ALFA LİPOYE TURŞUSU HAQQINDA

Просмотров: 19861
pic2Alfa-lipoye turşusu (ALT) diabetik neyropatiyalı xəstələrdə simptomların kəskinliyini azaldır. Bu yaxınlarda kecirilmiş meta- analiz nəticələrinə əsasən tədqiqatçılar qeyd edirlər ki, gündəlik vena daxilinə ALT-nun yeridilməsi ağrını, parasteziyaları və hissiyatın itməsini diabetli xəstələrdə azaldır; həmcinin ALT-nun oral formalarının effektivliyini yoxlamaq üçün kiçik işlər aparılmışdır.

5 həftə preparatı qəbul edərək aktiv müalicə almış bir qrup pasiyentdə, plasebo qəbul etmiş qrupa nisbətən ağrının bütün simptomlarının əhəmiyyətli azalması müşahidə olunmuşdur.

Nəticələr göstərdi ki, alfa lipoye turşusu parasteziyalara və hissiyatın itməsinə heç bir görünən təsir göstərmir.

Tədqiqatçılar qeyd edirlər ki, ALT-nun ən yüksək dozasını(hər gün 1800mlq) qəbul etdikdə artıq 1 həftədən sonra,digər dozaların (hər gün 600mlq və 1200mlq) 2 həftə müddətində qəbulu isə simptomların kəskinliyini əhəmiyyətli dərəcədə azaldır və 3 qrup arasında ele bir əhəmiyyətli fərq olmur.

Plasebo qəbul edənlərə nisbətən ALT-su ilə terapiya alanlarda ürək bulanma, qusma və başqicələnmə daha çox rast gəlinir.

Effektin dozadan asılı olmaması və mədə-bağırsaq traktı tərəfindən kənar effektlərin olması ilə əlaqədar tədqiqatcılar belə hesab edir ki, alfa lipoye turşusunun gündəlik optimal dozası 600 mlq-dır.