Təqvim
Hava

 

Linklər

Netty Winner 2010
Sizin reklam burada!
webmaster@diabet.az

 

VEGETERIAN QIDALANMA
VITAMINLƏR VƏ MIKROELEMENTLƏR

VEGETARİAN QİDALANMA

Vegetarian qidalanma bitki mənşəli qidalara əsaslanır. Bura – meyvə, tərəvəz, dənli bitkilər, paxlalı bitkilər (lobya, noxud, mərci) , qozlar və tumlar aiddir. Bitki mənşəli məhsulların tərkibində xolesterin yoxdur. Ümumilikdə götürdükdə isə onlar aşağı kalorili olub, yağlarla çox kasaddırlar. Lakin bu məhsullar bitki lifləri, vitaminlər və mikroelemenlərlə zəngindirlər. Vegetarian dieta diabet xəstəliyindən əziyyət çəkən şəxslərdə sağlam qidalanmanı təmin edə bilər. Begetarianlarda artıq çəkinin əmələ gəlməsi, xolesterinin səviyyəsinin yüksəlməsi, arterial təzyiqin qalxması ehtimalı çox aşağı olur. Bundan əlavə vegetarianlarda ürəyin işemik xəstəliyi, damar divarının zədələnməsi, ağciyər və yoğun bağırsağın xərgənci və osteoparozun əmələ gəlməsi nəzərəçarpacaq dərəcədə az olur.
I tip diabetli xəstələr vegetarian qidalanmaya başladıqdan sonra daha az insulindən istifadə edə bilərlər. II tip diabetli xəstələr isə vegetarian qidalanmaya başladıqdan sonra çəkisini azalda bilərlər.

MƏN KİFAYƏT EDƏCƏK QƏDƏR ZÜLAL ALA BİLƏRƏMMİ ?
Əksər insanlar düşünürlər ki, belə dieta onları kifayət qədər zülalla təmin edəcəkmi? Lakin burada narahat olmağa heç bir əsas yoxdur. Vegetarianların əksəriyyəti onlara lazım olan zülalı, zülalla zəngin dənli biktilərdən, paxlalılardan, qoz və tumlardan ala bilərlər. Başqa qrup vegetarianlar isə zülalı bəzi heyvani mənşəli qidalardan alırlar.

Sağlam gidalanmanın rejimi məhsulları bir neçə qrupa ayırır, məsələn: yağlarla kasad süd məhsulları, balıq, molyuska və quşlar.

VEGETARİANLIĞIN NÖVLƏRİ
Vegetarianlığın ardıcılları heyvani mənşəli qida qəbul edib, etməməsindən aslı olaraq bir neçə qrupa bölünürlər. Vegetarianlığın 5 növü məlumdur: ciddi, südlü, yumurta ilə əlaqəli, südlü-yumurtalı və yarımvegetarianlıq.
Aşağıdakı cədvəldə her bir növ vegetarianların nə ilə qidalandığı görünür.

Vegetarianlığın növü

Ciddi vegetarianlar:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, bitki tumları
Yemirlər: Ət, balıq, molyuska, quş, süd məhsulları, yumurta
Süd vegetarianları:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, bitki tumları, süd məhsulları
Yemirlər: Ət, balıq, molyuska, quş, yumurta
Yumurta vegetarianları:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, qoz, bitki tumları, yumurta
Yemirlər: Ət, balıq, molyuska, quş, süd məhsulları
Yarımvegetarianlar:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, qoz, bitki tumları, balıq, molyuska, quş, süd məhsulları, yumurta
Yemirlər: Ət
VEGETARİN DİETAYA KEÇİD

Əgər siz vegetarian dietaya keçməni sınaqdan keçirmək istəyirsinizsə, dietoloqla məsləhətləşməlisiniz. Dietoloq sizə menyudan çıxarmaq istədiyiniz məhsulu hansı məhsulla əvəz etməyə kömək edə bilər. Dietoloq əmin etməyə kömək edər ki, siz orqanizminizə lazım olan bütün qidalı maddələri – vitaminlər, mikroelementlər, zülallar, yağ və karbohiratlar qəbul edəcəksiniz. Bu da “vegetarianlığa keçidə” bir neçə məsləhət.
• Bir neçə həftə ərzində həftədə bir gün olmaqla vegetarianlığa başlayın. Əvvəlcə sizə tanış olan yeməkdən başlayın, məsələn: qaqabaşaq kaşası tərəvəs sousu olə.
• Reseptləri vegetarian kulinar kitablarından götürərək oxuyun.
• Çalışın vegetarian restoranları ziyarət edəsiniz. Ola bilər ki, gördüyünüz yeməklərin müxtəlifliyi sizi heyran etsin.
• Menyuda ət, balıq, quş və molyuskanın miqdarını azaldın. İdeal porsiya təqribən 50 qr-dan çox olmamalıdır. Əti kublara və ya zolaqlara bölüb, ona salat və ya sıyıq əlavə edin.
Menyuda daha çox dənli, paxlalı və tərəvəz olan məhsullara üstünlük verin. Çili hazırlanmasında qızardılmış, pörtlədilmiş ət yeməklərini paxlalar ilə əvəz edin. Bu, bütün vitamin və mikroelementlərə aid deyildid. Belə ki, bitki mənşəli məhsullarda B qrup vitamini az, onda tez həzm olunan dəmir və sink kifayət qədər olmur.

İtaliya sousunun tərkibində sarımsaq, zeytun yağı, tomat, kəklikotu, duz, istiot, çin istiotu vardır. Antioksidantlarla zəngindir.


VİTAMİN VƏ MİKROELEMENTLƏR

Lazımi qədər vitanim və mikroelementlər sizin orqanizminizin yaxşı işləməsini təmin edir. Vitamin və mikroelementləri qəbul etdiyiniz qidalarla qəbul edə bilərsiniz. Vitanim və mirkoelementləri həb şəklində də qəbul edə bilərsiniz. Bunlar bioloji aktiv əlavələr adlanır. Diabetli şəxslərin əksəriyyəti vitamin və mikroelementləri qidanın müxəlifliyi hesabına kifayət qədər qəbul edirlər. Lakin bəzi diabetli şəxslərdə vitanim və mikroelementlərin çatışmazlığı ola bilər. Bu defisit orqanizmin lazımi dərəcədə vitamin və mikroelementlərin olmaması ilə əlaqədardır.

VİTAMİN ÇATIŞMAZLIĞI

Diabetli şəxslərin əksəriyyəti kifayət qədər A vitamini qəbul edir. Bundan başqa həmin insanlar E və C vitaminlərini də kifayət qədər qəbul edirlər ki, yalnız bəzilərinə bu vitaminləri miqdarını artırmaq lazım olur. Öz şəxsi həkiminizlə xüsusilə bu barədə mütləq məsləhətləşin.
Adətən diabetli xəstələrdə B qrup vitaminlər kifayət qədər olur. B qrup vitaminlərə vitamin B1 (tiamin), vitamin B2 (riboflavin), vitamin B3 (niasin)1, vitamin B6 (piridoksin), vitamin B12 və folasin3 aiddir. Əgər diabet sizdə pis kompensassiya olunubsa, B qrup vitaminlkəri sidiklə itirmə təhlükəsi ilə üzbəüzsünüz. Sizin sağlamlığınıza cavabdeh tibb işçisi sizə B qrup vitaminləri ilə zəngin məhsullar məsləhət görə bilər. Təcrübələr göstərir ki, B6 vitaminin çatışmazlığı qlükozaya tolerantlığın pozulmasının nəticəsi ola bilər. Qlükozaya tolerantlığın pozulması göstərir ki, sizin orqanizminiz insulin istehsalı və istifadəsində çətinliklər yaşayır.

MİKROELEMENT ÇATIŞMAZLIĞI
Xrom. Diabetli xəstələrin əksəriyyəti kifayət qədər xrom qəbul edir. Lakin bəzilərində xrom çatışmazlığı ola bilər. Xrom çatışmazlığı qanda şəkərin və yağların səviyyəsinin artmasına və qlükozaya tolerantlığın pozulmasına səbəb ola bilər.

Bitki mənşəli vitamin və mineral mənbəələri

Vitamin və ya mikroelementlər

Onların əsas qida mənbəələri
Vitamin A
Qaraciyər, tunes5, açıq narıncı rəngli meyvə və tərəvəz, yastı göyərtilər
Vitamin B1 (tiamin)
Donuz əti, günəbaxan yağı, çiy tumlar
Vitamin B2 (riboflavin)
Qaraciyər, ördək, skumbriya balığı, süd məhsulları7
Vitamin B3 (niasin)1
Quş əti, balıq, dana əti8
Vitamin B6 (piridoksin)
Kartof, banan türk noxudu, gavalı soku, quş əti, balıq, qaraciyər.
Vitamin B12
Balıq, molyuska, qaraciyər
Vitamin C
Sitrus bitkiləri, yemiş, çiyələk, kivi, istiot, brokolli, brüssel kələmi10
Vitamin D
Balıq, vitamin əlavə edilmiş süd, kərə yağı, marqarin, yumurta11
Vitamin E
Qoz, tərəvəz tumu, bitki yağları12, manqo, qaragat, alma13
Folasin
Paxla, göyərti1, qulançar, qaraciyər, buğda cücərtiləri
Kalsium
Yoqurt, süd, kəsmik
Xrom
Buğda cücərtiləri, pivə mayası, çiy toxumlar, qaraciyər, ət, pendir.
Mis
Krablar, qaraciyər, qoz, tərəvəz tumları, gavalı, üzüm
Dəmir
Molyuska, ət məhsulları, qaraciyər, soya, boranı tumları
Maqnezium
Qoz, tərəvəz tumları, paxla, çiy meyvə tumları, göyərti, balıq
Manqan
Təmizlənməmiş buğda, tərəvəz, qoz, meyvələr
Kalium
Meyvələr, tərəvəzlər, paxla, balıq, süd, yoqurt
Selen
Molyuska, balıq, qaraciyər, qoz, təmizlənməmiş buğda
Sink
Ət məhsulları, qaraciyər, molyuska


1 Rusiya və Avropa ölkələrində niasin vitamin Bs və ya vitamin PR, vitamin B3 amerikan mənşəli mənbələrdən fərqli olaraq pantotenat turşusu kimi qeyd olunur.
2. Sianokobalamin
3. Fol turşusu, vitamin Bc


Əgər laborator analizlərin sizdə xrom defisiti aşkar olnubsa, müalicə həkimi mütləq sizə xrom əlavələri təyin etməlidir. Əgər sizdə xromun səviyyəsi kifayət qədərdirsə, əlavə xrom qəbul etmək qanda şəkər və yağlara müalicəvi təsir göstərməz.
Mis və manqan. Mis və manqanın defisiti qlükozaya tolerantlığın pozulmasına gətirib çıxaracaq. Diabetli xəstələrin az bir qismində mis və ya manqan defisiti olur. Bu səbəbdən də onların çatışmazlığı nadir hallarda olur.
Selen və dəmir. Selen çatışmazlığı diabetli xəstələrdə nadir hallarda olur. Diabetli xəstələrdə dəmir defisiti diabetlə xəstə olmayanlara nisbətən az fərqlənir.
Maqnezium. Əgər diabetli xəstələrdə qanda şəkərin miqdarı çətin tənzimlənirsə və ya keton cisimçikləri çoxdursa, deməli, orqanizmdə maqnezium defisiti vardır. Maqnezium çatışmazlığı orqanizmin insulinə həssaslığını azaltmış olur.
Əgər laborator analizlərin nəticəsinə görə sizdə maqneziumun seviyyəsi enibsə, həkim sizə mütləq maqnezium tərkibli əlavələr təyin etməlidir.
Sink. Diabet xəstələri, xüsusən də çətin kompensasiya olunan diabetdə sink defisitinə həssas olur. Sink çatışmazlığı qlükozaya tolerantlıq əmələ gətirə bilər. Əgər laborator analizlərin nəticəsinə görə sizdə sinkin səviyyəsi enibsə, həkim sizə mütləq sink tərkibli əlavələr təyin etməli və ya tərkibində sink olan qidalar məsləhət görməlidir.
4. B12 istisna olmaqla bütün B qrup vitaminlərlə zəngin qida xəmir mayasıdır.
5. Bunlardan başqa treska, palma və gənəgərçək yağı, az miqdarda da yumurta və kərə yağı da aiddir.
6. Əsasən arpa və qarabaşaq
7. Bu məhsullarla yumurta, kəsmik və qarabaşaq
8. Heyvani mənşəli qidalardan niasin qaraciyərdə, donuz ətində və qızıl balıqda olur.
9. B6 vitamini ən çox ətdə, boyrəklərdə, bitki mənşəli məhsullarda isə arpada olur.
10. Vitamin C ilə zəngin qidalar limon, kələm, itburnu, qara qarağat, feyxoa, qrepfrutdur.
11. D vitamini ilə zəngin qidalara dənizin dərinliklərində yaşayan balıqlarda – paltusa, tunsa, treska və heyvan qaraciyəri aiddir.
12. Xüsusən də gənəgərçək, soya və qarğıdalı
13. Xüsusən də cücərtilər, paxla, ispanaq, kress salatı, lüsern, yumurta və dəniz balığı.

 

www.diabet.az © 2010•   Müellif hüquqları qorunur. Məlumat istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. ter