NİKOTİN, YOXSA SİZ GÜCLÜSİNİZ

Просмотров: 3399

NİKOTİN, YOXSA SİZ GÜCLÜSİNİZ

Siqaret çəkmə- bu yalnız həyat tərzi və ya zərərli adət yox,narkotik asılılığın bir formasıdır. Ancaq siqaret çəkmənin təhlükəli olması faktını dərk etmək mənasızdır. Artıq indi heç kim “ Səhiyyə nazirliyi xəbərdarlıq edir.....“ kimi çağırışlara əhəmiyyət vermir. Bu gün bu təhlükəni düzgün qiymətləndirməyə ehtiyac vardır. Statistikaya görə siqaret çəkmə bəşəriyyət üçün bədbəxt hadisələrdən və fəlakətlərdən daha ciddi bəladır.

Siqaret tüstüsünün ağ ciyərlərə daxil olmasından 7 saniyə sonra o artıq baş beyinə keçir. 1-2 siqaret çəkmədən sonra oun işinə stimullaşdırıcı təsir göstərə bilər, lakin sonra əks effekt-əqli və fiziki aktivliyin azalması başlayır. 1-2 qutudakı nikotinin dozası ölümcül dozadır, lakin siqaret çəkəni həmin dozanın orqanizmə daxilinin dərhal yox, tədricən daxil olması xilas edir. Güman edək ki, orta hesabla 45 yaşlı siqaret çəkən gün ərzində 200 qullab edir ki, bu da ayda 6000, və əgər o 15 yaşından siqaret çəkirsə bütün həyatı boyu 2 milyon qullab vurmuş olacaqdır. Hər gün 30-u xüsusilə zəhərli olan 4000 kimyəvi birləşmədən ibarət xıltı udum etmək! Demək olarki, siqaret çəkən qullab edərkən kimya zavodunun borusuna qoşulur.

ÜST-nin məlumatına görə yer kürrəsində bütün ölümlərin 35- 40 %-i bilavasitə siqaret çəkmə ilə əlaqədardır. Ən neqativ hallardan biri də odur ki, son illərdə uşaq və yeniyetmələrin bu çox pis zərərli vərdişə qoşulmasıdir. Siqaret çəkənlər arasında daha çox müşahidə olunur:

-ölüm—1,7dəfə

-ağciyər xərçənginin inkişaf riski—100 dəfə

-ürək- damar xəstəliklərindən ölmə riski—58 % çox.

Şəkərli diabetli xəstələrdə siqaret çəkmə həm şəkərli diabetin, həmdə tütün çəkmənin neqativ nəticələrini dəfələrlə ağirlaşdırır.

Mark Tvenin məşhur “siqareti atmaq çox asandır- mən özüm 100 dəfə tullamışam” zarafatı hamıya məlumdur. Əslində isə siqaret çəkən hər kəs bilir ki, siqaretsiz uzun müddət keçinmək necə çətindir. Bu onunla əlaqədardır ki, uzun müddəıt siqaret çəkdikdə narkotik asılılıq əmələ gəlir və siqaret vasitəsi ilə nikotin qəbul etmədikdə tərgitmə sindromu-abstinensiya yaranır.

Ən başlıcası -daxili motivassiyanın, öz sağlamlığına şəxsi marağın və siqareti tərgitməyə yetkin həvəsin olmasıdır. Belə olduqda nikotin əvəzedici terapiya məsləhət görülə bilər. Bu məqsəd üçün nikotin tərkibli inqalyatorlar, plastırlar, saqqızlar işlənib hazırlanmışdşr.Və yadda saxlayın: siqareti tullamaq heç vaxt gec deyildir. Bu yöndə işə elə bu gündən başlayın və abstinensiyaya baxmayaraq nikotinə göstrin ki, kim daha güclüdür.

Bilin ki, siqaretdən imtinadan sonra:

-8 saatdan sonra qanda oksigenin miqdarı normal rəqəmlərə kimi yüksəlir;

-3-9 aydan sonra tənəffüs funksiyası 10% yaxşılaşır;

-5 ildən sonra miokard infarktı riski siqaret çəkənlərə nisbətən 2 dəfə azalır;

-10 ildən sonra ağ ciyər xərçəngi riski ciqaret çəkənlərə nisbətən 2 dəfə azalır.