09.06.2026

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

1-ci tip diabetli xəstələr üçün məsləhətlər.

II. 1-ci tip diabetli xəstələr üçün məsləhətlər.

 

Insulin qəbul edən xəstələr üçün bütün qida məhsulları 3 grupa bölünür:

Birinci - Yeyirik, lakin ÇV hesablayırıq və yediyimizin migdarına nəzarət edirik.
Ikinci - Praktik olaraq istədiyimiz qədər yeyirik və ÇV hesablamırıq.
Ücüncü - Yemirik və yalnız hipoqlikemiyanı aradan qaldırmaq üçün istifadə edirik.


Yuxurıda qeyd etdiyimiz qida klassifikasiyasına əsasən hansı konkret ərzaqların hansı qrupa aid olduğunu təhlil edək: şirniyyat; un məhsulları və kaşalar; meyvə və giləmeyvələr; tərəvəzlər; süd məhsulları; ət və balıg məhsulları; alkoqollu içkilər; şəkər əvəz edicilər. Beləliklə 1-ci punkt - şirniyyat. "şirniyyat" anlayışı müxtəlif mənalar kəsb edir; bura təmiz şəkər, qlükoza ilə zəngin meyvələr, şirələr və şirin içkilər, mürəbbələr, kompotlar, konditer məhsulları - tortlar, pirojnalar, bişintilər, kremlər, kekslər, piroqlar, yoqurt, şirin pendirlər, dondurma və bütün növ konfetlər aiddir. Bəzi şirin ərzaqlarin tərkibində yağlar (krem, şirin pendir, şokoladlar) vardır, bəziləri isə xəmirdən hazırlanmış un məhsullarıdır (tortlar və pirojnalar), üçüncu isə meyvələrdən hazırlanır (mürəbbələr, kompotlar, şirələr, limonadlar), dördünçü isə sadəcə olaraq - təbii şəkildə olan meyvə və giləmeyvələrdir (üzüm). Bütün bunları nə birləşdirir, pirojna, fanta və üzüm arasında ümümi nə vardır?
Orqanizm tərəfindən həddindən çox yüksək sü'rətlə mənimsənilən çox miqdarda karbohidratların qlükoza və saxaroza növü vardır. Sadə karbohidratlar çox tez müddətdə sorulur və 3-5 dəq. sonra qana keçir, beləki sorulma artıq ağız boşluğunda başlayır. Yuxarıda qeyd etdiyimiz kimi mürəkkəb karbohidratlar isə əvvəl mədəyə düşməli və mədə şirəsinin tə'siri altında sadə karbohidratlara çevrilməlidir; beləliklə onlar tədricən sorulur və müxtəlif növ ərzaqlar üçün sorulma sürəti müxtəlifdir. Sadə karbohidratlı ərzaqlar (başqa sözlə şirniyyat) diabetklərə məsləhət görülmür. Lakin bu məhdudiyət ərzağın tərkibindəki yüksək səviyyədə şəkərin olması ilə yox, onun tərkibində "ani şəkərin" olması ilə əlaqədardır, çünki "ani şəkər" qanda qlükozanın səviyyəsini çox tez qaldırır. Bu məhdudiyyət eyni dərəcədə həm birinci, həm də ikinci tip diabetlərə aiddir, lakin bir halda; yəni hər iki tip diabetdə hipoqlikemiya halını aradan götürmək üçün istisna olaraq "ani şəkərli" ərzaqlardan istifadə edilir. Hipoqlikimiyanı aradan göturmək üçün istifadə olunan "ani şəkərli" ərzaq məhsulları aşağıdakılardır:qlükoza - həb və ya məhlul halında
üzüm, üzüm şirəsi, kişmiş
şəkər - qənd, şəkər tozu, karamel
şirin çay, limonad, pepsi, fanta
bal - tərkibində bərabər miqdarda qlükoza və fruktoza vardır
meyvə şirələri
kvas, pivə


Yəginki siz təəcübləndiz - tortlar, pirojnalar, şirin bişintilər, şokolad konfetlər, dondurmalar hanı? Məgər onların tərkibində "ani şəkər" yoxdur?
Sözsüz ki vardır. Lakin, əmələ gəlmiş hipoqlikimiyanın aradan götürmək nöqteyi nəzərindən bunların tərkibində "ani şəkər" yox, "sürətli şəkərdir" ki, bunların da tə'siri 3-5 dəqiqədən sonra yox, daha gec 10-15 dəqiqədən sonra başlayır. Əsas məsələ isə ondan ibarətdir ki, tortların, bişintilərin və şokoladların tərkibində saxarozadan başqa bol yağlarda var ki, onlar da sorulmanı ləngidirlər. Beləliklə əgər hipoqlikemiya əlamətləri güclüdürsə təmiz qlükoza və şəkər, üzüm, bal, şirələr, pivə, kvas işlətmək lazımdır. Hipoqlikimiya əlamətləri zəifdirsə, onda aydın məsələdir ki, pirojna yemək olar, lakin ən yaxşısı 5 tikə qənd və bir dilim çörək və ya 3 peçenye yemək lazımdır. Peçenye, tort və ya kremli pirojna kimi yağlı deyildir və onun efekti daha yüksək olacaqdır. Beləlilə biz "qadağan olunmuş" şirniyatlara münasibəti aydınlaşdırdıq və məlum oldu ki, şirniyyat diabetklər üçün 2 kateqoriyaya bölünür "ani şəkərli" və sorulması yağlarla tormozlanan şəkərlər.

Un məmulatları və sıyıqlar. ÇV tə'yini. Un məmulatlarindan ən başlıcası - kobud uyudulmuş qara çövdar çörəyi və ya diabetiklər üçün tərkibinə yulaf əlavə edilmiş xüsusi çörəkdir. "Kərpic şəkilli" qara çörək götürək, 1 sm qalınlığında kəsək və alınmış hissəni eninə bölək. Bizim aldığımız çörək tikəsi 25 qr bərabərdir və onu çörək vahidi adlandırırlar (ÇV); 1 ÇV tərkibində 12 qr karbohidrat vardır. Tərkibində karbohidrat olan bütün ərzaqları müəyyən çəki olçüsündə bir ÇV bərabərləşdirmək olar. Beləki, müxtəlif çəkili müxtəlif ərzaqları, tərkibində 12 qr karbohidrat olması ilə bir çörək vahidi ilə qeyd etmək olar. Aydın məsələdir ki, bu təqribi hesablamadır və təcrübəyə əsaslanır, lakin hər halda o bizi ərzaqların tərkibindəki karbohidratlara görə oriyentassiya edir. 3 nömrəli cədvəldə hər bir ərzağın bir çörək vahidində miqdarını öyrənmək olar. Bu cədvəlli çörək vahidinə görə əvəzetmə cədvəli də adlandırmaq olar. Ondan istifadə edərək biz qida qəbulu zamanı nə qədər ÇV qəbul etdiyimizə nəzarət edə bilər,( ) insulinin dozasını qəbul etdiyimiz ÇV görə təyin edər və bunun qanda şəkərin səviyyəsinə necə təsir etdiyini yoxlaya bilərik. Beləliklə IAŞD üçün tərkibində karbohidrat olan ərzaqların həsablanması ən vacib şərtlərdən biridir və o qlükometr kimi vacib amildir.

Bu faktı dərk etdikdən sonra, biz çörək haqqında daha ətraflı danışaq. Bizə nə üçün qara çörək lazımdır? Baxmayaraq ki, ağ cörəyin bir dilimi eyni miqdarda qara çörəklə ekvivalentdir, lakin o qara çörək kimi dənəli və kəpəkli undan bişirilmədiyi üçün onun sorulması 10-15dəqiqədən sonra başlayır və sürətli gedir, nəticədə qanda şəkər kəskin qalxır. Biz qara çörək yeyiriksə şəkər 20-30 dəq. sonra yüksəlməyə başlayır və o daha rəvan gedir, beləki qara çörək mədə bağırsaqda daha gec - 2-3 saat müddətində həzm olunur. Beləliklə qara çörək tərkibində "tədrici şəkər” olan tipik ərzaqdır.
Bütün yarmalar (krupa) və onlardan bişirilmiş sıyıqlar - qarabaşaq, düyü, manna, darı, yulaf sıyığının tərkibində eyni miqdarda karbohidratlar vardır: 2 xörək qaşığı yayma 1 ÇV bərabərdir, lakin qarabaşaq, darı və yulaf yarmasının sorulma sürəti qara çörəklə eynidir, yəni tərkiblərindəki "tədrici şəkərdir". Manna sıyığı çoxda məsləhət deyildir, çünki o çox sürətlə sorulur, tərkibində demək olar ki sellüloza yoxdur. Buğda unundan hazırlanmış makaron və makaron məmulatlarının ÇV nəzərə almaqla istifadə etmək olar.

Məyvə və giləmeyvələr qanda şəkəri qaldırmaq xüssusiyətlərinə görə bir-birlərindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Qeyd etmək lazımdır ki, müxtəlif sort lakin eyni adlı meyvələrin qanda şəkəri qaldırmaq xüssusiyəti eynidir - yəni bu o deməkdir ki, almanın turş və ya şirin olmasına baxmayaraq hər ikisi şəkəri eyni səviyyədə qaldırır. Turş almanın turşuluğu onda şəkərin az olması ilə yox, turşuluğun çox olması ilə əlaqədardır. Demək şirin alma qadağan deyildir, o da şəkəri turş alma qədər qaldırır; Cörək vahidini hesablamaqla istədiyiniz almanı yeyə bilərsiz. Ikinci səhf onla əlaqədardi ki, güya fruktoza qlükozani və saxarozanı əvəz edir və qanda şəkəri çox az qaldırır. Biz artıq izah etmişik bu belə deyildir; fruktoza kifayət qədər sürətlə sorulur və qanda şəkəri saxaroza və qlükoza kimi çox sürətlə və kəskin artırır və beləliklə yadda saxlayırıq - bütün meyvələrin, hətta diabetiklərə icazə verilənlərində tərkindəki "ani şəkərdir". Meyvələrdən incil, xurma, üzüm,pırnıq, həmçinin quru meyvələr - kişmiş, qara gavalı, qaysı yemək məsləhət deyil. Icazə vərilən meyvə və giləmeyvələrin assortimenti böyükdür və bunlar aiddir-almalar, armudlar, sitrus meyvələr, qarpız, gavalılar, şaftalı, nar, manqo, albalı, gilas, ciyələk, qarağat və s. Banan və ananas daha az məsləhət görülür, lakin mümkündür. Qeyd etmək lazımdır ki, meyvə porsiyası bir gündə 2 ÇV cox olmaz və həmdə iki yerə bölmək lazımdır: misal üçün - almanı saat 11-də, digər meyvəni isə saat 4-də yemək məsləhətdir. Bir daha xatırladırıq ki, bütün meyvə və giləməyvələrdə "ani şəkərdir". Deməli almanı axşam yuxudan qabaq yemək məsləhət deyildir, cünki şəkər sürətlə qalxacaq, sonra enəcəkdir və axşam saat 4-də sizdə hipoqlemikiya əmələ gələ bilər. Aydın məsələdir ki, şəkərli meyvə şirələri qadağandır, onu yalnız hipoqlemikiya tutmasını aradan qaldırmaq üçün istifadə etmək lazımdır. Təbii meyvə şirələrinin tərkibində fruktoza olur, lakin onların tərkibində meyvə şirələrini hazırlandığı meyvələrdəki sellüloza olmur. Sellüloza sorulmanı ləngitdiyi üçün "sürətli şəkər" meyvə şirələrində "ani şəkərə" çevrilir, beləliklə bizə icazə verilən meyvələrin şirələrini içmək arzu edilməzdir və məsləhət görülmur.

Bir daha aşağıdakı qaydalara diqqətinizi yönəldirik:
ərzaqda saxarozanın və fruktozanın miqdarının nə qədər olması və onun nə qədər çörək vahidinə uyğun gəlməsi vacib deyildir;
Vacibi odur ki, bu şəkər həmin ərzaqdan hansı sürətlə sorulur. Sorulmanın sürətini soyuqluq, ərzaqın konsistensiyasının kobud olması (sellülozalı) və onda yağın olması azaldır.

Nəticə:
Lifli, bərk və soyuq diabetiklər üçün, duru sıyığa bənzər və qaynardan üstündür. Lakin sorulmanın bu 3 prolanqatorlarından geniş istifadə edə biləcəyimiz biridir - qidanın kobud konsistensiyasıdır, yəni sellülozanın ( ) kifayət qədər olmasıdır. Xüsusi halları (dondurma) nəzərə almasaq, biz çox soyuq və yağli qidalardan istifadə edə bilmərik. Yağın artıqlığı həm piylənmə nöqtei nəzərindən, həmdə tərkibində xolestərin olduğu üçün damarlarımıza ziyandır.

Tərəvəzlər - bizim menyumuzun ən tərkib hissəsi olub, onların tərkibində nə karbohidratlar nə də yağlar vardır, əvəzində onlarda çoxlu sellüloza vardır.
Lakin burdada bəzi məhdudiyyatlar vardır, beləki bəzi tərəvəzlər karbohidratlarla əhəmiyyətli dərəcədə zəngindir - buna birinci növbədə tərkibində nişasta olan kartofu göstərmək olar. Kartofu yemək olar, lakin onun çox dəqiq hesabı aparilmalıdır: bir orta böyüklükdə kartof bir çörək vahidinə bərabərdir. Aydin məsələdir ki, siz üç tikə çörəyi tərəvəz qarnirli ətlə yesəniz, həmin yeməyi çörəksiz üç ədəd kartofla yeməkdən daha məsləhətli və üstündür. Nəzərə çatdırırıq ki, bu kartoflar orta böyüklükdə olub yumurtadan bir qədər böyükdür, beləliklə kartof tərkibində demək olarki sürətli şəkər məhsulu olan ərzaq olub, qanda şəkəri daha sürətlə qaldırır. Bu sürət yenədə qidanın konsistensiyasindan asılidır. Kartofdan başqa qarğıdalını, paxlalanı (lobya,noxud,paxla) çoxlu miqdarda yeyirsinizsə, ÇV hesablamaq lazımdır. Hesablamağa ehtiyac yoxdur: kələm, yerkökü, turplar, pomidor, xiyar, badımcan, soğan, kahı, ravənd, göyərtilər. Həmçinin istənilən qədər göbələk, soya yeməyə icazə verilir - onların tərkibində bitki zülalı vardır. Bitki yağları hesablanmır, bundan başqa ləpələr və tumları 50qrama qədər yeyirsinizsə- bunuda hesablamağa ehtiyac yoxdur. Bir maraqlı faktı nəzərinizə çatdırırıq - çuğundur və yerkökündə şirinlik vardır, lakin onları istənilən qədər yemək olar,
çünki onlarda çoxlu miqdarda sellüloza vardır - almaya nisbətən də çoxdur, lakin siz onlardan təbii şirə hazırlasanız onu istifadə edərkən mütləq ÇV həsablamaq lazımdır (0,5 stəkan=1 ÇV)


Süd məhsulları - dondurma, şirin kəsmiklər, şəkərli yoqurt və şirin pendirlər şirniyyata aiddir və yuxarıda onlar haqqında məlumat verilib. Digər süd məhsularında ÇV
yalnız maye halında olanlarda hesablamaq lazımdır ( süd, qaymaq, qatiq)-- beləki bir stəkana bir ÇV bərabərdir, xama (150-200qr qədər), yağ, kəsmik və pendir praktik olaraq şəkəri qaldırmırlar; çünki onların yağlılığı çoxdur. Duru ərzaqların ÇV həsablanmasına səbəb onların tərkibində həll olunmuş laktozanı (süd şəkəri) olması ilə əlaqədardır, çünki o çox tez həzm olunur. Balıq və ət məhsulları - ətdən və balıqdan hazırlanmış qidanın, vetçinanın, yumurtanın, hisə verilmiş balığın, kolbasanın tərkibində digər qarışıqlar yoxdursa, onlar qanda şəkəri qaldırmır; ona görə də onlar üçün ÇV həsablanmır. Lakin suda bişirilmiş kolbasalar, sosislərə nişasta, kotletlərə çörək və kartof, omletə isə un əlavə olunur. Kotlet və omleti siz özünüz karbohidratsız hazırlaya bilərsiniz. Iki sosis və ya 100 qr suda bişmiş kolbasa 0,5-0,7 ÇV bərabərdir.

Şəkər əvəzediciləri - daha doğrusu bunlar saxarozanın və ya qida şəkərinin əvərzedicisi olub karbohidratlar qruppasına daxil olan şirin maddələrdir ki, orqanizmdə qlükozaya çevrilmirlər və ya əgər çevrilirlərsə də bu çox ləng gedir. Beləliklə şəkər əvəzədicilərdən şirin diabetik içkilər, konfetlər, vaflilər, tortlar, kompotlar, mürrəbələr, yoqurtlar və s. hazırlanmasında istifadə etmək olar; onların istifadəsi ilə bütov bir diabetiklərə xidmət edən yeyinti sahəsi məşğul olur. Şəkər əvəzediciləri 3 qrupa bölmək olar. Onlar aşağıdaki cədvəldə göstərilmişdir.
Cəd 3. Şəkər əvəzədicilərin xarakteristikası.
Qeyd etmək lazımdır ki, ikinci qrup şəkərəvəzədiciləri və ya onların kombinasiyaları satışda aşağıdaki adlarla rast gəlinir: slastilin, sukrazit, svitli, suoli, çukli, mokka svit, sukrodayt, surel, xermesetaz, milford. Istənilən şəkərəvəzedicinin mümkun sutkalıq dozası 30-40 qramdan artıq olmamalıdır. Lakin bu dozanı yediyimiz konfet, peçenye, vaflilərin şəkərəvəzədicilərini nəzərə almaqla istifadə etməliyik. Bunun üçün biz həmin ərzağın qabının üstündə hər 100 qrama nə qədər şəkərəvəzədicinin düşməsini baxıb hesablamalıyıq. Adətən gün ərzində 1-2 əd. artıq olmamaq şərti ilə və ya ona ekvivalent tərkibli şəkər əvəzədicili, vafli, peçenye məsləhətdir. Dörd nömrəli cədvəldə isə ərzaqların çörək vahidinin həsablama qaydaları göstərilmişdir.
Cəd 4. Çörək vahidlərinin əvəzedilmə cədvəli.
Indi isə insulindən asılı şəkərli diabetlər üçün (insulin inyeksiyası edən xəstələr üçün) məsləhətlərə keçək.

1. Faktiki olaraq belə xəstələr üçün qidalanmada ciddi məhdudiyyətlər yoxdu - yəni həm diyetanın karoriliyinə, həm də istifadə olunan ÇV aiddir. Seçim hüququ xəstənin özündədir; O sağlam adamlar qədər zülallar, yağlar və karbohidratlar yeyə bilər, lakin karbohidratlar mütləq hesablamalı və kiçik porsiyalarla istifadə olunmalıdır.
2. Qidanın gündəlik rasionunun kaloriliyinə gəldikdə isə o orta hesabla 1800-2400 kkal təşkil edir. Qadınlar üçün bədən çəkisinin hər kg 29 kkal, kişikər üçün isə 32 kkal təşkil edir.
Bu kkal aşağıdaki ərzaqlar həsabına yığılır

50% - karbohidratlar (14-15 ÇV, çörəyin və sıyıqların hesabına, 2 ÇV meyvə qalanı isə tərəvəzin hesabına).
20% - zülallar (yağsız süd, balıq və ət məhsulları)
30% - yağlar (yağsız süd, ət, balıq məhsulları, bitki yağı)
Qidanın yemək qəbuluna əsasən bölünməsi konkret insulinterapiya sxemindən asılıdır, lakin bir dəfəyə 7 çörək vahidindən çox olmalı deyildir. Iki insulun inyeksiyasında o aşağıdaki kimi olmalıdır:
Səhər yeməyi - 4 ÇV, ikinci səhər yeməyi - 2 ÇV, günorta yeməyi - 5 ÇV, ikinci günorta yeməyi - 2 ÇV, şam - 5 ÇV, yuxudan əvvəl - 2 ÇV; cəmi-20 ÇV.
Qidalanmanın bu qaydada bərabər və rəvan bölunməsi 2-ci tip şəkərli diabetlərə də aiddir, lakin onlar üçün ÇV və qidanın kaloriliyi əhəmiyyətli dərəcədə aşağı olmalıdır, beləki IAOŞD 10 hadisədən 8-də çəki artıq olur. Bir daha fəaliyyət növundən asılı olaraq tələb olunan kkal və ona uyğun ÇV miqdarını göstərək:
Intensiv fiziki iş - 2000-2700 kkal və ya 25-27 ÇV;
Adi fiziki iş - 1900-2100 kkal və ya 18-20 ÇV
Fiziki əməklə əlaqəsi olmayan iş - 1600-1800kkal və ya 14-17 ÇV3. Siz normadan artıq yemək istəyirsinizsə iki çıxış yolu vardır: soyuq yemək yeməli və ona ballast maddə əlavə etməli; əlavə olaraq qısa təsirli insulin dozası qəbul etməli, misal üçün əgər siz 1 alma əlavə yemək istəyirsinizsə aşağıdaki cür etməlisiniz - sürtkəcdə alma və yerkökünü iri keçirtməli onları qatışdırmalı və soyutmalısınız, əgər siz pelməni yemək istəyirsinizsə ondan sonra iri doğranılmış kələm yemək məsləhətdir, əgər siz insulin inyeksiyası əlavə edəcəksinizsə aşağıdaki cür etməlisiniz:
a. Bir çörək vahidinə lazım olan insulinin dozası sutkanın müxtəlif vaxtlarında 0,5-2 vahid arasında tərrədüd edir.
b. Odur ki hər əlavə çörək vahidi üçün aşağıdaki dozada insulin inyeksiyası edilməlidir:
səhər - 2 vahid, günorta yeməyi - 1,5 vahid, axşam vaxtı - 1 vahid
bunlar orta rəqəmlərdir. Dozanı siz individual olaraq qlukometrin köməyi ilə seçə bilərsiz. Bütün hallarda günün birinci yarısında 1 ÇV üçün insulinin dozası yüksək olmalıdır, çünki səhərlər qanda şəkərin miqdarı yüksək olur.4. Yuxudan əvvəl saat 23-24-də siz yüngül yeməlisiniz (1-2 ÇV) - bu gəcə hipoglekimiya riskinin qarşısını almaq üçündür. Bu vaxtı "tədrici şəkərli" qidalardan istifadə etmək məsləhətdir - 1 stəkan süd, qara cörəklə buterbrod və qarabaşaq kaşası. Axşamlar tərkibində sürətli şəkər olduğu üçün meyvə yemək məsləhət deyil. 5. Siz həddindən çox şirin şey yemək istəyirsinizsə, onda siz şəkər əvəzədicilərlə hazırlanmış şirniyyat və ya dondurma yeyin.6. Çox vaxt belə bir sual verilir: insulin inyeksiyasının və ya tabletin qəbulundan sonra yeməyə nə vaxt başlamaq lazımdır? Çox vaxt bu suala həkimin qeyri-müəyyən cavabını alırlar. Bəzən hətta diabetli xəstə "qısa təsirli" iinsulin qəbul etdikdə belə ona müxtəlif cavablar verilir. Yeməyə 15 dəqiqədən sonra, 30 dəqiqədən sonra, 45 dəqiqədən sonra başlayın. Bu qəribə olsada bunun öz səbəbləri vardır. Birincisi yeməyə başlamaq üçün lazım olan vaxt müxtəlif ola bilər. Yeməyə başlamaq üçün lazım olan vaxt 1 saatdan gec olmamalıdır, əks halda siz hipoqlikimiya əlamətləri hiss edə bilərsiniz; nə vaxt yemək olar məsələsi isə aşağıdaki vəziyyətlərdən asılıdır:
- sizin insulinizin və ya şəkəri aşağı salan həbinizin tə'sirinin başlanma vaxtından
- sizin nə yeməyinizdən: yalnız tərkibində "tədrici şəkərlər" (çorək, kaşa) olan ərzaqlar və ya əlavə "sürətli şəkər" olan ərzaqlar olacaqdır (alma, apelsin).
-həb və ya insulin inyeksiyasından əvvəl sizin qanınızda şəkərin səviyyəsindən. Siz elə vaxt yeməyə başlamalısınız ki, sizin preparatınızın tə'sirinin başlaması ilə karbohidratların sorulması eyni vaxta düşsün, bu şərtlə ki, qanda şəkər normal olsun. Praktik olaraq bunu aşağıdaki cür ifadə etmək olar. Inyeksiya vaxtı qanda şəkər 5-7 mmol/l-sə yeməyə 15-20 dəq. sonra başlamaq lazımdır; əgər 8-10 mmol/l-sə - 40-60 dəq. sonra. Bu qaydanın mənası aydındır: əgər qanda şəkər yüksəkdirsə preparata vaxt vermək lazımdır ki, o qanda şəkəri aşağı salsın və ondan sonra yeməyə başlamaq lazimdırş

Zülallar - bu hüceyrələr üçün tikinti materialı olub, hüceyrələr onlardan yaranır. Tərkibi heyvani zülallar olan ərzaqlara aşağıdakılar aiddir: süd məhsulları, ət, balıq və onlardan hazırlanan bütün ərzaqlar, yumurta. Bitki zülalları – soyada, mərcidə, paxlalarda və göbələkdə olur. 1 qr təmiz zülalın kaloriliyi 4 kkal təşkil edir. Tərkibində zülal olan ərzaqlar əgər onları normal qaydada qəbul etsən, qanda şəkəri demək olar ki qaldırmır. Lakin əgər siz bir dəfəyə 1 kq ət yesəniz qanda şəkər hər halda qalxa bilər. Yağlar – bunlar bizə enerji ehtiyatı verir, lazım olan hormonların və vitaminlərin yaranmasında iştirak edir. Normal miqdarda, yağlar da qanda şəkəri qaldırmır. Bir qram yağin kaloriliyi 9 kkal təşkil edir ki, buda zülalların kaloriliyindən 2 dəfə çoxdur. Tərkibində yağ olan ərzaqları 4 kateqoriya bölmək olar:
Heyvani yağlarından ibarət olan ərzaq məhsulları - kərə yağı, marqarin, salo; tərkibində həyvani yağlar gizli olan ərzaq məhsulları - ət, balıq və onlardan hazırlanmış bütün ərzaqlar, bütün süd məhsulları; bitki yağlarından ibarət olan ərzaq məhsulları - günəbaxan, qarğıdalı, zeytun, kokos yağları və s. Tərkibində gizli bitki yağları olan ərzaq məhsulları-tumlar, ləpələr, qarğıdalıdır. Qeyd etmək lazımdır ki, bitki yağları tərkibində xolesterin olmadığına görə kaloriliyin eyni olmasına baxmayaraq heyvani yağlardan daha məqbul hesab olunur.
Lakin çəkisini azaltmaq istəyən xəstələr hər iki yağın istifadəsini azaltmalıdırlar. Əgər salatlarda smetan, mayonez, bitki yağından istifadə edirsinizsə, sizin ariqlamağınız çətin olacaq, çünki bu ərzaqların hər üchunun kaloriliyi eynidir. əgər sizin qarşınızda artıq çəki problemi yoxdursa, onda siz qanda xolestərini yoxlatmalı və o normadan artıqdırsa, onda qidanın tərkibindəki həyvani yağları bitki yağları ilə əvəz etməlisiniz və nəhayət əgər sizin artiq çəki toplamaq riskiniz yoxdursa , xolesterin normaldırsa, siz istənilən yağdan istifadə edə bilərsiniz. Karbohidratlar - kimyəvi quruluşuna görə şəkərlərin çoxlu müxtəlif növləri vardır.
Bəziləri mürəkkəb molekulardan ibarət olub, mürəkkəb şəkərlər adlanır. Digərlərinin strukturu daha sadə olub - bunları sadə şəkərlər adlandırırlar. şəkərlərin bütün mümkün olan növlərinin məcmusu karbohidratlar adlanan kimyəvi sinifdə birləşir. Deməli karbohidratlar - şəkərlərdir və molekularının quruluşundan asılı olaraq onların arasında xüsusi ierarxiya var. Bu ierarxiyaya əsaslanaraq onları bu ardıcıllıqla düzmək olar: ən sadələr: monosaxaridlər, mürəkkəbləri: disaxaridlər, və ən mürrəkəblər: polisaxaridlər. Bu şəkər karbohidratlarının yalnız keyfiyyətcə təsviridir. Bu klassifikasiya aşağıdaki cədvəldə göstərilib: Molekulyar struktyrunun murəkkəbliyinin artma qaydasi ile qida karbohidratlarinin yerleshmesi. Bu cədvələ keçməzdən əvvəl bir neçə qeydlərə nəzər salaq. Birincisi, molekullarının quruluşuna görə klassifikasiyadan başqa, karbohidratlar qidalanma nöqtei nəzərindən - insan orqanizmi tərəfindən mənimsənilən və mənimsənilməyənlərə bölünürlər. Çörəkdə, meyvə və tərəvəzdə olan karbohidratları bizim mədəmiz həzm edir, lakin tərkibində mürrəkəb karbohidrat-sellüloza olan oduncağı həzm etmir.
Ikincisi, həzm etmək - nə deməkdir? Bu termini dəqiqləşdirək; karbohidratların həzm olunması - disaxaridlərin və polisaxarildlərin mədə şirəsi ilə sadə şəkərlərə - monosaxaridlərə bölünməsi deməkdir.
Məs. sadə şəkərlər qana sorulur və hüceyrələr üçün qida mənbəyidir.
Üçüncüsü karbohidratlarla zəngin olan qida tərkibində mənimsənilən karbohidratlardan başqa, mənimsənilməyən karbohidratlarda olur. Bunlar qida lifləri, sellüloza və pektin maddələridir ki - çörəkdə, buğda və tərəvəzlərdə rast gəlinir.
Onlar həzm olunmada böyük rol oynayır: bağırsaqların işini stimullaşdırır, toksik maddələri və xolesterini absorbsiya edir.
Gələcəkdə bunları biz ümumi terminlə - sellüloza adlandıracağıq.


 

подробнее

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla