FAYDALI XURMA

Просмотров: 3980

Oktyabr, noyabr aylarinda bağlarda xurma yetişir və bazarlarda , mağazaların piştaxtalarında xurma bolluğu gözə çarpır. Məlum olub ki, xurma nəinki dadlı, həm də çox faydalı meyvədir. Xurmanın vətəni Çin olub, oradan o, Şərqi Asiyaya yayilmış, sonra isə Yaponiyada yetirişdirlməyə başlanmışdır. Azərbaycanda da xurma çox geniş yayılmış və istifadə olunur. Yalnız 19-cu əsrinin sonunda xurma haqqında bütün dünya bilmişdir. Xurma almadan 2 dəfə çox qida lifləri və faydalı mikroelementlərə malikdir. Onda həmçinin çoxlu miqdarda antioksidantlar da vardır. Xurma meyvəsində çoxlu maye, zülallar, karbohidratlar, üzvü turşular, aşı maddələr vardır. Bu meyvə həmçinin kali, kalsi, maqni, fosfor və dəmirlə, A, C , P vitaminləri ilə zəngindir. Xurma dietik ərzaq olub, həzm pozğunluğunda tərkibində pektin olduğu üçün çox xeyirlidir. O, xalq tababətində mədə xəstəliklərinə istifadə olunur. Tərkibində çoxlu miqdarda şəkərlər, əsasən qlükoza və fruktozanın olması ürək damar sisteminə yaxşı təsir ğöstərir və ürək əzələsini qidalandırır və bu zaman qlükozanın qanda səviyyəsi həddindən çox yüksəlmir. lakin şəkərli diabetdə xurma qəbul etmək olmaz. Xurmada olan maqni böyrəklərdə daş əmələ gəlmə ehtimalını azaldır, vitamin A isə xərçəngdən müdafiə edir. Vitamin S və P damarların zəifliyini azaldır.Xurma sidik qovucu və tonuslayıcı xüsusiyyətinə malikdir. Əsəb sistemini sakitləşdirir, iş qabiliyyətini artırır. Bağırsaq və qızılı stafilokklara qarşı bakterisid təsirə malikdir. Soyuqdəymə zamanı 3,5 xörək qaşığı ilə qatışdırılmış bir yetişmiş xurmanın şirəsi ilə boğazı yaxalamaq faydalıdır. Xurmanı kosmetik məqsədlərlədə istifadə etmək olar. Xurmanın içindən və və yumurta sarısından hazırlanmış maska genişlənmiş üz masamələrdə və üzdə qara nöqtələrdə kömək edir.Beləliklə, xurma ürək- damar xəstəliklərinin profilaktikasında faydalıdır, həzmi yaxşılaşdırır və tərkibində çoxlu mikroelementlər vardır. Gündə bir- iki xurma yeyərək, biz yalnız həzz almırıq, həm də öz qidamızı faydalı maddələrlə zənginləşdiririk.