HİPERTONİYANI SİZ DÜZGÜN MÜALİCƏ EDİRSİNİZMİ?

Просмотров: 5844

n6

Diabetlə xəstə insanların 71%-i hipertoniyadan əziyyət çəkir,və çox təəssüf ki,yalnız onlardan az bir hissəsi arterial təzyiqin enməsinə yönəlmiş adekvat müalicə alırlar.

Statistikaya görə,arterial təzyiqi yüksək olan şəkərli diabetlə xəstə insanların 57%-i onun enməsi üçün preparatlar qəbul edirlər. lakin mütəxəssislərin rəyinə görə, onların yalnız az bir hissəsi müsbət nəticələrə nail olurlar.

“American Journal of Preventive Medicine” jurnalının yanvar nömrəsində dərc olunmuş məqalədə belə deyilir: pasiyentlərin 43%-i dərmanlar qəbul edərək, təzyiqi məsləhət görülən səviyyədən aşağı sala bilirlər. 20 % hipertoniyası olan şəkərli diabetli pasiyentlərə ya belə preparatlar həkim tərəfindən yazılmır, ya da onlar həkim məsləhətinə məhəl qoymurlar.

Müalicə və onun nəticləri arasındakı belə uyğunsuzluq bir çox faktorlarla izahn olunur: yazılmış preparatların alınmaması, qeyri düzgün və ya qeyri effektiv müalcə, pasiyentdə lazım olan müalicəyə və həyat terzini dəyişməyə motivassiyanın olmaması.

Diabetli insanlarda 130/85 mm. c. s. yuxarı arterial təzyiq ürək-damar xəstəliklərinin inkişafı üçün risk faktoru hesab olunur. Bu yaxınlarda aparılmış tədqiqatlar gostərdi ki, arterial təzyiqin səviyyəsinin aşağı düşməsi ürək-damar xəstəliklərinin inkişaf riskini və onların nəticəsində ölüm hallarını aşağı salır.

Mütəxəssislər təsdiq edirlər ki, arterial təzyiqin səviyyəsinə nəzarət, xüsusilə də diabetli insanlar üçün danılmaz vacibdir. Və bunu nəzərə alsaq ki, bütün aparılmış tədqiqatlar hipertoniyanın müalicəsinin pasiyentlərin sağlamlığı üçün müsbət effektini sübut edib, təcili fəaliyyət və tədbirlər vacibdir.