DİABETLƏ NECƏ XƏSTƏLƏNMƏMƏLİ?

Просмотров: 3847

Məlum olduğu kimi diabet iki tip olur: birinci tip- insulindən asıli, hansı ki, bir qayda olaraq uşaqlarda və gənc insanlarda yaranır, və diabet ikinci tip-bəzən onu qocalıq diabeti də adlandırırlar. Təəsüf ki, birinci tip diabetin qarşısını almağa hələ nail olmayıblar, ikinci tip diabetin başlamasıni maksimal dərəcədə ləngitmək isə tam realdır. Təki istək olsun.

Risk qruplarında kimlərdir

Praktik olaraq 40 yaşdan yuxarı və artıq çəkili, az hərəkətli insanların hamısı. Əgər hamiləlik vaxtı qadında qanda şəkər yüksəlibsə, onda 2-ci tip diabetin əmələ gəlmə riski çox yüksəkdir. Ailəsində insulindən asılı diabet olan insanlar da çox risk altındadır. Bu xəstəliyə meyllilİk irsi ötürülə bilər. Şəkərli diabetə irsi meylli olan insanlar ildfə iki dəfə qanda şəkərə görə analiz verməli və endokrinoloqla məsləhətləşməlidir.

Yuxarı yaşlarda 2-ci tip diabetlə xəstələnmə riski bütün insanlarda artır, buna görə də müntəzəm olaraq qanda şəkərin səviyyəsi, arterial təzyiq, xolesterinin miqdarı kimi sağlamlıq parametrləri ilə maraqlanmaq lazımdır. Bu o minimumdur ki, diabet və ürək xəstəlikləri kimi qorxulu xəstəliklərin ilk əlamətlərini nəzərdən qaçırmamağa sizə imkan verəcəkdir.

Nə qədər və nə yemək lazımdır?

Hətta şəkərli diabetlə xəstə olmayan insanların da bildiyi və ən çox məlum olan profilaktika metodu iki əsas məhdudiyyət tələb olunan dietadır: karbohidratların və kalorinin məhdudlaşdırılması. Karbohidratların məhdudlaşdırılması ona görə lazımdır ki, mədəaltı vəzi həddən artıq yükləməyəsən, kalorinin məhdudlaşdırılması isə kökəlməmək üçündür.

Bununla bərabər, siz cürbəcür qidalanmalı, qidalanma rejiminə əməl etməli(gündə 5-6 dəfə) çox yeməməli, yeməkləri düzgün hazırlamalısınız (duxovkada va ya buxarda hazırlanmış sulu yemək və qidalar).

Hər şeydən əvvəl asan həzm olunan karbohidratları- şəkər və şirniyyatı kəskin məhdudlaşdırmaq , ən yaxşısı tam imtina etməkdir.

Çoxlu tərəvəz və göyərti yeyin, çünki onların tərkibində olan karbohidratlar orqanizm tərəfindən tədricən sorulur və mənimsənilir, bu da qanda şəkərin kəskin artmasına səbəb olmur. Tərəvəz və meyvələr tərkibindəki karbohidratlara görə 3 qrupa bölünür. Karbohdratlar ən az xiyarda, pamidorda, kələmlərdə, yunan qabağında, boranıda, badımcanda olur. Bir qədər çox yerkökündə, soğanda, ağ turpda, çuğundurda, sitrus meyvələrində, çiyələkdə, qırmızı və qara qarağatda, mərsində, moruqda, əriklərdə, armudlarda olur. Ən çox karbohidratlar kartofda, bananda, üzümdə, şirin alma növlərində, xurmada, əncirdə vardır.

Çalışın tərkibində qida lifləri olan ərzaqlardan çox yeyəsiniz, çünki onlar digər qida komponentləri (sadə şəkərlər, xolesterin) ilə həll olunmayan və sorulmayan komplekslər əmələ gətirir və onları orqanizmdən çıxarır, deməli qanda xolesterinin, şəkərin səviyyəsi azalır. Belə ki, kobud üyüdülmüş, kəpəkli undan bişmiş çörək seçin, ağ undan hazırlanmış çörəkdən, bişintidən imtina edin. Yulaf, qarabaşaq, qarğıdalı, darı, arpa yarmasında çoxlu miqdarda qida lifləri vardır- onlara üstünlük verin.

Zülallı qidaları yaddan çıxarmayın, çünki insulin defisiti yalnız karbohidrat və yağ mübadiləsinin pozğunluğuna yox, həm də zülal sintezinin pozulmasına gətirib çıxarır. Heyvani zülallar bütün amin turşularının ən əlverişli nisbətinə malikdir, bununla bərabər heyvani yağlar xolesterinin əsas mənbəyidir. Ona görə də ən optimal variant balıqdan, yağsız ətdən, yağsız süd məhsularından istifadə etməkdir. Yadınızda saxlayın ki, bir çox ərzaqların tərkibində gizli yağlar vardır: kolbasalarda, yunan qozunda, bulyon kubiklərində, qovrulmuş pustədə, günəbaxan tumlarında.

Əgər sizdə artıq çəki varsa, ərzaqların kaloriliyinə diqqət yetirin.

Siqaret çəkməyi tullayın! Siqaret çəkmək həm diabetin, həm də onun ağırlaşmalarının əmələ gəlməsinə şərait yaradır.

Öz çəkinizə nəzarət edin. Çox vaxt, məhz piylənmə 2-ci tip diabetin inkişafına səbəb olur.

Gücünüz çatan fiziki fəaliyyətlə gündəlik məşğul olun: minimum gündə 30 dəqiqə gəzin, üzün, bu və ya digər hərəkətləri yerinə yetirin

Arterial təzyiqinizə nəzarət edin. Məlumdur ki, yüksək təzyiq karbohidrat mübadiləsinin pozulmasına təkan ola bilər. Bəzi məlumatlara görə, hipertoniya ilə xəstə insanların 60%-də bu baş verə bilər. Bu səbəbə görə, hipertoniya ilə xəstə olan insanlar yaxınlaşan diabetin ilk əlamətlərini ötürməmək üçün qanda şəkərin səviyyəsinə nəzarət etməlidir.Və əksinə-2-ci tip şəkərli diabetlə xəstə insanlar müntəzəm olaraq öz təzyiqlərini yoxlamalıdırlar ki, bilsinlər ki, diabetin damarlara neqativ təsiri başlamayıb ki, çünki insan diabetdən yox, çox vaxt onun ürək, ayaq, göz damarlarındakı ağırlaşmalarından dünyasını dəyişir. Şəkərli diabet xəstələri üçün optimal arterial təzyiq 130/80 mm c. s. yuxarı olmamalıdır. Əgər təzyiqin göstəricisi 140/90 dan yüksəkdirsə, o zaman planlı medikamentoz müalicəyə başlanmalıdır.

Xolesterinin səviyyəsınə nəzarət edin.

Bunları etməyinə dəyərmi?

Aydın məsələdir ki, adət etdiyimiz qidalanmanı dəyismək və hərəkət etməyə başlamaq ən çətin məsələdir, ən asanı yaşlaşmaqdan və onu müşayət edən xəstəliklərdən qurtulmağın mümkün olmadığını fikirləşmək və ən yaxşı halda həblərin qəbulu ilə kifayətlənməkdir. Lakin elm sübut etmişdir ki, karbohidratlara tolerantlığın pozulması ilə olan hallarda diabetin inkişafını dieta 31%, fiziki aktivliyin artması 46%, dieta və fiziki aktivlik birgə olduqda isə 42% azaldır. Razılaşmaq lazımdır ki, bunlar çox optimistik rəqəmlərdir.