20.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

XOLESTERİN HAQQINDA

 
30094Bu yağa bənzər maddə olub, qara ciyər hüceyrələri tərəfindən az miqdarda hazırlanır, lakin bu az miqdar bütün hüceyrə qişalarının yaradılmasına, öd turşuların, hormonların və D vitamininin əmələ gəlməsinə bəs edir.lakin qida ilə xolesterinin artiq miqdarda daxil olması, onu faydalı maddədən bir nömrəli düşmənə cevrilir. Damarların daxili divarlarında, xüsusi ilə də ürək və beyin damarlarında yığıntı şəklində toplanaraq ateroskleroza səbəb olur. Buradan da ürəyin işemik xəstəlikləri:stenokardiya, infarkt və beyin qan dovranının pozulması- insulta qədər meydana çıxır.
Xolesterin 3 cür olur: 1. Ümmümi xolesterin – normada qanda 5mmol/l olur.
2. Xolesterin lipoprotein aşağı sıxlıqlı(XLAS) - qanda miqdarı 3mmol/l-dən artıq olmur. 3. Xolesterin lipoprotein yüksək sıxlıqlı(XLYS) – qanda 1 mmol/l-dən yüksək olur. XLAS “pis” xolesterinə aiddir, beləki onun artiqlığı atereskleroza gətirib çıxarır. “Yaxşı” xolesterin isə “pis” xolesterini tutur və qandan təmizləyir və beləliklə sklerotik yığıntıların yaranmasına mane olur. Burada belə bir sadə asılılıq yaranır ki, yəni qanda “yaxşı” xolesterin nə qədər yüksək, “pis” xolesterin isə aşağıdırsa orqanizm o qədər sağlamdır. Infarkt və ya insult kecirtmiş, həmçinin şəkərli diabet, stenokardiya, aşağı ətrafların ateresklerozu ilə xəstə olan insanlarda qanda ümmümi xolesterinin miqdarı 4,5 mmol/l-dən yüksək olmamalı, XLAS – 2,6 mmol/l, XLYS 1 mmol/l-dən yüksək olmalıdır. Qanda xolesterinin artıqlığı uzun müddət klinik özünü biruzə vermir, ona görə də ateresklerozun erkən profilaktikasını keçirtmək vacibdir. Odur ki 20 yaşdan sonra hər bir insan qanda xolesterini yoxlatmalı aşağıdakiları qaydalara əməl etməlidir:
1. İldə bir dəfə, lazım olduqda isə 2-3 dəfə xolesterinin səviyyəsini yoxlatmalıdır. Bu imkan verər ki, onun səviyyəsini azaltmaq üçün tədbirlər görsün və ateresklerozun ciddi ağırlaşmalarını 30-40% azaltsın.
2. Tərkibində yüksək miqdarda xolesterin olan ərzaq məhsullarını – yağlı ət və həmcinin belə ət məhsullarını, qara ciyər, beyin, böyrəklər, yumurta sarısı, kərə yağı, yağlı pendirlər və süd məhsulları,krevetlər istifadə etməsinlər. Duzun sutkaliq miqdarını 6 qr qədər azaldılsın.
3. Qida rasionunda günəbaxan, zeytun, qarğıdalı, soya yağlarının istifadə artırılsın,həmcinin skumbriya, sardinya,lasos, siyənək balıqlarının rasiona daxil edilməsi çox faydalıdır.
4. Bağırsaq traktının təmizləyiciləri olan və tərkibində qida lifləri olan alma, dəniz və gül kələmi, noxud, paxla qəbul etmək lazımdır. Bir gündə 30 qr qida lifləri istifadə etmək lazımdır. Yer kökündə, cugundurda, ərik və şaftalıda pektin maddələri var ki, onlarda “pis” xolesterini tutur və xaric edir.
5. Fiziki fəaliyyət zamanı XLAS sərf olunur, ürək məşq edir, beyin qan dövranı güclənir. Özünüzü gücünüz fiziki fəaliyyətə öyrədin və həftədə 2-3 dəfə ən azı 30-40 dəqiqədən az olmayaraq fiziki fəaliyyətlə məşqul olun. Statik fiziki yükdən qacın.
6. Hipertoniyaya nəzarət edin və vaxtında onu müalicə eləyin, qan təzyiqinin səviyyəsi 140/90 mm.c.s yuxarı qalxmamalıdır.
7. Şəkərli diabeti korreksiya etməyi yaddan cıxarmayın.
8. Cəkinizə nəzarət edin. Əgər kişilərdə bel nahiyyəsində gövdənin dairəsi 102 sm-dən, qadınlarda isə 88sm-dən çoxdursa bu piylənməni göstərir və müalicə tələb edir.
9. Siqaret cekməyin! Spirtli ickilər, o cümlədən pivə icməyinYuxarida göstərilənlərə dəqiq əməl edilməsinə baxmayaraq,”pis” xolesterinin sə-
viyyəsi enmirsə, onda həkimə müraciət etmək, qanda xolesterinin miqdarını normallaşdıran preparatlar qəbul etmək lazimdır. Lakin yadda saxlamaq lazımdır ki,hipolipidemik preparatları qısa müddət qəbul etmək elə bir effekt vermir, və onlarıuzun müddət və ya ömürlük qəbul etmək lazımdır.
Fitoterapiya köməkçi vasitə olub, “ pis” xolesterini qanda aşağı salır, “ yaxşı“
xolesterinin isə miqdarını artırır. Bu məqsədlə tozağacı tumurcuqlarından, soğandan, sarımsaqdan, günəbaxandan, itburnundan, feyxoadan, avokadodan, çöl və üçrəngli bənüvşədən istifadə edirlər. Xolesterini dəniz kələmı,avokado, feyxoa aşağı salır.
Sarımsaqdan tinktura düzəldin. İri bir baş sarimsağı əzin, 15 qr təzə nanə və qurumuş limon qabıgı əlavə edin, üzərinə 200 qr araq və ya 100qr tibbi spirt tökün.
Tinktura bir həftədən sonra hazır olacaqdır, 1 çay qaşığı yeməkdən qabaq gündə 3 dəfı iki aylıq kurslarla qəbul etmık lazımdır. Eyni üsulla soğandan da tinktura hazırlamaq olar. Tibbi spirtdən hazırlanmış tinktyuranı işlətməzdən əvvəl 1: 1nisbətində durulaşdırmaq lazımdır.
Bağırsaqdan xolesterinin çıxmasına qara gavalıdan, dəniz kələmindən, sarımsaqdan, feyxoadan, cəfəridən hazırlanmış və günəbaxan yağı əlavə edilmiş salatlar kömək edir.
Ahil və qoca yaşlarda öz sağlamlığınıza görə əzab çəkməmək üçün, aterosklerozun erkən profilaktikasına başlayın

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla