III.
2-ci tip diabetli xəstələr üçün
məsləhətlər.
2-ci tip diabetli xəstələr
üçün (IAOŞD) qidalanmada əsas diqqət xəstənin arıqlamasına
və ya onun artıq çəki yığmamasına yönəldirir. Buna
görə də dieta aşağı kalorili olmalı (piylənmə olduqda
sutkalıq 1200-1500 kkal olmalıdır) və xəstənin ərzaqlar
haqqında, onların kaloriliyi nöqteyi nəzərindən
təsəvvürü olmalıdır. Aydın məsələdir ki, hansı ərzaqların
şəkəri artırıb artırmamasını, karbohidratların qida
qəbuluna görə bərabər bölunməsini xəstə bilməlidir,
lakin onun karbohidratları ÇV ilə hesablanmasına
lüzüm yoxdur. Bu halda 5 nömrəli cədvəldən istifadə
olunmalıdir və orada ərzaqların 100 kkal tutumlu
miqdarı göstərilir.
Cəd. 5 100 kkal tutumlu ərzaqların miqdarı.
2-ci tip (insulindən asılı olmayan şəkərli
diabet) diabetlər üçün məsləhətlər
1. 2-ci tip diabetdə xəstə zulalları sağlam adam
qədər yeyə bilər; Yağlar məhdudlaşmalıdır, ən yaxşı
bitki məşəli yağlardan istifadə olunmasidir; karbohidratları
ÇV görə hesablamaq lazım deyildir. Lakin onları
kiçik porsiyalarla istifadə etmək lazımdır.
2. Çəki artıq olduqda aşağı kalorili dieta lazımdır
və qida ilə qəbul olunan kkal hesablanmalıdır. Bunu
2-5 nömrəli cədvəl vasitəsi ilə etmək olar.
3. Xolesterin haqqında. Qanda damarlar üçün təhlükə
törədən artıq xolestərini nəzarətdə saxlamaq lazımdır.
Baxmayaraq ki, xolestərin ateresklerozu yaradan
əsas faktorlardan biridir o həyat fəaliyyəti üçün
lazımdır (məsələn D vitamininin sintezi üçün). Qanın
tərkibində xolesterinə qlükoza kimi çox diqqətlə
nəzarət etmək lazımdır. Mümkün normalar belədir:
4. 3-5.2 mmol/l - yaxşı göstəricidir,
5. 4 mmol/l qədər - yol veriləndir.
1 sutkada orqanizmə daxil olan xolesterinin miqdarı
0.3-0.4 qramdan artıq olmalı deyildir. Qeyd edək
ki ən çox xolesterin heyvani yağlarda (kərə yağı,
yağlı pendirlər, xama və kəsmik, yağli ət, salo)
olur ki, onların istifadəsini məhdudlaşdırmaq lazımdır.
Xolesterin ən
çox aşağıdaki ərzaqlardadır.
Xolesterin |
qr |
Beyin
|
2 |
Pendirin
yağlı növləri |
1qr
qədər |
Yumurta
|
0.6 |
Ciyər,
böyrəklər |
0.2-0.4 |
Bəzi
balıq növləri |
0.2-0.4 |
Kürü |
0.3 çox |
Kərə
yağı |
0.2 |
Bitki
yağlarında xolesterin yoxdur ona görədə yemək hazırlayarkən
qarğıdalı, zeytun və günəbaxan yağından istifadə
etmək məsləhətdir.
6. Beləliklə tərkibində xolesterin olan ərzaqları
yemək lazım deyildir. Odur ki, biz heyvani yağları
minimuma endirib, bitki yağlarindan istifadə edirik.
Yağsız xama və kəsmikdən istifadə etməli, südün
yağlılığı 0.5% olmalıdır, kərə yağının sutkalıq
miqdarı 10-15 qramdır. Balıq və ət yağsız, suda
bişmiş və ya pörtlədilmiş məsləhət görülür. Ləpələr
və tumlar lazım olan qədər yeyilməlidir, çünki onlar
yağlarla zəngindir. Yumurta günə 1 ədəd olmalıdır.
Bizim orqanizm sadə şəkərləri; qlükozanı, fruktozanı
mənimsəyir. Qida şəkəri, zəif turşuların və mədə
ferməntlərinin təsiri altında mədədə qlükozaya və
fruktozaya bölünürlər. Qlükoza qana çox tez, fruktoza
isə 2-3 dəfə yavaş sorulur. Analoji proseslər maltoza
və laktoza ilə də baş verir, lakin nişastanın parçalanma
və sorulması çox yavaş gedir. Misal üçün nişastanın
sadə şəkərlərə parcalanması nazik bağırsaqda baş
verir ki , burayada qida mədədən az-az miqdarda
daxil olur.
Beləliklə nişastanın parçalanmasından alınan sadə
şəkərlər tədricən sorulur, həm də
üstəlik, karbohidratların qana tez sorulmasını qoruyan
sellüloza bu prosesi ləngidir.

Sellüloza ilə zəngin məhsullara aşağıdakilar
aiddir:
buğda və çovdar kəpəkləri, kəpəkli çörək, yarmalar
- yulaf, arpa; çuğundur, yerköku.
Sellüloza bütün meyvə və tərəvəzlərin
tərkibindədir.
Qeyd edək ki, əgər şəkər karbohidratları qida ilə
lazım olandan artıq miqdarda daxil olursa, qlikogen
şəkəri kimi onlar qara ciyərə və əzələlərə ehtiyyat
şəklində
yığılır.
Ehtiyac olanda qlikogen qlükozaya kimi parçalanır,
qana keçir və orqanizmin bütün toxumalarına yayılır.
Bu ehtiyac nə vaxt başlayır?
Sağlam insanlarda, həmçinin diabetiklərdə - fiziki
işlə məşğul olduqda, vaxtında yemədikdə və ya az
yedikdə.( )
Artıq qidalanmada, yəni karbohidratlar çox miqdarda
orqanizmə daxil olduqda onlar piyə çevrilir və əgər
piy toxumaları çox yığılırsa bu piylənmə ilə nəticələnir.
Lakin normal fiziki inkişaflı insanlarda da piy
toxuması var, hansı ki, çox vacib funksiya yerinə
yetirir: piy və əzələlərdə, qara ciyərdə yığılan
qlikogen ehtiyyatı () aclıqdan üçqat müdafiədir.
Acdıq zamanı aşağıdaki proses baş verir: ən əvvəl
qara ciyərdəki, sonra əzələlərdəki şəkər ehtiyyatları
istifadə olunur; və nəhayət piy toxuması parçalanır,
keton cisimlərin əmələ gəlməsi ilə nəticələnən enerji
hasil edir və nəticədə insan ariqlayır. Diabetikləri
bu üçqat müdafiə xilas edə bilər, lakin hipoqlikimiyadan
yox - çünki o çox sürətlə baş verir, və qara ciyərdəki
qlikogen ehtiyatının qlükozaya qədər parçalanmasına
çoxlu vaxt lazımdır.
Karbohidratların xüsusiyyətlərinin öyrənilməsinə
qayıdaq.
Bizə artıq aydın oldu ki, sadə karbohidratlar qana
tez sorulur və qanda şəkəri sürətlə yüksəldir. Mürrəkəblər
karbohidratlar isə bunu ləng edirlər, çünki əvvəl
onlar sadə karbohidratlara parçalanmalıdır. Lakin
qeyd etdiyimiz kimi tək parçalanma yox, başqa faktorlar
da buna tə'sir göstərir. Bu faktorlar bizim üçün
çox vacibdir.
Lakin biz qeyd etdiyimiz kimi sorulmaya yalnız qidanın
parçalanması, hissələrə ayrılması yox, digər faktorlar
da tə'sir edir. Bu faktorlar bizim üçün çox böyuk
əhəmiyyət kəsb edir, çünki diabetiklər üçün qanda
şəkərin yüksəlmə faktı yox, onun kəskin və çox sürətlə
yüksəlməsi təhlükəlidir. Və ya başqa sözlə desək
bu halda karbohidratlar sürətlə orqanizm toxumaları
tərəfindən sorulur, qanı qlükoza ilə sürətlə doydurur
və hiperqlikimiya halına səbəb olur. Bunun üçün
sorulmanın sürətinə tə'sir edən faktorları aşağıda
qeyd edəcəyik:
1. karbohidratın
növu - sadə və ya mürəkkəb (sadə karbohidratlar
həddindən çox tez sorulur);
2. qidanın hərarəti - soyuq sorulmanı əhəmiyyətli
dərəcədə azaldır;
3. qidanın konsistensiyası - tərkibində çoxlu miqdarda
sellüloza olan mürəkkəb, lifli və dənli qidaların
sorulması tədricən olur;
4. ərzaqın tərkibində yağların olması - yağli ərzaqlardan
karbohidratlar tədricən və yavaş sorulur.
5. sorulmanı ləngidən preparatlar - məsələn qlükobay.
Bu
mülahizələrə əsaslanaraq tərkibində karbohidrat
olan qida məhsullarını üç qrupa bölmək olar:
1. tərkibində
"ani şəkər" olan qidalar - qanda şəkəri
3-5 dəq. sonra kəskin qaldırır.
2. tərkbində "sür'ətli şəkər" olan qidalar
- qanda şəkəri 10-15 dəq. sonra kəskin qaldırır,
qida mədədə və bağırsaqlarda 1-2 saat müddətində
həzm olunur.
3. tərkibində "tədrici şəkər" olan qidalar
- qanda şəkərin qalxması 20-30 dəq sonra və nisbətən
rəvan olur, qida mədə və bağırsaqda 2-3 saata həzm
olunur.
Bu klassifikassiyaya əlavə olaraq qeyd edə bilərik
ki, "ani şəkər" - bu təmiz halda, yəni
sorulma prolanqatorlarından azad olunmuş qlükoza,
fruktoza, maltoza və saxarozadır; sürətli şəkər
bu sorulma prolanqatorları olan fruktoza və saxarozadır
(məsələn alma, həm fruktozası həm də sellulozası
vardır); "tədrici şəkər" - Bu laktoza
və kraxmaldır, həmçinin çox güclü prolongatorlu
saxaroza və fruktozanı da bura aid etmək olar, beləki
prolanqatorun sayəsində saxaroza və fruktozanın
parçalanması, nəticədə əmələ gələn glükozanın qana
sorulması əhəməyyətli dərəcədə ləngiyir.
Yuxarıda deyilənləri misallarla izah edək: tərkibində
qlükoza olan preparatları qəbul etdikdə [glükoza
həbləri]: o dərhal qana sorulur. Lakin demək olar
ki, fruktoza meyvə şirəsi, maltoza isə pivə qəbul
etdikdə eyni sürətlə sorulurlar, çünki bunlar məhlul
olub tərkibində sorulmanı ləngidən sellüloza yoxdur,
lakin bütün meyvələrdə sellüloza vardır, deməli
onlarda adı sorulmadan "müdafiə xətti"
var; burada da sorulma tez gedir, lakin meyvə şirələrində
olduğu kimi sürətlə olmur. Un məhsularında belə
"müdafiə xətti" ikidir: kraxmal, hansıkı
monosaxaridlərə parc-alanmalıdır,sellüloza; nəticədə
sorulma daha ləng gedir. Bu cəhəti qeyd edərək,
tərkibində karbohidratlar olan qida məhsularını
nəzərinizə catdıraq: şirniyyat, un məmulatları və
sıyıqlar: kaşa, meyvə və giləməyvələr, bəzi növ
tərəvəzlər, süd məhsularının bəzi növləri. Bunlar
hamısı qanda şəkəri qaldırır, lakin tərkiblərindəki
şəkərlərin növündən və prolanqator faktorlarından
asılı olaraq, qanda şəkərin yüksəlmə sürəti müxtəlifdir.
1qr təmiz şəkərin kaloriliyi 4kkal-dır. Mineral
maddələrə və vitaminlərə gəldikdə isə prinsipcə
onlar bütün qida məhsularında bu və ya digər miqdarda
vardır. Lakin qida məhsularının arasında elə rekordsmenlər
vardır ki, onları yaddan çixartmaq lazım deyil:
bunlara qarabaşak, yumurta, qaraciyər, balıq yağı,
yerkökü və göyərti aiddir. Təəsuf ki, yumurta və
qaraciyəri şəkər xəstələri çox miqdarda yeyə bilməzlər,
çünki onların tərkibində xolestərinin miqdarı çoxdur.
Amma meyvə və tərəvəzlər vitaminlərlə çox zəngindir
və bir cox qida məhsuları isə məsələn süd və un
məhsullarına vitaminlər əlavə olunur, bundan əlavə
vitamin və mineral maddələri xüsusi preparatların
tərkibində qəbul edə bilərik.
Qarşıdaki bölmədə biz ərzaq məhsularının qanda şəkəri
artırmaq xüssusiyətinə görə təhlil edəcəyik, indi
isə onların bu nöqtei nəzərdən klasifikasiyasını
nəzərdən keçirək:
1. şirniyyat; 2.süd məhsulları; 3. un
məhsulları və sıyıqlar; 4. meyvə və giləməyvələr;
5. ət və balıq məhsulları; 6. alkoqolu içkilər;
7.şəkər əvəzədiciləri; 8.tərəvəzlər.
Qida
məhsularının ümumi xarakteristikasına gəldikdə isə
onlar aşağıdaki göstəriciləri özündə əks etdirir:
1.qida
məhsullarının tərkibindəki karbohidrat, yağlar və
züllaların miqdarı
2.qida məhsullarının tərkibindəki ən vacib-natriy,
kaliy və kalsiy mineral maddələrinin miqdarı.
3.vitaminlərin miqdarı və tərkibi.
4.xolesterinin miqdarı - bu maddə bizim qanımızda
dövr edir və onun yüksəlməsi atereskleroza, ürəyin
işemik xəstəliyinə, hipertoniya və digər xoşagəlməz
hallara səbəb olur.
5.ərzaqin energetik əhəmiyyəti - bu xüsusi ölçu
vahidi; kkal-lə təyin olunur
Balanslaşdırılmış
diyetanı tərtib etmək üçün hər bir ərzaqin tərkibində
mineral maddələrin və vitaminlərin, xolesterinin,
miqdarinı, onun enerji tutumunu bilmək lazımdır.
Bu məlumatlar cəd. 2 - ərzaqlarda əsas qida maddələrinin,
xolesterinin, və energetik tutumun miqdarı cədvəlində
verilmişdir.
1. Zülalar, karbohidratlar
və yağların miqdarı haqqında olan
məlumatlar əvvəlki bölmələrdən bizə aydındır: demək
lazımdır ki, ərzaqlarda bu maddələrdən başqa olan
maddə tamamilə sudur. Bu maddələrə insanlarda sutkalıq
təlabat onun gördüyü işdən və çəkisindən asılı olaraq
aşağıdaki miqdarda ola bilər:
Zülallar - 80-120 qr və ya bədən çəkisinin hər kq-na
1-1,5qr: lakin hər kg üçün 0,75qr-dan az olmamaq
şərti ilə:
Yağlar - 30-dan 80-100 qrama qədər.
Karbohidratlar - 300-400 qram

Aydın məsələdir ki tərkibində bu miqdarda komponentlər
olan ərzaqların faktik çəkisi qat- qat yüksəkdir;
məsələn orqanizmi 100 qram zülalla tə'min etmək
üçün 0,5 kq mal əti və ya 0,55 kq yağsız kəsmik
yemək lazımdır
2.
Insanın qidası balanslaşdırılmış və kifayət qədər
kalorili olmalıdır.
Balanslaşmış qida dedikdə qida rasionunda zülallarin,
yağların, karbohidratların, mineral maddələrin və
vitaminlərin lazım olan miqdarda və proporsiyada
olması başa düşülür; kalorilik isə qidanin energetik
əhəmiyyətini göstərir. Fəaliyyət növundən asılı
olaraq, yaşlı insan aşağıdakı miqdarda kkal-li qida
qəbul etməlidir:
intensiv fiziki iş 2000-2700 kkal.
mötədil fiziki aktivlik, iş 1900-2000 kkal
fiziki işlə əlaqədar olmayan fəaliyyət 1600-1800
kkal
Bu məsləhətlər diabetiklərə də aiddir, lakin kök
adamlar, 2-ci tip diabetli xəstələr daha aşağı kkal
qida qəbul etməlidirlər.
1-ci cədvəldə göstərilən ərzaqların özlərinin "çempionları"
vardır ki, onların xeyirli xüsusiyətlərini biz heç
vaxt yaddan çixartmamalıyıq. Bunların sırasına aiddir:
yerkökü - tərkibindi çoxlu miqdarda karotin vardır
göyərti - şüyüt, cəfəri, petruşka, quzuqulaği, keşniş,
kəvər və s. Bunlarda da çoxlu karotin vardır, həmçinin
bunlar kali, kalsi və vitaminlər mənbəyidir.
darı və qarabaşaq - bunlarda çoxlu B1 və PP vitamini
vardır.
3.
Süd məhsulları - xüsusi ilə kəsmik,
pendir və qatiqda B2 vitamini ən yüksək miqdardadır:
bu məhsullardan ən əhəmiyyətlisi yağsız kəsmikdir.
Toyuq əti, yağsiz mal əti və bəzi balıq növlərində
vitamin PP çox yüksək miqdardadır. A vitamini yalnız
süd məhsullarında, ən cox isə yağli süd məhsullarında
olur. Bu vitamin mənbəyi kimi süddən, yağsız xamadan
və az miqdarda yağdan istifadə etmək məsləhətdir.
Vitamin C mənbəyi isə sitrus meyvələri, kələm və
göyərtidir.
4.
Heyvani zülalları bitki mənşəli zülallarla əvəz
etmək məsləhətdir. Bitki mənşəli
zülalların mənbəyi paxlalar, soya, və göbələkdir.
Heyvani zülalların çox istifadəsi, xüsusi ilə 40-50
yaşından sonra məqsədə uyğun deyildir.
5.
Duzdan minimal miqdarda istifadə etmək lazımdir,
çünki artıg duz oynaqlarda toplanır və hipertoniya
xəstəliyinin yaranmasına səbəb olur.
6.
Qidanı elə hazirlamaq lazımdır ki, onun tərkibindəki
şəkər tədricən sovrulsun. Qidanın
və içkilərin isti yox, ilıq olması, qidanın konsistensiyası
isə lifli, dənəli və sərt olmalıdır. Həddindən çox
xırdalanmış, əzilmiş, püre və ya manna sıyiğı tipli
yeməklər məsləhət deyil. Aşağıdaki cəhəti nəzərə
almaq məsləhətdir: qidada nə gədər çox sellüloza
olarsa onun tərkibindəki şəkər bir o qədər yavaş
sorular.
Geriyə