|
QANDA QLÜKOZANIN MİQDARININ ARTMASI
QANDA QLÜKOZA
QLİKOZALAŞMIŞ HEMOQLOBİN VƏ ONUN TƏYİNİ
QİDALANMA
QİDALANMA REJİMİ
QİDALANMA VƏRDİŞLƏRİNİN POZULMASI
QANDA ŞƏKƏRİN NORMADAN AŞAĞI OLMASI
VƏ YA HİPOQLİKEMİYA
QANIDAKI YAĞLAR
QLÜKOZAYA TOLERANTLIĞIN POZULMASI
(QTP) VƏ ACQARINA QLÜKOZA SƏVİYYƏSİNİN POZULMAŞI (APQS)
QANDA QLÜKOZANIN MİQDARININ ARTMASI
Qanda qlükozanın miqdarının normadan yuxarı qalxması
hiperqlikemiya (qanda qlükozanın miqdarının artması)
adlanır. Qanda qlükozanın miqdarının artması – diabetin
bir əlamətidir. Qanda qlükozanın miqdarının artması
zaman ötdükcə sizin göz, böyrək, ürək, sinir və qan
damarlarınızı zədələyə bilər.
QANDA QLÜKOZANIN MİQDARININ ARTMASININ SƏBƏBLƏRİ
http://www.az.synlab.de
•Siz normadan artıq qidalanmısınız
•Siz qidada həddən artıq çox karbohidrat qəbul etmisiniz
•Siz az miqdarda insulin qəbul etmisiniz
•Siz insulin qəbul etməmisiniz
•Siz diabet əleyhinə həblərdən az qəbul etmisiniz
•Siz diabet əleyhinə həb qəbul etməmisiniz
•Siz xəstələnmisiniz
•Siz stress keçirmisiniz
•Siz mütəmadi idman hərəkətini etməmisiniz və ya azaltmısınız

QANDA QLÜKOZANIN MİQDARININ ARTMASININ ƏLAMƏTLƏRİ
•Başagrısı
•Dumanlı görmə
•Susuzluq
•Aclıq
•Həzm pozğunluğu
•Sidik ifrazının sayının tezləşməsi
•Quru və qaşınan dəri
•Tənəffüsün meyvə tamlı olması
Bu əlamətlərin hər hansı birinin mövcudluğu qanda şəkərin
səviyyəsini təyin edə bilməz. Yeganə inandırıcı üsul
qanda şəkərin miqdarını təyin etməkdir (bax. Qanda qlükozanın
miqdarının sərbəst təyini). Nəticə sizin sonrakı addımıza
kömək edər.
QANDA QLÜKOZANIN MİQDARININ ARTMASININ MÜALİCƏSİ
Əgər sizdə qanda qlükozanın səviyyəsi 180 və 250 mg/dl-dirsə1
1.Həkim sizə tövsiyə etdiyi kimi hərəkət edin. Sizə
aşağıdakı məsləhətləri verə bilər.
•Kiçik dozada əlavə insulin (tez təsir edən) yeritmək
•Gəzmək və ya digər idman hərəkətləri etmək
•Növbəti qida rejimində qidanın miqdarını azaldın
2. Qanda qlükozanın miqdarını hər saatdan bir yenidən
ölçün. Əgər qlükozanın miqdarı 250 mg/dl olaqar qalıbsa,
yoxlayın – diabetik ketoasidozun (bax. Keton cisimçiklərinin
təyini) elamətləri varmı və ya hirepqlikemik hiperosmolyar
qeyri-keton haldır (bax HHQV). Əgər bu əlamıətlərdən
hər hansı biri müşayət olunubsa, təcili həkiminizlə
əlaqə saxlayın.
Əgər sizdə qanda qlükozanın səviyyəsi 350 mg/dl-dirsə
Əgər sizdə qanda qlükozanın səviyyəsi 500 mg/dl yuxarıdırsa,
təcili həkiminizlə əlaqə saxlayın.
Təcili həkiminizlə və ya sizi təcili olaraq xəstəxananın
təxirəsalınmaz terapiya şöbəsinə çatdıra bilər hər hansı
şəxslə əlaqə saxlayın. 1 mq/dl= 1 mg%, 180 və 250 mq/dl
= 10.0-13.9 mmol/l. Md/dl qlükozanı mmol/l çevirmək
üçün mq/dl-i 0.05551 (mmol/l) vurmaq lazımdır. Əksinə,
mmol/l-i mq/dl-a çevirmək istəyirsinizsə, mmol/l-i 18.02
(mq/dl) bölmək lazımdır.
250 mq/dl uyğundur 13.9 mmol/l
350 mq/dl uyğundur 19.4 mmol/l
550 mq/dl uyğundur 27.8 mmol/l
5. Bu halda (son iki halda) təcili və ya təxirəsalınmaz
yardım çağırmaq lazımdır.
Başlanğıca
QANDA
QLÜKOZA
Orqanizm qəbul etdiyi qidanı qlükozaya qədər parçalayır.
Qlükoza adi çəkərdir. O, qan vasitəsilə sizin hüceyrələrə
daşınır. Hüceyrələr qlükozanı enerji mənbəyi kimi istafadə
edir. Qlükozanın hüceyrənin daxilinə keçməsinə insulin
kömək edir.
Diabetli xəstələrdə pozğunluq insulinlə əlaqədar yaranır.
Bəzi hallarda insulin olmur (bax. Diabet 1-ci tip),
digər halda isə qanda insulinin səviyyəsi ya çatışmır,
ya da normal olsa belə orqanizmin onu istifadə etməsində
çətinlik yaranır (bax. Diabet 2 -ci tip).
Əgər insulin öz funksiyasını yerinə yetirmirsə, qlükoza
hüceyrənin daxilinə keçə bilmir, onun əvəzinə qanda
toplanır. Qlükozanın miqdarı qandakı qlükozanın səviyyəsini
göstərmiş olur.
Əgər qanda qlükozanın səviyyəsi yüksəkdirsə, bu, hiperqlikemiya
və ya qanda şəkərin yüksək olması adlanır. Əgər qanda
qlükozanın səviyyəsi normadan aşağıdırsa, bu, hipoqlikemiya
və ya qanda şəkərin aşağı olması adlanır. Qanda şəkərin
miqdarı normadan az və ya çoz olarsa, bu , sizə mənfi
təsir göstərmiş olar və əhvalınızın dəyiçiıməsinə gətirib
çıxarar (bax. Qanda şəkərin artması, Qanda şəkərin səviyyəsinin
azalması).

Sağlamlığı qorumaq və əhvalınızı yaxşılaşdırmaq üçün
həkimin sizə təyin etdiyi qanda şəkərin çox yüksək və
çox aşağı səviyyələri arasındakı optimal həddi saxlamağa
çalışın (cədvələ bax.).
Qanda şəkərin nə çox aşağı, nə də şox yuxarı olmaması,
optimal saxlamaq üçün bəzi şərtlərə əməl etməlisiniz.
Bunu əldə etmək qida, fiziki aktivlik və diabet əleyhinə
dərmanların (və ya insulin) düzgün əlaqələndirmə halında
mümkündür. Qanda çəkəri təyin etməyin ən asan yolu qanda
şəkəri qlükometr adlanan aparatla ölçməkdir. Ugur əldə
etmək üçün bir neçə məsləhəti dinləyin. Bu diapazon
sizin evdə sərbəst halda ölçdüyünüz rəqəmlərə əsaslanır.
Ola bilsin ki, bu optimal deyil. Buna görə də həkiminizlə
məsləhətləşməlisiniz, optimal dozanı daha dəqiq təyin
edə biləsiniz.
Diabetli xəstələrdə qanda qlükozanın optimal diapazon
cədvəli.
Ölçülmə
vaxtı |
Qanda
qlükoza |
Səhər yeməyində əvvəl
|
80-120 (4.4-6.7 mmol/l) |
Yeməkdən əvvəl |
80-120 (4.4-6.7 mmol/l) |
Yeməkdən 1-2 saat sonra |
180-dan az (10.0 mmol/l-dan
az) |
Yatmazdan əvvəl |
100-140 (5.6-7.8 mmol/l) |
Səhər saat 3-də |
80-dən çox (4.4 mmol/l-dən
çox) |
QİDA
• Öz qida rejiminizi nəzarətdə saxlayın.
• Əgər müalicə həkiminiz və ya dietoloqunuz məsləhət
görürsə, qida qəbulu arası müddətdə az da olsa bir şey
yeyin.
• Qida qəbulu və ya qəlyanaltını həmişə eyni saatda
həyata keçirin.
• Qida qəbulu və ya qəlyanaltı vaxtını heç vaxt təxirə
salmayın.
• Hər gün eyni miqdarda qida qəbul edin.
• Əgər insulin qəbul edirsinizsə və qida qəbulunu azaltmaq
və ya artırmaq istəyirsinizsə, mütləq bunu müalicə həkimi
ilə məsləhətləşib korreksiya edin.
FİZİKİ AKTİVLİK
-Öz fiziki məşq kompleksinizə əməl edin.
-Əgər siz insulin və ya diabet əleyhinə tabletlər (sulfanilsidik
çövhəri törəmələri və ya meqlinitinidlər) qəbul edirsinizsə,
gün ərzində 1 saatdan çox məşq edəcəksinizsə ola bilsin
ki, sizə qida qəbul etmək vacibdir. Qəlyanaltı təqribən
hər hansı meyvə, meyvə şirəsi, bulku, kökə və s. ola
bilər. Nə qədər və vaxt yemek lazım olduğunu dietoloq,
diabetoloq və s. ilə məsləhətləşməlisiniz.

-Hər dəfə məşqdən sonra qanda şəkərin təyin edilməsi
üçün şərait yaradın. Qanda şəkər idman hərəkətlərindən
10-24 saatdan sonrakı dövrdə enmiş olur.
DİABET ƏLEYHİNƏ TABLETLƏR VƏ İNSULİNLƏ MÜALİCƏ
• Həkimin sizə təyin etdiyi tablet və ya insulini mütləq
qəbul edin.
• Əgər qlükozanın qanda səviyyəsi arzulanan diapazonda
deyilsə, mütləq müalicə həkimi ilə əlaqə saxlayıb insulin
və ya diabet əleyhinə tabletlərin dozalarında dəyişiklik
etmək badərə məsləhətləşin. Ola bilər ki, bu və ya digət
doza insulin (diabet əleyhinə tablet) sizə daha yaxşı
təsir göstərəcək.
• Lazım olan vaxt insulin pompalarınlar istifadə edin.
Pompa insulinin inyeksiyadan fərqli olaraq orqanizmə
insulinin təbii yolla daxil olmasına xidmət edir.
•İnsulinin hara yeridilməsinin daha yaxşı olduğunu
öz həkiminizdən öyrənin.
• Qanda şəkərin optimal saxlandığını bilmək üçün tez-tez
yoxlayın. Əgər gündə bir dəfə yoxlayırdınızsa, bunu
2-3 dəfəyə kimi artırın.

Əgər siz
• Xəstələnmisinizsə,
• Normadan az və ya çox yemişsinizsə,
• Yemək vaxtını yubatmısınız və ya yaddsan çıxarmısınızsa
• Stress keçirirsinizsə
• İnsulin və ya
• Həddə artıq çox diabet əleyhinə dərman qəil etmisşinizsə
• Müntəzəm etdiyiniz fiziki hərəkətləri etməmisiniz
və yahəddən artıq çox idman hərəkətləri etmişsinizsə
qanda şəkəri daha tez-tez yoxlamalısınız.
1. Bəzi hüceyrələr, məsələn sinir hüceyrəsi şəkəri insulinsiz
də qəbul edir.
“Synlab laboratoriyaları” Size uzun illerin tecrwbesine
ve beynelxalq elmi emekdaşlığa esaslanan ywksek deqiqlikli
laboratoriya diaqnostikası teklif edir. http://www.az.synlab.de
Başlanğıca
QLÜKOZALAŞMIŞ
HEMOQLOBİN VƏ ONUN TƏYİNİ
Hemoqlobin -zülaldır və eritrositlərdə olur. Hemoqlobin
oksigeni ağciyərlərdən bədənin bütün hüceyrələrinə çatdırır.
Digər zülallar kimi hemoqlobin də qlükoza kimi şəkərlə
birləşə bilir. Bu əmələ gəldikdə qlikohemoqlobin adlanır
(QHb).
Qanda nə qədər çox şəkər olsa, hemoqlobin bir o qədər
çox birləşə bilər. Bir dəfə hemoqlobinlə birləşmiş qlükoza
erirosotin ömrü boyu - təqribən 4 ay onunla birlikdə
olur.QHb analizi sizin qırmızı qan hüceyrənizdə qlikohemeqlobinin
miqdarı ilə təyni olunur. Qan istənilən nahiyyədən götürülə
bilər. Bu analizin, sizin nə yeməyinizdən asılılığı
yoxdur. Analiz götürülərkən qanda qlükozanın səviyyəsinin
əhəmiyyəti yoxdur.

QHb TƏYİNİ BİZƏ NƏ VERİR
• Bu göstərici son 2-3 ay ərzində qanda qlükozanın səviyyəsi
barədə məlumat verir. Bununla da siz bu müddət ərzində
qanda şəkərin səviyyəsini neçə nəzarətdə saxladığınızı
bilmiş olursunuz.
• Bu, QHb analizinin nəticəsi ilə özünüzün və ya həkiminizin
ölçdüyü və nəzarətdə saxladığı şəkərin səviyyəsi ilə
müqaisə aparmağa imkan verir. Əgər müqayisəli analizin
cavabları bir-biri ilə uzlaşmırsa, narahat olmayın,
bu mümkündür, bu zaman qlükozanın təyin etmə üsulunu
və yoxlama zamanını təhlil edin.
• Bu, diabeti kompensasiya etmək üçün kompleks müalicənin
effektivliyini təyin etməyə kömək edir. Əgər bu metodla
kontrol zamanı qlükozanın səviyyəsinin qalxması aşkar
olunubsa, siz kompleks müalicəyə ciddi dəyişiklik etməlisiniz.
• Bu, sizə müalicə planında dəyişikliyin diabetin kompensasiya
dərəcəsinə təsirini göstərir. Məsələn: siz fiziki cəhətdən
daha da aktiv olmusunuzsa, QHb analizi fiziki aktivliyin
qanda qlükozanın səviyyəsini tənzim etməsini sübut edir.
QHb RƏQƏMLƏRİ NƏ DEYİR
QHb bir neçə təyin etmə metodları vardır. QHb özü də
bir neçə növdədir. Hər bir növ QHb müxtəlif metodlarla
təyin edilir. Buna görə də müxtəlif laboratoriyalarda
verilən analizlər müxtəlif cavablar verə bilər. Əgəgr
həkiminizi və ya həkiminiz mütəmadi analiz verdiyiniz
laboratoriyanı dəyişibsə, laboratoriyadan analizin rəqəmləri
barədə məlumat toplamalıdır. Adətən QHb yüksək olduqda
qanda qlükozanın da yüksək olması labüddür. Sizi müayinə
edən tibb işçisinə QHb səviyyəsi oriyentasiyası üçün
müraciət etməlisiniz.
QHb ANALİZİNİ NƏ VAXT VERMƏLİ
QHb analizini özünüzdə diabet aşkar edən kimi verin.
Bundan əlavə əgər siz insulin qəbul edirsinizsə,
QHb anlizini ildə dörd dəfədən az olmayaraq verin, əgər
insulin qəbul etmirsinizsə
həkim sizə məsləhət gördükdə analiz verin
NİYƏ ÖZÜNÜZ SƏRBƏST QLÜKOZANI TƏYİN ETMƏYİ DAVAM ETMƏLİSİNİZ
QHb analizi gündəlik qlükoza təyinindən üstün sayıla
bilməz. (bax. Qanda şəkərin sərbəst təyini). Özünüzün
təyin etməyi hal-hazırda nə etməli olduğunuzu təyin
edir. QHb isə müəyyən müddət ərzində qanda qlükozanın
normal səviyyəsini saxlamağa imkan verən analizdir.
“Synlab laboratoriyaları” Size uzun illerin tecrwbesine
ve beynelxalq elmi emekdaşlığa esaslanan ywksek deqiqlikli
laboratoriya diaqnostikası teklif edir. http://www.az.synlab.de
Başlanğıca
QİDALANMA
Qidalanma müxtəlif qida növlərinin - zülal, yağ, karbohidrat,
vitamin və minerlların qidalardan və mayelərdən alınmasıdır.
Bütün bu qidalar və mayelər qanda şəkərin səviyyəsinə
və Sizin çəkinizə təsir edir.
Amerika Diabet Assosasiyası (ADA) diabetli xəstələrə
qidalanmaya aid məsləhətlər hazırlayıb. Bu məsləhətlərin
əksəriyyəti diabetdən əziyyət chəkməyənlər üçün hazırlanmış
dietadan fərqlənmir.

KALORİ
ADA Sizə və sizə nəzarət edən tibb işçisinə məsləhət
görür ki, Siz optimal çəkinizi saxlamaq üçün nə qədər
qida qəbul etməli olduğunuzu təyin edəsiniz. Bu qida
çəkinizi optimal saxlayacaq qədər olmalıdır. Yadda saxlayın
yağlar zülal və karbohidratlara nisbətən iki dəfə çox
kaloriyə malikdir. Bir qram karbohidrat 4.7 kalori,
bir qram zülal 4.2 kalori, bir qram yağ isə 9 kaloriyə
sahibdir.
KARBOHİDRAT
ADA Sizə və sizə nəzarət edən tibb işçisinə məsləhət
görür ki, gündəlik qida ilə nə qədər karbohidrat qəbul
etməsini dəqiq təyin edəsiniz. Karbohidratlara şəkər,
nişasta tərkibli məhsullar və s. aiddir.
XOLESTERİN
ADA sizə gün ərzində 300 mg çox olmamaq şərti ilə xolesterin
qəbul etməyə icazə verir. Əgər sizdə ASLP miqdarı yüksəkdirsə
200 mg-dan çox qəbul etmək olmaz.
YAĞLAR
Əgər sizdə yağların səviyyəsi qanda normaldır və artıq
çəkiniz yoxdursa,
-Yağlardan orqanizminizə lazım olan kalorinin 30 %-i
qəbul edə bilərsiniz.
-Əgər ASLP qanda çoxluq təşkil edirsə, doymuş yağlarla
bütün kalori ethiyatının 10 %-ni almaq mümkündür.
-Yağlardan orqanizminizə lazım olan kalorinin 30 %-i
qəbul edə bilərsiniz.
-Doymuş yağlarla bütün kalori ethiyatının 7 %-ni almaq
mümkündür.
Əgər Sizin artıq çəkiniz varsa
-Yağlardan orqanizminizə lazım olan kalorinin 20-25
%-ini qəbul edə bilərsiniz
QİDA LİFLƏRİ
ADA gün ərzində 30-35 qram qida lifləri qəbuluna icazə
verir. Bu məsləhət həm diabetdən əziyyət çəkənlərə,
həm də sağlam insanlara məsləhət görülür.

ZÜLALLAR
ADA gün ərzində lazım olan kalorinin 10-20 %-ni zülallarla
qəbul etməyi məsləhət görür.
NATRİUM
Belə bir ümumi qayda var: gündəlik qida rasionunda hər
kaloriyə 1 mq. natrium qəbul etmək lazımdır. Məsələn:
əgər gün ərzində 2000 kalori qəbul edirsinizsə, gündəlik
natriumun miqdarı 2 qr-dan çox olmalı deyil. ADA məsləhət
görür:
Əgər sizdə qan təzyiqi normaldırsa,
Gün ərzində 2400-3000 mg-dan çox natrium qəbul etməyin
Əgər sizdə qan təzyiqi azacıq yüksəkdirsə,
Gün ərzində 2400 mg-dan çox natrium qəbul etməyin
Əgər sizdə qan təzyiqi çox yüksəkdir və böyrəklərinizdə
problem varsa,
Gün ərzində 2000 mg-dan çox natrium qəbul etməyin
ŞƏKƏRƏVƏZEDİCİLƏR
ADA tərkibində ən az şəkər olan 4 şəkərəvəzedici məsləhət
görür. Bunlara Aspartam (nutrasvit, ikvol), Saxarin
(Suitenloy, Sprinkl-svit, Svit-10, Şu-qer-tvin), Kalium
asesulfam (Svit-1, Sanett) və ya Sukraloza (Splenda)
aiddirlər.
Amerika qida məhsulları və dərmanlaın idarəsi sistemi
(AQMDİS) özünün gündəlik şəkrəvəzedicilərin yol verilmiş
dozasını təyin edib. Bu, vahid çəkiyə hesablanmış və
gündəlik təhlükəsiz qəbul üçün nəzərdə tutulmuşdur.
Başlanğıca
QİDALANMA
REJİMİ
Diabetdən əziyyət çəkən şəxslərin əksəriyyəti sxemlə
qidalamnırlar. Bu sxemdə nə yemək olar, nə yemək olmaz
qeyd olunub. Dietoloqla məsləhətləşib, sizə uyğun dietanı
müəyyənləşdirə bilərisiniz. Dietoloq əsaslanmalıdır:
• Siz nəyi yeməyi və ya içməyi daha çox xoşlayırsınız
• Hansı saatlarda yemək yeməyə üstünlük verirsiniz
• Sizin kaloriyə tələbatınız
• Fiziki aktivlik durumunuz
• Gündəlik idman hərkətləri
• Sizin orqanizminizin individual xüsusiyyətləri
• Dərmanların xüsusiyyətlərini
• Sizin ailə və mədəni adətləriniz.
Tipik qidalanma rejimi 4 dəfə qidalanmaya: səhər yeməyi,
nahar, ikinci nahar və şam yeməyinə əsaslanır. Bundan
başqa səhər saatlarında qəlyanaltı edə bilərsiniz. Qidalanma
sxemində kəskin xəstələnmə, səyahət, hamiləlikdə qidalanmanın
xüsusiyyətlərı də nəzərə alınmalıdır.
Diabetdə düzğün qidalanma istifadə olunmalıdır. Düzğun
qidalanma sxeminə qida müxtəlifliyi aiddir: dənli bitkilər,
meyvələr, tərəvəzlər, paxlalı bitkilər, süd və süd məhsulları,
ət və ət məhsulları və yağlar aiddirlər.
Diabetdə dietanın planlı olmasının müntəzəmliyi və xüsusən
də insulin müalicəsidə xüsusi əhəmiyyət kəsb edir. Çalışın
gün ərzində eyni vaxtda, eyni kalorili və eyni tip məhsullarla
qidalanasınız.
Bu sizə qanda qlükozanı tənzimləməyə nəzarət etməyə
imkan verər. Yemək vaxtını yaddan çıxardıqda, əlavə
vaxtda qəlyanaltı etmədikdə, qanda qlükozanın miqdarının
kəskin qalxıb düşməsinə səbəb ola bilər və bununla da
həyatınıza təhlükəli şərait yaratmış olarsınız.
Qida rejiminə əməl etmək sağlamlığınız üçün digər məqsədlərə
də çatmağınıza xidmət etmiş olar.
Bunlar aşağıdakılardır:
• Qanda yağların səviyyəsinin göstəricilərini yaxşılaşması
• Qan təzyiqinin normallaşması
• Optimal çəkiyə sahib olma.
Diabetli xəstələrdə qida rejimini təyin etmək üçün 3
vasitə mövcuddur: əvəzetmə siyahısı, qəbul edilmiş karbohidratın
hesablanması və qida piramidası.
ƏVƏZETMƏ siyahısı
Əvəzetmə - bu, bir-birinə oxşaq qidalar qrupunun siyahısıdır.
Bu qidalrdan birinin vahid tikəsində karbohidrat, zülal,
yağ və kalori digərləri ilə oxşarlıq təşkil edir. Adı
çəkilən məhsullardan hər birini siyahıda olan digəri
ilə əvəz etmək olar. Dietoloqunuz əvəzetmə üçün siyahını
individual olaraq tərtib edə bilər.
Qidalanma sxemi vasitəsi ilə siz biləcəksiniz ki, hər
dəfə yemək və ya qəlyanaltı zamanı nə qədər əvəzetmə
edə bilərsiniz. Siz özünüz də bu siyahıya əlavə edə
bilərsiniz. Qida seçərkən ola bilər ki, tikələr eyni
ölçüdə olmasın.
Siz qida rejimində əvəzetməyə əməl edirsinizsə, balanslaşdırılmış
dietaya sahib olmuş olursunuz. Amerika diabet assosasiyası
və Amerika dieta assosasiyası tərəfindən tərtib edilmiş
“Əvəzetmə üçün dietanın təyini” kitabında 15 əvəzetmə
siyahısı göstərilib.

QƏBUL EDİLMİŞ KARBOHİDRATIN HESABLANMASI
Siz qida qəbul etdikdə bir qayda olaraq onun tərkibində
zülal, yağ və karbohidrat olur ki, siz onları qəbul
etmiş olursunuz. Sizin orqanizminizdə karbohidratlar
tez qlükozaya çevrilir nəinki zülal və yağlar. Məhz
karbohidratlar səbəb olur ki, qanda şəkərin səviyyəsi
qalxsın.
Qəbul edilmiş karbohidratın hesablanması zamanı siz
əsasən karbohidrat tərkibli məhsulları öyrənməlisiniz.
Belə məhsullara nişasta (un və un məmulatları, dənli
bitkilər, makaron məhsulları), meyvələr, meyvə şirələri,
süd, yoqurt, dondurma, şəkər (bal) aiddir. Əksər tərəvəzlər,
ət məhsulları və yağlar nəzərə alınmır. Bərzaqlarda
çox az karbohidrat vardır. Hansı məhsulda nə qədər karbohidrat
olduğunu “Dieta təyinində əvəzetmə metodu”, “Yeni başalayanlar
üçün qəbul edilmiş qidada karbohidrat təyini”, “Qidalanma
haqqında faktlar” və s. ədəbiyyatdan öyrənə bilərsiniz.
Bundan əlavə məlumat almaq istəyirsinizsə, “Qidalanma
haqqında bildiklərimiz”, “Qida məhsulları” kitablarından
və dietoloqunuzdan öyrənə bilərsiniz.
Karbohidratlar haqqında bilginiz sizə qanda qlükozanın
səviyyəsini nəzarətdə saxalamğa kömək edər. Əgər siz
özünüzə gündə ən azı 3-4 dəfə insulin yeridirsinizsə
və ya insulin pompasından istifadə edirsənizsə, qəbul
etdiyiniz qidadakı karbohidrata uyğun insulin qəbul
etməyi dəqiq bilməlisiniz. Əgər insulin qəbul etmirsinizsə,
gündəlik karbohidratın miqdarını qanda çəkərin qalxma
miqdarı ilə uyğunlaşdırmalısınız.
QİDA PİRAMİDASI
İllər uzunu sağlam qidalanma üçün məhsullar 4 qrupa
bölünür. Lakin 1992-ci ildə ABŞ Kənd Təsərrüfatı Nazirliyi
(ABŞ KTN) qida məhsullarını4 qrupdan onları 6 qrupa
keçirib və bu altı qrupu piramida sektorları şəklində
təqdim edib.
1995-ci ildə Amerika diabet assosasiyası və Amerika
dieta assosasiyası tərəfindən ABŞ Kənd Təsərrüfatı Nazirliyi
(ABŞ KTN) tərtib etdiyi qida piramidasını diabetlər
üçün qida piramidasına çevirdilər. Bunu Diabetik qida
piramidası adlandırdılar.
Dietoloqunuz sizə piramidada göstərilən porsiya saylarını
gündəlik qida qəbulu, qəlyanaltı və. zamanı necə paylaşdırmağı
məsləhət görə bilər.
Piramidadan həmişə istifadə edə bilərsiniz, lakin aşağıda
göstərilən 3 şərti yadda saxlayın:
Müxtəlifllik. Həmişə bütün qruplara aid qidaların müxtəlifliyinə
üstünlük verin ki, lazım olan qidalı maddələri qəbul
etmək imkanınız çox olsun, məsələn: tərəvəz qəbul etməyi
xoşlayırsınızsa, eyni növündən istifadə etməyin.
Tarazlıq. Piramidada daha çox yer tutan qidalardan tez-tez
və çox qəbul etməyə üstünlük verin. Üç qrup məhsullar
daha üstünlük təşkil edir: 1) Yarmalar, paxlalar və
nişastalı tərəvəzlər 2) Tərəvəzlər; 3) Meyvələr.
Piramidada daha az yeri tutan qidalrdan nadir halda
və az miqdarda qəbul etməyə üstünlük verin. Üç qrup
məhsullar daha az yer tutur: 1) Süd; 2) Ət və ət məhsulları;
3) Yağlar, şirniyyatlar və spirtli içkilər.
Mötədillik. Lazım olan qədər qida qəbul edin. Sizin
nə qədər qida qəbul etməli olduğunuz sizin məqsədinizdən,
kaloriyə və qidalı maddələrə tələbatınızdan, fiziki
aktivlikdən, insulin və ya diabet əleyhinə tabletlərdən
aslı olaraq secilir. Sizin dietoloq nə və nə qədər yeməli
olduğunuzu sizə deyə bilər.
Siz diabetik qida piramidasından istifadə edərək öz
dietanızı təyin etmək istəyirsinizsə, Tibb elmləri magistri,
rəsmi - praktik dietoloq və peşəkar diabetoloq Xoup
Uoroşonun “Diabetdə dieta təyini artıq sadələşmişdir:
qida piramidasını sizə işləməyə necə məcbur etmək olar”
kitabını mütləq oxuyun.
DİETOLOQA NƏ VAXT MÜRACİƏT ETMƏLİ

Qida rejiminizi təyin edib davam edərkən müntəzəm olaraq
dietoloqunuzla məsləhətləşin. Mümükündürsə ildə iki
dəfə dietanız barədə həkiminizə məlumat verin. Həkiminizdən
yeni qida planlaşdırılması qaydaları barədə məlumat
alın.
Başlanğıca
QİDALANMA VƏRDİŞLƏRİNİN POZULMASI
Diabetdən əziyyət çəkən xəstələrdə diabet olmayanlara
nisbətən daha çox iki qidalanma vərdişi pozğunluğu -
anoreksiya və bulimiya təsadüf edilir.1 Tədqiqatçılar
bunun səbəblərində yekdil fikirə gəlməyiblər, lakin
həm diabetdə həmdə qida vərdişi pozğunluğunda ümumi
təzahürlər- bütün fikrin çəkiyə və qidalanmağa cəmləşdiyi
özünü göstərir.
ANOREKSİYA
Anoreksiya zamanı insanlar güclü kökəlmək qorxusu yaşayırlar.
Arıq qalmaq üçün onlar özlərini ac qalmağa məcbur edirlər.
Belə insanlarda qəribə və gizli yemək vərdişləri yaranır,
məsələn: qida məhsulunu çox kiçik hissələrə parçalama
və s. Onlar insanların arasında yemək qəbulundan imtina
edə bilərlər. Çəki itirməkdən ötrü onlar çox intensif
idman hərəkətləri də edə bilirlər. Bele şəxslər arıq
olsalar belə özlərini çox kök insanlar kimi qəbul edirlər.2
BULİMİYA
Bulimiyadan əziyyət çəkən xəstələr öz çəki və bədən
formalarından həddən artıq narahatdırlar. Onlar həddən
artıq çox yeyir, həftədə iki dəfə çəkinin artmasından
qaçmaq üçün “təmizlənitlər”. Həddən artıq çox yemək
bu bir dəfəyə çox iri həcmdə (energetik qiyməti bir
neçə min kalori ilə ölçülən ) qidanı bir dəfəyə qəbul
etmək deməkdir. Paroksizma zamanı belə xəstələr qorxur
və özünənəzarət itir. Paroksizmdən sonra onlarda depresiya
yaranır və özünü qiymətləndirmə enir. Onlar “təmizlənir”
qusma, sidikqovucu və ya işlədici qəbul etməklə həyata
keçirirlər.
Bəzən elə olur ki, bulimiyalı xəstələr “təmizləmə” əməliyyatı
çərçivəsində ciddi dietaya əməl edir, güclü idman hərəkətləri
həyata keçirirlər. Belə insanlar həm notmal çəkidə,
həm normadan çox, həm də normadan az çəkiyə sahib ola
bilərlər.
QİDALNMA VƏRDİŞLƏRİNİN POZULMASI VƏ DİABETİN KOMPENSASİYASI
Diabetli xəstələrdə qidalanma vərdişi pozğunluğu diabetin
kompensasiyasına pis olur. Düzdür, bəziləri kompensasiya
edə bilir. Bulimiyadan əziyyət çəkən xəstələr qida paroksizmi
zamanı daha çox insulin qəbul edirlər. Anoreksiyalı
xəstələr isə əksinə, az qida qəbulu ilə əlaqədar insulinin
dozasını azaldırlar. Bəzi qrup insanlar isə diabetin
kompensasiyasını pozmamaq üçün qida pozğunluğunu nəzarət
altına götürürlər.

QİDALNMA VƏRDİŞLƏRİNİN POZULMASI VƏ ÇƏKİYƏ NƏZARƏT
Qidalanma vərdişi pozğunluğu çəkiyə nəzarəti saxlamaqda
çox güclü çətinlik yaradır. Diabetdən əziyyət çəkən
xəstələrdə qidalanma vərdişi pozğunluğu varsa, insulinin
dozasını azalda və ya tamamliə dayandıra bilərlər ki,
çəkini nəzarətdə saxlasınlar. Belə rejimə əməl edən
xəstələrdə çəkiləri normadan artıq olur. Lakin başqalarının
ki isə, normal və hətta aşağı çəkiyə malik olur.
İnsulinlə müalicəni dayandırdıqda müxtəlif növ çəki
itirməsi olur. İnsulinlə müalicənin dayandirilması çəki
itirmənin müxtəlif təhlükəli hallarının ortaya çıxmasına
səbəb ola bilər. Orqanizm çəkini suyun itirilməsi hesabına
azaldır ki, bu da susuzlaşmaya səbəb olur. Lazımi miqdarda
insulinin olmaması energetik məqsədlə qlükozanın qəbulunun
pozulmasına səbəb olur. Orqanizm qaraciyərdəki heyvani
nişastanı ehtiyat kimi istifadə edir. Sonra o, piy toxumasını,
əzələ və bədənin digər orqanlarının dağıtmağa başlayır.
Əgər insulin çatışmazlığını bərpa etmədikdə bu, daha
ağır fəsadlara - hətta ölümə də səbəb ola bilər.

QİDALNMA VƏRDİŞLƏRİNİN POZULMASI VƏ SAĞLAMLIQ
Qidalanma vərdişi pozğunluğu olan xəstələrdə həzm sisteminin,
ürəyin funksiyasının və diğər pozuntular yaranır ki,
bu da, aclıq etmə,3 qusma yaratma, özbaşına işlədici
və sidikqovuculardan normadan çox istifadə edilməsi
ilə əlaqələndirilir.
Diabetdən əziyyət çəkən və qidalanma vərdişi pozğunluğu
olan xəstələrdə daha tez-tez aşağıdakı pozğunluqlar
ola bilər.
• Keton cisimciklərin yüksək olması
• Qanda şəkərin yüksək olması
• Qanda şəkərin aşağı olması
• Göz xəstəlikləri
• Böyrək xəstəlikləri
• Sinir xəstəlikləri

QİDALNMA VƏRDİŞLƏRİNİN POZULMASINDA YARDIM
Həzm pozğunluğundan əziyyət çəkən xəstələr dietoloq,
ruhi sağlamlığın mühafizəsi üzrə mütəxəsisə ehtiyac
düyürlar. Bu barədə ailə həkiminə və ya konsultanta
müraciət edə bilərsiniz. Bəzi klinika və ya tibbi mərkəzlər
bu sahə üzrə ixtisaslaşmışdırlar.
Bu badərə telefon arayış kitabçasından həzm pozğunluğu
bölməsini axtarmaqla tapmaq olar. Əgər səylər effekt
vermirsə, ən prespektivli yol kimi internet axtarış
şəbəkəsindən istifadə edə bilərsiniz.
Həzm sisteminin funksional pozğunluğundan əziyyət çəkən
xəstələr əksər hallarda ailə və ya qrup halında psixoterapevt
və ya ambulator şəraitdə psixoterapevtik müalicə fonunda
tam müalicə kursu qəbul edə bilərlər. Müalicə kimi bəzən
depressiya əleyhinə dərmanlardan da istifadə etmək olar.
Əgər həzm siseminin funksional pozğunluğu olan xəstələr
müalicə almaqdan imtina edirlərlə və onların həyatı
təhlükə altındadırsa bunun onların sağlamlığına mənfi
təsir edəcəyini başa salmaq və onları psixiatrik xəstəxanaya
göndərmək lazımdır.
1. Bəzi müəlliflər bu iki əlamətin həzm pozğunluğunun
eyni forma və mərhələsində müşahidə olunduğunu qeyd
edirlər.
2. Bu tip xəstələr suni olaraq qusma refleksi yaradır
və bunu ətrafdakılardan gizli şəkildə həyata keçirirlər.
3. 1-tip şəkərli diadetlər üçün isə ac qalmaq daha təhlükəli
sayılır.
4. Əsas göstərici: ABŞ-da Rusiyada nisbətən anoreksia-bulimiyanın
tezliyi həddindən çoxdur.
5. Bu xəstəlikdən 90% hallarda qadınlar əziyyət çəkirlər.
Başlanğıca
QANDA ŞƏKƏRİN NORMADAN AŞAĞI OLMASI VƏ YA HİPOQLİKEMİYA
Əgər sizdə qanda şəkərin miqdarı normadan aşağıdırsa,
bu, hipoqlikemiya və ya qanda şəkərin aşağı olması adlanır.
Qanda şəkərin miqdarının aşağı olması insulin və ya
diabet əleyhinə dərmanların (sulfanil-sidik cövhəri,
metqlitinidlər) qəbulu zamanı müşahidə olunur. Əgər
bu zaman tədbir görülməsə və problemə dırnaqarası baxılarsa,
müalicə qəbul edilməzsə, həmin şəxs huşunu itirə bilər.
Ən pis halda isə adıçəkilən insan qanda çəkərin miqdarının
az olması səbəbəi ilə qıcolmaya düşər və ölüm ehtimalını
yüksəldə bilər.
QANDA ŞƏKƏRİN SƏVİYYƏSİNİN DÜŞMƏ SƏBƏBLƏRİ
• Əgər az qida qəbul etmisinizsə
• Əgər siz az miqdarda karbohidrat qəbul etmisinizsə
• Qida qəbulunun ləngiməsi və ya qəlyanaltıya gecikmə.
• Siz uzun müəddətli və gərgin idman etmisinizsə, həmişəkindən
daha aktiv olmusunuzsa
• Həddən artıq insulin və ya diabet əleyhinə dərmanlar
qəbul etmisinizsə
• Acqarına çox miqdarda spirtli içki qəbul etmisinizsə

QANDA ŞƏKƏRİN ENMƏSİNİN XƏBƏRDARLIQ ƏLAMƏTLƏRİ
Qanda şəkərin düşməsinin çoxlu əlamətləri vardır. Lakin
sizin individual hissiyatınız digərlərindən fərqlənə
bilər. Siz özünüzdə individual hissiyatı öyrənməyə çalışın.
Öz fikirlərinizi sizi bu barədə başa düşən və sizə ömək
edə biləcək şəxslə bölüşün.
Ola bilər ki, fikir dağınıqlığı, ağızda quruluq, baş
ağrı və ya güclü ürəkdöyünmə ilk əlamətlərdən olsun.
Əgəgr yuxarıda sadaladıqlarımız əlamətlərdən istəniləni
sizdə aşkar olubsa, mütləq həkimlə əlaqe yaratmaq və
müalicə almaq lazımdır.
Xəbərdaredici əlamətlər:
(Sizdə olan əlamətlər siyahıda olmaya bilər)
Qəzəbli olmaq
Qəcəqlanmaq
Ürəkbulanma
Həyəcan
Baş gicəllənmə
Yuxululuq
Özunə qapılma
Əsəbilik
Tərs olma
Sıxılma
Az danışmağa meyilli olmaq və ya yerində donub qalmaq
Tərləmə
Huşun alaqaranlıq olması
Rəngin avazıması
Aclıq hissinin olması
Kədərli olmaq
Yorğunluq
Kəmhövsələ olmaq
Əsmə
Əzginlik
QANDA ŞƏKƏRİN AZ OLMASININ MÜALİCƏ METODU
1. Qanda şəkərin miqdarını qlikometrlə ölçüb çəkərin
miqdarını təyin edin. Əgər qandakı səviyyə 70 mg/dl
(3.9 mmol/l) azdırsa - 2 və ya 3 punkta əməl edin. Əgər
qanda qlükozanın səviyyəsini bilmirsinizsə, 2 və 4 punktlara
əməl edin.
2. tərkibində 15 qr karbohidrat olan maye və ya qida
qəbul edin. Tərkibində 15 qr. karbohidrat olan qidalar
aşağıdakı cədvəldə göstərilib.
3. 15-20 dəqiqə gözlədikdən sonra qanda qlükozanı ölçün.
Əgər qlükoza 70 mg/dl (3.9 mmol/l) aşağıdırsa, 2 və
3 punktları təkrar edin. Əgər 2 və 3 punkları təkrar
etdinizsə və qanda şəkərin miqdarı 70 mg/dl (3.9 mmol/l)
yenədə aşağıdırsa, təcili həkiminizə xəstəxananın təcili
terapiya palatasına yerləşdirmək üçün məlumat verin.
Siz qanda şəkərin aşağı olmasına görə ciddi müalicə
almalısınız. Ola bilər ki, şəkərin enməsinə digər səbəb
mövcuddur. Əgər qanda şəkərin miqdarı 70 mg/dl (3.9
mmol/l) aşağıdırsa, aşağıdakı cədvəldə qeyd olunan qidaları
qəbul etməyin. Qanda qlükozanın enməsi əlamətlərini
qanda qlükozanın qalxmasından sonra da əvvəlki kimi
hiss etmək olur. 4 punkta keçin
4. Əgər növbəti qida qəbuluna bir saatdan artıq vaxt
qalıbsa, kiçik bir tikə karbohidrat və zülal tərkibli
qida qəbul edin. Bu məqsədlə araxis yağı ilə buterbrod
və ya 6 pendirli kreker istifadə edə bilərsiniz.
5. Qlükozanın səviyyəsini yüksəltmək üçün aşağıdakı
qidalardan biri qəbul edə bilərsiniz.
Qlükoza tərkibli tablet və ya gel (doza qutuda göstərilib)
Alkoqolsuz, sadə ( şəkərli) 1/3 banka (4 unsiya) işki
Yarım fincan (4 unsiya) meyvə şirəsi
1 fincan (8 unsiya) yağsız süd
2 xörək qaşığı kişmiş (40-50 kişmiş dənəsi)
3 buğda krekeri
4 çay qaşığı şəkər tozu
6 duzlu kreker
6 yarımdüymə qənd tikəsi
1 çay qaşığı bal və ya sirop
BAŞQALARI SİZDƏ QANDA QLÜKOZANIM AŞAĞI DÜŞMƏSİNİ
NECƏ MÜALİCƏ EDƏ BİLƏR
Bəzən qanda çəkərin aşağı düşməsini müstəqil müalicə
edə biləcək vəziyyətdə olmursunuz. Bunula əlaqədar ilkin
əlamətləri də hiss etməyə bilərsiniz və ya şəkərin qandakı
səviyyəsi sizdə soporoz vəziyyət yarada biləcək dərəcədə
aşağıdır və siz özünüzə kömək etmək iqtidarında deyilsiniz.
Bu vəziyyətin necə yarandığından asılı olmayaraq siz
mütləq qabaqcadan bunu necə etməyi kiməsə öyrətməlisiniz.
Qanda şəkəri qaldıra bilən məhsullar həmişə əl çatan
yerdə olmalıdır. İşlədiyiniz müəsisədə, işçi stolunuzun
yanında həmişə kiçik qab şirin meyvə şirəsi saxlayın.
Avtomobilinizin saxlanc yerində və ya cibinizdə qlükoza
tableti və ya gel həmişə olmalıdır. Ətrafdakılarınıza
bunları saxladığınız yeri göstərin. Əgər insulin qəbul
edirsinizsə, ehtiyatda təcili inyeksiya etmək üçün qlükoqon
dəsti olmalıdır. Bunu sizin müalicə həkiminiz təyin
edə bilər. Qlükoqon mədəaltı vəzidə sintez olan hormondur.
Qlükoqon qaraciyərdən qlükozanı qana keçməsini artırır
və insulinin xaric olmasını isə dayandırır. Qlükaqon
dəstinə şpris və istafadə haqqında qeyd də daxildir.
Bu dəst həmişə üzərinizdə olmalıdır. Bu barədə yaxınlarınız,
dostlarınız və iş yoldaşlarınıza məlumat verin. Sizə
yaxın olan şəxslərə şərəkin miqdarı aşağı olduqda nə
etməli olduğunu izah edin.
Əgər uda bilirsinizsə,
•Kimsə sizə tərkibində karbohidrat olan qida və ya hər
hansı mayeni verməlidir
Yox, əgər qəbul etmək iqtidarında deyilsinizsə,
1. Yaxınınızda olan kimsə qlükoqonu baldırın yuxarı
hissəsinə və ya bazunun əzələli hissəsinə yeritməlidir.
2. Huşsuz vəziyyətdəsinizsə, kim isə sizi yanı üstə
çevitməlidir ki, qusmadan boğulma təhlükəsi olmasın.
Belə ki, qlükaqon boğulma təhlükəsi yarada bilər (bəzi
insanlar qlükaqon yeridildikdən sonra ürəkbulanma hiss
edirlər).
3. Özünüzə gəldikdən sonra tərkibində karbohidrat olan,
tez həzm olma qabiliyyətli qida qəbul etməyi unutmayın.
Belə məhsullardan günəbaxan yağında hazırlanmış 6 krekeri
hər hansı zülallı qida, bişmiş hinduşka sinə əti və
yağsız pendir ilə yeyin.
4. Qanda şəkərin çox düşməsinə imkan verməmək üçün hər
30-60 dəqiqədən bir qanda miqdarını ölçün.
Əgər siz nə udmaq iqtidarında deyilsiniz, qlükaqon yanınızda
deyil və ya yanınızdakılardan heç kimin qlükaqondan
məlumatı yoxdursa,
1. Kimsə 112 və ya təcili yardıma zəng etsin
2. Kimsə öz barmağını yaşlayıb, şəkər tərkibli mayeyə
salaraq, onu yanağınızın iç tərəfinə sürtsün. Bu zaman
ehtiyatlı olmaq lazımdır ki, barmaq dişlər arasında
qalmasın, əks halda barmağa zərər vurmaq ehtimalı böyük
olar.
3. Yanınızda olan hər hansı qlükoza tərkibli gel və
ya şəkər tozunu da yanağın iç səhtinə sürtməklə az da
olsa şəkər qəbul etməyinizə kömək edə bilər. Bu prosedura
təcili yardım maşını gələnə kimi təkrar edilməlidir.
Təcili yardım 103 və ya 112 xidmətinə zəng etməklə həyata
keçirilə bilər.
Başlanğıca
QANIDAKI YAĞLAR
Yağlar orqanizmimizin hər bir hüceyrəsinin bir hissəsidir.
Yağlara xolesterin və triqliseridlər aiddir. Xolesterin
və triqliseridlər orqnizm tərəfindən sintez olunur.
Xolesterini yediyimiz heyvani mənşəli qida məhsulları
ilə də qəbul edə bilərik. Xolesterin orqanizmdə hüceyrə
divarının inşası üçün, bəzi vitamin və hormonların sintezi
üçün əvəzedilməzdir. Sizin orqanizm triqliseridləri
yağ ehtiyatı kimi saxlayır. Yağ ehtiyatı istiliyi saxlayır,
orqanizminizi müdafiyə edir və energetik rezerv rolunu
oynayır.
Xolesterin və triqliseridlər orqanizmdə qanla daşınır.
Bu iki növ yağların daşınması üçün mütləq daşıyıcılar
olmalıdır. Bu daşıyıcı rolunu lipoproteidlər (“lipo”
- yağ deməkdir) oynayır. 3 növ lipoproteidlər vardır:
1. Çox aşağı sıxlıqlı lipoproteidlər (ÇASLP). ÇASLP
triqliseridləri, xolesterini və digər yağları daşıyır.
ÇASLP triqliseridləri və digər yağları piy toxumasında
toplayır. Bundan sonra ÇASLP aşağı sıxlıqlı lipoproteidlərə
(ASLP) çevrilir.
2. Aşağı sıxlıqlı lipoproteidlər (ASLP). ASLP xolesterini
orqanizmin tələb olunan hissəsinə daşıyır. ASLPxolesterin
daşınma yolunda qan damar divarına çökə bilər. Damar
divarına xolesterinin toplanması ateroskrelyoza gətirib
çıxarır ki, bu da arteriyanın qalınlaşmasına və mənfəzinin
daralmasına səbəb olur. Buna görə qanda ASLP miqdanın
az olması daha məsləhətlidir.
3. Yüksək sıxlıqlı lipoproteidlər (YSLP). YSLP damar
divarından xolesterini qaraciyərə daşıyır. Qaraciyər
öz növbəsində xolesterini parçalayır və orqanizmdən
xaric edir. Qanda YSLP miqdarının çox olması orqanizminiz
üçün faydalıdır.
Diabetli xəstələrdə qanda yağların miqdarı çox olur.
Qanda yağların miqdarının çox olması ürək xəstəlikləri,
ürək sancıları və insult ehtimalını artırır. Əgər sadaladığımız
təhlükələrdən uzaq olmaq istəyirsinizsə, qanda yağların
səviyyəsini dəqiq bilməlisiniz.
QANDA YAĞLARI ORQANİZM ÜÇÜN OPTİMAL SƏVİYYƏSİ AŞAĞIDAKI
KİMİDİR
-Ümumi xolesterin 200 mq/dl az olmalıdır (5.2 mmol/l)
-ASLP tərkibində xolesterin 100 mq/dl az olmalıdır (2.6
mmol/l)
-YSLP tərkibində xolesterin 45 mq/dl çox olmalıdır (1.2
mmol/l)
Triqliseridlər 200 mq/dl az olmalıdır (2.3 mmol/l)
Əğər sizin analizlərin nəticəsində də belə göstərici
müşahidə olunursa, çox yaxşı sayıla bilər ! Əgər sizin
analizlərinizin cavabı yuxarıda qeyd edilənlərə uyğun
gəlmirsə, aşağıdakı tədbirləri görün:
QANDA YAĞLARIN SƏVİYYƏSİNİ NECƏ TƏNZİMLƏMƏLİ
• İlk növbədə diabeti kompensasiya etməyə çalışın. Diabetin
konpensasiyası dedikdə şəkərin qanda həkim məsləhət
gördüyü intervalda saxlanılmasıdır. Əgər bu məsləhətə
əməl etmirsinizsə, aşağıda göstərilənlər mənasını itirmiş
olur.
• Əgər artıq çəkiniz varsa, mütləq ondan azad olmağa
çalışın. Artıq çəki diabeti konpensassiya etməyə mane
olur və qanda yağların miqdarını artırır. Bundan başqa
çəkinin azaldılması qanda YSLP miqdarını artırır.
• Yağ qəbulunu azaldın. Belə ki, qaraciyər yağlardan
ÇASLP sintezində istifadə edir. Nə qədər çox yağ qəbul
etsəniz, qaraciyər bir o qədər ÇASLP sintez edəcək.
Qanda da ÇASLP yüksəlməsi ASLP tərkibində "pis"
xolesterinin yüksəlməsinə səbəb olur.
• Doymuş yağları (kərə yağı, donuz yağı) doymamış yağlarla
(əsasən bitki tərkibli yağlar) əvəz edin. Doymuş yağlar
qanda ASLP və xolesterinin miqdarını artırır, doymamış
yağlar isə əksinə, azaldır.
• Xolesterinlə zəngin qidalardan uzaq olun. Xolesterinlə
zəngin qidalara heyvan içalatı, qaraciyər, yumurta və
s. aiddir. Əgər siz hər gün yumurta yeyirsinizsə, bunu
həftədə 3-4 dəfəyə kimi azaldın.
• Daha çox lifli məhsullara üstünlük verin. Belə ki,
bəzi tip bitki lifləri orqanizmdən xolesterinin xaric
olmasına kömək edir. Lifli bitkilərə yulaf, paxla, noxud
, təzə meyvə, təmizlənməmiş düyü və s. aiddir.
• Piyada gəzintiyə çıxmağa meyilli olun. Aerobika, idman
yerişi, asta yeriş, üzğüçülük və xizək sürmə YSLP miqdarını
artırır ki, bu da xolesterinin qanda səviyyəsini aşağı
salmış olur. Sizə uyğun olan idman hərəkətini tapmağa
çalışın.
• Əgər siqaret çəkənsinizsə, ya tərgizin ya da nəzərəçarpacaq
dərəcədə azaldın. Siqaret çəkmə qanda YSLP miqdarını
azaldır.
Qanda yağların səviyyəsini ildə iki dəfədən az olmayaraq
yoxladın, əgər həkiminiz məsləhət görürsə daha tez-tez
də yoxlamaq olar.
Başlanğıca
QLÜKOZAYA TOLERANTLIĞIN POZULMASI (QTP) VƏ ACQARINA
QLÜKOZA SƏVİYYƏSİNİN POZULMAŞI (APQS)
Qlükozaya tolerantlığı pozulmuş (QTP) və ya acqarına
pozulmuş qlükoza səviyyəsindən (APQS) əziyyət çəkən
xəstələrdə qanda şəkərin miqdarı şəkərli diabetli xəstələrə
nisbətən aşağı olur, lakin normadan yüksək sayılır.
Düzdür, QTP və ya APQS diabet sayılmasa da, bu analiz
artıq diabetin inkişaf etməsini göstərir.
Həkimlər QTP və ya APQS başqa cür də adlandırırlar,
məsələn:
• “Azca şəkər”
• “Sərhəddə olan diabet”
• “Kimyəvi diabet”
• “Prediabet”
• “Subklinik diabet”
• “Gizli diabet”
• “Potensial diabet”
QTP və ya APQS əziyyət çəkən xəstələrdə xüsusi bir əlamət
olmur, qlikohemoqlobinin qanda səviyyəsi normal və ya
demək olr ki, normal olur. QTP və ya APQS təyin etmənin
yeganə dəqiq yolu müalicə həkiminiz tərəfindən aşağıdakı
analizləri verməklə bilmək olar.
QANDA QLÜKOZANIN ACQARINA TƏYİNİ
Qanda qlükozanın acqarına təyini zamanı qlükozanın qida
qəbulundan 8-12 saat sonra qanda səviyyəsi başa düşülür.
Məhz bu səbəbdən də qlükoza həmişə acqarına yoxlanılır.
Diabetdən əziyyət çəkməyən insanlarda qanda şəkərin
miqdarı 110 mq/dl - dən çox deyil.
Diabetli xəstələrdə acqarına qanda şəkər 126 mg/dl və
daha çox ola bilər
APQS-dan əziyyət çəkən şəxslərdə isə acqarına qanda
çəkər 110-126 mg/dl olur.
QLÜKOZAYA TOLERANTLIĞIN PERORAL PROBA İLƏ TƏYİNİ
Qlükozaya tolerantlığın peroral təyini zamanı qanda
qlükozanın səviyyəsi 3 saat ərzində 5 dəfə ölçülür.
İlkin olaraq qlükozanın qanda miqdarı qida qəbulundan
8-12 saat sonra (qanda şəkəin miqdarının təyinində olduğu
kimi) acqarına ölçülür.
Sonra 75 qram qlükoza məhlulu qəbul edilir. (hamilələr
üçün 100 qram)
Daha sonra qanda şəkərin miqdarı sonra 30 dəqiqədən,
1 saatdan ,2 saat və ya 3 saatdan sonra ölçülür.
Diabetdən əziyyət çəkməyən şəxslərdə qanda çəkərin miqdarı
adıçıkilən məhulun qəbulundan 2 saat sonra 140 mg/dl-dan
aşağı olur.
Diabetli xəstələrdə isə məhlul qəbulundan 2 saat sonra
200 mg/dl və ya daha çox olur.
QTP əziyyət çəkən şəxslərdə isə məhlil qəbulundan 2
saat sonra qanda çəkərin miqdarı 140-200 mg/dl olur.
ƏGƏR SİZDƏ QTP VƏ YA APQS AŞKAR EDİLİBSƏ NƏ ETMƏLİSİNİZ
Əgər sizdə QTP və ya APQS aşkarlanıbsa, normadan artıq
çəki, qanda triqliseridlərin miqdarının yüksəlməsi,
YSLP aşağı düşməsi və yükəs qan təzyiqi inkişafının
yüksək ehtimalı vardır.
Bu sadaladığımız ürək qan-damar sisteminizə ziyansız
ötüşməyəcək.
Əgər sizdə QTP və ya APQS aşkarlanıbsa, ildə bir neçə
dəfə müalicə həkiminizin qəbulunda olun və qanda şəkərinizi
yoxlatdırın. Bundan başqa daha bir neçə məsləhət xarakterli
tövsiyələrimiz də var
• Əgər artıq çəkiniz varsa, ondan qurtulamağa çalışın
• Əgər qanda triqliserid, xolesterin ASLP tərkibində
yüksəklik təşkil edirsə, ondan da yaxanızı qurtarmağa
çalışın.
• Əgər qan təzyiqiniz yüksəkdirsə, bunula mübarizə aparın
• Fiziki hərəkətlərə daha çox önəm verin
• Duzğun qidalanın
Başlanğıca
|