GÖRMƏNİZİ XİLAS EDIN

Просмотров: 4591
Siz diabetsiniz. Siz bilirsiniz ki, diabet bir cox ağırlaşmaların səbəbi ola bilər ki, bunlardan biri də görmənin pozulmasıdır. Yəqin ki, siz istəyirsiniz ki, sizdə belə bir problem yaranmasın. Baxmayaraq ki, diabet zamanı görmənin itirilməsi haqqındakı suala ikili cavab vermək olar.

Birinci: Sizin narahatçılığınıza əsas yoxdur. Özünə nəzarətin müasir vasitələrinin olması ilə əlaqədar, cətin ki, sizdə görmənin pozulması əmələ gəlsin. Hətta əgər diabet sizin gözünüzü zədələməyə başlayıbsa, bu prosesi saxlayan və görmənin itirilməsinin qarşısını alan bir neçə üsul vardır. Bizim günlərdə çox az sayda insan diabet nəticəsində görməsini itirir.

glaucomaİkinci: Orta yaşlı amerikalılar arasında körluğun əsas səbəbi hələ də diabetdir. Görmənin pozulması hətta qanda şəkərin səviyyəsinə yaxşı nəzarətdə belə yarana bilər ki, sizdə görmənin pisləşməyə başlanmasına kimi, onun haqqında xəbəriniz olmaz. Bunu tamamilə aradan qaldırmaq faktik olaraq artıq mümkün deyildir. Nə lazer terapiyası, nə də cərrahi müdaxilə artıq sizə kömək etməz.

Faktik olaraq hər iki cavab doğrudur. Sizin etdiyiniz seçim təyin edəcəkdir ki, bu cavablardan hansı sizin üçün doğru olacaqdır.

Diabetlə əlaqədar görmənin pozulması.

Görmənin pozulmasının əmələ gəlməsinin səbəbi odur ki, diabet torlu qişanın qan damarlarını zədələyir. Torlu qişa – bu çox zərif toxuma olub, gözün arxa divarında yerləşir, o işığa reaksiya verib informasiyanı (vizual) beyinə ötürür. Məhz elə buradakı kapilyar adlanan və torlu qişanı qidalandıran kiçik qan damarları diabet zamanı zədələnirlər. Torlu qişanın kapilyarlarının güclü zədələnməsi onun bəzi sahələrinin qidalanmasına mane olur. Qidasız qalan bu sahələr yeni qan damarlarının inkişafına səbəb olan maddə hazırlayır və belə pozğunluq neovaskulyarizassiya və ya proliferativ retinopatiya adlanır. Yaxşı halda yeni qan damarları qidasız torlu qişada inkişaf edəcəkdir və qidalanmaya ehtiyac olan hüceyrələri qida ilə təmin edəcəkdir.Təəsüf ki, yeni hüceyrələr buna qadir deyildir, onlar torlu qişanın səthində inkişaf edirlər və buda görmənin güclü pozulmasınln səbəbi ola bilər. Bu yeni zəif damarlar çox kövrəkdir, onların divarları o qədər nazikdir ki, onlar partlaya bilər, bu zaman qan gözu doldurur və insan görməsini itirir. Onlar həmcinin toxumalarda birləşdirici toxumanın inkişafına səbəb ola bilər. Birləşdirici toxuma əmələ gəldikcə sıxılır və gözün torlu qişasını zədələyir.

Beləliklə diabetdə görmənin pozulmasına bir neçə səbəb vardır.

Yaxşı xəbərlər

Diabet səbəbinə görə görmənin itirilməsinin hər halda qarşısını almaq olar. Tədqiqatlar göstərir ki, müntəzəm olaraq qanda şəkərin səviyyəsinin ölçülməsi dəfələrlə görmənin pozulmasının inkişaf riskini və digər agırlaşmaları aşağı salır. Lazer terapiya görmənin ititrilməsinin qarşısını ala bilər, lakin bu o vaxt mümkündür ki, macular edema hələ yumşaqdır və lazer terapiyasının köməyi ilə tamamilə yox ola bilər. Əgər erkən stadiyada tətbiq olunarsa lazer terapiyası həmcinin yeni kapilyarların inkişafını saxlaya bilər və görmənin ititrilmə riskini 90% azaldar. Lazer işıq şuası yaradır. Makulyar ödemdə və proliferativ retinopatiyada lazer şuası torlu qişanın zədələnmiş sahələrini yandırır. Müalicə adətən klinikalarda aparılır və bu müalicəni keçmiş pasientlər tezliklə normal həyat tərzinə qayıdırlar.

Proliferativ retinopatiya nəticəsində əmələ gəlmiş geniş qansızma bir neçə həftə və ya aydan sonra özü-özünə keçib gedə bilər. Lakin əgər o kifayət qədər uzun müddət davam edirsə, onda cərrahi üsulla qanı gözdən təmizləyirlər və bu prosedura vitrektomiya adlanır. Gözü qandan təmizlədikdən sonra adətən görmə bərpa olur və xəstə qan sızmaya qədər dövrdə ki kimi görür. Əgər siz müntəzəm olaraq qanda şəkərin səviyyəsini ölçürsünüzsə, siz görmənizdə problem əmələ gəlməsindən qorxmaya bilərsiniz. Lakin əgər sizin görməniz hətta retinopatiyadan pozulubsa, həkimə müntəzəm müraciət və onun məsləhəti ilə lazer terapiyası müalicəsi sizin probleminizi həll edə bilər. Lazer terapiyası bu xəstəliyin proqresləşməsini dayandıra bilər və sizin görmənizi saxlayar.Vitrektomiya gözə qansızmada görməni qaytarır və hətta torlu qişanın zədələnmələrini aradan götürür.

Çox da yaxşı olmayan xəbərlər.

Lakin bu məsələnin heç də xoş olmayan digər tərəfi vardır. Qanda şəkərin yaxşı səviyyəsinə nəzarətə nail olmaq heç də asan deyildir, o əlavə səylər və xərclər tələb edir, həmçinin kənar effektlərin – məsələn qanda şəkərin aşağı səviyyəsi kimi halların əmələ gəlmə riski artır. Bir çox həkimlər qanda şəkərin səviyyəsinə yaxşı nəzarət haqqında xəstələrə hər şeyi demirlər,ona görədə pasiyentlərin çoxusu ona yaxşı nəzarətin vacibliyini başa düşmürlər. Nəticədə müasir müalicə metodunun effektivliyinə baxmayaraq, diabetli insanlarda getdikcə görmənin pozğunluğu inkişaf edir. Belə pozğunluqların başlanğıc stadiyalarında görmədə elə bir dəyişiklik olmur, ona görədə pasiyentin pozğunluq haqqında xəbəri olmaya bilər. Və çox vaxt görmə pisləşməyə başlayan vaxt məlum olur ki, xəstəlik artiq güclü proqresləşir. Macular edema zamanı lazer terapiyası xəstəliyin proqresləşməsini saxlaya bilər, lakin çox nadir hallarda görmə tam bərpa olunur. Proliferativ retinopatiyada nə qədər ki, güclü qansızma və ya torlu qişanın zədələnməsi baş verməyib görmə normal qalır. Belə hallda lazer terapiyası kömək etmir, ən effektli vitrektomiya olaçaqdır. Cərrahi müdaxilə ən effektli mülicə metodudur, lakin, xüsusilədə torlu qişanın zədələnməsində ağırlaşmaların inkişaf riski mövcuddur və hətta əməlliyat görmənin bərpasında qeyri effektiv ola bilər. Hətta hal-hazırda da diabetlə əlaqədar görmənin pozulması ortayaşlı amerikalılar arasında korluğun əsas səbəbidir.

Siz nə seçirsiniz?

Qanda şəkərin səviyyəsinə ciddi nəzarət lazımdır, lakin bu zaman yaddan cıxarmaq lazım deyidir ki, əgər sizə elə indi 2-ci tip diabet diaqnozu qoyulubsa və ya 1-ci tip diabetlə 5 ildir xəstəsinizsə ildə 1 dəfə müntəzəm olaraq görməni yoxlatdırmalısınız. Bu sizə diabetlə əlaqədar olan görmə pozğunluğunun inkişafının qarşısını almağa və makulyar ödemin və ya proliferativ retinopatiyanın əlamətlərini müəyyən etməyə kömək edər. Müayinəni diabet zamanı görmə pozğunluqlarından yaxşı məlumatı olan okulist aparmalıdır,beləki onların əlamətləri çox vaxt çətinliklə təyin olunur. Beləliklə, qanda şəkərin səviyyəsinə neçə nəzarət etməyinizdən və okulistə vaxtlı-vaxtında müraciət etməyinizdən asılı olaraq, retinopatiyanın yaranması riski minimal və ya yüksək ola bilər. Bu təlimatlara riayət edin və sizdə görmə pozğunluqları diabetl xəstə olmayanlardakı kimi minimal olaçaqdır. Tədqiqatlar göstərir ki, diabet görmə pozğunluğunun inkişafının və körluğun əsas səbəbi olaraq qalır. Ona görə də ele bu gündən başlayaraq, sabaha saxlamadan qəti tədbirlər görmək lazımdır.