Dieta
Qeyd etmək lazımdır ki, insulindən
asılı şəkərli diabet (IAŞD) və insulindən asılı
olmayan şəkərli diabetdə (IAOŞD) dietaya yanaşma
müxtəlifdir. Birinci halda (IAŞD) dietada qida kalorili
olmalıdır; xəstə demək olar ki, hər şeyi yeyə bilər,
lakin qəbul olan qidada çörək vahidləri həsablanmalıdır.
Ikinci halda isə (IAOŞD) diabet çox vaxt artıq çəki
ilə müşahidə olunduğu üçün qidanın kaloriliyi aşağı
olmalı, xəstə özünü arıqlamağa orientasiya etməlidir
və qida müxtəlifliyi burada məhdud olur. Lakin burada
qəbul olunan qidada ÇV həsablanmir. Dietada bu muxtəliflik
birinci və ikinci tip şəkərli diabetlərdə gozlənilən
təhlukələrin muxtəlifliyi ilə əlaqədardır. IAŞD-lə
əsasən uşaqlar və gənc adamlar xəstələnirlər və
burada strateji məqsəd xəstəliyin ağırlaşmalarının
qarşısını almaq, eyni zamanda inkişaf edən və gənc
orqanizm lazım olan qidalarla təmin olunmalıdır.
IAOŞD-lə isə əsasən yaşlı və ahıl adamlar xəstələnirlər.
Burada isə məqsəd xəstənin arıqlaması və hazirki
dövrdə xəstəyə yaxşı həyat keyfiyyəti tə’min etməkdir.
I. Ərzaqların xüsusiyyətləri.
2-ci tip şəkərli diabetdə dieta şəkərli diabetin
kompensasiyasının əsas amilidir. Birinci tip şəkərli
diabetdə isə dietanin kompensasiyada rolu çox da
əhəmiyyətli deyildir. Dietanı düzgün təşkil etmək
və ona əməl etmək üçün ərzaqların xüsusiyyətlərini
bilmək lazımdır. Qeyd etmək lazımdır ki, diabetli
xəstələrin ərzağa münasibəti özünə məxsusdur: onları
ərzağın ən çox qanda şəkəri necə – sürətlə, tədricən
və ya asta qaldırması maraqlandırır. Belə baxanda
bu məsələ çox da mürəkkəb deyildir: ərzaqda şirinlik
hiss olunur, şirniyyatın tərkibində şəkər vardır,
deməli şirin ərzaqları yemək olmaz, şəkər əvəzedicilərdən
istifadə etmək lazımdır. Lakin burada dondurmalara,
şirin və turş almalara, diabetik konfetlərə aid
olan özünə məxsusluqlar vardır. Bu haqda aşağıda
məlumat verəcəyik.
Indi isə diabetik
dietanın əsas məqsədlərini qeyd ədək:
Diabetiklər üçün qadağalar yox, müəyyən qaydalar
mövcuddur. Onun üçün qidanın tərkibi və qidalanma
rejimi vacibdir. O, karbohidratların gün ərzində
bərabər olaraq bölünməsini təmin etməli və ya qəbul
etdiyi qidada karbohidratları ÇV ilə hesablamalıdır.
Bir daha qeyd etmək lazımdır ki, bu qaydaların böyük
bir hissəsi şəkərli diabetin bütün tiplərində və
insulinterapiyanın bütün sxemalarında məqbuldur.
Qidalanmanın əsas komponentlərinə zülallar, yağlar,
karbohidratlar, mineral maddələr və vitaminlər daxildir.
Qeyd etmək lazımdır
ki, qanda şəkəri yalnız karbohidratlar qaldırır.
Zülallar -
bu hüceyrələr üçün tikinti materialı olub, hüceyrələr
onlardan yaranır. Tərkibi heyvani zülallar olan
ərzaqlara aşağıdakılar aiddir: süd məhsulları, ət,
balıq və onlardan hazırlanan bütün ərzaqlar, yumurta.
Bitki zülalları – soyada, mərcidə, paxlalarda və
göbələkdə olur. 1 qr təmiz zülalın kaloriliyi 4
kkal təşkil edir. Tərkibində zülal olan ərzaqlar
əgər onları normal qaydada qəbul etsən, qanda şəkəri
demək olar ki qaldırmır. Lakin əgər siz bir dəfəyə
1 kq ət yesəniz qanda şəkər hər halda qalxa bilər.
Yağlar –
bunlar bizə enerji ehtiyatı verir, lazım olan hormonların
və vitaminlərin yaranmasında iştirak edir. Normal
miqdarda, yağlar da qanda şəkəri qaldırmır. Bir
qram yağin kaloriliyi 9 kkal təşkil edir ki, buda
zülalların kaloriliyindən 2 dəfə çoxdur. Tərkibində
yağ olan ərzaqları 4 kateqoriya bölmək olar:
Heyvani yağlarından
ibarət olan ərzaq məhsulları
- kərə yağı, marqarin, salo; tərkibində
həyvani yağlar gizli olan ərzaq məhsulları -
ət, balıq və onlardan hazırlanmış bütün ərzaqlar,
bütün süd məhsulları; bitki
yağlarından ibarət olan ərzaq məhsulları
- günəbaxan, qarğıdalı, zeytun, kokos yağları və
s. Tərkibində
gizli bitki yağları olan ərzaq məhsulları-tumlar,
ləpələr, qarğıdalıdır. Qeyd etmək lazımdır ki, bitki
yağları tərkibində xolesterin olmadığına görə kaloriliyin
eyni olmasına baxmayaraq heyvani yağlardan daha
məqbul hesab olunur.
Lakin çəkisini azaltmaq istəyən xəstələr hər iki
yağın istifadəsini azaltmalıdırlar. Əgər salatlarda
smetan, mayonez, bitki yağından istifadə edirsinizsə,
sizin ariqlamağınız çətin olacaq, çünki bu ərzaqların
hər üchunun kaloriliyi eynidir. əgər sizin qarşınızda
artıq çəki problemi yoxdursa, onda siz qanda xolestərini
yoxlatmalı və o normadan artıqdırsa, onda qidanın
tərkibindəki həyvani yağları bitki yağları ilə əvəz
etməlisiniz və nəhayət əgər sizin artiq çəki toplamaq
riskiniz yoxdursa , xolesterin normaldırsa, siz
istənilən yağdan istifadə edə bilərsiniz.
Karbohidratlar
- kimyəvi quruluşuna görə şəkərlərin çoxlu müxtəlif
növləri vardır.
Bəziləri mürəkkəb molekulardan ibarət olub, mürəkkəb
şəkərlər adlanır. Digərlərinin strukturu daha sadə
olub - bunları sadə şəkərlər adlandırırlar. şəkərlərin
bütün mümkün olan növlərinin məcmusu karbohidratlar
adlanan kimyəvi sinifdə birləşir. Deməli karbohidratlar
- şəkərlərdir və molekularının quruluşundan asılı
olaraq onların arasında xüsusi ierarxiya var. Bu
ierarxiyaya əsaslanaraq onları bu ardıcıllıqla düzmək
olar: ən sadələr: monosaxaridlər, mürəkkəbləri:
disaxaridlər, və ən mürrəkəblər: polisaxaridlər.
Bu şəkər karbohidratlarının yalnız keyfiyyətcə təsviridir.
Bu klassifikasiya aşağıdaki cədvəldə göstərilib:
Molekulyar struktyrunun murəkkəbliyinin artma qaydasi
ile qida karbohidratlarinin yerleshmesi.
Bu cədvələ keçməzdən əvvəl bir neçə qeydlərə nəzər
salaq. Birincisi,
molekullarının quruluşuna görə klassifikasiyadan
başqa, karbohidratlar qidalanma nöqtei nəzərindən
- insan orqanizmi tərəfindən
mənimsənilən və mənimsənilməyənlərə bölünürlər.
Çörəkdə, meyvə və tərəvəzdə olan karbohidratları
bizim mədəmiz həzm edir, lakin tərkibində mürrəkəb
karbohidrat-sellüloza olan oduncağı həzm etmir.
Ikincisi, həzm
etmək - nə deməkdir? Bu termini
dəqiqləşdirək; karbohidratların həzm olunması -
disaxaridlərin və polisaxarildlərin mədə şirəsi
ilə sadə şəkərlərə - monosaxaridlərə bölünməsi deməkdir.
Məs. sadə şəkərlər qana sorulur və hüceyrələr üçün
qida mənbəyidir.
Üçüncüsü karbohidratlarla
zəngin olan qida tərkibində mənimsənilən karbohidratlardan
başqa, mənimsənilməyən karbohidratlarda olur. Bunlar
qida lifləri, sellüloza və pektin maddələridir ki
- çörəkdə, buğda və tərəvəzlərdə rast gəlinir.
Onlar həzm olunmada böyük rol oynayır: bağırsaqların
işini stimullaşdırır, toksik maddələri və xolesterini
absorbsiya edir.
Gələcəkdə bunları biz ümumi terminlə - sellüloza
adlandıracağıq.
Geriyə