STRESS SİQARET SİNİRLƏRİN ZƏDƏLƏNMƏSİ
STRESS Həyatınız boyu stress əmələ gətiən kifayət qədər amil tapmaq olar. Transport tıxacları, məzuniyyət səyahətləri, işsizlik, hər hansı xəstəlik keçirmə, məsələn: diabet tam əsaslı stress əmələ gətirə bilər.
STRESSİ NƏ ƏMƏLƏ GƏTİRİR ? Biz hamımız müxtəlifik. Əgər sizdə hər hansı hadisə azacıq stress yaradırsa və ya heç yaratmırsa, digəri üçün böyük stress mənbəyi ola bilər. Sizdə stress yaradan insanların və vəziyyətlərin cədvəlini tutun.
STRESS OLDUQDA ORQANİZMDƏ NƏ BAŞ VERİR ? Siz stress hiss etdikdə orqanizminiz bu məqsədlə mobilizassiya olur. O, bütün stress hormonlarını qana keçirir. Stressor hormonlar orqanizminizdən ehtiyat şəkərin və yağların əlavə enerji üçün qana keçməsini təmin edir. Bu əlavə enerjidən orqanizmin səbəbə qarşı və ya ondan qaçmaq üçün istifadə edir. Lakin bu əlavə şəkər və yağ orqanizminizdə kifayət qədər insulin olduqda istifadə olunur. Diabetdən əziyyət çəkən şəxslərdə insulin çatmaya bilər. Stressor hormonlar da öz növbəsində orqanizminizdə olan insulindən istifadəni çətinləşdirə bilər. Əgər insulinin miqdarı azdırsa, şəkər və yağlar qanda toplana bilər. Bu da qanda əlavə şəkər və keton cisimlərin əmələ gəlməsinə şərait yaradar. Qanda əlavə şəkərin və keton cismlərin əmələ gəlməməsi üçün siz stress zamanı qanda şəkərin miqdarı haqqında məlumatlı olmalısınız.
STRESS ZAMANI QANDA ŞƏKƏRİN SƏVİYYƏSİ NECƏ OLUR ? Stressin müxtəlif növlərindən asılı olaraq, o müxtəlif ola bilər. Travma və ya xəstəlik zamanı yaranan fiziki stress əksər şəxslərdə qanda şəkərin miqdarını yüksəldə bilər. Nigah və ya maliyyə poblemləri nəticəsində meydana gələn psixi stress zamanı qanda bəzilərində şəkər aşağı düşür, digərlərində isə qalxır. Qanda şəkərin stress zamanı nə dərəcədə dəyişməsini bilmək üçün siz aşağıdakı testi həyata keçirməlisiniz: Qanda şəkəri ölçməmişdən qabaq siz hal-hazırda stressin hansı mərhələsində olmasını bilməlisiniz. 1-dən 10-a qədər ballardan istifadə edə bilərsiniz: yüksək, otra və aşağı dərəcə. Stressin dərəcəsini qeyd edin. Sonra qanda şəkərin miqdarını ölçün. Bu hərəkəti həftədə bir və ya iki dəfə təkrarlayın. Daha sonra qanda şəkəin miqdarı ilə stressin dərəcəsini müqaisə edin. Qanda şəkərin miqdarı stressin dərəcəsi ilə düz mütənasibdirmi , əgər belədirsə, sizə stress zamanı əlavə insulin yeridilməsi lazımdır. Lakin əvvəlcə həkiminizlə məsləhətləşməlisiniz.
STRESSƏ NECƏ REAKSİYA VERİRSİNİZ ? Stressə reaksiyanıza fikir verin. Sizin reaksiyanız başqa nəyə görə isə də dəyişə bilər. Siz stressə həyəcan, qəzəb, təəssüf və ya gərginliklə reaksiya verə bilərsiniz. Sizdə bu zaman yorğunluq, kədər və halsızlıq da ola bilər. Baş, qarın və kürək ağrıları da baş qaldıra bilər. Bəzi şəxslər əsəbi gülüş və ya özünü tənqidlə reaksiya verir. Bəzi şəxslər asanlıqla ağlaya bilərlər.
STRESSƏLƏ NECƏ MÜBARİZƏ APARMALI ? Siz bu stressor vəziyyətin öhdəsindən bu və ya digər formada gəlməniz göstərir ki, necə və nə cür stressə məruz qalırsınız. Siz stressə qarşı çıxmaq üçün sizin vəziyyəti nəzarət altına alan hansı yollar və ya hal-əhvalınızı düzəldən hansı vasitələrdən istifadə edə biləcəyinizi təyin edin. Bəzi şəxslər özlərinə mənfi təsir edən amillərlə stressə qarşı çıxmaq istəyirlər. Bu məqsədlə onları sakitləşdirəcək spirt, kofe, nikotin və ya digər vasitələrdən istifadə edirlər. Bəziləri çoxlu yeyir. Bəzən sakitləşdirici kimi bu məqsədlə azart oyunlardan da istifadə etmək müşahidə olunur. Bu mənfi üsullardan çoxları istifadə edir, lakin bunun onalrın sağlamlığına nə qədər ziyan olduğunu bilmək belə istəmirlər. Amma stressdən azad olmanın daha təhlükəsiz yolları vardır.
STRESSƏ QARŞI YAXŞI ÜSULLARDAN NECƏ İSTİFADƏ ETMƏLİ. Dərindən nəfəs alın. Oturaq və ya uzanmış vəziyyətdə olun. Əllərinizi və ayaqlarınızı sərbəst buraxın. Gözlərinizi yumun. Sonra yenidən dərin nəfəs alın. Əzələlərinizi tam boşaldın. Bu vəziyyətdə rahat nəfəs almağa çalışın. Hər dəfə nəfəs aldıqda əzələlərinizi tam boşaltmağa çalışın. Bu hərəkəti 5-20 dəqiqə davam edin. Bu hərəkəti gün ərzində 2 dəfə etməyə çalışın. Özünüzü tam boşaldın. Uzanaraq gözlərinizi yümün. Gərginləşın. Özünüzü gərgin saxlayın, sonra bədəninizin bütün əzələlərini tam boşaldın. Əvvəlcə başdan başlayın, sonra növbə ilə ayaqlara doğru bu hərəkəti davam edin. Bədəninizi “silkələyin”. Bədənin hissələri ilə dairəvi hərəkətlər, dartınma hərəkətləri edin. Fiziki aktivliyinizi yaxşı vəziyyətdə saxlayın. Bəzi idman hərəkətləri stressi daha yaxşı götürür, bunlara dövrü hərəkətlər, velosipetdə gəzinti, xizək hərəkətləri, qaçış və üzgüçülük aiddir. Əgər bu sizin ürəyinizcə deyilsə, özünüzə uyğun bir hərəkət tapıb onunla məşğul olun. Massaj qəbul edin. Bu məqsədlə daha təcrübəli mütəxəsisə müraciət edin. Yaxşı şeylər haqqında düşünün. Sisin fikirləriniz hisslərinizə təsir edir. Biləyinizə rezin taxın. Ağlınıza arzuolunmaz fikir gəldikdə onu sıxın. Bu məqsədlə şer deyə, dua edə, kitab oxuya və ya sizə müsbət təsir edən daha başqa işlərlə məşğul ola bilərsiniz. Narahat olduqda sizə müsbət enerji verən həmsöhbət tapın. Bu sizin əhvalınzı yüksəldə bilər. Ailə və dostlarınıza güvənin. Dəsdək qrupu və ya psixoterapevtə müraciət edin. Dostlarınızda da sizin kimi problem ola biləcəyini yadda saxlayın. Bütün bunları öz gündəliyinizdə qeyd edin. Sizi nə narahat etdiyini yazın. Ola bilər ki, buna cavab tapa bilərsiniz. Əgər bacarırsınızsa, hissərinizi şəkil vasitəsi ilə ifadə edin. Nə isə təzə bir məşğuliyyət axtarın. Xobbiniz və ya xoşladığınız işlə məşğul olun. Kurslara yazılın. Klub və ya komandalara qoşulun. Könüllülər sırasına daxil olun. Kitab, filmlər və digər müəyyən hadisələri müzakirə edəcək qruplar axtarın. “Nəyimiz varsa, ona da şadıq" qrupu yaradın və ya “bu gün siz bizə, sabah biz sizə” prinsipinə əməl edin. İşdən bir qədər uzaq olun. İşdən məzuniyyət götürün. Bazar günləri səyahətə gedin. Uşaqları babası və nənəsigilə aparın ki, rahat istirahət edə biləsiniz. Qulaq asın...... Musiqiyə, sakitləşdirici audio yazılara və ya quş, təbiət və ya meşə səsinə qulaq asın1. İsti vanna qəbul edin. Ən komfortlu vanna hərarəti bədən temperaturuna yaxın olan - 29-34 dərəcə olan vannalar sayılır. Vannada 20-30 dəqiqə dayanın. Əgər bu xoşonuza gəlirsə, suya qabarcıqlar və ya sakitləşdirici otlar əlavə edin. “Yox deyin. Əsasən də nəyi xoşamırsınızsa, olnara. Əgər özünüzə çox şeyi məcbur edirsinizsə, bu da stress əmələ gətirə bilər. Hər hadisəni yumorla qarşılamağa çalışın. Hər gün ürəkdən gülməyə çalışın. Yumoristik kinolar, kitablar və yumor hissi güclü olan şəxslər tapmağa çalışın. Təbiətə vurulmağa çalışın. Ətrafınızdaki aləmə nəzər yetirin. Güllər, ağaclar, hətta böcəklər, günəş, ay, ulduzlar. Bulud, külək və yağış. Sadəcə evdən çıxın və bir qədər təbiətlə təmasda olun. Əgər təbiət qoynuna çıxa bilmirsinizsə, sadəcə pəncərəni açıq qoyun. Sakitləşmək məqsədi ilə təbiət şəkillərinə də baxa bilərsiniz. Daha yaxşı qidalanmağa çalışın. Stress zamanı sizin orqanizminiz daha çox B qrup vitamin, vitamin C, zülal və kalsium itirir. Çalışın əlavə B qrup vitaminini vasitəsi ilə təmizlənməmiş buğda, qoz, tumlar və paxlalılardan qəbul edin.
C vitamininlə təmin olmaq məqsədi ilə portağal, naringi və gül kələmi istifadə edin. Zülal ehtiyatını təmin etmək məqsədi ilə toyuq məhsulları, balıq, yumurta zülalı ilə qidalanın. Əlavə kalsium qəbul etmək məqsədi ilə süd, qatıq və pendir qəbul edə bilərsiniz. Bu vasitələrə aludə olun. Gecənin xeyrindən səhərin şəri yaxşıdır. Gün ərzində 7-9 saat yatmağa çalışın1. Stress nəyinki əhvalınızı pisləşdirir, həm də orqanizminizdə zədələnmələrə yol açır. Stress hər ehtimala qarşı gözlədiyiniz və ya gözləmədiyiniz hallarda baş verə bilər. Hətta sizə xoş olan hallar da stressə səbəb ola bilər və bu ozaman ola bilər ki, həyatınızıda cox böyük dəyişiklik baş versin. Stressi ilk dəfə kəşv edən Hans Selye demişdir: “Stress həyatın iyi və dadıdır. Biz bütün bunlardan qaça bilmərik, lakin onları öz xeyrimizə dəyişə bilərik”.
Başlanğıca
SİQARET
Siqareti tərgitmək sağlamlığınız üçün çox yaxşıdır. Çəkməyi tərgitdiklə siz qanda şəkərin miqdarını və qan təzyiqini aşağı salmış olursunuz. Bundan əlavə bu, sizdə ümumi xolesterinin miqdarının enməsi, “xoşagəlməz” sayılan xolesterin – ASLP və triqliseridlərin miqdarının enməsi ilə də nəticələnir. Siqareti tərgitməklə siz qanda “yaxşı” xolesterin – YSLP miqdarını və oksigenə sərf etməni artırmış olursunuz. Bundan başqa siz gələcək həyatınızın müddətini artırmış olursunuz. Siqareti tərgitməklə siz ürək-qan damar xəstəlikləri, böyrək xəstəlikləri, sinirlərin zədələnməsi, diş və xərçəng xəstəliyi (ağız boşluğu, boğaz, ağ ciyərlər, sidik kisəsi) ehtimalını azaltmış olursunuz. Siz ürək tutmaları və insult, vaxtından əvvəl doğuş və ölü doğulma, oynaqlarda hərəkət məhdutluğu, soyuqlama sindromu, bronxit və emfizema ehtimalını da azaltmış olursunuz. Siqareti tərgitməklə siz insulinə rezistenliyi (sizin orqanizminizin insulinə cavab verməməsi) azaltmış olursunuz. Təsadüfi deyil ki, hal-hazırda da insanlar siqareti tərgitmək istəyirlər. Bu məqsədlə aşağıda bir neçə məsləhət yazılıb:
SİQARETİ NECƏ TƏRGİTMƏLİ Həftə ərzində nə qədər siqaret çəkdiyinizi sayın. Bu zaman nə etdiyidinizi və ya nə etmək istədiyinizi qeyd edin. Yazılmış siayhını saxlayın. Sizi siqareti tərgitməyə sövq erən bütün amilləri qeyd edin. Siqareti tərgitmək istədikdə hər gün bu həftəlik siayhını oxuyun. Siqareti atmaq istədiyiniz gündən də qeydlər aparın. Bu zaman çalışım ağır gün seçməyin. Belə etdikdə stress sizə güc gələ bilməz. Yaxşı olar ki, bu məqsədlə bazar gününü seçəsiniz. Yoldaşlarınıza siqareti atmaq istədiyinizi deyin. Bunu dostlarınız, yaxınlarınız və ailə üzvlərinizin bilməyi məsləhət sayılr. Onlara sizə kömək etməyi xahiş edin. Onlardan dəstək istəyin. Məsələn sizə siqaret təklif etməsinlər və s. Onlara siqareti tərgidəndən dərhal sonra nələr baş verdiyini danışın (bax aşağı). Siqareti tərgitmə yollarını seçin. Bu məqsədlə bir çox üsullar mövcuddur. Müxtəlif insanlarda müxtəlif üsullar özünü doğrulda bilər. Bu məqsədlə tibb işçiləri sizə böyük edə bilərlər, lakin hansı üsulun sizə uyğun gəldiyini özünüz seçməlisiniz. Bu üsullardan biri qəti surətdə tərgitməkdir. Bu məqsədlə nikotin yapışdırıcı və ya saqqız istifadə etmək olar. Bəzi şəxslərə hipnoz yaxşı təsir göstərir. Digərlərinə isə siqaret çəkmə hissini yatırmaq üçün iynə batırma metodu effektiv olur. Siqaret çəkməyənlərlə ünsiyyət mümkündürmü ? Ola bilər, siqareti dostlarınızla birgə tərgitmək asan olur. Dərin tənəffüs tərəkətləri edin (bunu xüsuüi audio yazının köməyi ilə də həyata keçirmək olar). Aşağı kalorili və yağsız qidalar qəbul edin. Belə ki, siqareti atan şəxslərdə iştah yüksələ bilər. Bununla da siz artıq çəki əldə edə bilərsiniz (orta hesabla 3,5 kq). Sizə şirniyyatlar da xoş gələ bilər. Siqareti tərgitdikdən bir neçə həftə sonra idman hərəkətlərinə başlaya bilərsiniz. Fiziki aktivliyin yüksəldilməsi ilə siz “siqaret tərgitmə abstinensiyası” siptomundan və artıq çəkidən uzaq ola bilərsiniz. İdman hərəkətləri siqaret çəkmə müddətini doldura bilər və yeməyə həvəsi nəzarətdə saxlamış olar. İdman hərəkətləri dedikdə normal tempdə gəzinti, velosiped sürmə və üzgüçülük aiddir. Əvvəlcə hər uğurunuza görə özünüzü “mükafatlandırın”. Bu məqsədlə sevimli oyunla məşğul olma və ya kinoya getməkdən istifadə etmək olar.
SİZ SİQARETİ TƏRGİTDİKDƏ Bir neçə gün və ya həftə siz “siqaret tərgitmə abstinensiyası” hiss edə bilərsiniz. Aşağıdakı səhifədəki cədvəldə sizin hiss edtiyiniz bəzi hisslər və onlarla mübarizə üsulları göstərilmişdır.
SİQARETİ TƏRGİTDİKDƏN SONRA Siqareti tərgitdikdən sonra ilk üç ay ən çətin dövr sayılır. Siqareti tərgitdikdən sonra yenidən başlayanların əksəriyyəti bu müddət ərzində başlayır. Siqareti atdıqdan sonra buna dözməyin aşağıdakı mütodunu deyə bilərik: Yuxarıda qeyd etdiyimiz idman hərəkətləri və hadisələri qeyd etdiyiniz cədvələ nəzər salın. Siqaretə tərhik edən amilləri araşdırın və onlardan uzaq olun. Məsələn: əgər oturaq vəziyyətdə siqaret çəkmə daha çox olursa, bundan uzaq olun. Əgər bu vəziyyətdən uzaq ola bilmirsinizsə, siqaret çəkməmək üçün başqa yol tapın. Əlinizdə nə isə başınızı qatan əşya saxlayın. Bu məqsədlə kəndir parçası, qələm və s. Istifadə edə bilərsiniz. Ağızınızda müəyyən bir əşya, məsələn diş çöpü saxlayın. Saqqız çeynəyə və ya buz sora bilərsiniz.
Əgər siqaret çəkirsinizsə, yüngülləşmək üçün müxtəlif üsullar tapın. Dərindən nəfəs alın, yüngülləşdirici idman hərəkətləri edin. Əgər siqaret şəkirsinizsə, gümrahlaşmaq məqsədi ilə gəzintiyə çıxın və ya dartınma hərəkətləri edin. Siqaretinizi, müşdüyü, alışqanı, kibriti və külqabını tullayın. Qeyd dəftərində dəyişiklik edin, siqareti saxladığınız və siqaret üçün yeri dəyişin. Siqareti tərgizdiyiniz səbəbi qeyd dəftərindən oxuyun, yadınıza salın ki, artıq siqaret çəkən olmaq istəmirsiniz. Yadda saxlayın ki, yenidən siqaret çəkən olmaq üçün yalnız bir ədəd çəkmək bəs edər. Hətta bir ədədindən də istifadə etməyin. Nəyə görə siqaret şəkən olmaq istəmədiyinizi qeyd edin. Əgər bu zaman sizdə artıq çəki meydana gəlibsə, qida rejimini və aktiv idman hərəkətlərini təyin etmək üçün dietoloqa müraciət edin. “Synlab laboratoriyaları” Size uzun illerin tecrubesine ve beynelxalq elmi emekdaşlığa esaslanan ywksek deqiqlikli laboratoriya diaqnostikası teklif edir. http://www.az.synlab.de
SİNİRLƏRİN ZƏDƏLƏNMƏSİ Sinirlərin zədələnməsi neyropatiya adlanır. Neyropatiya baş və onurğa beynindən çıxan sinirləri zədələyir. Onlar periferik sinirlər adlanır. Periferik sinir sistemi üç hissədən ibarətdir: hərəki, hissi və vegetativ sinir sistemi. Neyropatiya hər üç sistemdən istəniləni zədələyə bilər.
Hərəki sinir iradi hərəkətlərimizi təmin edir. İradi hərəkət dedikdə bizim istəyimizə tabe olan hərəkət başa düşülür, məsələn: oturmaq, durmaq, yerimək və s. Hərəki sinirlərin zədələnməsi əzələlərinizi sizi hərəkət edə bilməmək qədər zəif edə bilər. Hissi sinirlər hiss etməyə təminat verir. Hissi sinirlər sizə duymaq və hiss etmək qabiliyyətini verir. Hissi sinirlər sizə hər hansı ləvazimatın isti və ya soyuq olmasını bildirir. Bundan başqa əşyaların yumşaq, bərk, hamar, kələ-kötür olmasını da bildirə bilər. Həmçinin hissi sinirlər sizə ağrını hiss etməyə təminat verir. Hissi sinirlərin zədələnməsi hissiyatın tam itirilməsi ilə nəticələnə bilər. Vegetativ sinir sistemi iradəmizə tabe deyil. İradədən asılı olmayan hərəkətləri biz özümüz etmirik, bizim istəyimiz burada əhəmiyyət kəsb etmir, bu, orqanizmin özü tərəfindən edilir. Sizin heç vaxt ürəyinizin döyünməsi və ya ağciyərlərin tənəffüs funksiyasını yerinə yetirməsi əmrinizə tabe deyil. Mədəyə də qidaları həzm etməyi əmr etmək mümkün deyil. Vegetativ sinirlərin zədələnməsi orqanizmin funksiyalarını poza bilər. Neyropatiyanın müxtəlif növləri vardır. Bunlardan ən çox rast gələni distal simmetrik polineyropatiya və vegetativ neyropatiyadır.
DİSTAL SİMMETRİK POLİNEYROPATİYA Distal simmetrik polineyropatiya sizin ayaq pəncəsi, ayağın aşağı hissəsi və bəzən əl barmaqlarının sinirlərinin zədələnməsidir. Distal bədənin uzaq hissələri deməkdir. Simmetrik - orqanizmin hər iki tərəfin prosesə aid olduğunu bildirir. Polineyropatiya bir sinirdən çox zədələnmə deməkdir. Ayaq pəncəsi, ayağın aşağı hissəsi və əl barmaqlarının sinirlərinin zədələnməsinin əlamətləri: • Ətrafların soyuq olması və keyləşməsi • Keyləşən nahiyələrdə iynəbatma, yanğı hissi • Qaşınma, iynə batma • Dəridə “qaçan qarışqalar” hissi • Yeriyərkən ayaq altında yad hissin olması • Əzələ zəifliyi • Dərin göynədici ağrılar • Dərinin həddən artıq həssas olması • Yataq ağına və ya alt paltarına toxunmanın ağrılı olması • Elektrik vurma hissinin olması • Xəncər ağrısına oxşar və ya kəsici ağrının olması Əgər bu əlamətlərdən biri sizdə varsa, mütləq bu haqda müalicə həkiminizə məlumat verin. Ayaq pəncəsinin , aşağı ətrafın və əl barmaqlarının zədələnmə əlamətinin meydana çıxması gecələr artır. Adətən bu ağrılar yataqdan qalxdıqda və bir qədər gəzintidən sonra yox olur.
VEGETATİV NEYROPATİYA Vegetativ sinir sistemi ürək, ağciyər, qan damarları, mədə, bağırsaqlar, sidik kisəsi və cinsi orqanları idarə edir. Ürək, ağciyər, qan damarları Ürək, ağciyər, qan damarlarının zədələnməsi nəbzin və qan təzyiqinin dəyişməsi ilə nəticələnir. Bu zaman ürəyiniz daha az və ya daha tez-tez döyünə bilər. Əgər siz dərhal yerinizdən qalxırsınızsa, başgicəllənmə və ya yarıürəkgetmə kimi vəziyyətlər yarana bilər. Qan təzyiqi yuxuda qalxa bilər və ya səhər tezdən yuxudan durduqda enə bilər. Ürək tutmaları ağrısız müşahidə edilə bilər.
Mədə, bağırsaq və sidik kisəsi Mədənin sinir sisteminin zədələnməsi həzmi poza bilər. Siz qarında köpmə, əgər çox yemək yemisinizsə hətta ürəkbulanma da ola bilər. Axşamlar səhər yediyinizi qusa bilərsiniz. Bağırsaqların sinir sisteminin zədələnməsi qəbizliyə və ya ishala səbəb ola bilər. Sidik kisəsinin sinir sisteminin zədələnməsi zamanı siz sidik kisəsinin dolmasını hiss etməyəcəksiniz. Siz sidiyi özünüz bilmədən xaric edə bilərsiniz. Sidik kisəsində sidiyin durgunluğu infeksiyalar üçün yol açmış olur. Sidik kisəsində infeksiyanın meydana gəlməsi zamanı sidik ifrazının tez-tez baş verməsi, sidik ifrazı zamanı göynəmə, ağrı ola bilər. Sidik bulanıq və qanlı olar, qızdırma və hərarət, qarnın və belin aşağı hissəsində ağrı müşahidə edilə bilər. Cinsi orqanlar Cinsi orqanların sinir sisteminin zədələnməsi zamanı kişilərdə impotensiya, qadınlarda isə vaginada quruluq və hissiyyatın itməsi müşahidə edilə bilər (bax. Diabet və cinsi həyat).
SİNİRLƏRİN ZƏDƏLƏNMƏSİNİN NEÇƏ QARŞISINI ALMAQ VƏ AZALTMAQ OLAR Qanınızda şəkərin miqdarını normaya yaxın həddə saxlayın. Əgər qanda şəkərin miqdarı çox yüksəkdirsə, sinirlərin zədələnməsi qaçılmazdır. Artıq şəkər sinir hüceyrələrinə keçir və sinir hüceyrələrində şəkər spirtinə çevrilir. Şəkər spirti sinir hüceyrələrində toplanır və onalrın normal funksiyasına mane olur. İllər boyu artıq şəkərin təsiri nəticəsində sinirlər zədələnir. Çalışın siqaret çəkməsi tərgidəsiniz. Sizin sinirləriniz çox kiçik damarlarla qidalanır. Siqaret çəkmə kiçik damarları zədələyə bilər. Zədələnmış qan damarları sinirləri oksigenlə təmin edə bilmir. Sinirlər də oksigensiz zədələnməyə başlayır. Əgər sizdə sinirlərin zədələnməsi varsa siqaret çəkmə bu porsesi daha da kəskinləşdirə bilər. Alkoqoldan az istifadə etmə. Əgər alkoqoldan çox istifadə edirsinizsə, sinirləriniz zədələnə bilər. Əgər sizdə sinirlərin zədələnməsi varsa alkoqoldan çox istifadə bu porsesi daha da kəskinləşdirə bilər. Qan təzyiqini 130/85 m.m.c.süt. həddindən aşağı saxlayın. Yüksəq qan təzyiqi damarları zəiflədə bilər. Zəifləmiş qan damaları ilə sinirlərin qidalanması pozulur. Bununla da sinirləriniz zədələnməyə başalayır. Qanda xolesterini 200 mq/dl həddindən aşağı saxlayın. Qanda xolesterini yüksək oması qan damarlarının zədələnmə ehtimalını artırır. Zədələnmiş qan damarları sinirlərinizə normal oksigen çatdıra bilmədiyi üçün sinirlər zədələnə bilər. Sinirlərin ilkin zədələnmə əlamətlərini yoxlayın. Müalicə həkiminiz bir neçə müayinə ilə sizin sinirlərinizin zədələnmə dərəcəsini təyin edə bilrər. Əgər zədələnmə ilk dəfə aşkar olarsa, siz müxtəlif növ müalicə qəbul edə bilərsiniz. Zədələnmə nə qədər tez aşkarlansa, bir o qədər tez müalicə oluna bilər.