UŞAQLARDA ARTIQ ÇƏKI

Просмотров: 4754

03Biz hesab edirik ki, valideyinlər heç bir vaxt onlarln evıadlarının artıq çəkidən əziyyət çəkmə faktınıa biganə yanaşmasınlar, belə ki, bu cür məsuliyyətsiz münasibət çox ciddi xoşagəlməz nəticələrə səbəb ola bilər: ağır çəkili uşaqlar yaşlaşanda da artıq çəkidən xilas ola bilmirlər. Valideyinlər bilməlidirlər ki, artıq çəki, qeyri düzgün qidalanma və otuqaq həyat tərzi diabetin inkişafına gətirib çixarır.

Buna görədə biz valideyinlərə bir neçə faydalı məsləhət vermək istəyirik:

Uşağınızın düzgün gidalanmasına nəzarət edin. 

Uşağınızı idmanla məşğul olmağın lazımlığına inandırın. Artıq çəkidən əziyyət çəkən bir çox uşaqlar öz “normal ” həmyaşıdlarının oyunlarında iştirak etməyə utanırlar. Öz uşağınıza onun xoşu gələn idman növünü seçməkdə kömək edin, siz özünüz də onun idman oyunlarında iştirak edə bilərsiniz. Uşağın televizorun qabağında keçirdiyi vaxtı məhdudlaşdırın, belə ki, bu vaxt uşaq uzun müddət hərəkətsiz qalır. 

Onu artıq çəkidən əziyyət çəkən və dieta gözləyən uşaq kimi ailədən ayrı tutmayın, bütün ailə üzvülərinə düzgün qidalanma heç bir ziyan verməz. 

Tez-tez uşağa onun çəkisini xatırlatmayın, uşaq bundan inciyə bilər, həmçinin onda komplekslər inkişaf edə bilər ki, bundan da uzun müddət xilas ola bilməz. 

Uşağı məcbur etməyin ki,” boşqabda heç nə saxlamasın “, uşaq yeməyə özünü məcbur etməli deyil.

Uşağınızı meyvə və tərəvəzdən qidalanmada bol-bol istifadə etməyə inandırın. Şirin yeməklərin və içgilərin istifadısini məhdudlaşdırın. 

Yəqin ki, bizim məsləhətlərimiz sizin üçün faydalı olacaqdır.

 Amerka diabet assosiyassiyası