20.07.2025

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Diabetdə özünənəzarət

Diabetdə özünənəzarət

Siz nə qədər çox bilsəniz, Sizdə məhdudiyyətlər bir o qədər az olar.

Qanda şəkərə nəzarəti nə üçün aparmaq lazımdır? Nə üçün hər gün barmaq deşilməlidir? Məgər bunsuz keçinmək olmazmı? Belə sualları çox vaxt şəkərli diabetlə xəstə olan pasiyentlər ucadan və ya fikrən özlərinə verirlər. Gəlin qanda şəkərə nəzarətin hansı tezliklə lazım olduğunu bir yerdə aydınlaşdırmağa çalışaq. Diabet olmayan insanla diabetli insanı nə fərqləndirir? Birincilərdə mədəaltı vəzi daim qanda şəkərin səviyyəsinə nəzarət edir (ölçür) və onun miqdarından asılı olaraq qana insulin ifraz edir, yəni onun səviyyəsini tənzim edir. Siz kartof, kaşa və ya meyvə yediniz, qida mədəyə daxil olaraq həzm olunmağa başlayır (kiçik hissəciklərə parçalanır) və qlükozaya çevrilərək (biz onu adət etdiyimizə görə şəkər adlandırırıq) qana sorulur. Qanda şəkərin səviyyəsi qalxan kimi mədəaltı vəzi dərhal bunu hiss edir və insulin ifraz edir, bu isə şəkərin qandan bizim bədənimizin hüceyrələrinə daxil olmasına şərait yaradir (qanda şəkərin səviyyəsi düşür). Hüceyrələrdə isə şəkər həyat fəaliyyəti üçün lazım olan enerjiyə çevrilir.

Təəsüf ki, diabet zamanı insulinin ifrazı mexanizmi pozulur. Insulin kifayət miqdarda və ya bizə lazım olan kimi yaxşi və tez ifraz olunmur, daha doğrusu o çatışmır. Lakin xoşbəxtlikdən biz Sizinlə avtomatik tənzimləməni (hansı ki, yararsız olmuşdur) əl ilə idarəetmə ilə əvəz edə bilərik. Indi isə özünüz fikirləşin: avtopilotu 100% əvəz etmək üçün,əllə onun bütün funksiyalarını yerinə yetirmək lazımdır. Mədəaltı vəzin ən vacib funksiyalarından biri də qanda şəkərə nəzarətdir. Ona görə də hər gün qanda şəkəri ölçmək lazımdır. Ev şəraitində işlətmək üçün olan müasir aparatların köməyi ilə bu çox asan və sadədir. Qanda şəkəri ölçmək üçün olan aparatların çoxlu modifikassiyaları vardır- Elit (Almaniya), Satellit (Rusiya), Esprit 2 (ABŞ), Qlukotrend (Almaniya), Akkuçek-aktiv (Almaniya), Smart Sken (ABŞ), One touch Basic Plus (ABŞ), Qlukovans (Turkiyə). Bütün yuxarıda adları çəkilən aparatlar istifadə üçün asan və sadədir, ona görə də yaşından asılı olmayaraq istənilən pasiyent asan və tez onunla işləməyi öyrənir və 10 saniyə müddətində qanda şəkərin dəqiq nəticəsini təyin edə bilir. Bunun üçün barmağı deşmək üçün lazım olan xüsusi qələmlə tamamilə ağrısız olaraq qan damcısı alınır və (cəmi 2-5 mkl) və aparata qoyulmuş test çöpünə (strip) yaxılır və ya daxil edilir. Yaxşı olar ki,barmağın ucunun yan səthini deşəsən, çünki burada kapilyar damarlar daha çoxdur və sinir ucluqlarının ən az yeridir. Deşməmişdən əvvəl barmağı spirtə silmək lazım deyildir, çünki məsələ bundadir ki, spirtlə qisa müddətli silmə tam dezinfeksiya üçün kafi deyildir, həm də dəri tez-tez spirtlə kontaktda olduqda quruyur və zədələnir. Bundan əlavə spirt test çöplərində reaktivi dağıdır. Qlukometrlərdən (qanda şəkəri ölçmək üçün aparat) əlavə, pasiyent qanda şəkəri ölçmək üçün vizual test çöplərdən də istifadə edə bilər. Əlbəttə qlukometr kimi elə də rahat və əlverişli deyildir, lakin 2-3 dəfə ucuzdur. Əgər insan vizual test çöplərdə rəngləri və çalarları yaxşi ayırd edirsə və onun görməsi zəif deyilsə, onda vizual test çöplərlə nəzarət tamamilə kifayət olar. Hər bir halda vacib qanda şəkərə nəzarətin aparılma tezliyidir, ikinci onun nə ilə aparilmasıdır. Aşağıdakı vizual test çöplərini göstərmək olar- Qlukostiks (Almaniya), Qlukoxrom D (Almaniya- Rusiya) Betaçek (Avstraliya). Ölçmənin əsasında alınmış nəticələrə görə Siz artıq həkimlə birlikdə müstəqil olaraq insulinin və ya həblərin və qidanin miqdarını tənzimləyə bilərsiniz. Birinci və ikinci tip diabetdə qanda şəkərin miqdarından asılı olaraq müalicəni necə düzgün seçməyi “Diabet məktəbində” öyrədirlər. Öyrətmənin məqsədi ondan ibarətdir ki, sizlərdən hər biriniz qanda şəkərin yaxşı göstəricilərinə nail olsun və diabetdən asılı olmasın. Bunun üçun hər gün qanda şəkəri ölçmək, məlumat və bilik lazımdır. İnsan nə qədər çox bilik alırsa, onun həyatında məhdudiyyət də bir o qədər az olur. Xatirladaq ki, şəkəri olmayan insanda kapilyar qanda (barmaqdan alınan qan) səhər acqarına şəkər 5.5 mmol/l-dən, yeməkdən 2 saat sonra isə 7.8 mmol/l –dən yuxari olmur. Sizin qanda şəkərin hansı səviyyəsinə nail olmağınızı öz müalicə həkiminizlə müzakirə edin, ola bilsin ki, həkim Sizə müəyyən müddət qanda şəkərin digər səviyyəsini məsləhət görər. lakin, ideal variant yuxarıda göstətilən rəqəmlərə nail olmaqdır. İndi Siz görursünüz ki, müasir aparatların və biliyin köməyi ilə mədəaltı vəzin pozulmuş funksiyalarını tamamilə əvəz etmək olar. Ona görə də Siz nə qədər tez-tez qanda şəkərə nəzarət edirsinizsə, diabetin kompensassiyası bir o qədər yaxşı olacaqdır və həyatda Sizin məqsədləriniz real mümkün olacaqdır. Aşağıda biz ölçmənin nə qədər aparılması haqda danışacağıq. Lakin ölçmənin nə qədər aparılması sizin özünüzdən asılıdır, yeganə olaraq bir şeyi yadınızda saxlayın: nəzarət nə qədər yaxşı və tez-tez olsa, məhdudiyyətlər bir oqədər az və imkanlar daha böyük olacaqdır. Bir çox məşhur adamlar diabetlə xəstə olublar, lakin dəqiq nəzarət nəticəsində bu onlara idmanda, incəsənətdə, karyerada yüksək zirvələrə çatmağa mane olmamışdır. Bunlarin arasında-üç növçülük üzrə üç qat dünya çempionu Andrian Marplz, Kanadanın ən məşhur xokkeyisti Bobbi Xal, Faina Ranevskaya, bir çox ABŞ senatorlarını göstərmək olar. Sizin ölçmələrin nəticələrinin itməməsi və daha çox fayda gətirməsi üçün onları xüsusi Sizin üçün hazırlanmış özünə nəzarət gündəliyinə yazmaq lazımdır.

Öyrənmə və insulinin və ya həbin dozasının seçilməsi zamanı qanda şəkəri gündə 4 dəfə təyin etmək lazımdır, bu zaman siz dəqiq və taz insulinterapiyanı özünüzə seçə bilərsiniz. Lakin sonra siz xoşbəxt həyat və diabetdən asılı olmamaq üçün qanda çəkəri gündə 2 dəfə yoxlamağınız lazımdır. Həb pereparatları ilə müalicə zamanı özünə nəzarətin tezliyi kompensassiyanın dərəcəsindən və müalicənin məqsədindən asılı olub, insulin müalicəsindəkindən dəfələrlə az ola bilər.

Özünənəzarət gündəliyi

Tarix
Səhər yeməyi
Nahar
Şam
Saat 22-23-də
qanda şəkər
Qeyd
Bazar
ertəsi.
İn
ÇV
İn
ÇV
Ин
ÇV
Çərşənbə
axşamı.
Çərşənbə
Cümə
axşamı.
Cümə
Şənbə.
Bazar.

Özünənəzarəti nə qədər etmək lazımdır

Diabetin tipi NƏYİ
YOXLAMAQ LAZIMDIR
İAOŞD-diyeto-terapiyada və ya peroral həblərlə müalicədə(yaşlı adamlarda və ketoza meyillilik olmadıqda)
-Həftədə 2-3 dəfə yeməkdən sonra sidiyin analizi
-Qanda qlükozanın yeməkdən 2 saat sonra ölçülməsi. Əgər sidikdə şəkər varsa və ya yanaşı gedən xəstəlik olduqda:
--qanda və sidikdə şəkəri daha tez-tez, xüsusilə də səhərlər yoxlamalı. Əgər sidikdə şəkər dəyişıilməz qalıbsa, onda həkimə müraciət edin.
İAOŞD- (2-ci tip diabet) - insulinterapiyada
-Hər gün qanda şəkərin analizi. Analizin vaxtı insulinin qəbul rejimindən asılıdır. Qanda şəkərin səviyyəsini fiziki fəaliyyətdən və aftomobil sürmədən qabaq bilmək xüsusilə vacibdir.
İAŞD (1- ci tip, gənc yaşlarda təyin olunmuş, ketoza meyillidir)
-qısa müddət təsir edən insulin inyeksiyasına qədər, mümkün qədər hər gün yeməkdən qabaq 3-4 dəfə qanda şəkərin təyini (ən azı 2 dəfə). Əgər siz DİABET MƏKTƏBİNDƏ oxumusunuzsa onda yeməkdən qabaq şəkəri təyin etməklə insulinin dozasını seçə bilər, qidanın miqdarını dəyişə bilərsiniz.

 

Nə vaxt qanda şəkərə xüsusilə daha tez-tez nəzarət etmək lazımdır

Hamiləlik


Gecə hipoqlikemiyasına şübhə olduqda


*Ketonuriya


*Özünü pis hiss etdiyin günlər


*Fiziki aktivlik, həyat ritmi dəyişdikdə


* Qanda yüksək və ya aşağı şəkərin əlamətləri daim olduqda


*Qidanın miqdarının və onun qəbulunun vaxtının dəyişikliyində


*Vaxt qurşağında yerdəyişmə etdikdə

 

 

Əgər qanda şəkər 14-16 mmol/l-dən(252-288 mq/%) yuxarıdırsa və ya sidikdə şəkər 2 %-dən artıqdırsa, onda sidiyi asetona görə yoxlamaq lazımdır (keton cisimcikləri). Sidikdə şəkəri “Uriqlyuk” test çubuğu, asetonu isə “Uriket” test çubuğunun köməyi ilə yoxlamaq olar. Əgər sidikdə aseton varsa təcili öz həkiminizə müraciət edin, çünki bu vəziyyət sizin sağlamlığınız üçün çox təhlükəli ola bilər, belə ki, aseton və digər keton cisimcikləri orqanizm üçün çox toksik olurlar. Diabet zamanı qanda şəkərə özünə nəzarət mövzusunu yekunlaşdırarkən, diabetə nəzarətin və bizim müalicənin effektliyini çox düzgün və dəqiq göstərən bir analizi yada salmaq lazımdır. Bu qlikohemoqlabin-HB A1c analizidir. O pasiyentdə axırıncı 90 gündə orta şəkərin nə qədər olduğunu göstərir. Xüsusi cədvəlin köməyi ilə qlikohemoqlobinin göstəricisini analizdən əvvəlki 3 ay müddətində qlikemiyanın orta göstəricisinə çevirmək olar. Belə analizi ildə 4 dəfə keçirmək məqsədəuyğundur. Onda biz dəqiq və düzgün olaraq belə bir suala cavab tapa bilərik ki, diabetə nəzarət yaxşı olmuşdur, və ya daha çox səy göstərmək lazımdır.

Qlikohemoqlobinin göstəricisi ilə axırıncı 90 gündə qlikemiyanın orta sutkalıq göstəricisinin uyğunluğu .

HBA1
HbA1c
QLİKEMİYANIN ORTA GÖSTƏRİCİSİ
3,6 %
3,0 %
0,8 mmol/l
4,2 %
3,5 %
1,7 mmol/l
4,8 %
4,0 %
2,6 mmol/l
5,4 %
4,5 %
3,6 mmol/l
6,0 %
5,0 %
4,4 mmol/l
6, 6 %
5,5 %
5,4 mmol/l
7,2 %
6,0 %
6,3 mmol/l
7,8 %
6,6 %
7,2 mmol/l
8,4 %
7,0 %
8,2 mmol/l
9,0 %
7,5 %
9,1 mmol/l
9,6 %
8,0 %
10,0 mmol/l
10,2 %
8,5 %
11,0 mmol/l
10,8 %
9,0 %
11,9 mmol/l
11,4 %
9,5 %
12,8 mmol/l
12,0 %
10,0 %
13,7 mmol/l
12,6 %
10,5 %
14,7 mmol/l
13,2 %
11,0 %
15,6 mmol/l

Qanda şəkərin ölçülməsi zamanı alınan istənilən nəticə- yalnız fəaliyyət göstərmək üçün səbəbdir. Qnda şəkər hətta həddindən yüksək olsa belə, heç vaxt məyus olmayin, sadəcə olaraq fikirləşin-nə üçün belə oldu və nə etmək lazımdır ki, o normada qalsın. Qanda şəkərin ölçülməsi sadə bir prosedura olub, Sizə öz sevimli işinizlə məşğul olmaq, idmanda və karyerada yüksək zirvələrə çatmaq, dəniz peyzajlarından və meşə çəmənliklərindən həzz almaq, həmişə yaxşı əhval- ruhiyədə olmaq, fərəhlə yaşamaq üçün lazımdır.

Çətinliklərlə qarşılaşdıqda onları şişirtməyin, milçəkdən fil düzəltməyin, onları dəf etməyə çalışın

Çətinliklər haqqında fikirləşməyin, onları necə dəf etməyi fikirləşin

 

 

Çörək vahidinin (ÇV) hesablanmasının cədvəli

Çörək vahidinin hesablanması lazım olan ərzaqlar:

Dənli bitkilər, yarmalar, undan bişmiş ərzaqlar
Süd və süddən hazırlanmış duru ərzaqlar
Meyvələr
Tərəvəzlərdən-kartof
Təmizlənmiş (rafinə olunmuş) karbohidratlar
Qidalanma qaydaları:

Çoxlu tərəvəz yeyin (hər qida qəbulunda).
Gün ərzində karbohidratları bərabər bölüşdürün. Qida qəbulları arasında böyük fasilələr verməyin.
Çörək vahidlərini hesablayın və müntəzəm olaraq qanda şəkəri ölçün.
Tədricən mənimsənilən karbohidratlara üstünlük verin.
Əgər sizin bədən şəkiniz artıqdırsa, onda yağlı qidanın istifadəsini iki dəfə azaldın.
Kifayət qədər vitaminlər və zülallar yeyin.
Xörək duzunun işlədilməsini azaldın.
Həkimlə öz qidalanma planınızı müzakirə edin.
Qidalanma haqqında sizə ətraflı diabet məktəbində danışacaqlar.
Qidalanmanın düzgün seçilməsi və korreksiyası gündəlik qanda şəkərə qlukometr vasitəsi ilə nəzarət etməklə mümkündür..

Tərkibində 100 kkal olan ərzaqların miqdarı.

 

Bu cədvələ kimin fikir verməsi lazımdır

Sizin çəkiniz normadan artıqdır və Siz arıqlamağa çalışırsınız
Bədənin normal çəkisi= (boy (sm) - 100) - 10% -qadinlar üçün*
Bədənin normal çəkisi= (boy (sm) - 100) -kişilər üçün*
*Konstitussiyadan və sümük toxumasının qalınlığından asılı olaraq 5-10 % alınmış rəqəmlərdən kənara çıxma ola bilər.
Bədən çəkisinin normal olmasını bədən çəkisinin indeksi ilə də (BÇİ) təyin etmək olar- BÇİ=bədən çəkisi kq-la bölünsün boyun metrlə ölçüsünün kvadratına (kq/boy metrlə2)

    Bədən çəkisi haqqında rəy
KLASSİFİKASSİYA

BÇİ (kq/м2)


Yanaşı xəstəliklərin ehtimalı

Çəkinin çatmamazlığı
<18,5
18,5 -24,9
Aşağıdır (lakin digər klinik priblemlər ola bilər)
Orta
Normal
Artıq çəki
Piylənmədən qabaq
Piylənmə 1-ci klas
Piylənmə 2-ci klas
Piylənmə 3-cü klas
>=25,0
25,0-29,9
30,0-34,9
35,0-39,9
>=40,0

Yüksəkdir

 

• HbA1c 1% aşağı endikdə damar ağırlaşmaları riski 21% azalır
• HbA1c 7%-dən artıq olduqda miokardın infarktı riski 4-5 dəfə artır

Diabet zamanı müntəzəm yoxlanma.

Qlikohemoqlobinin təyini - HbA1c – 3 ayda bir dəfə

HbA1c
Axırıncı 90 gündə qlikemiyanın orta səviyyəsi.
6,0 %

6,3 mmol/l

6,6 %
7,2 mmol/l
7,0 %
8,2 mmol/l
7,5 %
9,1 mmol/l
8,0 %
10,0 mmol/l
8,5 %
11,0 mmol/l
9,0 %
11,9 mmol/l
9,5 %
12,8 mmol/l
10, 0 %
13,7 mmol/l
10,5 %
14,7 mmol/l


• Göz dibinə okulist tərəfindən baxılması (genişləndirilmiş bəbəyə elektron oftalmoskopun köməyi ilə)- ildə 1-2 dəfə
• Qanın biokimyəvi analizi (kreatinin, sidik cövhəri, yağ fraksiyaları)- ildə 1dəfə
• Sidiyin mikroalbuminuriyaya, leykositlərə və digər parametrlərə görə yoxlanması- ildə 1-2 dəfə
• Ayaqlarda temperatur, vibrassiya, taktil hissiyyatın yoxlanması-endokrinoloq tərəfindən müntəzəm
• ARTERİAL TƏZYİQƏ MÜNTƏZƏM NƏZARƏT(əgər yüksəkdirsə hər gün)

 

 

 

 

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla