MÜALİCƏ HƏKİMİ

Просмотров: 5648

n1

Diabetdən müalicə olunmaq üçün endokrinoloqa və ya diabetoloqa müraciət etmək olar.
Sizi müalicə edən həkim ixtisaslı endokrinoloq və ya diabetoloq ola bilər. Endokrinoloq müalicə həkimi olub, diabet kimi xəstəlikər üzrə xüsusi hazırlıq keçmiş və sertifikat almış şəxsdir. Diabetoloq isə diabetin müalicəsi ilə məşğul olan həkimdir.
Əsas məsələ sizin hansı həkimə müraciət etmənizdən və nə kimi yardım almanızdan aslıdır. Amerika Diabet Assosassiyası həkimlərə sizə yardım üçün xüsusi göstəriş hazırlayıb. Bu göstəriş “Şəkərli diabetlərə standart tibbi yardım” adlanır. Bunlarla illik jurnal olan və hər ilin yanvar ayında işıq üzü görən “Diabetdə tibbi yardım” jurnalında “Praktik həkimə kömək” məqaləsində tanış olmaq olar. Sizi müalicə edən həkimin bunlardan yararlandığına əmin olun. Bu nəşrlər sizə də kömək edə bilər. Onlar həkiminizdən nə gözləməli olduğunuzu bildirəcəkdir. Bununla da həkiminizin sizə yüksək xidmət etməsindən xəbərdar ola bilərsiniz. Aşağıda yuxarıda dediklərimizə misal göstərə bilərik.

 

İLK MÜRACİƏT
Ilk müraciət zamanı sizi diabetdən sağaldacaq həkimdən sizin sağlamlığınız üçün tibb işçilərinin komandasını tərtib etməyi xahiş edin (bax. Sizi müalicə edən tibb işçiləri). İlk vizit zamanı sizi müalicə edən həkim heyəti aşağıdakılar etməlidir:
• Sizdə diabetin nə vaxt olduğunu soruşsun.
• Hansı laborator göstəricilərin olmasını soruşsun.
• Sizn ailə üzvlərinizin hansında bu xəstəliyin olmasını soruşsun.
• Necə müalicə olunacağınızı soruşsun.
• Nə vaxt və nə qədər yemək yeməyinizi soruşsun.
• Fiziki hərəkətlərin tezliyi və intensivliyini soruşsun.
• Çəkinizi soruşsun.
• Siqaret çəkib, çəkmədiyinizi soruşsun.
• Yüksək qan təzyiqinin olub, olmadığını soruşsun.
• Qanınızda xolseterinin miqdarını soruşsun.
• Sidikdə keton cismlərin miqdarını soruşsun.
• Qanınızda şəkərin normadan aşağı olmasını soruşsun.
• Hansı xəstəliklər keçirdiyinizi soruşsun.
• Hansı ağırlaşmaların olmasını soruşsun.
• Sizi necə müalicə etmələrini soruşsun.
• Hansı dərmanları qəbul etdiyinizi soruşsun.
• Sizdə daha hansı tibbi problemlərin olmasını soruşsun.
• Hamiləliyin olub, olmamasını soruşsun.
• Sizin boy, çəki və qan təzyiqinizi təyin etsin.
• Gözünüzü müayinə edib, hər hansı problemin olmasını təyin etsin.
• Ağız boşluğunu müayinə edib dişlərlə problemin olmasını təyin etsin.
• Boğaz nahiyyəsini müayinə edib, qalxanvari vəzidə problemin olması və müayinənin lazım olmasını təyin etsin.
• Fenondeskopla ürəyinizə qulaq assın.
• Qaraciyər və digər orqanları müayinə etsin.
• Əl barmaqlarınıza diqqətlə baxsın.
• Ayaq barmaqlarınıza diqqətlə baxsın.
• Ayaqlarda pulsasiya və hissiyatı yoxlasın.
• Dərinizi müayinə etsin.
• Reflekslərinizi yoxlasın.
• Nəbzinizi yoxlasın.
• Sizi qan və sidiyin analizinə göndərsin.

 

SONRAKI MÜRACİƏTLƏR
Sizi müayinə edən həkim növbəti müraciət gününü təyin edə bilər. Növbəti müraciət vaxtı elə seçilməlidir ki, ildə 2-3 dəfədən az olmasın.
Əgər siz insulin qəbul edirsinizsə və ya qanda şəkərin miqdarını çətinlikə tənzimləyirsinizsə, ildə 4 dəfədən az müraciət olmaz.
Əgər sizdə ağırlaşma varsa və ya diabetin kompleks müalicəsində yeni punktlar təyin edilməsini istəyirsinizsə, həkimə daha tez-tez müraciət ediləməlidir.
Təkrar müraciət zamanı sizi müalicə edən həkim heyəti aşağıdakıları etməlidirlər:
-Qanda şəkərin mütəmadi göstəricilərini tələb etməli.
-Sizdə qanda şəkərin həddaə artıq yüksək və ya aşağı olmasını soruşmalı.
-Ağırlaşmaların olub, olmadığını soruşmalı.
-Həkimə növbəti vizit vaxtına qədər hər hansı xəstəliyin olduğunu soruşmalı.
-Hansı dərmanları qəbul etdiyinizi soruşmalı
-Sizi çəkməli və qan təzyiqinizi ölçməlidir.
-Gözlərinizi müayinə etməlidir.
-Ayaqlarınızı müayinə etməlidir.
-Qanda qlikohemoqlobinin təyininə göndərməlidir.
-Sidik analizinə göndərməlidir.
-Böyrəklərin funksional müayinəsinə göndərməlidir.
-Qanda yağlar və yağa bənzər maddələrin analizinə göndərməlidir.
-Sizin müalicə planınızı bir daha nəzərdən keçirməlidir.
-Müalicə planını bir daha müzakirə etməli bəzi dəyişikliklərin vacibliyini yoxlamalıdır.