Alqoritm 6

Просмотров: 54817

 

6. 1-ci tip şəkərli diabet

Adətən mütləq insulin çatmamazlığına gətirib cıxaran mədəaltı vəzin β- hüceyrələrinin destruksiyasının nəticəsində yaranır.

6.1. Şəkərli diabet 1-ci tipdə terapevtik məqsədlər


Karbohidrat mübadiləsinin göstəriciləri

Göstərici
Norma
(Sağlam insanda)
Adekvat miqdar
Qeyri adekvat
miqdar
HbAlc,% (4.0-6.0 normada)
<6.1
6.1-7.5
>7.5
Qanda qlükozanın miqdarı mmol/l (mg %)
Ac qarına
4.0-5.0
(70-90)
5.1-6.5
(91-117)
>6.5
(>117)
2 saat yeməkdən sonra
4.0-7.5
(70-135)
7.6-9.0
(136-162)
>9.0
(>162)
Yuxudan əvvəl
4.0-5.0
(70-90)
6.0-7.5
(110-135)
>7.5
(>135)


Lipid mübadiləsinin göstəriciləri

Göstərici
mmol/l(mq%)
Ürək-damar ağırlaşmalarının riski
Norma Aşagı Orta Yüksək
Ümumi xolesterin 3.3-5.2 <4.8 (<185) 4.8-6.0
(185-230)
>6.0 (>230)
LPAS xolesterin 0-3.9 <3.0 (<115) 3.0-4.0
(115-155)
>4.0 (>155)
LPYS xolesterin 0.7-2.0 >1.2 (>46) 1.0-1.2
(39-46)
<1.0 (<39)
Triqliseridlər 0.45-1.86 <1.7 (<150) 1.7-2.2
(150-200)
>2.2 (>200)


LPAS xolesterin: lipoproteid aşağı sıxlıqlı xolesterin
LPYS xolesterin: lipoproteid yuxarı sıxlıqlı xolesterin


Arterial təzyiqin tələb olunan göstəricisi

Proteinuriya olmadiqda <135/85 mm c/s

Xroniki böyrək çatmamazlığında və proteinuriya sutkada 1qr- dan artıq olduqda <125/75 mm c/s
(əgər bu mümkündürsə)

 

6.2. 1-ci tip şəkərli diabetin müalicəsi.

• Diyetoterapiya
• Fiziki fəaliyyət
• Insulinterapiya

Diyetoterapiyaya aid məsləhətlər

• Gündəlik qida rasionundan tərkibində tez həzm olunan karbohidratlı ərzaqlar çıxarılmalıdır (şəkər,bal,mürəbbələr,şirin ickilər,şirin qənnadı məmulatları
• Qidanın sutkalıq kaloriliyi aşağıdaki kimi olmalıdır:
55-60% karbohidratların hesabına
15-20% zülalların hesabına
20-25% yağların hesabına
• Doymuş yağ turşuları 10% qədər məhdudlaşmalıdır
• 7 yaşa qədər uşaqlarda doymuş yağlar məhdudlaşmamalıdır
• Aşağıdaki ərzaq məhsularının dəqiq miqdari hesablanmalıdır (ÇV ilə hesablamaq):yarmalar,duru süd məhsullari,bəzi tərəvəzlər(kartof,qarğıdalı),meyvələr

Fiziki fəaliyyət rejiminə aid məsləhətlər

• Fiziki fəaliyyət rejimi son dərəcə fərdi olmalıdır,ona görə ki:
. Fiziki hərəkətlər insulinə həssaslığı artırır və
glikemiyanın səviyyəsini azaldır ki,buda hipoglikemiyanın
inkişafına gətirib çıxara bilər ;
. Hipoglikemiya riski fiziki gərginlik zamani və agır fiziki
gərginlikdən 12-40 saat sonra artir.
• 1 saatdan artıq olmayan yüngül ve mötədil fiziki fəaliyyət zamanı karbohidratların idman məşqindən əvvəl və sonra əlavə qəbulu lazımdır(idmanla məşguliyyətin hər 40 dəqiqəsinə 15 qr asan həzm olunan karbohidrat lazımdır);
• 1 saatdan artıq davam edən mötədil fiziki fəaliyyət zamanı və intensiv idman etdikdə, həmin vaxt ve fiziki fəaliyyətdən 6-12 saat sonra təsir göstərən insulinin dozasini 20-50% azaltmaq lazımdır.
• Qanda qlükozanın miqdarını fiziki fəaliyyətdən əvvəl,sonra və fiziki fəaliyyət vaxtı təyin etmək lazımdır.

1-ci tip şəkərli diabetin insulinterapiyasi

1-ci tip şəkərli diabetin müalicəsi və damar ağırlaşmalarının profilaktikası ücün seçim preparatı gen mühəndisliyi vasitəsilə alınmış insan insulinidir. Donuz insulinləri və donuzlardan alınmış polisintetik insan insulinləri qen mühəndisliyi vasitəsilə alınmış insan insulinlərindən daha aşağı keyfiyyətlidir.

1-ci tip şəkərli diabetin müalicəsində istifadə uçün məsləhət olunan insulin preparatları

Insulin – təsir müddətinə görə
Preparatlar
Təsirinin başlanması- neçə saatdan sonra
ən yüksək təsir vaxtı - necə saatdan sonra
Təsirinin davam etmə
müddəti
Ultra qısa müddətli təsir edən
(insan insulinlərinin analoqları)
Xumaloq (Lizpro), Novorapid (Aspart)
0.25
0.5-2
3-4
Qısa müddətli təsir edən
Aktrapid HM,
Xumulin R,
Insuman Rapid
0.5
1-3
6-8
Orta müddətli təsir edən
Monotard HM
2.5
7-9
18-20
Protafan
1.5
4-6
12-14
Xumulin H
1

4-8
18-20
Insulin bazal
1
3-4
18-20
Uzun müddətli təsir edən
Ultratard HM
4
10-16
28

Insulinterapiyanın məsləhət görülən qaydalar

Səhər yeməyindən qabaq
Nahardan qabaq
şamdan qabaq
Yuxudan qabaq
QMI(A)+OMI
QMI(A)
QMI(A)
OMI
QMI(A)
QMI(A)
QMI(A)
OMI
QMI(A)+OMI
QMI(A)

 

QMI(A)+OMI
-
QMI(A)+OMI
QMI(A)+OMI
QMI(A)
OMI

Qeyd : QMI-- Qısa müddətli təsir edən insulin ; OMI-- Orta müddətli təsir edən Insulin ; A-- insan insulininin analoqları

Sutkaliq insulin dozasının təxmini bölğüsu

Səhər yeməyindən və nahardan qabaq Sutkalıq dozanin 2/3-si
Şam və gecə yuxusundan qabaq Sutkalıq dozanin 1/3-i

Insilinə gündəlik tələbat 


Gündəlik insulinə tələb,
bədən çəkisinə--v/kq
Diabetin debütu
Diabetin
“bal ayı”
Uzun sürən diabet
Dekompensassiya
(ketoasidoz)
Prepubertat
Pubertat
0.5-0.6
<0.5
0.7-0.8
1.0-1.5
0.6-1.0
1.0-2.0

Insulinin dozası, gündəlik sutka ərzində qlikemiyanın səviyyəsinə nəzarət etməklə korreksiya olunmalıdır.

Insulin inyeksiyası üçün lazim olan ləvazimat

şpris 40 vahidlik
100 vahidlik
şpris qələm Novopen BD-pen
Xumapen Optipen
Plivapen

Insulin inyeksiyasının texnikası

• Qısa müddətli təsir edən insulin qida qəbulundan 30 dəqiqə qabaq yeridilməlidilir (lazım olduqda 40-60 dəq qabaq).
• Ultra qısa müddətli təsir edən insulin( xumaloq və ya novorapid) bilavasitə yemək qəbulundan əvvəl yeridilir,lazım olduqda yemək vaxti və ya yeməkdən dərhal sonra.
• Qısa müddətli təsir edən insulini qarnın dəri altı toxumasına,orta müddətli təsir edən insulini isə bud və ya sağrı nahiyəsinə yeridilməsi məsləhət görülür.
• Bir nahiyə həddində gündəlik insulin inyeksiyalarının yerini, lipodistrofiyanın inkişafinın qarşısını almaq məqsədilə dəyişmək məsləhət görülür.


6.3. Ağirlaşmalarsız 1-ci tip şəkərli diabet xəstələrinin skrininqi

Göstərici
Müayinə edilmə vaxtı
Qlikemiyaya nəzarət(gündə 3- 4 defe) Xəstəliyin debütündə və dekompensassiyada hər gün!
Qlikohemoglabin HbAlc 3 ayda 1 dəfə
Qanın biokimyəvi analizi (xolesterin, zülal, triqliseridlər, bilirubin, ACT,ALT, sidik cövhəri , kreatinin, K, Na, Ca) Ildə 1 dəfə
Qanın ümumi analizi Ildə 1 dəfə
Mikroalbuminuriya Ildə 1 dəfə
Arterial təzyigə nəzarət Hər dəfə həkim müayinəsində
EKQ Ildə 1 dəfə
Ayaqların müayinəsi Hər dəfə həkim müayinəsində
Oftalmoloqun müayinəsi Xəstəlik başlayandan 5 il sonra, ildə 1 dəfə,lazım olduqda tez-tez.
Nevropatoloqun konsultassiyası Göstəriş olduqda


6.4. 1-ci tip şəkərli diabet xəstələrinin xəstəxanaya yərləşdirilməsinə göstərişlər

• Şəkərli diabetin debütu (Insulinterapiyanın təyini və secilməsi ücün,xəstələrə qlikemiyaya nəzarət qaydalarinı, qidalanma və əmək rejiminin öyrədilməsi uçun ).
• Diabetik ketoasidoz.
• Koma və ya komadan əvvəlki hal (ketoasidotik, hipoqlikemik).
• Damar ağırlaşmalarının proqresləşməsi.
• Digər hallarda: infeksiyalar, intoksikasiyalar,cərrahi əməliyata göstərişlər.

6.5. ÇÖRƏK VAHIDININ HESABLAMA CƏDVƏLI(ÇV)
1ÇV = 10 – 12 qr KARBOHIDRAT.


Sutkada 1ÇV-nə təxmini təlabat

Ağır fiziki işlə məşgul olan, cəkisi normadan aşağı olan insan
25 – 30 CV
Orta ağirlıqda əməklə məşgul olan,cəkisi normal olan insan
20 – 22 CV
Oturaq işlə məşgul olan insane
15 – 18 CV
Az hərəkətli, cəkisi normadan bir qədər artıq olan insan
12 – 14 CV
Cəkisi normadan artıq olan xəs*tələr
10 CV
Piylənməsi olan xəstələr
6 – 8 CV