QANDA QLÜKOZANIN MİQDARININ ARTMASI

Просмотров: 37058
diabetes-treatmentQanda qlükozanın miqdarının normadan yuxarı qalxması hiperqlikemiya (qanda qlükozanın miqdarının artması) adlanır. Qanda qlükozanın miqdarının artması – diabetin bir əlamətidir. Qanda qlükozanın miqdarının artması zaman ötdükcə sizin göz, böyrək, ürək, sinir və qan damarlarınızı zədələyə bilər.

QANDA QLÜKOZANIN MİQDARININ ARTMASININ SƏBƏBLƏRİ- [url] http://www.az.synlab.de/[/url])
•Siz normadan artıq qidalanmısınız
•Siz qidada həddən artıq çox karbohidrat qəbul etmisiniz
•Siz az miqdarda insulin qəbul etmisiniz
•Siz insulin qəbul etməmisiniz
•Siz diabet əleyhinə həblərdən az qəbul etmisiniz
•Siz diabet əleyhinə həb qəbul etməmisiniz
•Siz xəstələnmisiniz
•Siz stress keçirmisiniz
•Siz mütəmadi idman hərəkətini etməmisiniz və ya azaltmısınız

QANDA QLÜKOZANIN MİQDARININ ARTMASININ ƏLAMƏTLƏRİ

•Başagrısı
•Dumanlı görmə
•Susuzluq
•Aclıq
•Həzm pozğunluğu
•Sidik ifrazının sayının tezləşməsi
•Quru və qaşınan dəri
•Tənəffüsün meyvə tamlı olması
Bu əlamətlərin hər hansı birinin mövcudluğu qanda şəkərin səviyyəsini təyin edə bilməz. Yeganə inandırıcı üsul qanda şəkərin miqdarını təyin etməkdir (bax. Qanda qlükozanın miqdarının sərbəst təyini). Nəticə sizin sonrakı addımıza kömək edər.

QANDA QLÜKOZANIN MİQDARININ ARTMASININ MÜALİCƏSİ
Əgər sizdə qanda qlükozanın səviyyəsi 180 və 250 mg/dl-dirsə1
1.Həkim sizə tövsiyə etdiyi kimi hərəkət edin. Sizə aşağıdakı məsləhətləri verə bilər.
•Kiçik dozada əlavə insulin (tez təsir edən) yeritmək
•Gəzmək və ya digər idman hərəkətləri etmək
•Növbəti qida rejimində qidanın miqdarını azaldın
2. Qanda qlükozanın miqdarını hər saatdan bir yenidən ölçün. Əgər qlükozanın miqdarı 250 mg/dl olaqar qalıbsa, yoxlayın – diabetik ketoasidozun (bax. Keton cisimçiklərinin təyini) elamətləri varmı və ya hirepqlikemik hiperosmolyar qeyri-keton haldır (bax HHQV). Əgər bu əlamıətlərdən hər hansı biri müşayət olunubsa, təcili həkiminizlə əlaqə saxlayın.
Əgər sizdə qanda qlükozanın səviyyəsi 350 mg/dl-dirsə
Əgər sizdə qanda qlükozanın səviyyəsi 500 mg/dl yuxarıdırsa, təcili həkiminizlə əlaqə saxlayın.
Təcili həkiminizlə və ya sizi təcili olaraq xəstəxananın təxirəsalınmaz terapiya şöbəsinə çatdıra bilər hər hansı şəxslə əlaqə saxlayın. 1 mq/dl= 1 mg%, 180 və 250 mq/dl = 10.0-13.9 mmol/l. Md/dl qlükozanı mmol/l çevirmək üçün mq/dl-i 0.05551 (mmol/l) vurmaq lazımdır. Əksinə, mmol/l-i mq/dl-a çevirmək istəyirsinizsə, mmol/l-i 18.02 (mq/dl) bölmək lazımdır.
250 mq/dl uyğundur 13.9 mmol/l
350 mq/dl uyğundur 19.4 mmol/l
550 mq/dl uyğundur 27.8 mmol/l

5. Bu halda (son iki halda) təcili və ya təxirəsalınmaz yardım çağırmaq lazımdır.