Təqvim
Hava

 

Linklər

Netty Winner 2010
Sizin reklam burada!
webmaster@diabet.az

7. YAŞLI ADAMLARDA 2-CI TIP ŞƏKƏRLI DIABET.


50 yaşdan sonra qlükozaya tolerantlığın yaş dəyişikliyi hər 10 il üçün aşağıdaki tendensiya ilə xarakterizə olunur:

• Ac qarına qlikemiya 0,055 mmol/l (1mq %) artır;
• Yeməkdən 2 saat sonra qlikemiya 0,5mmol/l (10 mq %) artır.

Yaşlı adamlarda 2-ci tip ŞD – in diaqnostikası


• Yaşlı adamlarda 2-ci tip ŞD-in diaqnostik kriteriyaları ÜST(1999) tərəfindən hamı üçün qəbul olunmuş kriteriyalardan fərqlənmir
(2. şəkərli diabetin diaqnostikası” bölməsinə bax);
• ≥65 yaşlı şəxslərdə şəkərli diabeti aşkar etmək üçün aktiv skrininq aparmaq lazımdır: ac qarına və yeməkdən 2 saat sonra qlikemiyanı təyin etmək, və ya qlukozaya tolerantlıq testini yerinə yetirmək.

Yaşlı adamlarda 2-ci tip ŞD-in xüsusiyyətləri.

Klinik xüsusiyyətləri:
• Simptomsuz gediş (ağızda guruluq, susuzluq, poliuriya və s. spesifik şikayətlərin olmaması
• Qeyri-spesifik şikayətlərin üstünlük təşkil etməsi (zəiflik, yaddaşın pozulması və s.);
• ŞD-in debütundə mikro – və makro angiopatiyanın klinikasının olması
• Bir çox orqanların patalogiyasının birləşməsi;
Laborator xüsusiyyətləri:
• 60% xəstələrdə ac qarına hiperqlikemiyanın olmaması
• 50-70% xəstələrdə yalnız postprondial hiperqlikemiyanın üstünlük təşkil etməsi;
• Yaş artdıqca qlükoza üçün böyrəyin keciricilik həddinin yüksəlməsi (qlükozuriya qlikemiyanın 12-13mmol/l səviyyəsindən yuxarı əmələ gəlir);
Psixososial xüsusiyyətləri:
• Sosial izolyassiya;
• Maddi vəziyyətin aşaği olması
• Koqnitiv funksiyaların pozulması (yaddaşın, öyrənmənin zəifləməsi və s.).

Yaşlı adamlarda 2-ci tip ŞD-in müalicəsində məqsəd .
Məqsəd – xəstənin həyatının gözlənilən müddətindən, koqnitiv funksiyaların və müntəzəm qlikemiyaya nəzarətin saxlanmasından asılıdır.

Yaşlı adamlarda 2-ci tip ŞD-in kompensassiyasının optimal kriteriyaları.

Göstərici
ömrün gözlənilən orta müddəti.
10-15 ildən artıq

5 ildən az

Ac qarına qlikemiya , mmol/l

<6,5
<10
Yəməkdən 2 saat sonra qlikemiya, mmol/l

<8,0

<11-15

HbAlc, %
<7.0
<9-10

Yuxarıda göstərilmiş göstəricilər ümumiləşdirilmişdir, təqribidir və hər bir konkret xəstənin fiziki və mental statusundan asılı olaraq fərdiləşdirilməlidir.

Yaşlı adamlarda 2ci tip ŞD-də şəkəri aşağı salan terapiya .

• Diyeta + fiziki fəaliyyət;
• Peroral şəkəri aşağı salan preparatlar;
• Insulin və ya kombinə olunmuş terapiya

Diyeta

Yaşlı adamların diyetası ilə gənc yaşlıların diyetasında elə bir fərq yoxdur. əgər ömrün uzunluğunun yüksək müddəti gözlənilirsə diyeta gözləməyi təkid etmək lazımdır.


Fiziki fəaliyyət

Mütləq xəstənin ümümi fiziki vəziyyətindən və ağırlaşmaların, yanaşı xəstəliklərin ağırlığından asılı olaraq ciddi fərdiləşdirilməlidir. Hər gün və yaxud günaşırı 30-40 dəqiqəlik gəzinti məsləhət görülür.

Şəkər aşağı salan həb preparatları

Yaşlı adamlarda 2ci tip ŞD-də şəkəri aşağı salan həb preparatları aşağıdakı tələblərə cavab verməlidir:
• minimal hipoqlikemiya riski;
• nefrotoksik olmamalıdır;
• hepatotoksik olmamalıdır;
• kardiotoksik olmamalıdır;
• digər preparatlarla qarşılıqlı əlaqəsi olmamalıdır;
• qəbulu rahat olmalıdır.

Yaşlı adamlar üçün məsləhət görülən şəkər aşağı salan həb preparatları.

• Qlikvidon (Qlürenorm);
• Qliklazid;
• Repaqlinid(novonorm);
• Nateqlinid(starliks);
• Qlimepirid (mepril);
• Pioqlitazon (pioqlit);
• Akarboza

Yaşlı adamlarda insulinterapiya
Insulinterapiyanın məsləhət görülən qaydaları(mono – və kombinassiyalı).

Sxema
Səhər yeməyindən qabaq
Nahardan qabaq
şam yeməyindən qabaq
Yuxudan qabaq
1
Sulfanil sidik
cöfhəri preparatları

---
Sulfanil sidik
cöfhəri preparatları

OMI
2
Meqlitinid
---
Meqlitinid
OMI
3
Pionorm M
---
Pionorm M
OMI
4
Pioqlit
---
----
OMI
5
OMI
---
----
OMI
6
Mikstard 30/70
---
Mikstard 30/70
---
7
QMI+OMI
QMI
QMI
OMI

 

QMI—Q*ısa m*üddətli təsir edən insulin ; OMI-- Orta m*üddətli təsir edən Insulin

www.diabet.az © 2010•   Müellif hüquqları qorunur. Məlumat istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.