imtina edin.
2.Duz – o təzyiqi qaldırır.
3.Spirtli içgilər – gündə 50 qr-dan
artıq içməyin, onda çoxlu kalori vardır və vitaminlərin
orqanizm tərəfindən mənimsənilməsinə mane olur.
Ən yaxşı və sağlam variant qırmızı şərabdır.
4.Doymuş yağlar –onlar ətdə,
pendirdə, toyuq dərisində,və dondurmada olur.Onlar
xolesrerinin səviyyəsini qaldırır və çəkinin artmasına
səbəb olur.
Geriyə