ARTIQ ÇƏKİ

Просмотров: 3892

Hələ 10 il bundan qabaq artıq çəkini həkimlər daha çox xarici görünüşün kosmetik defektinə aid edirdiler. İndi isə ÜST piylənməni maddələr mübadiləsinin xronniki xəstəlikləri kateqoriyasına aid edirlər. Hətta onun dəqiq beynəlxalq tərifi də verilmişdir: “ Piylənmə , piyin artıq yığılması ilə xarakterizə olunan, diqər system və orqanların ciddi ağirlaşmasına gətirib çixaran xroniki xəstəlikdir”. Bu gun dunyada 1.7 milyard insan piylənmədən əziyyət çəkir. Narahatçılığa səbəb olan tibbi proqnozlara görə, 2025-ci ildə kişilərin 40%-i və qadinların 50%-i dünyada piylənmədən əziyyət çəkəcəklər.14 yaşa qədər hər il artiq çəkili uşaqların sayı 7% artır.

Artıq çəki nələrə səbəb ola bilər?

2-ci tip şəkərli diabet- onu elə belədə adlandirilar-“ köklərin diabeti” .

Onunla adətən orta yaşda, 40 və yuxarı yaşlarda xəstələnirlər. Əsas risk faktoru köklükdür. Mədə altı vəz insulin hazirlayir, lakin mübadilə pozğunluğu səbəbindən qlükoza hüceyrələrə daxil ola bilmir və qanda toplanır. Onda qanın tərkibindəki şəkər yüksəlir və diabet əlamətləri əmələ gəlir. Britaniya alimləri hesablayıblar ki, orta hesabla kök diabetiklər öz sağlam həmyaşıdlarından 8-10 il az yaşayırlar.

Varikoz. Artıq çəkidə venoz axin çətinləşir ki, buda 90% halda venalarınvarikoz genişlənməsinə səbəb olur. Ayaqlara, piy mübadiləsinin pozulması ilə əlaqədar həddindən artıq yukün duşməsi və qanın qatılaşması dərin venaların trombozu riskini bir neçə dəfə artırır. Ağ ciyər arterialarının tromboemboliasından tələf olan insanların 60%-i piylənməsi olanlardir.

Oynaq xəstəlikləri. Biz hərəkət edərkən ayağın dayaq oynaqlarına və fəqərəyə bədən çəkisinin 4 misli qədər ağırlıq düşür. Muvafiq olaraq, insanin çəkisi nə qədər artiq olarsa, onun oynaqlarının amartizassiya xüsusiyyətləri bir o qədər tez sıradan çıxır- artroz inkişaf edir(qığırdaq toxuması dağılır).Həmçinin fəqərə sütununa da düşən ağırlıq artır və fəqərə arası yirtığın əmələ gəlmə riski artir.

Hipertoniya. Artıq çəkili insanların 90%-i hipertonikdir. Həm də nəzərə almaq lazımdır ki,onlarin 60%-i təzyiqlə əlaqədar problemləri artıq 40 yaşa qədər qazanırlar. 10kq artıq çəki infarkt və insult riskini 6 dəfə artırır! Çəkinin 5 kq azaldılması isə arterial təzyiqin 10 mm.c. s enməsinə səbəb olur(hətta dərmansız).

Cinsi problemlər. Cəkisi 15 kq artıq olan qadinlarda reproduktiv funksiya zəifləyir,hamiləliyin gedişi çətinləşir,doğum zamani ürək və böyrəklər tərəfindən agırlaşma riski yüksəlir.Kök kişilərdə spermanın keyfiyyəti aşağı düşür, kiçik çanaq orqanlarında-prostatda və böyrəklərdə durğunluq əlamətləri əmələ gəlir.

Gəlin kalorini hesablayaq

Genetik müxtəliflik uzun illər qida rasionunun tamamilə eyni olmasına baxmayaraq bəzi primatlara qamətli qalmağa, digərlərini isə çəki yığmağa ”məcbur” edir. Dietalogiya sahəsində bu yeni tədqiqatların təfsilatı bu yaxınlarda dərc olunmuşdur. Kök və iri meymunların qidasının kaloriliyi 25% azaldıldı və onlar arıqladılar. Lakin bu məhdudiyyıtlər götürüləndən sonra, onlar tezliklə öz əvvəlki çəkilərini bərpa etdilər. Bu zaman onların dietada nə qədər müddətdə-2 ay vəya 2 il olmağının heç bir rolu olmamışdır. Yeni tədqiqatlar nəticəsində alimlər belə hesab edirlər ki, insanlar(xüsusi ilə köklüyə meylli və köklər) öz dietalarına bütün ömürləri boyu diqqət yetirməlıdirlər. “Qədi-qamətli olmağın yolu- daim sayıq olmaqdır”-amerika elmi assosiassiyasında öz tədqiqatlarının nəticələri haqqında çıxış edən Xansen belə məsləhət görür. Xansen 300 makaka- rezuslarda qidanın kaloriliyini məhdudlaşdırdıqda alınan effekti tədqiq etmişdir. Alimin gəldiyi nəticə çox sadə və aydındlr: kaloriliyin azaldılması yalnız uzun müddədli olduqda öz səmərəsini göstərir. Uzun müddət standart qida rasionundan 30% az qida verilən meymunlar 30 il yaşayıblar. Müqayisə üçün demək lazımdır ki, onların orta ömrü 23 il təşkil edir. Öz qohumlarına nisbətən çəkisi az olan meymunlara diabetdən, hipertoniyadan, yüksək xolesterindən və artı çəki ilə əlaqədar digər xəstəliklərdən qurtulmaq nəsib olur ki, bu da onların ömrünü uzadır.