İnsulin pompası
İnsulin pompası nədir?
İnsulin pompası – bu balaca, batareya ilə işləyən,
diabetli xəstələrin qanına insulin yeridən, mədəaltı
vəzin funksiyasını yerinə yetirən cihazdır. Pompa
insulinin orqanizmə daim daxil olmasını təmin
etmək üçün nəzərdə tutulmuşdur və qlükozanın səviyyəsini
normada saxlamaq üçün, orqanizmın insulinə olan
təlabatından asılı olaraq pasient özü bu cihazda
dozanı nizamlamalıdır.
İnsulin pompası neçə işləyir
Pompa kartridj/flakondan rezervuara yığılan insulini
pasientin orqanizminə göndərir, rezervuar isə
pompanın korpusunun arxa divarındaki boşluğa yerləşdirlir.
Rezervuar nazik plastik borucuqla insulini pasientin
orqanizminə göndərən kateterlə birləşdirilir.İnsulin
kateterin axrınçı hissəsi olan nazik,elastik kanyula
vasitəsilə xüsusi gurğunun- serterin hesabına
tamamilə agrısız dərialtı- piy toxumasına yeridilir.
Çox vaxt kateterin kanyulasını qarın nahiyəsinin
dərisinə bərkidirlər.İnsulin işləndikçə xəstələr
müstəqil olaraq rezervuarı təzəsi ilə əvəz edir
və həmçinin hər 2-3 gündən bir kateteri dəyişirlər.
Pompa asan proqramlaşdırılır və avtomatik olaraq
orqanizmin təyin olunmuş düzgün doza ilə təmin
edir (bazal doza),buda yemək arası və gecə qlükozanın
səviyyəsini normada qalmasına kömək edir. Müalicə
həkiminin köməyi ilə pasient bazal dozanın onun
orqanizminə lazım olan müəyyən parametrlərini
düzəldə bilər.Pasient həmcinin onun fiziki aktivliyinin
dərəcəsindən və qəbul etdiyi qidadan asılı olaraq
çox asan yeridilən insulinin dozasını dəyişə bilər.
Pompa insulinterapiyası sadə işləyir.Pompanın
işinin prinsipi – qlükozanın səviyyəsini yemək
qəbulundan sonra, yemək arası fasilələrdə və yuxu
zamanı normada saxlamaq üçün orqanizmin təbii
funksiyası olan, insulinlə qanı müntəzzəm təmin
etməkdən ibarətdir.
Pompa qlükozanın səviyyəsinə “ciddi nəzarətə”
nail olmağa kömək edir
Pompanın köməyi ilə diabetli xəstələr yeridilən
insulinin dozasının qlükozanın səviyyəsini normada
saxlamaq üçün dəyişə bilərlər. Bu ciddi ağırlaşmalar
törədə bilən hiperglikemiyanın əmələ gəlməsini
qarşısını alır, həmcinin sağlamlıq üçün çox təhlükəli
ola bilən, xüsusi ilə də gecə vaxtı baş verə biləcək
hipoqlikemiyanın da qarşısını alır.
İnsulin pompası fasiləsiz olaraq orqanizmi çox
dəqiq lazım olan dozada insulinlə təmin edərək
mədəaltı vəzin funksiyasını maksimal dəqiq realizə
edir. Normal fəaliyyət göstərən mədəaltı vəzi
hər 12-14 dəqiqədən bir qana insulin göndərir.Pompada
həmçinin xəstənin fərdi tələbatlarından asılı
olaraq müxtəlif bazal dozaları təyin etməklə,
müntəzzəm olaraq orqanizmi insulinlə təmin edir.
Pompa dəqiq və səhfsiz işləyir.İnsulin pompası
insulini 0,1 və 0,05 vahid dəqiqliyinə qədər göndərir.
Belə dəqiqlik çox saylı inyeksiyalarla müalicədə
mümkün deyildir.
Pompadan istifadə edərək siz öz həyatınızı sərbəst
yaşaya bilərsiniz. Ənənəvi üsullarla müaliçə olunan
və ciddi gün rejiminə əməl etməyə məcbur olan
şəkərli diabetli xəstələrdən fərqli olaraq, pompa
insulinterapiyasına keçənlər ciddi qida qəbulu
və fiziki fəaliyyət qrafikindən azaddırlar. Öz
tələbatlarından və ya qəbul etdikləri qidadan
asılı olaraq xəstə özü müstəqil insulinin dozasını
elə dəyişə bilər ki, qlükozanın səviyyəsi normada
qalsın.
İnsulin pompasından necə istifadə etməli
İnsulin pompası i nsulinin fasiləsiz rejimlə
yeridilməsi üçün nəzərdə tutulmuşdur.İnsulin flakon/kartridjdən
rezervuara yığılır, oradan kateterin borucuğu
ilə plastırla dəriyə fiksasiya olunan kanyula
vasitəsi ilə dəri altına batırmaqla (serter) dəri
altı toxumaya yeridilir.
Geriyə