DİABETİK
RETİNOPATİYA HAQQINDA NƏYİ BİLMƏK LAZIMDIR?
Diabetik retinopatiya
nədir?
Şəkərli diabet zamanı bütün bədəndə, o cümlədən,
gözdəki kiçik damarlarda zədələnmələr olur. Diabetik
retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının
damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir.
Retinopatiya şəkərli şəхslərdə görmənin aşağı düşməsinin
əsas səbəbidir. Gözün tor qişası (şəkil 1) gözün
arxa hissəsini içəridən örtən və işığı qəbul edib
beynə ötürən nazik damarlı pərdədir.
Diabetik retinopatiya zamanı dəyişikliklər hər iki
gözdə baş verir. Xəstəliyin ilk mərhələsində (Qeyri-proliferativ
retinopatiiya mərhələsində) əvvəlcə tor qişanın
kiçik damarlarının (kapilyarların) ucları genişlənir
və oradan tor qişanın mərkəzi hissəsinə - makulanın
içinə qandakı mayenin və yağlı maddələrin sızması
baş verir. Tor qişanın belə şişməsi makula ödemi
adlanır.
Proliferativ retinopatiya mərhələsində tor qişanın
qanla qidalanması ciddi pozulur və orqanizm bu vəziyyəti
kompensasiya etmək üçün yeni damarlar yaradır. Bu
damarlar sağlam orqanizmin damarlarından daha kövrəkdir
və partlamaya daha meyllidir. Ilk zamanlar onlar
heç bir şikayət yaratmır. Lakin onlar partladıqda
göz içinə qansızmalar olur. Bu da görməni хeyli
aşağı salır, hətta korluğa qədər azalda bilir.

Diabetik
retinopatiyanın əlamətləri
Diabetik retinopatiyanın erkən mərhələlərində siz
heç bir şey hiss etməyə bilərsiniz. Lakin tədricən
dəyişikliklər artır və görmə zəifləməyə başlayır.
Makula ödemi artdıqca dəqiq görmə pozulur. Bu zaman
oхumaq və insanların üzlərini tanımaq çətinləşə
bilər.
Proliferativ diabetik retinopatiya zamanı ilk şikayətlər
qansızmalarla əlaqədar olur. Əvvəlcə siz gözünüzün
qarşısında üzən bir neçə qan ləkələrini görə bilərsiniz.
Əgər belə dəyişiklik yaranmışsa, dərhal göz həkiminə
müraciət edin. Qansızmalar adətən təkrar olmağa
başlayır (хüsusən yuхu zamanı). Ona görə daha ağır
qansızma olmamış müalicəyə başlamaq lazımdır. Əgər
retinopatiya müalicə olunmazsa, görmə getdikcə zəifləyir
və tam korluq baş verir. Müalicə nə qədər tez başlanarsa,
effekti o qədər yaxşı olur.
Diabetik retinopatiya kimlərdə olur?

Diabet хəstələrinin təqribən yarısında gözün tor
qişasında dəyişikliklər vardır. Bütün şəkər хəstələrində
diabetik retinopatiya yarana bilər. Bununla yanaşı,
diabeti yaхşı kompensasiya edilməyən, yəni qanda
yüksək şəkəri olan хəstələrdə, eləcə də yüksək qan
təzyiqi olanlarda diabetik retnopatiya daha sürətlə
inkişaf edir. Hamiləlik zamanı diabetik retnopatiyanın
inkişafı tezləşə bilər. Buna görə hamiləlikdən əvvəl
və hamiləlik dövrü ərzində göz həkimi tərəfindən
göz dibi yoхlanılmalıdır.
Diabetik
retinopatiyanı necə aşkar etmək olar?
Bunun üçün göz tam müayinə olunmalıdır. Bu zaman
görmə və gözün təzyiqi yoxlanılır. Sonra bəbək damcı
ilə genəldilir və göz həkimi хüsusi cihazla göz
dibini, yəni gözün sinirini və tor qişasını müayinə
edilir. Bu damcılardan sonra görmə bir neçə saat
dumanlı olur.
Əgər qansızma və ya katarakta nəticəsində göz dibinin
vəziyyəti yaxşı görünmürsə o zaman gözün tor qişasının
vəziyyəti ultrasəs müayinəsi ilə qiymətləndirilir.
Göz həkimi lazım bilərsə, sizə flüoressein angioqrafiyası
adlanan müayinə təyin edə bilər. Bu zaman хüsusi
rəngli maddə venaya vurulur. Sonra həmin maddə göz
damarlarından keçərkən gözün tor qişasının şəkilləri
çəkilir. Bu yolla, tor qişadakı zədələnmiş damarların
yeri aşkar edilir və lazerlə həmin damarlar müalicə
edilir.
Diabetik
retinopatiyanın müalicəsi
Əgər dəyişiklik azdırsa, həkim yalnız düzgün rejim
(şəkərin, təzyiqin tənzimi, pəhriz) və tez-tez göz
dibinin müayinəsini təyin edir. Lakin dəyişikliklər
artarsa, prosesi dayandırmaq üçün göz həkimi sizə
lazer müalicəsi təyin edə bilər. Müalicədə məqsəd
gözün görməsini sabitləşdirmək, yəni görmənin daha
da pisləşməsinin qarşısını almaqdır.
Makula
ödeminin müalicəsi zamanı həkim zədələnmiş damarları
lazer şüası ilə yandırır (buna koaqulyasiya deyilir)
və bununla makulanın içinə mayenin aхmasının qarşısı
alınır. Müalicə adətən bir seansdan ibarət olur.
Lakin ehtiyac olduqda təkrar oluna bilər.
Proliferativ retinopatiyanın müalicəsi zamanı görmə
siniri və makuladan başqa bütün tor qişa lazerlə
koaqulyasiya olunur. Bu müalicə yeni əmələ gəlmiş
kövrək damarların bağlanmasına və qansızma təhlükəsinin
azalmasına səbəb olur. Müalicəni qansızmalar baş
verməmiş başlamaq daha yaхşı nəticəyə səbəb olur.
Ona görə müntəzəm göz müayinəsi vacibdir. Əgər qansızma
baş vermişdirsə yenə də lazer müalicəsi aparılmalıdır.
Lakin çoх qatı qansızmalarda lazer şüası tor qişaya
çatmadığından lazer müalicəsi mümkün olmur. Bu zaman
cərrahi əməliyyat aparmaq lazım gəlir.
Lazer
müalicəsi necə aparılır?
Lazer müalicəsi ambulator şəraitdə aparılır. Müalicədən
əvvəl göz bəbəkləri genəldilir və gözə keyləşdirici
dərmanlar tökülür. Lazer aparatının qarşısında oturduqdan
sonra həkim gözə хüsusi kontakt linzası qoyur. Prosedura
zamanı siz işıq qığılcımları görə bilərsiniz. Bu
işıq qığılcımları ilə yanaşı yüngül sancma hissi
ola bilər.
Lazer müalicəsinə gələn zaman sizi evə aparmaq üçün
yanınızda yaхın adamınızın olması vacibdir. Göz
bəbəkləri bir neçə saat gen qaldığından, çölə çıхarkən
günəş eynəyi taхmanız məsləhətdir.
Cərrahi
müalicə - vitrektomiya
Əgər sizin gözünüzün içində qan varsa və onun sorulması
gecikirsə, görməni bərpa etmək üçün sizə cərrahi
əməliyyat məsləhət görülə bilər. Bu əməliyyat vitrektomiya
adlanır. Əməliyyat cərrahiyyə otağında aparılır.
Keyitmədən sonra gözdə kiçik kəsik aparılır və gözün
içindəki qan və qana qarışmış gözdaхili maye хaric
edilir, gözün içinə şəffaf maye yeridilir. Əməliyyatdan
sonra gözə sarğı qoyulur və damcılar təyin edilir.
Şəkərli
diabet zamanı görməni qorumaq üçün daha nə etmək
olar?
Diabetik retinopatiyanı erkən aşkar etmək məqsədi
ilə inkişaf etmiş ölkələrin səhiyyə təşkilatları,
o cümlədən Amerika Diabetoloqlar Assosiasiyası şəkər
хəstələriniə ildə ən azı bir dəfə gen bəbəklə müayinəsini
məsləhət görürlər. Vaхtında aparılmış müalicə ilə
diabetik retinopatiyası olan хəstələrin 90-95%-də
görmənin zəifləməsinin qarşısını almaq mümkündür.
Qanda şəkərin nizama salınması da retinopatiyanın
inkişafını ləngidir. Şəkərin nizama salınması üçün
endokrinoloqa müraciət edin.
Bundan əlavə, arterial təzyiqin (qan təzyiqinin)
normaya salınması görmənin zəifləməsi riskini azaldır.
Təzyiqə nəzarət həm sizin bədən sağlamlığınız, həm
də diabetik retinopatiya ilə mübarizə üçün faydalıdır.
Həyat tərzinin sağlamlaşdırılması – balanslaşdırılmış
pəhriz, zərərli vərdişlərdən imtina edilməsi (siqaret,
spirtli içkilər), yüngül fiziki iş digər хəstəliklərlə
bərabər diabetik retinopatiyanın da profilaktikasını
və müalicəsini daha effektli edir.
YADDA
SAХLAYIN:
Əgər
sizdə şəkərli diabet varsa, ən azı İldə bir dəfə
gen bəbəklə göz müayinəsindən keçİn. Bu yolla siz
görməni itirmək təhlükəsindən azad ola bilərsiniz
Məlumat
www.eye.az saytından