|
YÜKSƏK QAN TƏZYİQİ
Qan təzyiqi – bu qanınızın damarda hərəkət sürətidir.
O nə qədər yüksək olsa, bir o qədər damarlarınıza mənfi
təsir edə bilər. Damarlara əlavə təsir onun zədələnməsinə
gətirib çıxarar. Qan damarlarından sizin orqan və sinirləriniz
qidalanır. Əgər damar yükək təzyiqdən zədələnibsə, onlar
sizin orqan və sinirlərinizi qidalandıra bilməz. Sizin
orqan və sinirləriniz də zədələnəcək. Diabetli xəstələrdə
qan təzyiqinin qalxması diabetdən əziyyət çəkməyən şəxslərə
nisbətən daha çox təsadüf olunur.
Qan təzyiqinin qalxması sizin ürək sancıları və insult
əmələgəlmə şansını artırır və zaman ötdükcə nefropatiya
əmələ gəlməsinə şərait yaradır.

YÜKSƏK QAN TƏZYİQİNİN ƏLAMƏTLƏRİ
Adi yüksək qan təzyiqi heç bir xarici əlamət vermir.
Bunu bilmənin yeganə yolu onu ölçməkdir. Sizin qan təzyiqiniz
göründüyü kimi həkimə hər vizitinizdə ölçülür.
YÜKSƏK QAN TƏZYİQİNİN ÖLÇÜLMƏSİ
Qan təzyiqini xüsusi sfiqmomanometr adlanan aparatın
köməyi ilə ölçülür. Manjet bazu sümüyünə yüngülcə dolandırılır.
Manjet damarda qan axını dayanana qədər hava ilə doldurulur.
Manjetdən hava kütləsini xaric etdikdə fonendoskopla
qanın damara güclü zərbələri eşidilir.
Qan təzyiqi iki rəqəmlə ifadə olunur. Birinci qeyd olunan
rəqəm sistolik təzyiq adlanır. Sistolok təzyiq – qanın
ürəyin yığılma mərhələsində meydana gəlmiş gücüdür.
İkinci rəqəm – diastolik təzyiqdir. Bu, qanın ürəyin
boşalma anındakı gücünü göstərir.
“120-nin 80-a”, yəni, sistolok təzyiq 120, diastolik
təzyiq 80 mm.c.süt.-dur.
Bu 120/80 mm.c.süt. – millimetr civə sütunudur. Hipertenziya
yüksək qan təzyiqinin digər adıdır. Əgər sizdə yüksək
qan təzyiqi aşkar olunubsa, siz və sizi müayinə edən
tibb işçisi də onu tənzimləməlidir.
Bu belə yazılır-120/80 mm.c.süt. – millimetr civə sütunu.
Sizi müalicə edən həkim ilk növbədə onu əmələ gətirən
səbəbi araşdırmalıdır.
Hipertenziyanın dərəcələri
Qan təzyiqinin mm.c.süt. ilə təyini
Normal qan təzyiqi
130/85 aşağı olmalıdır

Qan təzyiqi keçid sərhəddi
130/85-dən 139/89-a kimi
Yüngül hipertenziya
140/-dan 159/89-a kimi
Orta hipertenziya
160/100-dan 179/109-a kimi
Ağır hipertenziya
180/110-dan 209/119-a kimi
Çox ağır hipertenziya
210/120-dən çox.
YÜKSƏK QAN TƏZYİQİNİN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ
Bəzi hallarda səbəb müəyyən olunur, məsələn: böyrək
xəstəlikləri, hormonal dəyişiklik, hamiləlik, kontraseptik
tabletlərin qəbulu və s. Əgər yüksək qan təzyiqinin
əmələ gətirən səbəb aşkar olunubsa, həkim ilk növbədə
onu müalicə etməlidir.
Əksər hallarda qan təzyiqinin ilkin qalxmasının səbəbi
bilinmir. Qan təzyiqinin ilkin qaxma səbəbi bilnmədikdə
essensial hipertenziya adlanır.
Əgər sizdə essensial hiretenziya aşkar olunubsa təzyiqin
endirilməsi üçün dərman müalicəsi vacib deyil.
SİZİN QAN TƏZYİQİNİZİ NECƏ ENDİRMƏLİ
Artiq çəkidən azad olun. Bədən çəkisinin az miqdarda
belə aşağı salınması belə qan təzyiqini normalaşdıra
bilər. Bədən çəkisini aşağı salmaq və onu normada saxlamağın
yeganə yolu arıqlamaq üçün dietaya əməl etməkdir. Sizi
müayinə edən tibb işçisi sizə uyğun qida rejimini təyin
etməyə kömək edə bilər.
Siqareti tərgidin. Siqaret çəkmə qan təzyiqinin qalxmasına
və damar divarının zədələnməsinə səbəb ola bilər. Siqareti
tərgizməklə hipertenziya nəticəsində ölüm riskini dərman
qəbuluna nisbətən daha çox azaltmış olursunuz.
Daha az spirtli içki qəbul edin. Qan təzyiqi qalxma
ehtimalı gün ərzində 2 alkaqol vahidindən çox alkoqol
qəbul etdikdə çox olur. Həkiminiz sizə alkoqolu gün
ərzində 2 alkaqol vahidinə qədər azaltmağınızı məsləhət
görə bilər. Bu qədər alkoqol təqribən zəif alkoqoqllu
kokteldə və ya bir stəkan şərabda və ya bir banka pivədəki
qədərdir.
Daha az duz qəbul edin. Bəzən duzun miqdarını azaltmaq
qan təzyiqinin normallaşmasına səbəb ola bilər. Əgər
həkiminiz sizə az duzlu dieta məsləhət görürsə mütləq
həkim-dietoloqa müraciət edin.
Stressdən uzaq olmağa çalışın. Stress damar divarının
spazmına və bu zaman da qan təzyiqinin qalxmasına və
ürəyin daha güclü işləməsinə səbəb ola bilər. Stressdən
uzaq olmaq haqqında məsləhətlərə “Stress” adlı məqalədə
tanış ola bilərsiniz.
Əgər bu tədbirlər sizin qan təzyiqinizin aşağı düşməsinə
kömək etmirsə həkim bu məqsədlə mütləq dərman təyin
etməlidir.
Diabetli xəstələrdə atreial təzyiqi endirmək məqsədi
ilə əsasən angiotenzinçeviriçi fermentin ingibitorları,
alfa-1-adrenoreseptorların blokatorları, kalsium antaqonistləri
və kiçik dozada tiazid diuretiklərdən istifadə olunur.
Bu tip təzyiq əleyhinə dərmanlar qanda şəkərin miqdarını
qaldırmır, lakin bəzi əlavə təsirləri vardır. Bu haqda
müalicə həkiminizdən soruşun. Bizdə olan məlumata görə
56.3 faiz diabetli xəstələrdə yüksək qan təzyiqi müşahidə
olunur.
2. Ümumdünya Səhiyyə Təşkilatının sənədlərinə əsasən
1965-ci ildə “hipertoniya xəstəliyi” termini və “essensial
hipertoniya” eyni mənalıdırlar. Hal-hazırda essensial
(ilk dəfə müşahidə olunmuş) hipertenziya pasiyentlərdə
hipertoniya xəstəliyinin başlanğıc mərhələsində müşahidə
olunur.
Daha sonralar qan təzyiqinin xroniki yüksək olması bəzi
orqanların funksiyasını pozur, nəticədə birincili hipertenziya
qan təzyiqinin müxtəlif mənşəli ikincili mexanizmlərinin
də meydana gəlməsinə səbəb olur.
5. Müalicə rejimində düzgün yuxu rejimi və gümrahlıq
əsas amillərdəndir. Qan təzyiqinin yüksək olduğu zamanlarda
yuxusuzluqdan və gecə işlərindən kənar olmaq və yuxu
rejimini bərpa etmək lazımdır.
|