Diabetin
əmələ gəlmə səbəbləri.
Şəkərli diabetdə mədəalti vəz lazım olan miqdarda
və yaxud lazımı keyfiyyətdə insulin hazırlamağı
bacarmır.
Bu nə üçün baş
verir? Şəkərli diabetin səbəbi nədir?

Təssüf
ki hal hazırda bunun dəqiq cavabı yoxdur. Ayrı-ayrı
mülahizələr, bir çox risk faktorları göstərilir.
Belə güman edilir ki, bu xəstəlik virus xarakterlidir.
Çox vaxtı onun genetik defektlə əlaqədar olduğu
göstərilir. Lakin dəqiq tə’yin olunmuşdur ki,
diabet yoluxucu deyildir və ona yoluxmurlar. 1-ci
tip şəkərli diabetin (insulindən asılı) əmələ
gəlməsinə səbəb bir çox faktorların (misal uçun
autoimmun proseslər) tə'siri altında insulinin
hazırlanması azalır və ya beta hüceyrələrin məhv
olması nəticəsində tamamilə kəsilir. Əgər belə
diabet 40 yaşlı insanlarda əmələ gəlirsə yəgin
ki, bunun öz səbəbləri var. 1-ci tipə nisbətən
4 dəfə artıq rast gəlinən 2-ci tip diabetdə beta
hüceyrələr əvvəl insulini normal miqdarda, hətta
çoxlu miqdarda hazırlayırlar. Lakin bu insulinin
aktivliyi aşağı olur (piy toxmasının artıqlığı
nəticəsində insulin reseptorlarının həssaslığı
azalır). Zaman keçdikcə insulinin miqdarı azala
bilər. 2-ci tip diabetlə bir qayda olaraq 50 yaşından
yuxarı insanlar xəstələnir.
Şübhəsiz ki, bir çox faktorlar vardır ki bunlar
şəkərli diabetə meillilik yaradir.
Birinci
yerdə irsi meilliliyi göstərmək olar.
Demək olar ki, bütün mütəxəssislər şəkərli diabetlə
xəstələnmə riskini ailədə kimsə şəkərli diabetlə
xəstələnibsə qat-qat artması ilə razıdır – misal
üçün valideynlərdən biri, bacı və ya qardaş. Muşahidələr
göstərir ki, birinci tip diabetlə xəstələnmə irsi
olaraq, əgər ana xəstədirsə 3-7%, əgər ata xəstədirsə
10% mümkündür. Əgər hər iki valideyn diabetlə
xəstədirsə, xəstələnmə riski bir neçə faiz artır
və 70% təşkil edir. Ikinci tip diabetlə irsi olaraq
xəstələnmə riski həm ana tərəfdən, həmdə ata tərəfdən
80% ehtimalı var. Əgər insulindən asılı şəkərli
diabetlə hər iki valideyn xəstədirsə, uşaqların
şəkərli diabetlə xəstələnmə ehtimalı 100%-ə yaxınlaşır.
Yuxarıda deyilənləri nəzərə alaraq elə demək olar
ki, irsi meillilik var və onu bir cox həyatı situassiyalarda
nəzərə almaq lazımdır - misal üçün ailə qurarkən
və ailəni planlaşdırarkən. Əgər irsiyyət şəkərli
diabetlə əlaqəlidirsə, onda uşaqları onların şəkərli
diabetlə xəstələnmək ehtimalına hazırlaşdırmaq
lazımdır. Ona izah etmək lazımdır ki, onlar risk
qruppasına daxildirlər və öz həyat tərzi ilə digər
faktorları heçə endirməlidirlər.
Diabetin
əmələ gəlmə səbəbinə görə ikinci yerdə piylənmə
və ya artıq çəki tutur. Xöşbəxtlikdən
bu faktoru neytrallaşdirmaq mümkündür, beləki
əgər insan bunun bütün təhlükəsini başa düşsə
və artıq çəki ilə mübarizə aparsa, o bu mübarizədə
qalib gələ bilər.
Uçüncü səbəb kimi bir çox xəstəlikrkiləri gostərmək
olar ki, onların nəticəsində beta hüceyrələr zədələnir.
Buna mədəalti vəzin xəstəlikləri – pankreatiti,
mədəaltı vəzin xərçəngiçini, digər endokrin vəzilərin
xəstəliklərini göstərmək olar. Bəzən travmada
səbəb faktoru ola bilər. (üçüncü səbəbi göy şriftlə
göstər tam dəyişdim)
Dördüncü
səbəb – müxtəlif virus infeksiyalarıdır
(məxmərək, su çiçəyi, epidemik hepatit və digər
xəstəliklər, o cümlədən qrip). Bu xəstəliklər
təkan verici mexanizm rolunu oynayaraq xəstəliyin
başlamasina təkan verirlər. Aydındır ki, qrip
bir çox insanlar üçün diabetin başlanmasına səbəb
olmur. Lakin insan kökdürsə və irsi şəkərli diabetə
meillidirsə, onda qrip onun üçün təhlükəlidir.
Nəslində diabet xəstəsi olmayan insan dəfələrlə
qrip və digər infeksiyon xəstəliklərllə xəstələnə
bilər və onda diabetin əmələ gəlmə ehtimalı diabetə
irsi meilli insanlara nisbətən dəfələrlə azdır.
Belə ki, risk faktorlarının kombinassiyası xəstələnmə
təhlükəsini bir neçə dəfə artırır.
Şəkərli
diabetin əmələ gəlməsinə şərait yaradan faktorlardan
beşincisi – əsəb stressidir. Irsi
meilli və kök adamlar xüsusi ilə əsəb və emosional
gərginlikdən uzaq olmalidirlar.
Risk faktorlarından
altincı yerdə duranı yaşdır.
Insan nə qədər yaşlı olsa, şəkərli diabetlə
xəstələnmə təhlükəsi bir o qədər çoxdur. Belə
bir fikir var ki, yaş artdıqca hər 10 ilə şəkərli
diabetlə xəstələnmə ehtimalı 2 dəfə artır. Bir
çoxları belə hesab edir ki, şəkərli diabetin səbəbi
qidalanma ilə əlaqədardir. Beləki, diabetlə çox
şirin yeyenlər, şəkərli qida məhsullarından istifadə
edənlər xəstələnir. Bu o mənada düzgündür ki,
belə qidalanma vərdişləri olan insanlar mütləq
artıq çəkiyə malik olacaqlar və köklüyün şəkərli
diabeti doğurması tamamilə dəqiq olaraq sübut
olunmuşdur. Yaddan çıxarmaq lazım deyil ki, onu
ədalətli olaraq sivilizassiya xəstəliyi adlandırmaq
olar. Belə ki, müasir dövr bol, asan həzm olunan,
karbohidratlarla zəngin qidalarl dövrüdür. Beləliklə
demək olar ki, şəkərli diabetin bir neçə səbəbi
vardır və onlardan biri hər hansı bir konkret
halda diabetin əmələ gəlmə faktoru ola bilər.
Nadir hallarda diabeti hormonal pozğunluqlar,
mədəaltı vəzin zədələnmələri, bəzi dərman preparatlarının
uzun müddət qəbulu, alkaqoldan həddən artıq istifadə
əmələ gətirə bilər. Bir çox mütəxəssislər belə
hesab edir ki, birinci tip diabet mədəaltı vəzin
insulin hasil edən beta hüceyrələrinin virusla
zədələnməsi nəticəsində əmələ gələ bilər. Virusla
zədələnməyə cavab olaraq immun sistem insulyar
antitel adlanan antitellər hazırlayır. Hətta diabeti
əmələ gətirən, dəqiq sürətdə tə'yin olunmuş səbəblərdə
mütləq xüsusiyyətə malik deyildir. Belə ki, bəzən
həddindən çox kök adamlar belə şəkərli diabetlə
xəstələnmir və bütün hallarda çəkinin normallaşaması,
əhəmiyyətli fiziki fəaliyyət nəticəsində qanda
şəkəri normallaşdırmaq mümkündür. Lakin fikirləşmək
lazım deyildir ki, bu vaxta qədər şəkərli diabetin
əmələ gəlməsinə nəyin səbəb olduğunu dəqiq göstərə
bilmirlərsə, müxtəlif qrup insanlarda şəkərli
diabetin yaranmasının səbəblərinin heç bir əhəmiyyəti
yoxdur. Əksinə, risk qruplarının aşkar olması
bu gün imkan verir ki, öz sağlamlıqlarına qayğısız
münasibətin qarşısı alınsın və onlar düzgün həyat
tərzinə orientassiya olunsunlar. Yalnız valideynləri
şəkərli diabetlə xəstə olanlar öz qayğilarina
qalmalı deyillər, beləki şəkərli diabet həm iris,
həm də sonradan qazanılmış olur və risk qrupuna
daxil olan bütün insanlar ayıq-sayıq olmalıdırlar.
Geriyə