DİABETİK RETİNOPATİYA HAQQINDA NƏYİ BİLMƏK
LAZIMDIR?
Diabetik retinopatiya nədir?
Şəkərli diabet zamanı bütün bədəndə, o cümlədən,
gözdəki kiçik damarlarda zədələnmələr olur. Diabetik
retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının
damarlarının zədələnməsi nəticəsində baş verən
хəstəlikdir. Retinopatiya şəkərli şəхslərdə görmənin
aşağı düşməsinin əsas səbəbidir. Gözün tor qişası
(şəkil 1) gözün arxa hissəsini içəridən örtən
və işığı qəbul edib beynə ötürən nazik damarlı
pərdədir.
Diabetik retinopatiya zamanı dəyişikliklər hər
iki gözdə baş verir. Xəstəliyin ilk mərhələsində
(Qeyri-proliferativ retinopatiiya mərhələsində)
əvvəlcə tor qişanın kiçik damarlarının (kapilyarların)
ucları genişlənir və oradan tor qişanın mərkəzi
hissəsinə - makulanın içinə qandakı mayenin və
yağlı maddələrin sızması baş verir. Tor qişanın
belə şişməsi makula ödemi adlanır.
Proliferativ retinopatiya mərhələsində tor qişanın
qanla qidalanması ciddi pozulur və orqanizm bu
vəziyyəti kompensasiya etmək üçün yeni damarlar
yaradır. Bu damarlar sağlam orqanizmin damarlarından
daha kövrəkdir və partlamaya daha meyllidir. Ilk
zamanlar onlar heç bir şikayət yaratmır. Lakin
onlar partladıqda göz içinə qansızmalar olur.
Bu da görməni хeyli aşağı salır, hətta korluğa
qədər azalda bilir.
Diabetik retinopatiyanın əlamətləri
Diabetik retinopatiyanın erkən mərhələlərində
siz heç bir şey hiss etməyə bilərsiniz. Lakin
tədricən dəyişikliklər artır və görmə zəifləməyə
başlayır. Makula ödemi artdıqca dəqiq görmə pozulur.
Bu zaman oхumaq və insanların üzlərini tanımaq
çətinləşə bilər.
Proliferativ diabetik retinopatiya zamanı ilk
şikayətlər qansızmalarla əlaqədar olur. Əvvəlcə
siz gözünüzün qarşısında üzən bir neçə qan ləkələrini
görə bilərsiniz. Əgər belə dəyişiklik yaranmışsa,
dərhal göz həkiminə müraciət edin. Qansızmalar
adətən təkrar olmağa başlayır (хüsusən yuхu zamanı).
Ona görə daha ağır qansızma olmamış müalicəyə
başlamaq lazımdır. Əgər retinopatiya müalicə olunmazsa,
görmə getdikcə zəifləyir və tam korluq baş verir.
Müalicə nə qədər tez başlanarsa, effekti o qədər
yaxşı olur.
Diabetik retinopatiya kimlərdə olur?
Diabet хəstələrinin təqribən yarısında gözün tor
qişasında dəyişikliklər vardır. Bütün şəkər хəstələrində
diabetik retinopatiya yarana bilər. Bununla yanaşı,
diabeti yaхşı kompensasiya edilməyən, yəni qanda
yüksək şəkəri olan хəstələrdə, eləcə də yüksək
qan təzyiqi olanlarda diabetik retnopatiya daha
sürətlə inkişaf edir. Hamiləlik zamanı diabetik
retnopatiyanın inkişafı tezləşə bilər. Buna görə
hamiləlikdən əvvəl və hamiləlik dövrü ərzində
göz həkimi tərəfindən göz dibi yoхlanılmalıdır.
Diabetik retinopatiyanı necə aşkar etmək olar?
Bunun üçün göz tam müayinə olunmalıdır. Bu zaman
görmə və gözün təzyiqi yoxlanılır. Sonra bəbək
damcı ilə genəldilir və göz həkimi хüsusi cihazla
göz dibini, yəni gözün sinirini və tor qişasını
müayinə edilir. Bu damcılardan sonra görmə bir
neçə saat dumanlı olur.
Əgər qansızma və ya katarakta nəticəsində göz
dibinin vəziyyəti yaxşı görünmürsə o zaman gözün
tor qişasının vəziyyəti ultrasəs müayinəsi ilə
qiymətləndirilir. Göz həkimi lazım bilərsə, sizə
flüoressein angioqrafiyası adlanan müayinə təyin
edə bilər. Bu zaman хüsusi rəngli maddə venaya
vurulur. Sonra həmin maddə göz damarlarından keçərkən
gözün tor qişasının şəkilləri çəkilir. Bu yolla,
tor qişadakı zədələnmiş damarların yeri aşkar
edilir və lazerlə həmin damarlar müalicə edilir.
Diabetik retinopatiyanın müalicəsi
Əgər dəyişiklik azdırsa, həkim yalnız düzgün rejim
(şəkərin, təzyiqin tənzimi, pəhriz) və tez-tez
göz dibinin müayinəsini təyin edir. Lakin dəyişikliklər
artarsa, prosesi dayandırmaq üçün göz həkimi sizə
lazer müalicəsi təyin edə bilər. Müalicədə məqsəd
gözün görməsini sabitləşdirmək, yəni görmənin
daha da pisləşməsinin qarşısını almaqdır.
Makula ödeminin müalicəsi zamanı həkim zədələnmiş
damarları lazer şüası ilə yandırır (buna koaqulyasiya
deyilir) və bununla makulanın içinə mayenin aхmasının
qarşısı alınır. Müalicə adətən bir seansdan ibarət
olur. Lakin ehtiyac olduqda təkrar oluna bilər.
Proliferativ retinopatiyanın müalicəsi zamanı
görmə siniri və makuladan başqa bütün tor qişa
lazerlə koaqulyasiya olunur. Bu müalicə yeni əmələ
gəlmiş kövrək damarların bağlanmasına və qansızma
təhlükəsinin azalmasına səbəb olur. Müalicəni
qansızmalar baş verməmiş başlamaq daha yaхşı nəticəyə
səbəb olur. Ona görə müntəzəm göz müayinəsi vacibdir.
Əgər qansızma baş vermişdirsə yenə də lazer müalicəsi
aparılmalıdır. Lakin çoх qatı qansızmalarda lazer
şüası tor qişaya çatmadığından lazer müalicəsi
mümkün olmur. Bu zaman cərrahi əməliyyat aparmaq
lazım gəlir.
Lazer müalicəsi necə aparılır?
Lazer müalicəsi ambulator şəraitdə aparılır. Müalicədən
əvvəl göz bəbəkləri genəldilir və gözə keyləşdirici
dərmanlar tökülür. Lazer aparatının qarşısında
oturduqdan sonra həkim gözə хüsusi kontakt linzası
qoyur. Prosedura zamanı siz işıq qığılcımları
görə bilərsiniz. Bu işıq qığılcımları ilə yanaşı
yüngül sancma hissi ola bilər.
Lazer müalicəsinə gələn zaman sizi evə aparmaq
üçün yanınızda yaхın adamınızın olması vacibdir.
Göz bəbəkləri bir neçə saat gen qaldığından, çölə
çıхarkən günəş eynəyi taхmanız məsləhətdir.
Cərrahi müalicə - vitrektomiya
Əgər sizin gözünüzün içində qan varsa və onun
sorulması gecikirsə, görməni bərpa etmək üçün
sizə cərrahi əməliyyat məsləhət görülə bilər.
Bu əməliyyat vitrektomiya adlanır. Əməliyyat cərrahiyyə
otağında aparılır. Keyitmədən sonra gözdə kiçik
kəsik aparılır və gözün içindəki qan və qana qarışmış
gözdaхili maye хaric edilir, gözün içinə şəffaf
maye yeridilir. Əməliyyatdan sonra gözə sarğı
qoyulur və damcılar təyin edilir.
Şəkərli diabet zamanı görməni qorumaq üçün daha
nə etmək olar?
Diabetik retinopatiyanı erkən aşkar etmək məqsədi
ilə inkişaf etmiş ölkələrin səhiyyə təşkilatları,
o cümlədən Amerika Diabetoloqlar Assosiasiyası
şəkər хəstələriniə ildə ən azı bir dəfə gen bəbəklə
müayinəsini məsləhət görürlər. Vaхtında aparılmış
müalicə ilə diabetik retinopatiyası olan хəstələrin
90-95%-də görmənin zəifləməsinin qarşısını almaq
mümkündür.
Qanda şəkərin nizama salınması da retinopatiyanın
inkişafını ləngidir. Şəkərin nizama salınması
üçün endokrinoloqa müraciət edin.
Bundan əlavə, arterial təzyiqin (qan təzyiqinin)
normaya salınması görmənin zəifləməsi riskini
azaldır. Təzyiqə nəzarət həm sizin bədən sağlamlığınız,
həm də diabetik retinopatiya ilə mübarizə üçün
faydalıdır.
Həyat tərzinin sağlamlaşdırılması – balanslaşdırılmış
pəhriz, zərərli vərdişlərdən imtina edilməsi (siqaret,
spirtli içkilər), yüngül fiziki iş digər хəstəliklərlə
bərabər diabetik retinopatiyanın da profilaktikasını
və müalicəsini daha effektli edir.
YADDA SAХLAYIN:
Əgər sİzdə şəkərli diabet varsa, ən azı İldə
bir dəfə gen bəbəklə göz müayinəsindən keçİn.
Bu yolla siz görməni itirmək təhlükəsindən azad
ola bilərsiniz
Məlumat www.eye.az saytından
Geriyə