Bir
qədər xroniki ağırlaşmalar
haqqında.
Şəkərli diabet zamanı gecikmiş
ağırlaşmaların əsas səbəbi xırda qan damarlarının
və pereferik sinir sisteminin zədələnməsi ilə
əlaqədardır. Qanda şəkərin artıqlığı zamanı damarların
divarları və sinirlər zərər çekirlər; qlükoza
onlara daxil olaraq bu toxumalara toksik tə’sir
edən maddəyə çevrilir. Nətıcədə çoxlu kiçik damarlar
və sinir sonluqları olan orqanların normal işinin
pozulması baş verir. Əgər xəstə qanda
şəkəri icazə verilən həddə (6,7-8 mmol/l) saxlaya
bilirsə onda gecikmiş diabet ağırlaşmaları əmələ
gəlmir.
Bu təskinedici formula olmayıb reallıqdır, beləki
şəkərli diabeti kompensassiya edən çoxlu sayda
xəstələrdə ağırlaşmaların qarşısını almaq mümkun
olmuşdur. Hələ 20-ci əsrin 20-ci illərındə Amerika
alimi Elliot Proktor Coslin kompensassiyanın şəkərli
diabetin müalicəsındə son məqsəd olduğunu göstərirdi.
Hal hazırda ABŞ-da Coslin fondu tərəfındən diabetlər
uçün uzərındə “Victory” (“Qələbə”) sözu yazılmış
xüsusi medal təhsıs edilmişdir ki, buda 30 il
ağırlaşmasız yaşayan diabetli xəstələrə verilir
və bu belə bir həyatın mümkünlüyünü göstərir.
Xırda damarlar şəbəkəsi ən çox ğozlərin torlu
gişasında və böyrəklərdə inkişaf etmişdir, sinir
sonluqları isə bütün orqanlara (o cümlədən ürəyə
və beyinə) daxil olurlar, lakin ayaqlarda onlar
daha çoxdurlar – və buna görə də orqanizmin bu
hissələrı və orqanları diabetik ağırlaşmalara
daha çox məruz qalırlar. Birinci novbədə gözlər,
böyrəklər və ayaqlar ziyan çekirlər. Ağırlaşmaları
təsvir edərkən aşağıdakı terminologiyadan istifadə
olunur: 1-ci diabetik sözu yazılır, sonra zərər
çekmiş orqanın adı və ona patiya sözu (yəni pataloqiya
və ya pozulma) əlavə olunur.
Beləlıklə
biz aşağıdakı terminləri qeyd edə bilərik:
Diabetik angiopatiya
– ümumi termin olub diabet nətıcəsındə
damar patalogiyalarını ifadə edir (“angio” “damar”
deməkdir).
Nefropatiya
– böyrəklərdə xırda damarların zədələnməsinin
nətıcəsidir (“nefros”-böyrək)
Polineyropatiya
–periferik sinirlərin orqanizmin istənilən hissəsində
zədələnməsini ifadə edir
Diabetik pəncə –
bu diabet nəticəsındə pəncələrdə dəri dəyişmələrini,
oynaqlarda və sinir sonluqlarında dəyişikliyi
göstərir (belə pəncənin birinci əlaməti hissiyatın
müəyyən dərəcədə itməsidir.)
Avtonom neyropatiya
– müəyyən orqanda sinirlərdəki dəyişikliyi göstərir
(məsələn ürəkdə taxikardiyaya səbəb olan dəyişiklik).
Yuxarıda göstərılən terminlər arasında ən ümumisi
kiçik damarların zədələnməsini göstərən diabetik
angiopatiyadır (diabetik mikroanqiopatiya).
Kəskin diabetik ağırlaşmalardan fərqli olaraq
xroniki ağırlaşmalar dəqiqə və günlərlə yox, aylar,
illər, on illiklər ərzində ınkışaf edir . Bu ağırlaşmaların
səbəbi yuxarıda qeyd etdiyimiz kimi birdir: qanda
yüksək şəkər. Deməli əgər diabet yaxşı konpensassiya
olunarsa, xroniki ağırlaşmaların inkişafını ləngitmək
olar və ya demək olar ki, qarşısını almaq olar.
”Demək olar kı” bu mənada başa duşmək lazımdır
kı, yaşla əlaqədar olaraq kiçik və iri qan damarlarında
bu və ya digər dərəcədə dəyişiklik əmələ gəlir
və hətta əla kompensasiya olunmuş diabet belə
bu prosesə nə iləsə təsir edir. Biz calışmalıyıq
ki, bu təsir olduqca az olsun.
Yada salmalıyıq ki, diabetdən əlavə (daha doğrusu
yüksək şəkərdən) damarların zədələnməsinə xolesterin
və siqaret çəkmə də öz mənfi təsirini göstərir,
xolesterin qan damarlarının divarlarında toplanaraq
başlanğıcda qan dövranını zəıflədır, sonra isə
onu tamamilə tutur - və bu əslində atereskleroz
adlanır. Beləlıklə diabetdə damarlar ıkıqat zərərə,
siqaret çekənlərdə isə uçqat zərərə məruz qalırlar.Bu
halda siqaret çekmənın təsiri yüksək şəkərin orqanizmə
göstərdiyi təsır xüssusiyəti ilə eynidir.
Qeyd
etmək lazımdır ki, heçdə bütün xəstələrdə xolesterin
yüksək olmur, ən çox bu ikinci tip diabetlərdə
müşaıdə olunur. Ildə 1 dəfə xolesterinin qanda
miqdarını yoxlamaq lazımdır, əğər onun qanda miqdarı
yüksəkdırsə dieta bir qədər mürrəkəbləşir - heyvani
yağları qidadan çıxartmaq lazım gəlir (kərə yağı,
sala, qaymaqlar, yağlı pendirlər, yağlı ətlər).
Bundan başqa xolesterini aşağı salan preparatlar
da vardır ki, lakin bu preparatlar yalnız onların
qəbulu dövründə təsirlərini göstərirlər. Aydın
məsəlidir ki, bu preparatları –omürlük qəbul etmək
olar, lakin onlar çox bahalı preparatlardır. Odur
kı, siqaret çəkib və ya çekməməyi, yağlı yeyib
və yeməməyi ozunuz fikirləşin.
Indi isə diabetin bu və ya digər orqana neqativ
təsirinə nəzərə salaq. Diabetin neqativ təsiri
bəzi orqanlarda ozünü həddındən çox, bəzılərində
isə az göstərir.
1. Gözlər – diabet zamanı torlu
gişa zədələnir, diabet kataraktanın (billurun
bulanması) və korluğun (torlu gişanın dəyişməsı)
səbəbi ola bilər.
2. Burun, boğaz, qulaqlar – diabetdə
ən az ziyan çekən orqanlardır.
3. Dişlər – ağız boşluğunun bütün
xəstəlikləri,o cümlədən paradantoz, stomatit,
gingivit, qan dövranının pozulması ilə əlaqədar
güc-lu sürətdə inkişaf etməyə başlayır, sağlam
dişlərin laxlaması və vaxtından qabaq tökülməsi
baş verə bilər. çox vaxtı diabet stomatoloji kabinetdə
xəstələrin dişlərinin laxlaması və damaqların
şişməsi ilə əlaqədar olaraq müraciətındə aşkar
olunur.
4. Ürək – diabet nətıcəsındə
zədələnir; ürək əzələsi dəyişir, yüksək xolesterin
damarlarda dəyışıklık törədir və bu da ürəyin
işemik xəstəliyinə gətirib cıxarır (qan dövranının
çatışmamazlığı). Bundan əlavə sinir sisteminin
zədələnməsi ürəyin avtonom neyropatiyasına səbəb
olur bilər ki, bu da –ozünü ürək döyünmələrinin
artması ile göstərir (taxikardiya).
5. Ağ ciyərlər – birbaşa olaraq
diabetdən zərər görmürlər, lakin orqanizmin müqaviməti
aşağı düşdüyünə görə diabetiklərdə yoluxma və
ya gizli ocaqların aktivləşməsi nəticəsində ağ
ciyərlərin vərəmı əmələ gələ bilər.
6. Mədə və bağırsaqlar - diabet
onlara qismən təsir edir. Birinci diabetik enteropatiya
ola bilər ki, bu da mədənin genişlənməsinə və
həzm prosesinin requlyassiyasının pisləşməsinə;
ishal və qəbizliyə gətirib çıxarır. Ikinci, çox
nadir, ağır ağırlaşma olan ( ) sinir pozğunluğu
nəticəsində sfinkterin atoniyası ola bilər. Yara
xəstəlıyinin əmələ gəlməsində diabetin elə bir
rolu yoxdur.
7. Qara ciyər – diabetin kompensasiyası
yaxşı olmadıqda onun normal fəaliyyəti pozulur
və qara ciyər böyüyür.
8. Böyrəklər - diabet tərəfindən
birbaşa zədələnir, nəticədə diabetik nefropatiya
yaranır.
9.Prostat vəzi – diabetdə zərər
çekmir.
10. Sidik kisəsı - daşların əmələ
gəlməsinə diabet təsir etmır, lakin sidik kisəsinin
infeksion xəstəliklərinin inkişafına şərait yaradır.
Diabet yaratdığı sinir pozğunluqları ilə əlaqədar,
sidik kisəsi sfinkterinin atoniyasının dolayısı
səbəbkarı ola bilər.
11. Cinsiyət üzvlərinin funksiyası -
diabet zamanı pozulur, kişilərdə bu impotensiyaya,
qadınlarda isə uşaq salmaya, vaxtından qabaq doğuşa
səbəb olur. Bütün bunların səbəbi qeyd etdiyimiz
kimi qanda qlükozanın yüksək səviyyədə olmasıdır.
12. Hamiləlık və doğuş diabetli qadınlarda çox
ğüclü ağırlaşır. Diabetdən əziyyət çekən
hamilələr mütləq iki mütəxəssisin-endokrinoloqun
və ginekoloqun nəzarəti altında olmalıdır; bundan
başqa qlükometr vasitəsilə qanda şəkərin gün ərzində
7 dəfə təyini vacibdir (qanda şəkərin miqdarı
sağlam insanlarda kı kimi saxlanılmalıdır).
13. Ayaqlar və pəncələr – diabet
zamanı damarların və sinirlərin zədələnməsi ilə
əlaqədar zərər çekirlər, nəticədə trofik yaralar,
qanqrena, ətrafların itirilməsi baş verir. Bundan
əlavə pəncələr və ayaqlar göbələk xəstəliklərınə
məruz qalırlar.
14. Oynaqlar sağlam insanlara
nisbətən, daha çox duz toplanması kimi proseslərə
məruz qalırlar; bundan əlavə oynaqlarda diabetik
dəyışıkliklər də mümkündür.
15 .Sinir sistemi – diabet zamanı
qanda şəkərin yüksək olması ilə və qan dövranının
pozulması ilə əlaqədar sözsüz ki zədələnirlər.
16. Qan dövran sistemi – diabetdən
birbaşa zərər çekir və buda öz növbəsində yuxarıdaki
bütün xəstəlıklərin yaranmasının əsasında durur.
Qan təziqi diabetiklərdə adətən yüksək olur. Qeyd
etməliyik ki, diabet zamanı qan damarlarının zədələnməsinə
gətirib çıxaran və onu stimulaşdıran əlavə faktor
kimi siqaret çekməni göstərmək olar. Beləliklə
siz əyani sürətdə əmin oldunuz ki diabet insan
orqanizmi funksiyalarının o qədər ciddi pozğunluğudur
ki, onun gecikmiş ağırlaşmaları yaxşı halda xoşagəlməyən,
pis halda isə olümcül nəticədir. Lakin bu iki
kateqoriya- xoşagəlməyən nəticə (ağız boşluğunda
pozğunluqlar, oynaqlarda ağrılar, ayaqların keyləşməsi)
və –olümcül nəticə arasında olduqca faciəvi, insan
həyatının keyfiyyətini qat-qat aşağı salan orta
vəziyyə də vardır ki, bura görmənin və ayaqların
itirilməsi, böyrəklərin xəstəlikləri aiddır. Və
ya eyni cur faciəvi üçbucaq olan, diabetlə bərabər
piylənmə və hipertoniyanın da xəstədə olmasıdır.
Doğurdan da çalışmaq
lazımdır öz diabetinizi kompensassiya edəsən,
artıq çəkini normalaşdırasan, dietaya əməl edəsən,
siqareti tullayasan və insulindən, şprisdən, hipoqlikemiyadan
qorxmayasan! Nəticədə siz nə varsa
onu saxlaya bilərsiz, əlil olmayacaqsınız və ləyaqətli
insan həyatı yaşayacaqsınız. Digər alternativ
həyat tərzı həddindən yüksək xoşagəlməzdir, və
bəzi hallarda əzablıdır.
Xoşbəxtlikdən diabetin xərçəng xəstəliklərinin
yaranması ilə heç bir əlaqəsi yoxdur və rasional
dieta, rejimə əməl etmə, siqaret çekməmək, müntəzəm
olaraq minəral və vitamin maddələrinin qəbulu
hətta onların arasında xərçənglə xəstələnməni
aşağı salır. Hal-hazirda çox ( )% diabet xəstələri
qoca yaşlarına kimi yaşayırlar və müasir insulinlərin
və ozünə nəzarət vasitələrinin tətbiqi IAŞD (insulindən
asılı şəkərli diabet) xəstələrinin həyatında çox
böyük rolu və əhəmıyyətli təsiri olmuşdur.
Ağırlaşmalardan
necə qurtulmaq olar.
Diabet
müxtəlif formalarda gedə bilər:
Xəstəliyin yüngül forması; bu
zaman qanda şəkər karbohidratların və yağların
miqdarının azaldılması ilə olan dieta ilə normallaşır.
Orta ağırlıqda diabet; burada kompensassiyaya
dieta və şəkər aşağı salan həblər ilə nail olunur.
Xəstəliyin ağır forması;
burada əsas müalıcə metodu 1-2 və ya daha çox
insulin inyeksiyası ilə olan insulinterapiya və
dietadır. Xəstəliyin ağır formasında çox vaxt
diabetik ağırlaşmalar inkişaf edir. Diabetin kəskin
ağırlaşmalarına hiperqlikemik və hipoqlikemik
ağırlaşmaları (hipoqlikemik komaya qədər) göstərmək
olar.
Diabetik hiperqlikemik koma insulinin dozasının
düzgün seçilmədiyinə görə uzun müddət hipeqlekemiyanın
300 mq və daha çox olması nəticəsində yarana bılər.
Bir qayda olaraq belə vəziyyət 2-3 gün müddətində
tədricən, müvafiq simptomlarla inkişaf edir: güclü
susuzluq, ağızda quruluq, poliuriya, zəiflik,
huşun itməsinə kimi gətirib çıxaran yuxululuq.
Belə hallarda təcili sürətdə təcili yardım çağırmaq
lazımdır. Belə ki, xəstənin diabetik komadan çıxartmaq
üçün lazım olan reanimatik tədbirlər yalnız stasionar
şəraitində yerinə yetirilməlidir.
Hipoqlikemik ağırlaşmalar kəskin inkişaf
edir. Onların əlamətləri; alında soyuq
tər, əllərin və bütün bədənin əsməsi, zəiflik,
bəzən baş ağrıları olur. Bu zaman qanda şəkərin
miqdarı 60 mq% və daha aşağı enir. Belə halda
xəstənin huşu aydındırsa ona təcili sürətdə isti
şirin çay vermək, yedizdirmək lazımdır. Yeməyin
gec həzm olunan karbohidratlardan (çörək, kaşa)
olması məsləhətdir. Xəstə huşsuzdursa damara qlükoza
yeritmək üçün təcili yardım çağırmaq lazımdır.
Baxmayaraq ki, hipoqlikemiya asan aradan götürülür,
amma onlar çox halda şəkərli diabetin ağırlaşmalarına
səbəb olur.
Bu tıp ağırlaşmalara aşağıdakılar aiddir:
retinopatiya, və ya göz dibinə qan sızma. Retinopatiyanın
müalicəsi həkim okulist tərəfindən aparılır.
nefropatiya və ya böyrək fəaliyyətinin pozulması,
bunun müalicəsi nefroloq tərəfindən olunmalıdır.
diabetik polineyropotiya və ensefalopatiya, və
ya mərkəzi və pereferik sinir sistemində dəyişikliklər.
Müalicə nevropotoloq tərəfindən aparılır.
aşağı ətrafların diabetik angiopatiyası, bu yerimə
vaxtı ayaqlarda ağrılara səbəb olur.
Qeyd etmək lazımdır ki, bütün bu ağırlaşmalar
çox ciddi olub, bunların vaxtında müalicə olunmaması
əlilliyə səbəb ola bilər. Belə ağırlaşmaların
müalicəsı mütləq endokrinoloq və mütəxəsis tərəfindən
birgə aparılmalıdır.
Diabetin əsas müalicə metodlarından biri dietoterepiyadır.
Xəstə yağları və karbohidratları məhdudlaşdırmalı,
lakin kifayət qədər zülallar, vitaminlər, mikroelementlər
qəbul etməlidir. Bu o deməkdir ki, əsasən müxtəlif
tərəvəzlər (məhdudiyyət yalnız kartofa aiddir)
yağsız quş əti, balıq, ət, yağsız kəsmik və digər
süd məhsulları (xamaya, kərə yağına, qaymağa,
yüksək yağlılıqlı pendirə məhdudıyyət qoyulmalıdır),
şirin olmayan meyvələr (alma, limon, heyva, kivi,
ləpələr, tumlar) istifadə etmək lazımdır. Şəkərin
aşağı salan həblər və insulin həkim endokrinoloq
tərəfındən təyın olunur.
Geriyə