Yediyimiz ən zərərli qidalar (təhlükəlı
ərzaqların siyahısı)
Qeyri düzgün qidlanma bir başa ürək xəstəliklərinə,
piylənməyə, mədə- bağırsaq traktının xəstəliklərinə
aparıb çıxarır.
Yağlı qida çəkinin artmasına gətirib çıxarır.
Tərkibində çoxlu miqdarda qida əvəzediciləri və
rəngləyicilər olan qidaların bolluğu tədricən
orqanizmi zəhərləyir, lakin həm də alışmaya səbəb
olur. Bişmiş qida doyma hissini kütləşdirir. Qaba
bitki mənşəli qida həzm sisteminin işini stimullaşdırır.
Ona görə də gündəlik qida rasionunu elə təşkil
etmək lazımdır ki, onun tərkibində bacardıqca
çox çiy meyvə və tərəvəz olsun.
Zərərli ərzaqların siyahısı:
1. Çeynənən konfetlər, pastila, «meybonlar»,
«çupa-çupsı». Onların tərkibində küllü miqdarda
şəkərlər, kimyəvi əlavələr, rəngləyicilər, qida
əvəzediciləri və s. vardır.
2. Həm kartof, həm də qarğıdalı çipsiləri- orqanizm
üıün çox zərərlidirlər. Çipsilər rəngləyicilərin
və dad əvəzedicilərinin qişasında karbohidratlarla
yağların qarışığından başqa bir şey deyildir.
Həmçinin kartofel-frinin yeyilməsi də yaxşı heç
nə vəd etmir.
3. Şirin qazlı ickilər şəkərlərin, kimyəvi maddələrin
və qazların qarışığıdır – bu isə orqanizmdə zərərli
maddələrin tez yayılması üçündür. Məsələn Coca-cola
içkisi ərp və pası təmizləmək üçün ən yaxşı vasitədir.Qazlı
şirin içkilərin tərkibindəki şəkərin miqdarının
yüksək konsentrassiyası çox ziyanlıdır, belə ki,
1 stakan suda həll olunmuş 4-5 çay qaşığı şəkər
tozuna ekvivalentdir. Odur ki, siz qazlı su ilə
susuzluğunuzu yatızdırdıqdan 5 dəqiqə sonra yenə
də maye içmək istəyirsiniz.
4. Şokolad batonları. Bu giqant miqdarda kalorinin
kimyəvi əlavələr, genetik modifikassiyalaşmış
məhsullar, rəngləyicilər və aromatizatorlarla
birləşməsindən ibarətdir.
5. Sosislər və kolbasalar. Ətli delikateslər
ən zərərli ərzaqlardan biri olaraq qalırlar. Onlar
tərkibində gizli yağlar adlanan (donuz dərisi,
salo, iç piyləri)və aromatizatorlar və dad əvəzediciləri
ilə pərdələnən yağlara malikdirlər. Bir çox ət
məhsulları istehsalçıları transgenlərdən istifadə
edirdilər. Belə ki, kolbasaların, sardelkakarın,sosislərin
80%(!) transgen soyadan ibarətdir.
6. Yağlı ət damarlarda xolesterin yığıntılarının
əmələ gəlməsinə səbəb olur ki, bu da orqanizmin
qocalmasını sürətləndirir və ürək damar xəstəliklərinin
yaranmasına gətirib çıxarır.
7. Mayonez. Mayonez çox kalorili ərzaqdır, bundan
başqa onun tərkibində çoxlu miqdarda yağlar və
karbohidratlar vardır, həmçinin rəngləyicilər,
şirinlik verən maddələrə, qida əvəzedicilərinə
və s. malikdir. Zərərli ərzaqlara yalnız mayonez
yox, həmçinin ketçup, müxtəlif souslar və ədviyyalar
da aiddir.Təəssüf ki, bunların da tərkibində rəngləyicilər,
dad əvəzediciləri, gen- modifikassiyalı ərzaqlar
az deyildir.
8. Tez hazırlanan əriştə. Bu şübhəsiz orqanizmə
ziyanlı olan kimyəvi maddələrlə zəngindir.
9. Duz. Duz təzyiqi qaldırır, orqanizmin duz-turşu
balansını pozur, toksinlərin toplanmasına imkan
yaradır. Əgər ondan imtina edə bilmirsinizsə,
onda çalışın onun istifadəsini minimuma endirəsiniz.
10.Alkoqol. hətta ən kiçik miqdarda belə vitaminlərin
mənimsənilməsinə mane olur. Bundan əlavə alkoqol
özlüyündə çox kalorilidir.
Geriyə