Hiperqlikemiya
və ketoasidoz.
Diabetik
ağırlaşmalar xroniki və kəskin ağırlaşmalara bölünür.
Xroniki ağırlaşmalar – bu ilk növbədə ayaqların,
böyrəklərin və göz dibinin xırda damarlarının
və sinirlərinin zədələnməsi ilə əlaqədardır –
bu uzun müddət, bir neçə ildən onilliklərə qədər
(şəkərın səviyyəsi yüksək olduqda) inkişaf edə
bilər; və ya yaxşı kompensassiya olunmuş diabetdə
ümümiyyətlə əmələ gəlməz. Kəskin ağırlaşmalar
dəqıqələr, saatlar və ya günlər ərzində inkişaf
edib əlillik və ya ölümlə qurtara bilər. Buna
görə də diabetli xəstələr birinci növbədə kəskın
ağırlaşmalar - hipo və hiperqlikemiyanı nəzarət
altında saxlamalıdırlar. Hiperqlikemiya ketoasidoza
aparıb çıxardır.
Bu məlumatlar birinci tip şəkərli diabetli xəstələlər
üçün lazımdır.
Hiperqlikemiya
– bu diabetli xəstənin elə vəziyətidir
kı, bu zaman qanda şəkər həddindən çox yüksək
olur. Dərhal belə bir sual meydana çıxır – nə
qədər yüksək? Qanda qlükozanın hansı səviyyəsini
hiperqlikemiyanın obyektiv əlaməti hesab etmək
olar? Ciddi hiperqlikemiyadan söhbət gedirsə,
onun aşağı həddini 13,2 - 15 mmol/l (238 – 270
ml/q %) hesab etmək olar. Yüngül hiperqlikemiyada
isə belə qəti cavab yoxdur. Bir tərəfdən belə
hesab edirlər ki, qanda şəkəri 4-8 mmol/l (70-164
ml/q%) arasında saxlamaq lazımdır. Yaşlı adamlarda
maksimum 10mmol/l (180ml/q/%) olar. Belə halda
yüngül hiperqlikemiyanın həddini 10 mmol/l (180
ml/q%) hesab etmək olar. Digər tərəfdən 65 yaşdan
yuxarı insanlar üçün 11-12 mmol/l (200-216 ml/q%)
qanda şəkər elə katastrofik hesab olunmur. Baxmayaraq
ki, qanda şəkərin belə yüksəklıyı xronıkı ağırlasmalara
gətirib çıxara bilər, lakin onlar tədricən inkişaf
etdiyi üçün yaşlı insanlar belə şəkərlə öz həyatlarını
sona kimi yaşıya bilərlər. Lakin gənc insanlar
üçün yuxarıdaki göstəricilər həddindən artıq arzu
edilməzdir. Və biz bunu bir daha nəzərə çatdırmaq
üçün qanda qlükozanın normal göstəricilərini yada
salırıq.
Sağlam insanda:
Qanda şəkərin miqdarı;
Səhər ac qarnına saat 9-a qədər: 3,3-5,5 mmol/l
(60-100ml/q%).
Yeməkdən 2 saat sonra: 4,4-7,8 mmol/l (80-142
ml/q%).
Gecə saat 2-4 arası: 3,9-5,5 mmol/l (70-100 ml/q%).
Diabetik xəstələrdəsə:
| |
60
yaşa qədər |
60
yaşdan sonra |
| Ac
qarnına |
3,9-6,7
mmol/l |
8
mmol/l qədər |
| Yeməkdən
2 saat sonra |
4,4-7,8
mmol/l |
10
mmol/l qədər |
| Gecə
saat 2-4 arası |
3,9-
6,7 mmol/l |
10
mol/l qədər |
Yuxarıda
göstərilən rəqəmlərə baxaraq belə bir nəticəyə
gələ bilərik: qanda şəkər 10 mmol/l yuxarı bu
heçdə yaxşı deyildir, 13 mmol/l qədər pis, 15
mmol/l-dən yuxarı isə tamamilə pisdir. Belə baxanda
qanda şəkərin analizi zamanı təyin etdiyimiz nəticələr
bizim üçün elə bir əhəmiyyət kəsb etmır – belə
ki, biz özümüz fizioloji halımızın pis və ya yaxşı
olmasını analizsizdə hiss edə bilərik. Lakin
bu belə deyildir! Hipoqlikemiyadan fərğli
olaraq yüksək şəkər praktik olaraq hiss olunmur.
Biz özümüzü qanda şəkər 16-20 mmol/l (288-360
ml/q%) arasında olduqda və əgər belə hal həddindən
çox tez-tez və daim olursa tamamilə normal hesab
edə bilərik.

Lakin elə əlamətlər vardır ki, onlara görə qanda
şəkərin yüksək olmasını təyin etmək olar:
1. Tezləşmiş sidik ifrazı (poliuriya),
sidiklə şəkərin xaric olması (bu hal qlükozuriya
adlanır), sidiklə çoxlu mayenin itirilməsi.
2. Poliuriya və qlükozuriyanın nəticəsi olaraq
ğüclü, daimi susuzluq.
3. Ağızda quruluq (xüsusi ilə gecələr).
4. Zəiflik, halsızlq , tez yorulma.
5. çəkinin azalması.
6. Qusma, ürəkbulanma, baş ağrısı ola bilər.
Səbəb
insulin catışmaması və deməli şəkərin qanda yüksəlməsidir.
Qanda qlükozanın miqdarı böyrəyin keçiricilik
həddindən yuxarı olur və nəticədə şəkər sidiklə
xaric olmağa başlayır, bu isə hər 1,5-2 saatdan
bir sidik ifrazını stimullaşdırır. Nəticədə orqanizm
həddindən çox maye itirir və susuzlaşır. Bu isə
qarşısı alınmaz sususzluğa səbəb olur. Sıdıklə
bız yalnız şəkər və maye yox orqanizm üçün lazım
olan natri, kali- xlorid və s., minerallarıda
itiririrk; nəticədə zəiflik və çəki azalması əmələ
gəlir. Bütün bu proseslər qanda şəkər nə qədər
çox yüksək olarsa bir o qədər sürətlə gedir, və
qanda şəkərin miqdarı əhəmiyyətli dərəcədə artaraq
26-28 mmol/l qədər yüksələ bilər.
Uzun müddətli hiperqlikemiya və qlükozuriyanın
əlamətləri belədir. Sonra nə baş verir? Hiperqlikemiya
və qlükozuruiya ketonuriyaya, ketoasidozun inkişafına
zəmin yaradır və səbəb olur. Bunun mexanizmi belədir:
qanda şəkər yüksəkdir, insulin çatışmır, və nəticədə
şəkər hüceyrələrə daxil ola bilmir. Hüceyrələr
gidasız qalır və özlərinin fəlakətli vəziyyəti
haqqında məlumat verməyə başlayırlar. Bu məlumatlara
qara ciyər cavab verır: əgər hüceyrələrdə şəkər
çatışmırsa, onu qara ciyərdə yığılmış ehtiyatlardan
götürmək lazımdır. Qara ciyərdə mürrəkkəb şəkər
olan qlikogen qlükozaya qədər parçalanmağa başlayır
və əlavə şəkər də qan dövranına daxil olur və
onsuzda yüksək olan şəkərin konsentrasiyasını
artırır, lakin insulinin əvvəlki kimi az olmasi
ilə əlaqədar olaraq hüceyrələr yenədə qidasız
qalırlar, enerji tələbini davam etdirirlər. Orqanizimdə
yıgılmış yağların utilizassiyası başlayır; yağlar
parçalanmağa başlayır və bu vaxt keton cisimcikləri
yaranır. Keton cisimcikləri orqanizm üçün enerji
mənbəyidir. Onlar da hüceyrələri qida ilə təmin
edır, və onların hüceyrəyə daxil olması üçün insulin
lazım deyildir. Lakin, qana daxil olarkən keton
cisimcikləri insan orqanizmində çox ciddi çərçivədə
saxlanılan turşu balansını pozur: pH icazə verilən
ölçuləri 7,38-7,42 arası olmalıdır (pH turşuluğun
göstəricisidir). Turşuluğun göstəriciləri çox
qəti ölçülər diapazonu ilə məhdudlaşır. Belə ki,
onun diapozonunun miqdarı 7,38-7,42 diapozonundan
hətta 10% belə dəyişə bilməz.
Kənara çıxmaların nəticələri belədir:
pH
= 7,20 – son dərəcə qorxulu əlamətdir;
pH = 7,05 – prekomatoz hal olub vena daxilinə
soda məhlulu yeridilməlidir;
pH = 7,00 – koma əmələ gəlib;
pH = 6,80 – ölüm.
Beləliklə
keton cisimləri qana keçir və oradan isə sidiyə,
() sidik vasitəsi ilə isə xaric olur (bu hal ketonuriya
adlanır). Keton cisimləri nədır? 3 maddə bu ad
altında adlanır: aseton, asetaldehit. Aseton çox
asan təyin olunur (məsələn iyinə ğörə) və onun
sidikdə aşkar olunması çox ciddi ağırlaşmanın
əlamətidir. Bu orqanizmin daxili mühütünün turşulaşmasını
və ya ketoasedozu göstərır; ketoasedoz isə komatoz
hala və ölümə gətirib çıxara bilər. Qeyd edək
ki, oxşar proses uzun müddətli aclıq zamanı sağlam
insan orqanizmində yarana bilər, lakin onun səbəbi
insulin çatmamazdığı yox, gida çatmamazlığı, xüsusi
ilə də karbohidrat çatışmamazlığıdır. Eyni qaydada
hüceyrələr kömək istəyir və beyin qara ciyərə
ehtiyyat şəkəri işlətmək əmri verir; bu aclıqdan
ölməmək üçün birinci müdafiə xəttidir. Sonra orqanizm
ikinci müdafiə xəttinə keçir: əzələ toxumalarında
yığılmış qlikogen istifadə olunur, onlar da qurtardıqdan
sonra yağlar istifadə olunmağa başlayır - və bu
zaman yuxarıda qeyd etdiyimiz bütün vəziyyət təkrarlanır
və “aclıq ketoasedozu” başlayır. Beləliklə biz
aşağıdaki faktları qeyd edə bilərik.
Sidikdə şəkər – birinci
həyəcan siqnalı olub, onu göstərir ki, sizin diabet
kompensasiya olunmayıb; Sidikdə asetonun meydana
çıxması ikinci həyəcan siqnalı olub, aydın şəkildə
onu göstərir ki, dekompensasiyalı diabet sizi
diabetik və ya ketoasedoz komasının başlanğıcına
gətirib çıxarmışdır. Sidikdə asetonun əmələ gəlməsinə
xüsusi poloskalar vasitəsi ilə nəzarət etmək olar;
bundan əlavə ketoasedoz inkişaf etdikcə siz aşağıdakı
halları hiss edəcəksiniz:
1. Ağızdan aseton
iyi
2. Tez yorulma, zəiflik
3. Baş ağrısı
4. Iştahanın enməsi, sonra işə tamamilə itməsi.
5. Qarında ağrılar.
6. Qusma, ürək bulanma, işhal ola bilər
7. Səsli, dərin, tezləşmiş tənəffüs.
Birinci üç əlamət olduqda ümid var ki, ketoasidozun
öhdəsindən müstəqil gəlmək mümkün olsun; yerdə
qalan 4 əlamət isə təcili stasionar müalicəsinə
göstərişdir. Təcili yardımı çağırın və xəstəxanaya
yollanın. Yuxarıda qeyd etdiyimiz kimi diabetik
ketoasidozun əsas, başlıca və yeganə səbəbi insulin
çatışmamazlığıdır, lakin odsuz tüstü olmur, və
ona görə də biz insulin çatışmamazlığına səbəb
olan situassiyaları ayırd etməliyik:
1.
Istifadə olunan insulin keyfiyyətsizdir (məsələn
donub və ya çox isti şəraitdə saxlanılıb), buna
görə də o lazım olan tə’siri göstərə bilmir. Nəticə:
korlanmış insulindən istifadə etmək lazım deyildir.
2. Xəstənin öz xəstəliyinə qeyri-düzğün münasibəti–
dietanın gözlənilməməsi. ınsulının qeyrı-müntəzəm
qəbul olunması, öz başına dozanın azaldılması
və insulın preparatlarının dəyişdirilməsi.
3. Xəstənin insulin inyeksiyasından imtina etməsi.
4. Istənilən qeyri-standart fizioloji situasiya:
xəstəlik (xüsusi ilə insult, infarkt, irinli infeksiya,
qrip və soyuqdəymə də daxil olmaqla), iltihabı
proses, hamiləlik, cərrahi müdaxilə halları buna
aiddir.
Qeyd etmək lazımdır ki, xəstəlik zamanı insulin
biz adət etdiyimiz kimi “işləmir”. Misal üçün
bədən temperaturasının 38 dərəcədən 1 dərəcə yüksəlməsi
20% insulini məhv edır. Elə buna görə də insulinin
dozasını artırmaq lazımdır. Qeyd etmək lazımdır
ki, xəstəlik zamanı ketoasidoz çox sür’ətlə, bir
ğün müddətində inkişaf edə bilər; səhər siz hələ
nisbətən sağlam idiniz, axşam isə sidikdə aseton
tə’yin olundu və koma yarandı.
5. Istənilən güclü həyacan,
əsəb gərgınlıyı, psixi travma, stress.
Bu səbəblərdən başqa biz bir səbəbi xüsusi ilə
qeyd etməliyik: yeni başlanan insulindən asılı
diabet münasibəti ilə vaxtında həkimə müraciyət
olunmaması. Təəsüf ki, bu hələdə nadir hadisə
olmayıb, ketoasidoza səbəb olan hallardan biridir.
Baxmayaraq ki, xəstə bir neçə həftə ərzində hiperlikemiyanın
bütün xarakterik simptomlarını keçirir və belə
aşkar əlamətlərə baxmayaraq həkimə müraciyət olunmur.
Ketoasidoz komasından ölümün nadir hallarda olmasına
baxmayaraq bu çoxda təskin verici hal deyildir.
Hər halda xəstələr komadan ölürlər və əgər sizi
komadan çıxarıblarsa bu özü heç də xoşagələn xatirə
olmayacaqdır.
Indi isə baxaq görək hiperqlikemiya və ketoasidozdan
yaxa qurtarmaq üçün nə etmək lazımdır. Adi vəziyyətlərdə
yüksək şəkərdən siz insulin və dieta və ya dieta
və şəkər aşağı salan preparatlarla qorunursunuz.
Dərmanı vaxtında və tə’yin olunmuş dozada qəbul
etmək lazımdır, dietaya əməl etmək, onun pozulması
zamanı əlavə insulin inyeksiyası etmək və fiziki
işlə məşğul olmaq lazımdır. Indi isə tipik qeyri
standart situasiyalara nəzər salaq. Siz xəstələnmisinizsə,
qanda şəkər artıbsa, lakin sidikdə aseton yoxdursa
qısa tə’sirli insulinin ümumi dozasını 10% artırmaq
lazımdır. Alternativə variant: uzun müddətli insulinin
dozasını dəyişmədən hər 4-6 saatdan bir 4 vahid
qısa müddətli insulin inyeksiyası etmək lazımdır.
Sidikdə asetonun yaranmasına poloskalar vasitəsi
ilə nəzarət etmək lazımdır. Aseton əmələ gəlibsə
qanda şəkəri yoxlamaq lazımdır.
Əgər şəkər yüksəkdirsə və sidikdə aseton əmələ
gəlibsə qısa tə’sirli insulinin dozasını 20% artırmaq
lazımdır. Bu zaman diğər təhlükənin-hipoqlikimiyanın
qarşsını almaq üçün tədbirlər görmək lazımdır.
Iştahınız yoxdursa şirələr içmək və insulinin
təsirini kompensasiya etmək lazımdır. Aydın məsələdir
ki, bütün yeyilən və içilən maddələri ÇV ilə hesablanmalıdır.
çoxlu maye içmək - sutkada 1 litri şirinləşmiş
çay və su olmaqla 4-5 litrə qədər maye içmək məsləhətdir.
Gün ərzində 2 dəfə sodalı klizma olunmalıdır:
1 litr suya 4 xörək qaşğı soda tökülür və klizma
olunur. Bu prosedura 3 gün ərzində, əgər qarında
ağrı, qusma, işal yaranmasa, olunmalıdır. əğər
siz xəstəxanaya düşmüsünüzsə, () dərhal həkimə
öz vəziyyətiniz haqqıda məlumat verməli, şəkər
və asetonun təyin olunmasını xahiş etməlisiz.
Bir daha xüsusi olaraq qeyd edirik ki, xəstəlik
zamanı iştahın olmamasına baxmayaraq siz mütləq
yeməlisiniz və yaxud şirin maye qəbul etməlisiniz,
və bu zaman qəbul etdiyinizi çorək vahidi ilə
hesablamalısınız. Yadda saxlayın xəstəlik zamanı
insulini kəsmək və onun dozasını azaltmaq olmaz.
2-ci tip şəkərli diabet vaxtı bu və ya digər səbəblərə
görə ketoasidoz inkişaf edə bilər (məsələn insult
və ya miokard infarktı zamanı). Bu halda həkim
həbləri kəsir və bütün xəstəlik dövründə insulin
təyin olunur.
Geriyə