ARIQLAMAQ İSTƏYƏNLƏR ÜÇÜN MƏSLƏHƏTLƏR

Просмотров: 3965

pitanie diabet 59713 1Hər pəhriz dərdə dəva olmur. Sağlamlığa zərər vermədən arıqlamağın yolları...

İzafi çəkili xanımlar pəhriz seçimində görünşlərini yox, özlərini düşünməlidir.

Kökəlmə süni qidalardan və içkilərdən aşırı istifadə nəticəsində orqanizmdə şlakların (üzvi tullantıların) yığılıb qalmasının nəticəsidir. Tədricən bu şlaklar orqanizm ücün zəhərli maddələrə çevrilir. Artıq çəki bir çox xanım üçün gerçək mənada problemə çevrilib. Bir çoxumuz müxtəlif dietlərlə buna nail olmağa çalışırıq. Amma nəzərə almaq lazımdır ki, həkim nəzarəti olmadan, kor-koranə pəhriz saxlamaq sağlamlıq üçün zərərlidir, hətta həyatınız üçün təhlükəlidir. Ölümlə nəticələnən belə pəhriz olaylarına Türkiyə telekanallarında hər gün rast gəlirik. Bəs sağlamlığa zərər vermədən necə arıqlamaq olar? Ümumiyyətlə, yeyərək arıqlamaq olarmı?

Sizə təqdim etdiyimiz bu siyahı dəfələrlə sınaqdan keçirilib və müsbət nəticə verib.

 

1. Yağlı və şirin qidaları maksimum azaltmaq

2. Qızardılmış yeməklər yeməmək

3. Süni qidalardan və içkilərdən imtina etmək

4. Tez-tez qazsız su içmək 

5. Mümkün qədər çiy qida qəbul etmək 

6. Çoxlu qatıq və meyvə-tərəvəz yemək

7. Çörək, duz, şəkəri azaltmaq

8. Bol çeçiddə ədviyyatlardan istifadə etmək

9. “Fast-food”dan imtina etmək

10. Hər gün limon, kələm, sarımsaq yemək

11. Ət, yumurta və süd məhsullarından imtina (qatıqdan başqa)

12. Tez-tez ilıq su ilə yuyunmaq

13. Açıq havada gəzmək

14. Heç bir halda əsəbiləşməmək 

15. Günəş vannası qəbul etmək (12-17 arası istisna olmaqla)

16. Yalnız taxt çarpayıda və arxası üstə yatmaq

17. Sutkada 7 saatdan artıq yatmamaq

18. Yüngül gimnastika və qaçış

19. Kosmetikadan istifadəni minimuma endirmək

20. Xəstələndikdə ilk növbədə təbii müalicəyə üstünlük vermək

Qeyd edək ki, göstərilən şərtlər dahi yapon alimi, dünya şöhrətli dietoloq Katsudzo Nişinin tərtib etdiyi sağlamlıq sistemi əsasında hazırlanıb. Dünyada məhşur “Natural gigiyena” hərəkatı da bu qaydalara istinad edir. Bu qaydalara əməl etmək insanı təkcə arıqlatmır, həm də sağlam saxlayır. Arıqlamaq üçün zorakı üsullardan istifadə ağır fəsadlara, hətta ölümə gətirib çıxarır. Bu qaydalar isə, yoqa sisteminə aiddir və çox effektlidir.