Normal qidalanma haqqında 8 qayda
Normal qidanma qaydaları barədə yüzlərlə məsləhətlər
verilir. Min illərin təcrübəsi göstərir ki, bizim
mətbəximizdə işlədilən qidaların mütləq əksəriyyəti
orqanizm üçün faydalıdır.
Əgər belə olmasaydı, təbii seçmə qanununa və
təcrübəyə görə həmin qidaların əksəriyyəti gün-dəlik
menyudan çoxdan çıxarılmış olardı. ümumiyyətlə,
hansı qidanı yeyib-yeməmək nisbi anlayışdır. Bəzi
xalqların imtina etdiyi qida növlərini, digər
xalqlar yeyir, yaxud əksinə.
1. Bacardıqca çoxlu tərəvəz yeyin
Bu məsləhət ilk baxışda əksər adamlar tərəfindən
qəbul edilir. Tərəvəzdə çoxlu vitaminlər var.
Həzm prosesində tərəvəz köməkçi vasitədir. Tərəvəzin
kaloriliyi azdır, ona görə asan həzm olunur, iştah
gətirir, təzyiqi normallaşdırır. Bir amili nəzərə
almaq vacibdir ki, mədə-bağırsaq sistemində pozuntu
olan adamların çoxlu miqdarda tərəvəz yeməsi,
problem yaradır. çoxlu tərəvəz yeyilməsi kəskin
arıqlamaya səbəb ola bilər. Eyni növ tərəvəzin
mütəmadi olaraq qəbul edilməsi, qanazlığına səbəb
olur. Ən yaxşı qanyaradıcının heyvan mənşəli qidalar
olduğu hamıya bəllidir.
2. Yağlı yeməklərdən imtina edin
Yağlı və piyli heyvan mənşəli qidaları menyunuzdan
kənarlaşdırın (piyli ət, sosiska, kolbasa). Bu
qidalar orqanizmdə xolesterinin miqdarını kəskin
artırır, ürək-damar sisteminin fəaliyyətinə mane
olur, qan təzyiqi yüksəlir, damarlar kirəcləşir.
Digər tərəfdən, yağlı maddələrdən imtina etmək,
A və E vitaminlərindən imtina demək olardı. A
vitamini boy artımı, gözün görmə qabiliyyətinin
normada olmasının əsas bazasıdır. E vitamini nəsl
törədəndir və dərinin təravətini və gözəlliyini
saxlayan əvəzedilməz maddədir.
Məsələ ondadır ki, A və E vitaminləri yağlarda
həll olan vitaminlər qrupuna daxildir. Deməli,
yağın iştirakı olmadan bədən onları qəbul edərək
həzm edə bilməz. Bir də bədəndə yağ turşularının
çatışmazlığı baş vrerəndə, adam özü də istəmədən
şəkərə meylli olur. Nəticədə həddən artıq kökəlmə
baş verir.
3. Bitki yağlarından istifadə faydalıdır
Bitki yağları ürək üçün faydalıdır. çünki bitki
mənşəli yağlarda xolesterin olmur. Bitki yağları
həddən artıq kökəlmənin qarşısını alır, gözün
görmə qabiyyətinə müs-bət təsir edir və bədənin
immunitetini artırır. Hər gün 20 qram heyvan mənşəli
yağ yemək olar. çünki, bir çox vitamin və zülallar
yalnız heyvan məşəli yağlarda olur.
4. Karbohidratlardan imtina edin
Karbohidratlar orqanizm üçün əsas enerji mənbəyi
sayılır. Amma onun həddən artıq qəbul edilməsi
piylənməyə səbəb ola bilər. Ona görə şəkər, un
məhsulları və şirin yeməklərdən müm-kün qədər
az istifadə etmək məsləhətdir.
5. Həftədə 3 yumurtadan artıq yeməyin
Yumurta qidalı yemək növü sayılır. Yumurta sarısında
təzə ətdə olanın yarısı qədər xolesterin var.
Həm də yumurtada xolesterini parçalayan lesitin
maddəsi də vardır ki, həmin maddə xolesterini
dağıda bilir. Yumurtanı gecələr yemək məsləhət
görülmür. Yumurtadakı xolesterinin orqanizmə mənfi
təsirini azaltmaq mümkündür. Ona görə də yumurtanın
qızardılaraq, yağ və qatıqla yeyilməsi həzm prosesini
asanlaşdırır. Ahıl, az hərəkətdə olan, allergiyaya
meyyli insanların müm-kün qədər yumurta yeməmələri
məsləhətdir.
Gənc, aktiv və idmanla məşğul olan adamların
tez-tez yumurta yeməsi faydalıdır. çünki yumurtanın
tərkibində insan orqanizmi üçün lazım olan zülallar,
manqan, dəmir, mis, kalsium və kobalt vardır.
Bundan başqa, yumurta qanazlığına qarşı effektiv
vasitədir. Həm də sinir sisteminin fosforla qidalanmasının
mənbəyi yumurta hesab edilir.
6. Dəniz məhsullarını istədiyiniz qədər yeyin
Dəniz məhsulları çox faydalıdır. Onların tərkibində
yod, zülallar, A və D vitaminləri yetərincədir.
Dəniz məsulları (balıqlar) qan damarlarında kirəcləşmənin
qarşısını alır. Bu məhsullardan tez-tez istifadə
edənlər gözlərinin görmə qabiliyyətindən və yaddaşdan
nadir hallarda şikayətlənirlər.
7.Xörək duzu
Bu qidadan tamamilə imtina etməyin. Sadəcə duzdan
istifadəni bacardıqca azaldın. Hipertoniya xəstəliyinin
daşıyıcılarına duzlu yemək qəti olmaz. Duzdan
tam imtina mədə şirəsinin həlletmə qabiliyyətini
azalda bilər. Həm də xörək duzu qanda həmişə müəyyən
miqdarda olmalıdır. Amma bu o demək deyil ki,
istənilən yemək duzla yeyiməlidir.
8. Spirtli içkiləri tərgidin
Spirtli içkilər orqanizmi zəhərləyir və yorur.
Spirtli içki baş beyinin fəaliyyətini tormozlayır,
sərbəst hərəkət və dü-şünmə qabiliyyətinin qismən
itirilməsinə səbəb olur. Spirtli içkilər qan dövranını
zəiflədir. Etil spirti qandakı dəmirlə gec sorulan
birləşmə əmələ gətirir və insanın təngnəfəsliyinə
səbəb olur. Qırmızı şərabdan müalicə məqsədilə
istifadə etmək olar.
ümumiyyətlə, Azərbaycanda spirtli içkilərin faydası
haqda müzakirə açmaq məqbul hal sayılmır. Ona
görə də mövzunu burada qapayırıq. Bir şeyi nəzərə
almaq lazımdır ki, spirtli içkilər insan orqanizmə
faydadan daha çox, ziyan gətirir.
http://www.paralel.az/
Geriyə