ŞƏKƏRLİ
DİABET XƏSTƏLİYİNƏ TUTULMUŞ ŞƏXSLƏRƏ DÖVLƏT QAYĞISI
HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikasında şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının
təşkilati-hüquqi əsas-larını müəyyən edir, bu xəstəliyin
profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri
tənzimləyir.
I
FƏSİL Ümumi müddəalar
Maddə
1. Əsas anlayışlar
1.0.
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı
mənaları ifadə edir:
1.0.1.
şəkərli diabet – insulin (mədəaltı vəzinin hormonu)
çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində
qanda qlükozanın səviyyəsinin artması ilə səciyyələnən
xroniki xəstəlik;
1.0.2.
şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri
- şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər haqqmda
məlumat bankının yaradılması məqsədi ilə onların
qeydiyyatı və uçotu.
Maddə
2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə
dövlət qayğısı haqqında Azərbaycan Respublikasının
qanun-vericiliyi
Şəkərli
diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından. Bu
Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə
3. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə
dövlət təminatlı yardım tədbirləri
3.0.
Dövlət şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə
yardım məqsədi ilə aşağıdakılara təminat verir:
3.0.1.
şəkərli diabet üzrə Dövlət proqramının qəbul edilməsi
və həyata keçirilməsinə;
3.0.2.
şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstəriləcək
tibbi yardımın həcmi və keyfiyyət standartlarının
(beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;
3.0.3.
şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrinin
yaradılması və onun aparılmasına;
3.0.4.
şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dispanserizasiyasını
müayinə və müalicəsini həyata keçirən ixtisaslaşdırılmış
dövlət tibb müəssisələrinin, daibetoloji xidmət
strukturlarının yaradılması və onlarm maddi-texniki
bazasınm güclən-dirilməsinə;
3.0.5.
şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tibb
mütəxəssislərinin hazırlanması və ixtisaslarının
artırılmasına;
3.0.6.
şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort
müəssisələrində müalicəsinin təşkilinə;
3.0.7.
şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman
vasitələrinə və diabetik ərzaq məhsullarına olan
tələbatının təmin edilməsi məqsədi ilə iqtisadi,
hüquqi və təşkilati tədbirlərin hə-yata keçirilməsinə;
3.0.8.
şəkərli diabet xəstəliyinin profilaktikası və onun
fəsad-ları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa
şərait yaradılmasına.
II
FƏSİL Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin
müayinə və müalicəsinin təşkili
Maddə
4. Şəkərli diabet üzrə Dövlət proqramı
4.1.
Şəkərli diabet xəstəliyinin profilaktikası və onunla
mübarizə ilə bağlı tədbirləri həyata keçirmək məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Şəkərli
diabet üzrə Dövlət proqramı» (bundan sonra - Dövlət
proqramı) hazırlanır və təsdiq edilir.
4.2.
Dövlət proqramının həyata keçirilməsinə dövlət nəzarətini
müvafiq icra hakimiyyəti orqanı təmin edir.
Maddə
5. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin
registri
5.1.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri
bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək,
şəkərli diabetlə xəstələnmə halları, ağırlaşmaları,
əlillik və ölüm halları, müalicə-profilaktika tədbirlərinin
səmərəliliyi haqqında sistematik və düzgün məlumat
almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən yaradılır.
5.2.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri
mövcud zamanda xəstələrin vəziyyəti barədə zəruri
məlumat bankının yaranmasını təmin edir. Bu məlumatlarda
xəstənin şəxsiyyəti, xəstəliyi barədə qısa məlumat
və tibbi yardım haqqında göstərişlər qeyd olunur,
hər bir xəstə üçün xüsusi kart doldurulur və bu
kart ümumi məlumat bankına daxil edilir.
Maddə
6. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin
müayinəsi və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi
6.1.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət
tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə
və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.2.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi
və müalicəsi üzrə tədbirlər məcburi tibbi sığorta
vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri,
eləcə də qanunvericiliklə qadağan olunmayan digər
vəsaitlər hesabına da həyata keçirilə bilər.
Maddə
7. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə
tibbi yardım
7.1.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər həcmi
və keyfiyyət standartları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən tibbi yardımla
təmin olunurlar.
7.2.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən
illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələr)
həcmi, inyeksiya vasitələrinin, insulin və digər
şəkərsalıcı dərman preparatlarının, özünənəzarət
vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
7.3.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin
və digər şəkərsalıcı dərman preparatları, inyeksiya
vasitələri və özünənəzarət vasitələri ilə təminatı
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada həyata keçirilir.
7.4.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəkərli
diabet xəstəliyinə tutulmuş uşaq və gənclərin uçotu
aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə
tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi
nəzarət təşkil edilir, səhhətlərində hər hansı dəyişiklik
baş verdikdə dərhal tibbi yardım göstərilir.
Maddə
8. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin
əmək hüquqları
8.1.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək
hüquqları yalnız Azərbaycan Respublikasının əmək
qanunvericiliyi ilə müəyyən edilən işçinin səhhətinə,
sağlamlığına mənfi təsir göstərən amillər olan ağır,
zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr)
və iş yerləri üzrə məhdudlaşdırıla bilər.
8.2.
Vətəndaşın şəkərli diabetlə xəstə olması səbəbinə
görə əmək müqaviləsinin bağlanmasından imtina etmək
və ya işçi ilə əmək müqaviləsinə xitam vermək yolverilməzdir.
Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı,
habelə belə şəxslərin əməyindən istifadə olunmasına
yol verilməyən iş yerlərinə işə götürməkdən imtina
olunan hallara şamil edilmir.
III
FƏSİL Yekun müddəaları
Maddə
9. Qanunun pozulmasına görə məsuliyyət
Bu
Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə
10. Beynəlxalq əməkdaşlıq
Şəkərli
diabet xəstəliyinin profilaktikası və onun fəsadları
ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
əsasən həyata keçirilir.
İlham
ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 23 dekabr 2003-cü il
«Şəkərli
diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
«Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq
edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sın
ki, bir ay müddətində:
1.1.
qüvvədə olan qanunvericilik aktlarının «Şəkərli
diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı
haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması
barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3.
«Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun
pozulmasına görə məsuliyyət növlərini müəyyən edən
qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.4.
«Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun
6.1-ci maddəsində nəzərdə tutulmuş şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində
müayinəsi və müalicəsinin maliyyələşdirilməsi qaydasını
müəyyən etsin;
1.5.
həmin Qanunun 7.2-ci və 7.3-cü maddələrində nəzərdə
tutulmuş şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə
göstərilən illik tibbi yardımın (o cümlədən zəruri
olan müayinələrin) həcmini, inyeksiya vasitələrinin,
insulin və digər şəkərsalıcı dərman preparatlarının,
özünənəzarət vasitələrinin siyahısını və miqdarını,
habelə bu preparat və vasitələrlə təminat qaydasını
müəyyən etsin;
1.6.
bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş
digər məsələlərə dair normativ hüquqi aktların işlənib
hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
1.7.
öz səlahiyyətləri daxilində «Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan
Respublikası Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2.
Müəyyən edilsin ki:
2.1.
«Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun
4.1-ci, 6.1-ci, 7.1-ci, 7.2-c.i və 7.3-cü maddələrində
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.2.
həmin Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı
həyata keçirir;
2.3.
həmin Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»mn səlahiyyətlərini
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata
keçirir;
2.4.
həmin Qanunun 7.4-cü maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və
Azərbaycan Respublikasının Təhsil Nazirliyi öz səlahiyyətləri
daxilində həyata keçirirlər.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə
«Şəkərli diabet üzrə Dövlət Proqramı»nın üç ay müddətində
hazırlanmasını və təsdiq edilməsini təmin etsin.
İlham
ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 12 fevral 2004-cü il
«Şəkərli
diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
«Şəkərli
diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı
haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram: