YAĞLI QİDA

Просмотров: 2691

Kaliforniya və San-Dieqo Universitetinin alimləri təyin ediblər ki, insanın yağiı qida qəbul etməsi ilə şəkərli diabetin əmələ gəlməsi arasında qarşılıqlı əlaqə vardır. Xəstəliyin əmələ gəlməsi siçanlar üzərində diqqətlə öyrənildi, alınan nəticələr müqayisə olundu və alimlər eyni mexanizmlərin insana da aid olması nəticəsinə gəldilər. Təcrübələrin nəticəsinə əsasən , yağlı qida insulinin yaranmasında iştirak edən ferment hasilini blokirovka edir. Təcrübə prosesində tədqiqatçılar əmin oldular ki,siçanlara verilən qidanın kaloriliyi və yağları artırıldıqda ferment hazırlanması azalır. Uzun müddət yağli qidadan istifadə diabetin əmələ gəlməsinin səbəbi ola bilər. Lakin insanın dietası optimaldırsa və orada yağlar əsas yer tutmursa, onda diabet qorxulu deyildir. Hal-hazırda yalnız Britaniyada bu qorxulu xəstəlikdən 2 milyon insan əsiyyət çəkir. Bunlarin da 1,7 milyonu 2-ci tip diabetdir ki, onlar üçün də bədən çəkisinin artıqlığı xarakterikdir.