ARTERIAL TƏZYIQ HAQQINDA

Просмотров: 20187

148642703745d157Arterial təzyiqi həkimlər dünyada ən çox yayılmış xəstəlik hesab edirlər. Rusiyada bu xəstəlikdən əhalinin 40%-i əziyyət çəkir, onun nəticəsində isə hər il bir milyon insan ölür. 

ARTERİAL HİPERTONİYA bir “ yığın” xəstəliyin inkişafına səbəb olur.Lakin birinci növbədə ən həyatı vacib orqanlara- ürəyə, baş beyinə, böyrəklərə, gözlərə zərbə vurur.

Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər çox zərər çəkirlər ki, kardioloqlar hətta onları “hədəf- orqanlar“ adlandırırlar. Bu qorxulu xəstəlikdən özünü necə qorumaq olar?

Müntəzəm öz təzyiqinizə nəzarət edin

Hətta sizin təzyiqiniz heç vaxt yuxarı olmayıbsa belə, profilaktik məqsədlə ildə onu bir dəfə də olsa ölçün. Bunu siz həkimə müraciət etməklə və ya ev şəraitində avtomatik tonometrin köməyi ilə edə bilərsiniz. Istənilən yaş və cins üçün təzyiqin normal səviyyəsi 100-139/60-89 mm.c. s. qəbul olunmuşdur.Əgər təzyiq 120/85 mm. c. s. səviyyəsindədirsə, həkimlər bunu optimal göstərici hesab edirlər. Əgər ölçmə vaxtı sizin təzyiqiniz 139/89 təyin olunubsa, bu sizə öz təzyiqinizə nəzarət etməyə səbəbdir. Lakin sizin təzyiqiniz 140/90 və ondan yuxarıdırsa, siz kardioloqa və ya sahə həkiminə müraciət etməlisiniz.

Həkimin bütün məsləhətlərinə əməl edin!

YADDA SAXLAYIN, hipertoniyanın müvəffəqiyyətli müalicəsi yalnız müalicə həkimindən yox, həm də sizin özünüzdən asılıdır. Mütləq həkimin sizə təyin etdiyi bütün lazım olan müayinələrdən keçin: qanın və sidiyin ümumi analizini verin, elektrokardioqrafiya etdirin. Müntəzəm olaraq təyin olunmuş bütün dərmanları qəbul edin. Və özünüzü, adət etdiyiniz həyat tərzini həkimin dəyişmək tələbinə hazırlayın.

Düzgün qidalanın!

Posiyentin çəkisi ilə arterial təzyiqin səviyyəsi arasında bir başa əlaqə vardır. Qeyri – səmərəli qidalanan, duzlu və yağlı qidalardan, alkaqoldan sui-istifadə edən, artıq çəkisi olan insanlarda hipertoniya 5-6 dəfə çox inkişaf edir. Kardioloqlar görüblər ki, çəkinin 10 kq artması təzyiqin 2-3 mm civə sütunu artmasına gətirib çıxarır. Bundan başqa, çox saylı elmi tədqiqatlarla təyin olunub ki, həddindən çox xörək duzunun işlədilməsi arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır. Duza xüsusi ilə, artıq çəkili posiyentlər və yaşlı adamlar həssasdır. Bir gündə 2 qramdan artıq duz işlətməyin və çalışın ki, öz rasionunuzdan həddindən çox duz olan ərzaqları çıxarasınız.

Fiziki aktiv olun!

Muntəzəm fiziki fəaliyyət hipertoniyanın həm profilaktikası, həm də onun müalicəsi üçün vacibdir. Normal təzyiqli, az hərəkətli həyat tərzi keçirən,məşq etməyən insanlarda arterial hipertoniyanın inkişaf riski, aktiv insanlara nisbətən 20-50% yüksəkdir. Hətta sürətli yeriş, sağlamlaşdırıcı qaçış, həftədə 3-5 dəfə yarımsaatlıq üzgü kimi mötədil fiziki məşqlər arterial təzyiqi 5-10 mm. c. s. aşağı sala bilər. Lakin ağır statik fiziki yüklər, məsələn ştanqa ilə məşğul olmağı həkimlər hipertoniklərə məsləhət görmürlər; ağırlıq qaldırma təzyiqi artırır.

Zərərli adətlərdən qurtulun!

Arterial təzyiqə siqaret çəkmə və alkaqoldan sui-istifadə etmə mənfi təsir göstərir. Siqaret tüstüsündə olan nikotin həyacanlandırıcı və oyadıcı təsir göstərir, ürəyin işini artırır, damarların daralmasına səbəb olur, arterial təzyiqi artırır. Həkimlər xəbərdarlıq edirlər ki, siqaret çəkmə hipertoniklərdə ürəyin işemik xəstəliyi və beyin insultu riskini 2-3 dəfə artırır. Hər dəfə siqaret çəkəndə bunu yadınıza salın!