İnsulin pompası
nədir?
İnsulin pompası – bu balaca, batareya ilə işləyən, diabetli xəstələrin
qanına insulin yeridən, mədəaltı vəzin funksiyasını yerinə yetirən
cihazdır. Pompa insulinin orqanizmə daim daxil olmasını təmin
etmək üçün nəzərdə tutulmuşdur və qlükozanın səviyyəsini normada
saxlamaq üçün, orqanizmın insulinə olan təlabatından asılı olaraq
pasient özü bu cihazda dozanı nizamlamalıdır.

İnsulin
pompası neçə işləyir?
Pompa kartridj/flakondan rezervuara yığılan insulini pasientin
orqanizminə göndərir, rezervuar isə pompanın korpusunun arxa divarındaki
boşluğa yerləşdirlir. Rezervuar nazik plastik borucuqla insulini
pasientin orqanizminə göndərən kateterlə birləşdirilir.İnsulin
kateterin axrınçı hissəsi olan nazik,elastik kanyula vasitəsilə
xüsusi gurğunun- serterin hesabına tamamilə agrısız dərialtı-
piy toxumasına yeridilir. Çox vaxt kateterin kanyulasını qarın
nahiyəsinin dərisinə bərkidirlər.İnsulin işləndikçə xəstələr müstəqil
olaraq rezervuarı təzəsi ilə əvəz edir və həmçinin hər 2-3 gündən
bir kateteri dəyişirlər. Pompa asan proqramlaşdırılır və avtomatik
olaraq orqanizmin təyin olunmuş düzgün doza ilə təmin edir (bazal
doza),buda yemək arası və gecə qlükozanın səviyyəsini normada
qalmasına kömək edir. Müalicə həkiminin köməyi ilə pasient bazal
dozanın onun orqanizminə lazım olan müəyyən parametrlərini düzəldə
bilər.Pasient həmcinin onun fiziki aktivliyinin dərəcəsindən və
qəbul etdiyi qidadan asılı olaraq çox asan yeridilən insulinin
dozasını dəyişə bilər.
Pompa
insulinterapiyası sadə işləyir.Pompanın işinin prinsipi – qlükozanın
səviyyəsini yemək qəbulundan sonra, yemək arası fasilələrdə və
yuxu zamanı normada saxlamaq üçün orqanizmin təbii funksiyası
olan, insulinlə qanı müntəzzəm təmin etməkdən ibarətdir.
Pompa
qlükozanın səviyyəsinə “ciddi nəzarətə” nail olmağa kömək edir.
Pompanın
köməyi ilə diabetli xəstələr yeridilən insulinin dozasının qlükozanın
səviyyəsini normada saxlamaq üçün dəyişə bilərlər. Bu ciddi ağırlaşmalar
törədə bilən hiperglikemiyanın əmələ gəlməsini qarşısını alır,
həmcinin sağlamlıq üçün çox təhlükəli ola bilən, xüsusi ilə də
gecə vaxtı baş verə biləcək hipoqlikemiyanın da qarşısını alır.
İnsulin
pompası fasiləsiz olaraq orqanizmi çox dəqiq lazım olan dozada
insulinlə təmin edərək mədəaltı vəzin funksiyasını maksimal dəqiq
realizə edir. Normal fəaliyyət göstərən mədəaltı vəzi hər 12-14
dəqiqədən bir qana insulin göndərir.Pompada həmçinin xəstənin
fərdi tələbatlarından asılı olaraq müxtəlif bazal dozaları təyin
etməklə, müntəzzəm olaraq orqanizmi insulinlə təmin edir.
Pompa
dəqiq və səhfsiz işləyir.İnsulin pompası insulini 0,1 və 0,05
vahid dəqiqliyinə qədər göndərir. Belə dəqiqlik çox saylı inyeksiyalarla
müalicədə mümkün deyildir.
Pompadan
istifadə edərək siz öz həyatınızı sərbəst yaşaya bilərsiniz. Ənənəvi
üsullarla müaliçə olunan və ciddi gün rejiminə əməl etməyə məcbur
olan şəkərli diabetli xəstələrdən fərqli olaraq, pompa insulinterapiyasına
keçənlər ciddi qida qəbulu və fiziki fəaliyyət qrafikindən azaddırlar.
Öz tələbatlarından və ya qəbul etdikləri qidadan asılı olaraq
xəstə özü müstəqil insulinin dozasını elə dəyişə bilər ki, qlükozanın
səviyyəsi normada qalsın.
İnsulin pompasından necə istifadə etməli
İnsulin
pompası insulinin fasiləsiz rejimlə yeridilməsi üçün nəzərdə tutulmuşdur.
İnsulin
flakon/kartridjdən rezervuara yığılır, oradan kateterin borucuğu
ilə plastırla dəriyə fiksasiya olunan kanyula vasitəsi ilə dəri
altına batırmaqla (serter) dəri altı toxumaya
|