Təqvim
Hava

 

Linklər

Netty Winner 2010
Sizin reklam burada!
webmaster@diabet.az

 
ÜRƏK TUTMALARI



ÜRƏK TUTMALARI

Ürəyə lazım olan miqdarda qan gəlmədikdə və ürək lazım olan qədər oksigenlə tam təmin olunmadıqda ürək tutmaları baş verə bilir. Bu zaman ürək əzələsinin bir hissəsi zədələnir və ya məhf olur.


Qan dövranın pozulması damarlara xolesterin və yağların toplanması və ürək damarlarının tutulması (ateroskreloz) nəticəsində meydana gəlir. Ürək damarlarının tutlması damar divarını qan laxtasının tutması ilə də yarana bilər. Diabetdən əziyyət çəkən şəxslərdə ürək tutmaları digər şəxslərə nisbətən daha tez-tez olur. Siz diabeti aradan qaldıra bilməzsiniz, lakin ürəyi sağlam saxlamaq üçün çox şey edə bilərsiniz.

ÜRƏK TUTMALARI EHTİMALINI NECƏ AZALTMALI
• Diabeti nəzarətdə saxlayın. Qanda şəkərin səviyyəsini arzuolunan həddə (bax. Qanda şəkər),qlikohemoqlobini lazımi dərəcədə saxlamaq ürək damarlarının zədələnməsinin qarşısını alar və onun inkişafını tormozlayar.
• Siqareti atın !!!1. Siqaret çəkmə damar divarlarını daraldır, yağ və xolesterinin toplanmasına kömək edir. Bundan əlavə siqaret qanın laxtalanmasını da artırır.
• Əgər sizdə yüksək qan təzyiqi varsa, sizi müalicə edən həkimlə birlikdə təzyiqi normada saxlamağa çalışın. Belə ki, yüksək qan təzyiqi ürəyi zəiflədir. Siz qan təzyiqini düzgün qidalanma, idman hərəkətləri, arıqlama və dərman preparatları qəbul etməklə normaya sala bilərsiniz.
• Yaxşı və dadlı yeməklər hazırlamaq üçün tərkibində aşağı kalorili, az xolesterinli qidalar olan yemək reseptləri göstərilən faydalı kulinar kitablar alın və onlara əməl edin. Yüksək xolesterin səviyyəsi dmarlarınızı zədələyə bilər.
• İdman hərəkətləri ilə həftədə ən azı 3 dəfə, hər dəfədə ən azı 15 dəqiqə məşğul olun. Bu məqsədlə gəzinti, velosiped sürmək və üzgüçülüklə məşğul ola bilərsiniz. Bu aerobik hərəkətlər (bax. Aerobika hərəkətləri) qan təzyiqinizi aşağı sala və ASLP xolesterini və triqliseridləri qanda azalda, YSLP xolesterinin qanda səviyyəsini yüksəldə bilər. İdman hərəkətləri ümüumiyyətlə ürəyi daha möhkəm , stressə daha davamlı edir, arılamağa kömək edir.
• Əgər sizdə artıq çəki varsa, çalışın 5-10 kq azaldasınız !!! Düzgün qidalanma və fiziki aktivlik fonunda hətta azca arıqlama zamanı, qan tezyiqi azalır, qanda xolesterinin səviyyəsi aşağı düşür.
• Stress zamanı sakitliyə riayət edin (bax. Stress). Həddən artıq stress qan təzyiqini qaldırır, qanda şəkərin miqdarını yüksəldir.
• Qadınlar esterogenlərlə müalicə zamanı ehtiyatlı olmalıdırlar. Əgər siz menopauza dövrünü keçmisinizsə, həkiminizdən esterogenlərlə müalicə haqqında soruşun. Esterogen ürəyinizə mənfi təsir edə bilər. Bu zaman risk etmiş olursunuz. Həkiminizlə bu zaman meydana gələ biləcək çətinliklərdən və faydalardan danışın.
• Ürək tutmalarının əmələ gəlməsini bildirən əlamətlərə qarşı həssas olun. Bu zaman nə etmək lazım olduöunu öyrənin.
Ürək tutmalarının xəbərdaredici əlamətləri:
• Döş qəfəsində güclü sıxıcı, yandırıcı ağrı
• Ağrının qola, çiyinə, çənəyə yayılması
• Boğulma və hıçqırıq
• Başgicəllənmə və ürəyin xarab olması
• Tərləmə
• Ürək bulanma
Xüsusi qeyd: Diabetdən əziyyət çəkən şəxslərdə bu zaman ağrı olmaya bilər və ya cüzü ola bilər. Bu zaman əsas əlamət keton cismlərin təyinidir (bax. Keton cismləri təyini).

ƏGƏR HİSS EDİRSİNİZSƏ Kİ, SİZDƏ ÜRƏK TUTMALARI VARDIR
1.Təcili yardıma zəng edin və ya kimsə xəstəni maşına qoyub bütün sutka ərzində təcili tibbi xidmət göstərə bilən yaxın xəstəxanaya çatdırsın.

2.Yaxınlığınızda olanlara sizdə ürək tutmasının olmasını deyin. Başqa sözlə əgər siz özünüzdən getsəniz, yaxınlarınız nə olduğunu dərhal başa düşsün.


Başlanğıca


 

 

 

www.diabet.az © 2010•   Müellif hüquqları qorunur. Məlumat istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.