II.
1-ci tip diabetli xəstələr üçün
məsləhətlər.
Insulin
qəbul edən xəstələr üçün bütün qida məhsulları 3
grupa bölünür:
Birinci - Yeyirik,
lakin ÇV hesablayırıq və yediyimizin migdarına nəzarət
edirik.
Ikinci - Praktik olaraq istədiyimiz qədər yeyirik
və ÇV hesablamırıq.
Ücüncü - Yemirik və yalnız hipoqlikemiyanı aradan
qaldırmaq üçün istifadə edirik.
Yuxurıda qeyd etdiyimiz qida klassifikasiyasına
əsasən hansı konkret ərzaqların hansı qrupa aid
olduğunu təhlil edək: şirniyyat; un məhsulları və
kaşalar; meyvə və giləmeyvələr; tərəvəzlər; süd
məhsulları; ət və balıg məhsulları; alkoqollu içkilər;
şəkər əvəz edicilər. Beləliklə 1-ci punkt - şirniyyat.
"şirniyyat" anlayışı müxtəlif mənalar
kəsb edir; bura təmiz şəkər, qlükoza ilə zəngin
meyvələr, şirələr və şirin içkilər, mürəbbələr,
kompotlar, konditer məhsulları - tortlar, pirojnalar,
bişintilər, kremlər, kekslər, piroqlar, yoqurt,
şirin pendirlər, dondurma və bütün növ konfetlər
aiddir. Bəzi şirin ərzaqlarin tərkibində yağlar
(krem, şirin pendir, şokoladlar) vardır, bəziləri
isə xəmirdən hazırlanmış un məhsullarıdır (tortlar
və pirojnalar), üçüncu isə meyvələrdən hazırlanır
(mürəbbələr, kompotlar, şirələr, limonadlar), dördünçü
isə sadəcə olaraq - təbii şəkildə olan meyvə və
giləmeyvələrdir (üzüm). Bütün bunları nə birləşdirir,
pirojna, fanta və üzüm arasında ümümi nə vardır?

Orqanizm tərəfindən həddindən çox yüksək sü'rətlə
mənimsənilən çox miqdarda karbohidratların qlükoza
və saxaroza növü vardır. Sadə karbohidratlar çox
tez müddətdə sorulur və 3-5 dəq. sonra qana keçir,
beləki sorulma artıq ağız boşluğunda başlayır. Yuxarıda
qeyd etdiyimiz kimi mürəkkəb karbohidratlar isə
əvvəl mədəyə düşməli və mədə şirəsinin tə'siri altında
sadə karbohidratlara çevrilməlidir; beləliklə onlar
tədricən sorulur və müxtəlif növ ərzaqlar üçün sorulma
sürəti müxtəlifdir. Sadə karbohidratlı ərzaqlar
(başqa sözlə şirniyyat) diabetklərə məsləhət görülmür.
Lakin bu məhdudiyət ərzağın tərkibindəki yüksək
səviyyədə şəkərin olması ilə yox, onun tərkibində
"ani şəkərin" olması ilə əlaqədardır,
çünki "ani şəkər" qanda qlükozanın səviyyəsini
çox tez qaldırır. Bu məhdudiyyət eyni dərəcədə həm
birinci, həm də ikinci tip diabetlərə aiddir, lakin
bir halda; yəni hər iki tip diabetdə hipoqlikemiya
halını aradan götürmək üçün istisna olaraq "ani
şəkərli" ərzaqlardan istifadə edilir. Hipoqlikimiyanı
aradan göturmək üçün istifadə olunan "ani şəkərli"
ərzaq məhsulları aşağıdakılardır:
qlükoza
- həb və ya məhlul halında
üzüm, üzüm şirəsi, kişmiş
şəkər - qənd, şəkər tozu, karamel
şirin çay, limonad, pepsi, fanta
bal - tərkibində bərabər miqdarda qlükoza və fruktoza
vardır
meyvə şirələri
kvas, pivə
Yəginki siz təəcübləndiz - tortlar, pirojnalar,
şirin bişintilər, şokolad konfetlər, dondurmalar
hanı? Məgər onların tərkibində "ani şəkər"
yoxdur?
Sözsüz ki vardır. Lakin, əmələ gəlmiş hipoqlikimiyanın
aradan götürmək nöqteyi nəzərindən bunların tərkibində
"ani şəkər" yox, "sürətli şəkərdir"
ki, bunların da tə'siri 3-5 dəqiqədən sonra yox,
daha gec 10-15 dəqiqədən sonra başlayır. Əsas məsələ
isə ondan ibarətdir ki, tortların, bişintilərin
və şokoladların tərkibində saxarozadan başqa bol
yağlarda var ki, onlar da sorulmanı ləngidirlər.
Beləliklə əgər hipoqlikemiya əlamətləri güclüdürsə
təmiz qlükoza və şəkər, üzüm, bal, şirələr, pivə,
kvas işlətmək lazımdır. Hipoqlikimiya əlamətləri
zəifdirsə, onda aydın məsələdir ki, pirojna yemək
olar, lakin ən yaxşısı 5 tikə qənd və bir dilim
çörək və ya 3 peçenye yemək lazımdır. Peçenye, tort
və ya kremli pirojna kimi yağlı deyildir və onun
efekti daha yüksək olacaqdır. Beləlilə biz "qadağan
olunmuş" şirniyatlara münasibəti aydınlaşdırdıq
və məlum oldu ki, şirniyyat diabetklər üçün 2 kateqoriyaya
bölünür "ani şəkərli" və sorulması yağlarla
tormozlanan şəkərlər.

Un məmulatları və
sıyıqlar. ÇV tə'yini. Un məmulatlarindan
ən başlıcası - kobud uyudulmuş qara çövdar çörəyi
və ya diabetiklər üçün tərkibinə yulaf əlavə edilmiş
xüsusi çörəkdir. "Kərpic şəkilli" qara
çörək götürək, 1 sm qalınlığında kəsək və alınmış
hissəni eninə bölək. Bizim aldığımız çörək tikəsi
25 qr bərabərdir və onu çörək vahidi adlandırırlar
(ÇV); 1 ÇV tərkibində 12 qr karbohidrat vardır.
Tərkibində karbohidrat olan bütün ərzaqları müəyyən
çəki olçüsündə bir ÇV bərabərləşdirmək olar. Beləki,
müxtəlif çəkili müxtəlif ərzaqları, tərkibində 12
qr karbohidrat olması ilə bir çörək vahidi ilə qeyd
etmək olar. Aydın məsələdir ki, bu təqribi hesablamadır
və təcrübəyə əsaslanır, lakin hər halda o bizi ərzaqların
tərkibindəki karbohidratlara görə oriyentassiya
edir. 3 nömrəli cədvəldə hər bir ərzağın bir çörək
vahidində miqdarını öyrənmək olar. Bu cədvəlli çörək
vahidinə görə əvəzetmə cədvəli də adlandırmaq olar.
Ondan istifadə edərək biz qida qəbulu zamanı nə
qədər ÇV qəbul etdiyimizə nəzarət edə bilər,( )
insulinin dozasını qəbul etdiyimiz ÇV görə təyin
edər və bunun qanda şəkərin səviyyəsinə necə təsir
etdiyini yoxlaya bilərik. Beləliklə IAŞD üçün tərkibində
karbohidrat olan ərzaqların həsablanması ən vacib
şərtlərdən biridir və o qlükometr kimi vacib amildir.
Bu faktı dərk etdikdən sonra, biz çörək haqqında
daha ətraflı danışaq.
Bizə nə üçün qara çörək lazımdır?
Baxmayaraq ki, ağ cörəyin bir dilimi eyni miqdarda
qara çörəklə ekvivalentdir, lakin o qara çörək kimi
dənəli və kəpəkli undan bişirilmədiyi üçün onun
sorulması 10-15dəqiqədən sonra başlayır və sürətli
gedir, nəticədə qanda şəkər kəskin qalxır. Biz qara
çörək yeyiriksə şəkər 20-30 dəq. sonra yüksəlməyə
başlayır və o daha rəvan gedir, beləki qara çörək
mədə bağırsaqda daha gec - 2-3 saat müddətində həzm
olunur. Beləliklə qara çörək tərkibində "tədrici
şəkər” olan tipik ərzaqdır.
Bütün yarmalar (krupa) və onlardan bişirilmiş sıyıqlar
- qarabaşaq, düyü, manna, darı, yulaf sıyığının
tərkibində eyni miqdarda karbohidratlar vardır:
2 xörək qaşığı yayma 1 ÇV bərabərdir, lakin qarabaşaq,
darı və yulaf yarmasının sorulma sürəti qara çörəklə
eynidir, yəni tərkiblərindəki "tədrici şəkərdir".
Manna sıyığı çoxda məsləhət deyildir, çünki o çox
sürətlə sorulur, tərkibində demək olar ki sellüloza
yoxdur. Buğda unundan hazırlanmış makaron və makaron
məmulatlarının ÇV nəzərə almaqla istifadə etmək
olar.

Məyvə və giləmeyvələr qanda şəkəri qaldırmaq xüssusiyətlərinə
görə bir-birlərindən əhəmiyyətli dərəcədə fərqlənirlər.
Qeyd etmək lazımdır ki, müxtəlif sort lakin eyni
adlı meyvələrin qanda şəkəri qaldırmaq xüssusiyəti
eynidir - yəni bu o deməkdir ki, almanın turş və
ya şirin olmasına baxmayaraq hər ikisi şəkəri eyni
səviyyədə qaldırır. Turş almanın turşuluğu onda
şəkərin az olması ilə yox, turşuluğun çox olması
ilə əlaqədardır. Demək şirin alma qadağan deyildir,
o da şəkəri turş alma qədər qaldırır; Cörək vahidini
hesablamaqla istədiyiniz almanı yeyə bilərsiz. Ikinci
səhf onla əlaqədardi ki, güya fruktoza qlükozani
və saxarozanı əvəz edir və qanda şəkəri çox az qaldırır.
Biz artıq izah etmişik bu belə deyildir; fruktoza
kifayət qədər sürətlə sorulur və qanda şəkəri saxaroza
və qlükoza kimi çox sürətlə və kəskin artırır və
beləliklə yadda saxlayırıq - bütün meyvələrin, hətta
diabetiklərə icazə verilənlərində tərkindəki "ani
şəkərdir". Meyvələrdən incil, xurma, üzüm,pırnıq,
həmçinin quru meyvələr - kişmiş, qara gavalı, qaysı
yemək məsləhət deyil. Icazə vərilən meyvə və giləmeyvələrin
assortimenti böyükdür və bunlar aiddir-almalar,
armudlar, sitrus meyvələr, qarpız, gavalılar, şaftalı,
nar, manqo, albalı, gilas, ciyələk, qarağat və s.
Banan və ananas daha az məsləhət görülür, lakin
mümkündür. Qeyd etmək lazımdır ki, meyvə porsiyası
bir gündə 2 ÇV cox olmaz və həmdə iki yerə bölmək
lazımdır: misal üçün - almanı saat 11-də, digər
meyvəni isə saat 4-də yemək məsləhətdir. Bir daha
xatırladırıq ki, bütün meyvə və giləməyvələrdə "ani
şəkərdir". Deməli almanı axşam yuxudan qabaq
yemək məsləhət deyildir, cünki şəkər sürətlə qalxacaq,
sonra enəcəkdir və axşam saat 4-də sizdə hipoqlemikiya
əmələ gələ bilər. Aydın məsələdir ki, şəkərli meyvə
şirələri qadağandır, onu yalnız hipoqlemikiya tutmasını
aradan qaldırmaq üçün istifadə etmək lazımdır. Təbii
meyvə şirələrinin tərkibində fruktoza olur, lakin
onların tərkibində meyvə şirələrini hazırlandığı
meyvələrdəki sellüloza olmur. Sellüloza sorulmanı
ləngitdiyi üçün "sürətli şəkər" meyvə
şirələrində "ani şəkərə" çevrilir, beləliklə
bizə icazə verilən meyvələrin şirələrini içmək arzu
edilməzdir və məsləhət görülmur.
Bir daha aşağıdakı qaydalara diqqətinizi yönəldirik:
ərzaqda saxarozanın və fruktozanın miqdarının nə
qədər olması və onun nə qədər çörək vahidinə uyğun
gəlməsi vacib deyildir;
Vacibi odur ki, bu şəkər həmin ərzaqdan hansı sürətlə
sorulur. Sorulmanın sürətini soyuqluq, ərzaqın konsistensiyasının
kobud olması (sellülozalı) və onda yağın olması
azaldır.
Nəticə: Lifli, bərk
və soyuq diabetiklər üçün, duru sıyığa bənzər və
qaynardan üstündür. Lakin sorulmanın bu 3 prolanqatorlarından
geniş istifadə edə biləcəyimiz biridir - qidanın
kobud konsistensiyasıdır, yəni sellülozanın ( )
kifayət qədər olmasıdır. Xüsusi halları (dondurma)
nəzərə almasaq, biz çox soyuq və yağli qidalardan
istifadə edə bilmərik. Yağın artıqlığı həm piylənmə
nöqtei nəzərindən, həmdə tərkibində xolestərin olduğu
üçün damarlarımıza ziyandır.
Tərəvəzlər
- bizim menyumuzun ən tərkib hissəsi olub, onların
tərkibində nə karbohidratlar nə də yağlar vardır,
əvəzində onlarda çoxlu sellüloza vardır.
Lakin burdada bəzi məhdudiyyatlar vardır, beləki
bəzi tərəvəzlər karbohidratlarla əhəmiyyətli dərəcədə
zəngindir - buna birinci növbədə tərkibində nişasta
olan kartofu göstərmək olar. Kartofu yemək olar,
lakin onun çox dəqiq hesabı aparilmalıdır: bir orta
böyüklükdə kartof bir çörək vahidinə bərabərdir.
Aydin məsələdir ki, siz üç tikə çörəyi tərəvəz qarnirli
ətlə yesəniz, həmin yeməyi çörəksiz üç ədəd kartofla
yeməkdən daha məsləhətli və üstündür. Nəzərə çatdırırıq
ki, bu kartoflar orta böyüklükdə olub yumurtadan
bir qədər böyükdür, beləliklə kartof tərkibində
demək olarki sürətli şəkər məhsulu olan ərzaq olub,
qanda şəkəri daha sürətlə qaldırır. Bu sürət yenədə
qidanın konsistensiyasindan asılidır. Kartofdan
başqa qarğıdalını, paxlalanı (lobya,noxud,paxla)
çoxlu miqdarda yeyirsinizsə, ÇV hesablamaq lazımdır.
Hesablamağa ehtiyac yoxdur: kələm, yerkökü, turplar,
pomidor, xiyar, badımcan, soğan, kahı, ravənd, göyərtilər.
Həmçinin istənilən qədər göbələk, soya yeməyə icazə
verilir - onların tərkibində bitki zülalı vardır.
Bitki yağları hesablanmır, bundan başqa ləpələr
və tumları 50qrama qədər yeyirsinizsə- bunuda hesablamağa
ehtiyac yoxdur. Bir maraqlı faktı nəzərinizə çatdırırıq
- çuğundur və yerkökündə şirinlik vardır, lakin
onları istənilən qədər yemək olar,
çünki onlarda çoxlu miqdarda sellüloza vardır -
almaya nisbətən də çoxdur, lakin siz onlardan təbii
şirə hazırlasanız onu istifadə edərkən mütləq ÇV
həsablamaq lazımdır (0,5 stəkan=1 ÇV)
Süd məhsulları
- dondurma, şirin kəsmiklər, şəkərli yoqurt və şirin
pendirlər şirniyyata aiddir və yuxarıda onlar haqqında
məlumat verilib. Digər süd məhsularında ÇV
yalnız maye halında olanlarda hesablamaq lazımdır
( süd, qaymaq, qatiq)-- beləki bir stəkana bir ÇV
bərabərdir, xama (150-200qr qədər), yağ, kəsmik
və pendir praktik olaraq şəkəri qaldırmırlar; çünki
onların yağlılığı çoxdur. Duru ərzaqların ÇV həsablanmasına
səbəb onların tərkibində həll olunmuş laktozanı
(süd şəkəri) olması ilə əlaqədardır, çünki o çox
tez həzm olunur. Balıq və ət məhsulları - ətdən
və balıqdan hazırlanmış qidanın, vetçinanın, yumurtanın,
hisə verilmiş balığın, kolbasanın tərkibində digər
qarışıqlar yoxdursa, onlar qanda şəkəri qaldırmır;
ona görə də onlar üçün ÇV həsablanmır. Lakin suda
bişirilmiş kolbasalar, sosislərə nişasta, kotletlərə
çörək və kartof, omletə isə un əlavə olunur. Kotlet
və omleti siz özünüz karbohidratsız hazırlaya bilərsiniz.
Iki sosis və ya 100 qr suda bişmiş kolbasa 0,5-0,7
ÇV bərabərdir. 
Şəkər əvəzediciləri
- daha doğrusu bunlar saxarozanın
və ya qida şəkərinin əvərzedicisi olub karbohidratlar
qruppasına daxil olan şirin maddələrdir ki, orqanizmdə
qlükozaya çevrilmirlər və ya əgər çevrilirlərsə
də bu çox ləng gedir. Beləliklə şəkər əvəzədicilərdən
şirin diabetik içkilər, konfetlər, vaflilər, tortlar,
kompotlar, mürrəbələr, yoqurtlar və s. hazırlanmasında
istifadə etmək olar; onların istifadəsi ilə bütov
bir diabetiklərə xidmət edən yeyinti sahəsi məşğul
olur. Şəkər əvəzediciləri 3 qrupa bölmək olar. Onlar
aşağıdaki cədvəldə göstərilmişdir.
Cəd 3. Şəkər əvəzədicilərin xarakteristikası.
Qeyd etmək lazımdır ki, ikinci qrup şəkərəvəzədiciləri
və ya onların kombinasiyaları satışda aşağıdaki
adlarla rast gəlinir: slastilin, sukrazit, svitli,
suoli, çukli, mokka svit, sukrodayt, surel, xermesetaz,
milford. Istənilən şəkərəvəzedicinin mümkun sutkalıq
dozası 30-40 qramdan artıq olmamalıdır. Lakin bu
dozanı yediyimiz konfet, peçenye, vaflilərin şəkərəvəzədicilərini
nəzərə almaqla istifadə etməliyik. Bunun üçün biz
həmin ərzağın qabının üstündə hər 100 qrama nə qədər
şəkərəvəzədicinin düşməsini baxıb hesablamalıyıq.
Adətən gün ərzində 1-2 əd. artıq olmamaq şərti ilə
və ya ona ekvivalent tərkibli şəkər əvəzədicili,
vafli, peçenye məsləhətdir. Dörd nömrəli cədvəldə
isə ərzaqların çörək vahidinin həsablama qaydaları
göstərilmişdir.
Cəd 4. Çörək vahidlərinin əvəzedilmə cədvəli.
Indi isə insulindən asılı şəkərli diabetlər üçün
(insulin inyeksiyası edən xəstələr üçün) məsləhətlərə
keçək.

1. Faktiki olaraq belə xəstələr üçün qidalanmada
ciddi məhdudiyyətlər yoxdu - yəni həm diyetanın
karoriliyinə, həm də istifadə olunan ÇV aiddir.
Seçim hüququ xəstənin özündədir; O sağlam adamlar
qədər zülallar, yağlar və karbohidratlar yeyə bilər,
lakin karbohidratlar mütləq hesablamalı və kiçik
porsiyalarla istifadə olunmalıdır.
2. Qidanın gündəlik rasionunun kaloriliyinə gəldikdə
isə o orta hesabla 1800-2400 kkal təşkil edir. Qadınlar
üçün bədən çəkisinin hər kg 29 kkal, kişikər üçün
isə 32 kkal təşkil edir.
Bu kkal aşağıdaki ərzaqlar həsabına yığılır
50% - karbohidratlar (14-15 ÇV, çörəyin və sıyıqların
hesabına, 2 ÇV meyvə qalanı isə tərəvəzin hesabına).
20% - zülallar (yağsız süd, balıq və ət məhsulları)
30% - yağlar (yağsız süd, ət, balıq məhsulları,
bitki yağı)
Qidanın yemək qəbuluna əsasən bölünməsi konkret
insulinterapiya sxemindən asılıdır, lakin bir dəfəyə
7 çörək vahidindən çox olmalı deyildir. Iki insulun
inyeksiyasında o aşağıdaki kimi olmalıdır:
Səhər yeməyi - 4 ÇV, ikinci səhər yeməyi - 2 ÇV,
günorta yeməyi - 5 ÇV, ikinci günorta yeməyi - 2
ÇV, şam - 5 ÇV, yuxudan əvvəl - 2 ÇV; cəmi-20 ÇV.
Qidalanmanın bu qaydada bərabər və rəvan bölunməsi
2-ci tip şəkərli diabetlərə də aiddir, lakin onlar
üçün ÇV və qidanın kaloriliyi əhəmiyyətli dərəcədə
aşağı olmalıdır, beləki IAOŞD 10 hadisədən 8-də
çəki artıq olur. Bir daha fəaliyyət növundən asılı
olaraq tələb olunan kkal və ona uyğun ÇV miqdarını
göstərək:
Intensiv fiziki iş - 2000-2700 kkal və ya 25-27
ÇV;
Adi fiziki iş - 1900-2100 kkal və ya 18-20 ÇV
Fiziki əməklə əlaqəsi olmayan iş - 1600-1800kkal
və ya 14-17 ÇV
3.
Siz normadan artıq yemək istəyirsinizsə iki çıxış
yolu vardır: soyuq yemək yeməli və ona ballast maddə
əlavə etməli; əlavə olaraq qısa təsirli insulin
dozası qəbul etməli, misal üçün əgər siz 1 alma
əlavə yemək istəyirsinizsə aşağıdaki cür etməlisiniz
- sürtkəcdə alma və yerkökünü iri keçirtməli onları
qatışdırmalı və soyutmalısınız, əgər siz pelməni
yemək istəyirsinizsə ondan sonra iri doğranılmış
kələm yemək məsləhətdir, əgər siz insulin inyeksiyası
əlavə edəcəksinizsə aşağıdaki cür etməlisiniz:
a. Bir çörək vahidinə lazım olan insulinin dozası
sutkanın müxtəlif vaxtlarında 0,5-2 vahid arasında
tərrədüd edir.
b. Odur ki hər əlavə çörək vahidi üçün aşağıdaki
dozada insulin inyeksiyası edilməlidir:
səhər - 2 vahid, günorta yeməyi - 1,5 vahid, axşam
vaxtı - 1 vahid
bunlar orta rəqəmlərdir. Dozanı siz individual olaraq
qlukometrin köməyi ilə seçə bilərsiz. Bütün hallarda
günün birinci yarısında 1 ÇV üçün insulinin dozası
yüksək olmalıdır, çünki səhərlər qanda şəkərin miqdarı
yüksək olur.
4.
Yuxudan əvvəl saat 23-24-də siz yüngül yeməlisiniz
(1-2 ÇV) - bu gəcə hipoglekimiya riskinin qarşısını
almaq üçündür. Bu vaxtı "tədrici şəkərli"
qidalardan istifadə etmək məsləhətdir - 1 stəkan
süd, qara cörəklə buterbrod və qarabaşaq kaşası.
Axşamlar tərkibində sürətli şəkər olduğu üçün meyvə
yemək məsləhət deyil.
5.
Siz həddindən çox şirin şey yemək istəyirsinizsə,
onda siz şəkər əvəzədicilərlə hazırlanmış şirniyyat
və ya dondurma yeyin.
6.
Çox vaxt belə bir sual verilir: insulin inyeksiyasının
və ya tabletin qəbulundan sonra yeməyə nə vaxt başlamaq
lazımdır? Çox vaxt bu suala həkimin qeyri-müəyyən
cavabını alırlar. Bəzən hətta diabetli xəstə "qısa
təsirli" iinsulin qəbul etdikdə belə ona müxtəlif
cavablar verilir. Yeməyə 15 dəqiqədən sonra, 30
dəqiqədən sonra, 45 dəqiqədən sonra başlayın. Bu
qəribə olsada bunun öz səbəbləri vardır. Birincisi
yeməyə başlamaq üçün lazım olan vaxt müxtəlif ola
bilər. Yeməyə başlamaq üçün lazım olan vaxt 1 saatdan
gec olmamalıdır, əks halda siz hipoqlikimiya əlamətləri
hiss edə bilərsiniz; nə vaxt yemək olar məsələsi
isə aşağıdaki vəziyyətlərdən asılıdır:
- sizin insulinizin və ya şəkəri aşağı salan həbinizin
tə'sirinin başlanma vaxtından
- sizin nə yeməyinizdən: yalnız tərkibində "tədrici
şəkərlər" (çorək, kaşa) olan ərzaqlar və ya
əlavə "sürətli şəkər" olan ərzaqlar olacaqdır
(alma, apelsin).
-həb və ya insulin inyeksiyasından əvvəl sizin qanınızda
şəkərin səviyyəsindən.
Siz
elə vaxt yeməyə başlamalısınız ki, sizin preparatınızın
tə'sirinin başlaması ilə karbohidratların sorulması
eyni vaxta düşsün, bu şərtlə ki, qanda şəkər normal
olsun. Praktik olaraq bunu aşağıdaki cür ifadə etmək
olar. Inyeksiya vaxtı qanda şəkər 5-7 mmol/l-sə
yeməyə 15-20 dəq. sonra başlamaq lazımdır; əgər
8-10 mmol/l-sə - 40-60 dəq. sonra. Bu qaydanın mənası
aydındır: əgər qanda şəkər yüksəkdirsə preparata
vaxt vermək lazımdır ki, o qanda şəkəri aşağı salsın
və ondan sonra yeməyə başlamaq lazimdırş
Geriyə