Piylənmənin
müalicəsi
Həkimlər üçün
Mündəricat
Giriş
Sağlamlıq üçün risk və yanaşı gedən
xəstəliklər
Diabetin yüksək riski
Ürək – damar xəstəliklərinin əmələ
gəlməsinin risk faktorlarının yüksək tezliyi
BÇİ-nin miqdarından və yanaşı gedən
risk faktorlarından asılı olaraq piylənmənin müalicəsinin
alqoritmi
Antropometrik göstəricilərin təyini
Bədən çəkisi indeksi
Bel dövrəsinin bud dövrəsinə nisbəti
Piylənmə ilə yanaşı gedən pozğunluqların
aşkar olunması və əmələ gəlmiş xəstəliklərin diaqnostikası
Digər risk faktorlarının aşkar olunması
Müalicəyə əks göstərişlərin təyini
Xəstənin müalicəyə hazırlığının qiymətləndirilməsi
Müalicənin məqsədlərinin təyini
BÇİ və yanaşı faktorlardan asılı
olaraq artıq bədən çəkisinin və piylənmənin müalicəsinə
yanaşmalar.
Daxil olan enerjinin defisitinin
yaradılması
Fiziki aktivlik
Medikamentoz müalicə
Ksenikal (orlistat)-pivlənmənin
müalicəsində yeni era
Pivlənmə
olan xəstələrin monitorinqi
Xüsusi terapevtik qruplar
Siqaret çəkənlər
Yaşlı insanlar
Müalicənin effektliyinin qiymətləndirilməsi
Rasional
qidalanma
Çəki azaltmanın sirləri
Çəkini
azaldan asan diyeta
Çəki
azaltmanin bəzi qaydaları
Şirin içkilər
Piylənmə
nədir
Diyetik Konqresdən xəbərlər
Nəticə
Giriş
Piylənmə müasir cəmiyyətin ciddi tibbi – sosial
və iqtisadi problemidir. Piylənmənin aktuallığı
1-ci növbədə onun geniş yayılması ilə əlaqədardır.
Piylənmədən yer kürəsinin əhalisinin 7%-i əziyyət
çəkir.Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı
əhalinin 9%-dən 20%-ə qədərinin piylənməsi (BÇİ>30)
və 25%-dən çoxunu artıq bədən çəkisi vardır, ABŞ
– da isə bu müvafiq olaraq 25% və 50% dir. Azərbaycanda
da əmək qabiliyyətli insanların orta hesabla 30-40%
- nin piylənməsi, 25-30%-nin isə artıq çəkisi vardır.Son
illər əksər ölkələrdə piylənmənin yayılmasının həm
böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı
müşahidə olunur. İqtisadi cəhətdən inkişaf etmiş
bir çox ölkələrdə axırıncı 10 illiklərdə piylənmənin
yayılması 2 dəfə artmışdır.

ÜST ekspertlərinin proqnozuna görə xəstəliyin hal-hazırki
inkişaf tempi saxlanılarsa 2025-ci ildə dünyada
piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan
artıq olacaqdır. Hətta inkişaf etmiş ölkələrdə belə,
ənənəvi olaraq qida çatışmamazlığının xarakterik
olduğuna baxmayaraq, şəhər əhalisi arasında piylənmə
içtimai sağlamlığa təhlükə olmağa başlayır.
Başlanğıca
Sağlamlıq üçün risk və yanaşı xəstəliklər.
Piylənmə çox vaxt ağır yanaşı patalogiyalarla müşahidə
olunur: 2-ci tip şəkərli diabet, arterial hipertenziya,
dislipidemiya, ateroskleroz, ürəyin işemik xəstəliyi,
ürək-damar çatmamazlığı, xərçəngin bəzi formaları,
reproduktiv funksiyaların pozulması, dayaq-hərəkət
aparatının xəstəliklərini göstərmək olar.
Tədqiqatların nəticələrinə görə, piylənmə olan insanlarda
ümumi əhaliyə nisbətən 2-ci tip ŞD və arterial hipertenziya
2,9 dəfə çox, hiperlipidemiya 1,5 dəfə çox rast
gəlinir. Bu xəstəliklərin inkişaf riski BÇİ-i artdıqda
əhəmiyyətli dərəcədə yüksəlir. Piylənmə həyatın
müdətini qısaldır və kefiyyətini pisləşdirir, cəmiyyətdən
əhəmiyyətli iqtisadi xərclər tələb edir: müxtəlif
ölkələrdə piylənmənin və piylənmə ilə yanaşı gedən
xəstəliklərin müalicəsinə çəkilən xərc bütün səhiyyəyə
ayrılan xərclərin 8-10%-ni təşkil edir.
Başlanğıca
Diabetin əmələ gəlməsinin yüksək
riski (ŞD 2 tip)
2-ci tip diabet xəstələrinin 80%-nin piylənməsi
və ya artıq çəkisi vardır.
Ürək damar xəstəliklərinin risk faktorlarının əmələ
gəlməsinin yüksəlmə tezliyi.
Təxminən piylənməsi olan insanların yarısının eyni
zamanda arterial hipetenziyası vardır.
BÇİ-nin ölçülərindən və yanaşı risk
faktorlarından asılı olaraq piylənmənin müalicəsinin
alqoritmi.

*Təqdim olunan alqoritm ÜST-nın
piylənmə üzrə beynəlxalq qrupunun məlumatlarına
əsasən uyğunlaşdırılmışdır.
Antropometrik göstəricilərin təyini.
BÇİ-bədən çəkisi indeksi bədən çəkisinin göstəricisini
(kq-la) boyun göstəricisinin (metrlə) kvadratına
bölməklə hesablanır.
Başlanğıca
Bədən çəkisinin indeksi (BÇİ)
Piylənmənin əsas göstəricisi orqanizmdə piy toxumasının
yığılmasıdır: bu kişilərdə çəkinin 10-15%-dən artıq,
qadınlarda isə çəkinin 20-25%-dən artıq olması deməkdir.
Piylənmənin diaqnozunun qoyulması və onun dərəcəsinin
təyini üçün bədən çəkisi indekisi tədbiq olunur.
BÇİ piylənmənin yalnız diaqnostik kriteriyası olmayıb,
həmçinin piylənmə ilə yanaşı gedən xəstəliklərin
inkişaf riskinin göstəricisidir.

Bədən çəkisi indeksi (BÇİ) bədən çəkisinin (kq-la)
boyun kvadratına (metrlə) bölünməsindən alınır.
BÇİ=Bədən çəkisi(kq) / [boy
(m)]2
Məsələn: Pasientin bədən çəkisi
92 kq, boyu 1,75 metrdir, bu halda bədən çəkisi
indeksi 30 olacaqdır:
BÇİ-92: (1,75*1,75)=30.
(Bədən çəkisinin və boyun ölçülməsindən əvvəl pasient
paltarını çıxartmalıdır).
BÇİ 18,5-24,9 normal bədən çəkisinə uyğundur.BÇİ-nin
belə göstəricilərində ən az xəstələnmə və ölüm halları
müşahidə olunur.
BÇİ-nə görə piylənmənin
təsnifatı (ÜST, 1997)*
Bədən çəkisinin
növləri
|
BÇİ (kq/m2)
|
Yanaşı xəstəliklər
riski |
Bədən çəkisinin defsiti |
< 18,5 |
Aşağı (digər xəstəliklərin
riski artıqdır) |
Normal bədən çəkisi |
18,5-24,9 |
Adi |
Bədən çəkisinin artıqlığı
(piylənmədən qabaqki hal) |
25,0-29,9 |
Artmışdır |
Piylənmə 1-ci dərəcə |
30,0-34,9 |
Yüksəkdir |
Piylənmə 2-ci dərəcə |
35,0-39,9 |
Çox yüksəkdir |
Piylənmə 3-cü dərəcə |
_>40 |
Həddindən artıq yüksəkdir |
*ÜST piylənmə üzrə beynəlxalq qrupu (IOTF WHO),
1997.
Bədən çəkisi indekisi göstəriciləri aşağıdakı şəxslər
üçün məqbul sayılmır.
-Boy inkişafı qurtarmamış uşaqlar
-65 yaşdan yuxarı şəxslər
-Güclü inkişaf etmiş əzələlərə malik idmançılar
və şəxslər
-Hamilə qadınlar.
Başlanğıca
Bel dövrəsinin bud dövrəsinə nisbəti
Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf
riski əhəmiyyətli dərəcədə piy toxumasının orqanizmdə
yığılma yerlərinin xüsusiyyətlərindən asılıdır.
Ən əlverişsizi abdonimal tip piylənmədir ki, bu
da bir qayda olaraq kompleks hormonal və metobalik
risk faktorlarını özündə birləşdirir. Piy toxumasının
yerləşməsinin xüsusiyyətini aşkar etmək üçün bel
dairəsinin bud dairəsinin ölçüsünə nisbəti istifadə
olunur.
Qadınlarda
əgər bu nisbət >0,85, kişilərdə isə >1,0 olarsa,
bu abdominal piylənmə hesab olunur.Abdominal piylənmə
ŞD 2-ci tip, ürəyin işemik xəstələyi, arterial hipertenziyanın
inkişaf riski üçün müstəqil faktordur. Hal-hazırda
abdominal piylənməyə metabalik sindromun əsas komponentlərindən
biri kimi baxılır. Son illərin tədqiqatları göstərib
ki, abdominal nahiyədə piy toxumasının yığılmasının
ehtibarlı göstəricisi-BÇİ<35 olmaqla bel dairəsinin
ölçüsünün göstəricisidir.Ona görə də bel dairəsinin
ölçüsü sadə, ölçülməsi asan, dəqiq göstərici olub,
ŞD 2-ci tip və ürəyin işemik xəstəliyinin inkişafının
yüksək riski olan pasiyentlərin aşkar edilməsinə
kömək edir.
Bel dövrəsinin ölçüsü və
piylənmənin ağırlaşmalarının inkişaf riski (ÜST,1997)**
ŞD
2-ci tip,arterial hipertenziya,ürək damar
xəstəlikləri riski |
|
Artmışdır |
Yüksəkdir |
Kişilər
|
>94 sm
|
>102 sm |
Qadınlar
|
>80sm |
>88sm |
**Bel dairəsinin ölçüsünün artması – hətta BÇİ
– nin normal öıçülərində belə ağırlaşmaların yüksək
inkişaf riskinin əlamətidir.
Bel dairəsinin ölçüsü ayaq üstə qoltuq altı orta
xətt üzrə köks qəfərinin aşağı kənarı ilə çanaq
sümüyü darağı arasındakı məsafənin ortasından ölçülür
(maksimal ölçüyə görə və göbək nahiyyəsindən yox).Budların
dairəsinin ölçüləri isə onların ən geniş nahiyyəsində-bud
sümüyünün böyük burması səviyyəsində ölçülür.
Yanaşı xəstəliklərin yüksək riskinin göstəriciləri
((Belin dairəsinə görə):
Kişilərdə > 102 sm
Qadınlarda >88 sm
Başlanğıca
Piylənmə ilə yanaşı gedən pozğunluqların
aşkar olunması və artıq əmələ gəlmiş xəstəliklərin
diaqnostikası.
Məlumdur ki, piylənmə adətən xəstəliklərin
inkişafı ilə müşahidə olunur:
Şəkərli diabet 2-ci tip
Arterial hipertenziya
Ürəyin işemik xəstəlikləri
Dislipidemiya
Yuxuda apnoye sindromu
Reproduktiv disfunksiya
Bəzi onkoloji xəstəliklər
Öd daşı xəstəliyi
Deformassiya edici osteoartoz
Artritlər
Aşağı ətraf venalarının xroniki çatmamazlığı
Mədə - yemək borusu refluks sindromu.
Bir qayda olaraq bu xəstəliklərin inkişaf ehtimalı
bədən çəkisi artdıqça və abdominal_visseral nahiyyəvə
artıq miqdarda piy toplandıqça yüksəlir.
Buna görə də piylənmə ilə olan xəstənin müayinəsinə,
antropometrik göstəricilərindən başqa,aiddir:
Arterial təzyiqin ölçülməsi
EKQ – müayinə
Kəllənin rentgenoqrafiyası
Təyin olunmalıdır:
• Ümumi xolesterin
• Triqliseridlər
• Qlükozanın ac qarnına və ya standart qlükozaya
tolerantlıq fonunda təyini (0-120 dəq)
• Ac qarına insulin
• - qlütamiltransferazalar
• LQ, FSQ, PRL,G2, T3, TTH, sərbəst-T4 (göstərişə
görə)
• LPAS və LPYS xolesterin (hiperxolesterinemiyada
və ÜİX, 2-ci tip şəkərli diabetə, arterial hipertenziyaya
irsi meyillikdə)
Digər risk faktorlarının aşkar edilməsi
Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf
riskinə və onun effektiv müalicəsinə təsir edir:
-Piylənmənin inkişafına ailəvi meyillilik
-Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişafına
meyillilik
-Piylənmənin müddəti
-Bədən çəkisinin srtmasının xüsusiyyəti
-18 yaşdan başlayaraq bədən çəkisinin dinamikası
-18 yaşdan sonra bədənin minimal və maksimal çəkisi
-Bədən çəkisini aşağı salmaq üçün əvvəlki cəhdlər
-Bədən çəkisinin əvvəlki ildə dinamikasının gedişi
-Fiziki aktivliyin səviyyəsi
-Qidalanma vərdişinin xüsusiyyətləri
-Sosial vəziyyəti
-Streslər və depressiyalar
-Zərərli adətlər
-Dərman müalicəsi (trankvilizatorlar, antidepressantlar,
kortiko-steroidlər, hestagenlər və s.)
Müalicə proqramının yerinə yetirilməsinə təsir
edə bilər:
-Mədə-bağırsaq xəstəlikləri
-Xroniki zəiflik
-Xroniki ağrı sindromu
Bədən çəkisinin artmasına psixi pozğunluqlar kömək
edə bilər:
-Əsəb bulimiyası
-Depressiya
-Təkrarlanan həddindən çox yemə epizodları
-Gecə yemək sindromu
-Mövsümü affekt pozğunluqlar
Məhz onlar,xəstə üçün müalicə rejiminə əməl etməyə,
öhdəsindən çətin gəlinə bilən maniyələr ola bilər.Yuxarıda
adları çəkilən pozğunluqları aşkar etmək üçün, sorğu
üsulunun istifadəsi ilə xüsusi diaqnostika metodları
vardır. Lakin onların kliniki praktikada tədbiqi
kifayət qədər çətin olan işdir. Əgər aşkar olunsa
ki, pasientdə qidalanma verdişində pozğunluq vardır
(lazım olmayan vaxtda qida qəbulunun kompulsiv tutması,
doyma hissinin olmaması, aclıq hissi olmadan çoxlu
miqdarda qida qəbulu, emosional diskamfort, yuxu
pozğunluğu halının qida qəbulu ilə birgə olması
və ertəsi gün anoreksiya halı ilə və s.),onda onu
psixonevroloq və ya psixoloqun konsultassiyasına
göndərmək lazımdır.
Başlanğıca
Müalicəyə əks göstərişlərin təyini.
Xəstəni müayinə edərkən piylənmənin müalicəsini
təxirə salmağın və ya aparılmamasının aşkar olunmasına
fikir vermək vacibdir.
Piylənmənin müalicəsinin aparılmasına müvəqqəti
əks göstərişlər:
-Hamiləlik
-Laktassiya
-Kompensassiya olunmamış psixi xəstəliklər
-Kompensassiya olunmamış somatik xəstəliklər

Əks göstərişlər
-öd daşı xəstəliyi
-pankreatit
-osteopazon.
Bu hallarda xəstələr bədən çəkisinin stabilləşməyinə
yönəlmiş qidalanma haqqında məsləhətlər almalıdırlar.Sonradan
isə bədən çəkisinin azaldımasına yönəldimiş müalicənin
aparılmasının mümkünlüyü və lazımlığı fərdi sürətdə
həll olunur.
Başlanğıca
Xəstənin müalicəyə hazırlığının qiymətləndirilməsi
Effektiv müalicə üçün vacibdir ki, xəstələr:
-Bədən çəkisinin azaldılmasına motivassiyaları olsun
-Özlərinin qida vərdişlərinin və həyat tərzlərinin
uzun müddət ərzində tədricən dəyişməyə hazır olsunlar.
-Bədən çəkisinin mötədil, etapla azaldılması taktikasına
razı olsunlar. -Real başa düşməlidirlər ki, hansı
vaxt ərzində onlar nə qədər arıqlamalıdılar. Müalicənin
aparılmasına fiziki və emosional maniyələr olmamalıdır.
Xəstənin bədən çəkisinin azaldılnası üçün aparılan
müalicəyə hazırlığını qiymətləndirmək üçün aydınlaşdırmaq
lazımdır:
• Pasiyenti müalicənin başlanmasına sövq edən səbəblər
• Bədən çəkisinin azaldılmasının əvvəlki təcrübələri
•Pasiyent tərəfindən piylənmənin inkişafına gətirib
çıxarmış səbəblərin və onun sağlamlığa mənfi təsirinin
dərk edilməsi
• Pasiyent tərəfindən piylənmənin müalicəsinin uzun
müddətli olmasının qəbul edilməsi
• Pasiyentin uzun müddətə qidalanma vərdişlərinin
və həyat tərzinin dəyişilməsinə hazır olması
Başlanğıca
Müalicənin məqsədlərinin təyin olunması
Hər bir pasiyentin bədən çəkisinin azaldılması
arzusunu təyin edən öz səbəbləri vardır: kosmetik,
sağlamlıq üçün riskin azaldılması, daha kiçik ölçüdə
paltar geyməyə can atması, iş qabiliyyətinin yüksəldilməsi,
daha yaxşı görünmək arzusu.Bədən çəkisinin azaldılması
proqramını başlamağa xəstəni sövq edən səbəbdən
aslı olmayaraq, vacibdir ki, həm bədən çəkisinin
azaldılmasına, həm də azalmanın tempinə münasibətdə
qarşıya real məqsədlər qoymaq lazımdır. Xəstəyə
izah etmək lazımdır ki, piylənmənin müalicəsi uzun
müddətli, ömürlük proses olub, çəkinin azalması
üçün vaxt tələb olunur. Piylənmənin müalicəsinin
əsas məqsədi yanaşı xəstəliklərin inkişaf riskinin
azaldılması və xəstənin həyatının müddətini artırmaqdır.

Müalicənin məqsədləri: Müalicənin başlanğıcında
məqsəd bədən çəkisinin başlanğıcda olan miqdarını
10% azaltmaqdır.
-Bədən çəkisinin azaldılması ilə yanaşı, piylənmə
ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinin
azaldılması. -Bədən çəkisinin artmasının qarşısının
alınması.
-Bədən çəkisində nail olunmuş nəticənin saxlanılması.
-Piylənmə ilə yanaşı gedən pozğunluqlara adekvat
nəzarət
-Xəstələrin həyatının müddətinin və kefiyyətinin
yaxşılaşdırılması
Ən effeklisi bədən çəkisinin etapla, tədricən,
BÇİ göstəricilərini və yanaşı risk faktorlarını
nəzərə almaqla aşağı salınmasıdır.
Artıq çəkinin və piylənmənin müalicəsinə BÇİ göstəricilərindən
və yaranan risk faktorlarından asılı olaraq yanaşma
BÇİ
və xəstəliyin yanaşı risk faktorları
|
Müalicə
taktikası |
18,5-24,9
Yanaşı risk faktorlarının olmaması ilə
|
Normal bədən çəkisini
saxlamaq üçün sağlam həyat tərzində əməl etmək.Bədən
çəkisinin artmasının qarşışının alınması. |
| Yanaşı
risk faktorlarının olmaması ilə |
• Belin ölçülərinin
artması
|
Bədən çəkisinin aşağı
salınması.
|
• Piylənməyə ailəvi
meyililik
|
Bədən çəkisinin artımının
>3kq qarşısının alınması
|
• Siqaret çəkmə
|
Siqaret çəkməni tullamaq,
qidalanma haqqında məsləhətlər
|
• Hiperlipidemiya
|
Hipolipidemik diyeta
|
• QTP (qlükozaya
tolerantlığın pozulması)xəstəliklərlə pozulması |
Diyeta, fiziki fəaliyyət,
bədən çəkisinin saxlanılması. |
25,0-29,9
Yanaşı risk faktorlarının olmaması ilə
|
Bədən çəkisinin saxlanılması.Az
kalorili qidalanma, fiziki fəaliyyətinin güclənməsi.
|
25,0-29,9
Yanaşı risk faktorlarının olması .
|
Bədən çəkisinin saxlanılması.Az
kalorili qidalanma, fiziki fəaliyyətin güclənməsi,-1-ci
növbədə risk faktorlarının aşağı salmağa yönədilmiş.Əgər
3 ay müddətində risk faktorları əhəmiyyətli
dərəcədə azalmırlarsa, onda sutkalıq rasionun
kaloriliyinin mötədil azaldılması fonunda
24 həftə müddətində bədən çəkisi 5-10 kg azaldılmalıdır.
Medikamentoz terapiya |
30,0-34,9
Yanaşı risk faktorlarının olmaması ilə
|
Başlangıc bədən çəkisinin
5-10% azaldılması. Medikamentoz terapiya. |
30,0-34,9 Yanaşı risk faktorlarının olması
|
Başlangıc bədən çəkisinin
5-10% azaldılması.Medikamentoz terapiya. |
35,0-39,9
Yanaşı xəstəliklərin inkışafının yüksək riski
ilə
|
Başlangıc çəkinin>
10% azaldılması üçün medikamentoz terapiyanın
da daxil olduğu kompleks terapiya. Konservativ
mettodlar effektsiz olduqda cərrahi müalicə.
|
35,0-39,9 -Yanaşı
xəstəliklərlə |
Cərrahi müalicə metodları |
≥40,0 |
Cərahi müalicə. |
Hal-hazırda 4-6 ay müddətində tədricin (həftədə)
0,5- 1kg) arıqlama və alınan nəticəni uzun müddət
saxlanılması metodikası qəbul edilməlidir.Bu metodikada
orta hesabla başlangıc çəkinin 5-15% azalması baş
verir və bu arıqlama əsasən piy toxumasının hesabına
olur, bədən çəkisinin digər toxumaları hesabına
olmur. Bədən çəkisinin belə azalmasına xəstələr
asan nail olur, residiflər az baş verir.
Cərrahi müalicə sağlamlıq üçün təhlükəli piylənməsi
olan (BÇİ 40 və ya BÇİ 35) və digər müalicə metodları
ilə arzu olunan nəticə alınmadıqda, yanaşı xəstəliklər
olduqda göstərişdir.
Başlanğıca
Bədən çəkisinin 10kq azaldılması
(orta hesabla bu başlangıc çəkinin 10% - dir) çox
saylı müsbət effektlərlə müşahidə olunur.
Ölüm halları
|
Azalması:
• ümumi ölümün 20% və daha çox
• Diabetlə əlaqədar ölüm halı 30%-dən çox
•Piylənmə ilə yanaşı gedən onkolojı xəstəliklərlə
əlaqədar ölüm halı 40%-dən çox.
|
| Arterial Təzyiq |
Azalması:
• Sistalik AT 10 mm.c. s.
• Diastolik AT 20 mm.c. s.
|
| Şəkərli diabet |
Qanda ac qarnına glükozanın səviyyəsinin 50%
azalması |
| Yağ mübadiləsi |
Səviyyəsinin azalması:
• Ümumi xolesterin 10 %
• LPAS 15%
•triqliseridlər 30%
LPYS səviyyəsinin yüksəlməsi 8%.
|
Bədən çəkisinin daha intensiv
azaldılması xəstələrə məsləhət görülə bilər.
-Metobolik ağırlaşmaların inkişafının mütləq riski
olanlara.
-Apnoe sindromu ilə sağlamlıq ilə sağlamlıq üçün
təhlükəli пийлянмяси оланlara (BÇİ > 40)
-Planlı cərrahi əməliyyatın aparılmasından əvvəl.
Başlanğıca
Enerji daxil olmasının defsetinin
yaradılması
Piylənmənin müalicəsinin əsasını səmərəli hipokalorili
qidalanma təşkil edir.
Dietaya əməl etmək məsləhəti bir qayda
olaraq müvəffəqiyyət gətirmir, belə ki, xəstələr
tərəfindən bu qısa müddətli hal kimi qəbul olunur.
Əgər xəstələri öz qida vərdişlərini kəskin dəyişməyə
məcbur etsək, onlar belə məsləhətlərə pis əməl edəcəklər,
narazılıq və narahatçılıq hiss edəcəklər və son
nəticədə yenidən çəkilərini artıracaqlar. Müvəqqəti
olaraq müəyyən ərzaqların istifadəsinin məhdudlaşdırılması
yox, qida xüsusiyyətlərinin və qida vərdişlərinin
tədricən uzun müddətli dəyişdirilməsi məsləhət görülür.
Enerjinin daxil olmasının azalmasına aşağıdaki hallarda
nail olmaq olar:

-Sutkalıq rasionun kaloriliyinin azaldılması
-Yağların işlədilməsinin azaldılması
-Alkaqolun istifadəsinin azaldılması
Sutkalıq rasionun kaloriliyi fərdi olaraq bədən
çəkisini, yaşı, cinsi, fiziki aktivliyin dərəcəsini
nəzərə alaraq hesablanır.
Məsləhət görülür:
-Sutkalıq rasionun kaloriliyinin 20% azaldılması
(orta hesabla 500-1000 kkal), lakin sutkalıq kalori
1200 kkal-dən az olmamaq şərti ilə.
-Yağların istifadəsini 30% azaltmaq. -Sutka ərzində
müntəzəm qida qəbulu: 3 əsas və 2 əlavə.
-Qidanın əsas komponetləri daxil olan balanslaşdırılmış
qidalanma: zülallar 15 %, yağlar 30%-dən az , karbohidratlar
55-60%-sutkalıq kalorinin bölüşdürülməsi belə olmalıdır.
Yağlar rasionun ən kalorili tərkib hissədir: 1qr
yağda 9 kkal vardır.Tədqiqatlar göstərib ki, bədən
çəkisi ilə istifadə olanan yağlar arasında bir başa
əlaqə vardır.Ona görə də qidada yağların məhdudlaşdırılması,
orqanizmə kalorinin daxil olmasını azaldır və beləliklə
çəkinin aşağı düşməsinə gətirib çıxarır.Qidanın
əsasını çətin mənimsənilən karbohidratlar təşkil
etməlidir-kəpəkli undan hazırlanmış çörək, yarmalar,
makaron məmulatları, tərəvəzlər, meyvələr.
Xəstənin qidalanmasının analizindən başlamaq lazımdır
və ona məsləhət görmək lazımdır ki, bir həftə ərzində
o bütün yediyi ərzaqları və qəbul etdiyi mayeləri
qidalanma gündəliyinə yazsın. Qidalanma gündəliyi
pasiyentə və həkimə kömək edir:
-xəstənin qidalanma rasionunu analiz etməyə, real
yeyilmiş qidanın miqdarı, qidalanmanın sayları və
artıq qida qəbulunu əmələ gətirən situassiyaları
öyrənməyə. -Qidalanmaya şüurlu münasibətin formalaşmasına
-Çəkinin artmasına gətirib çıxaran qidalanma pozğunluqlarının
ayıd edilməsinə
-Lazım olan dəyişiklərin təyin edilməsinə
-Çəkini azaltmaq üçün qida rasionunun qəbul edilməsi,
gələcəkdə isə artıq yeməyə gətirib çıxaran situassiyalardan
qurtulmağa
-Fərdi qida rasionunun düzgün planlaşdırılması.
Qidalanma başlanğıc sutkalıq rasionun kaloriliyinin
500-1000kkal defsiti ilə seçilir ki, bu da bədən
çəkisinin həftədə 0,5 kq azalmasına nail olmaq üçündür.
Əgər sizin xəstəniz səmərəli qidalanma qaydaları
ilə tanışdırsa, onda onun öyrənməsi cəmisi bir neçə
gün tələb edər. Əgər bu onun üçün yeni sahədirsə,
onda müalicə həkimi və dietoloq pasiyentə öz qidalanmasını
planlaşdırmağı ona göstərməlidir. Yaxşı olar ki,
hər bir xəstə heç olmasa bir həftə müddətində qidalanma
gündəliyi doldursun.Qidalanma gündəliyi çox effektiv
qayda olub, həkimə və pasiyentə qidalanmaya nəzarət
və özü-özünə nəzarətini həyata keçirtməyə imkan
verir.
Qoy hər bir pasiyent özünün şəxsi sağlam qidalanma
stilini hazırlasın!
Başlanğıca
Fiziki aktivlik
Fiziki aktivlik çəki azaldılması proqramının vacib
hissəsi olub, hansı ki:
- Piylənməsi və artıq çəkisi olan şəxslərin çəkisinin
azaldılmasını yüngülləşdirir
-Abdominal-visseral piyin azalmasına səbəb olur
-Ürək-damar və tənəffüs sisteminin vəziyyətini,
fiziki fəaliyyətin göstərilməsini yaxşılaşdırır
- Əldə olunmuş nəticəni uzun müddət saxlamağa kömək
edir Fiziki aktivlik bədən şəkisinin azaldılmasında
və alınmış nəticənin uzun müddət saxlanılması üçün
vacib faktordur. Ona görə də bədən çəkisinin azaldılması,
alınmış nəticənin saxlanılması üçün, fiziki fəaliyyət
çəkinin azaldılması proqramının vacib tərkib hissəsidir.
Çəkinin azaldılması üçün daha çox effektli qaçış,
üzgüçülük, velosipet sürmə, aerobika məşğələləridir.
Xəstələri öz adət etdikləri həyat tərzini çox sürətlə
dəyişməyə məcbur etməyin. Öz pasiyentlərinizə daim
fiziki fəaliyyət haqqinda fikirləşməyi yox, sadəcə
daha fiziki aktiv olmağı məsləhət görün. Tədricən
və sadədən başlayın. Tələsmədən arıqlayın!

Ən sadə, mümkün və effektli fiziki fəaliyyət növü
piyada gəzməkdir. Həftədə 3-4 dəfə, gündə 10 dəqiqədən
başlamalı və yerişin müddətini gündə 30-40 dəqiqəyə
çatdırmaq lazımdır.Ən əsası-müntəzəmlikdir! Xəstələrə
bu məsləhətləri yerinə yetirməyi tövsiyyə edin,
və onlar tezliklə özlərində gümrahlıq hiss edəcəklər.
Çəki azaldıqca, hətta az miqdarda belə hərəkət daha
asan və ləzzətli olur. Tədricən onların gündəlik
həyatına daha müxtəlif fiziki fəaliyyət növləri
əlavə edin. Bu tək başına və ya qruppa ilə bədən
tərbiyəsi və idmanla məşğuliyyət və ya axşam saatlarında
dostlarla, bütün ailə ilə, uşaqlarla gəzintilıər
ola bilər. 
Ən vacibi odur ki, hər bir pasiyent özünün xoşladığı
fiziki fəaliyyət növünü tapsın.
Başlanğıca
Dərman müalıcəsi
Hal-hazıra kimi, piylənmənin dərmanla müalicə metodları
məhduddur.Həyat tərzinin dəyişməsinə əsaslanan terapiya-
əsasən pasiyentin istifadə etdiyi kalorinin azalmasına
və fiziki aktivliyin yuksəlməsinə istiqamətlənmiş
müalicə çox vaxt həkim məsləhətlərinin pis yerinə
yetirilməsi ilə müşahidə olunur. Çox hallarda bədən
çəkisi aşağı düşdükdən sonra, o yenidən artır.Dərman
terapiyasının tətbiqi qidalanmaya aid məsləhətlərin
yerinə yetirilməsini asanlaşdırır və bədən çəkisinin
daha intensiv və sürətlə azalmasına səbəb olur.
Həmçinin alınmış bədən çəkisini saxlamağa kömək
edir və residivin inkişafının qarşısını alır. Təsir
mexanizminə görə piyləmənin müalicəsində istifadə
olunan preparatlar 3 qrupa bölünür: 1. Qida istifadəsini
azaldan—entermin, mazindol(Teronak),fenfluramin
(Minifaj) deksfenfluramin (İzolipan) sibutramin
(Meridia) fljuoksetin (Prozak) fenilpropanolamin
(Trimeks)
2. Enerji sərfini artıran—termogen simpatomimetiklər
efedrin/kofein, sibutramin
3.Qida maddələrinin sorulmasını azaldan—Ksenikal
Piylənmədə dərman müalicəsinin təyininə -BÇİ>30kq/m2
olduqda, - BÇİ>27kq/m2 abdominal piylənmə, 2-ci
tip ŞD, ürək-damar xəstəliklərinə meyilliliklə,
risk faktorları və ya yanaşı xəstəliklərlə (dislipidemiya,
hiperinsulinemiya, 2-ci tip ŞD, arterial hipertenziya
və s ) ilə birləşdikdə göstərişdir. Preparatlarla
terapiya hipokalorili qidalanma və fiziki aktivliyin
artırılması ilə kompleks təyin olunur. Dərmanla
müalicə məsləhət görülmür:
-uşaqlara -hamiləlik və laktassiya dövründə.

Bu vaxta qədər dərman müalicəsində yeganə vasitə
mərkəzi sinir sisteminə təsir edən preparatlar olmuşdur.
Bu pereparatların əksəriyyəti mərkəzi sinir sisteminə
təsir edən pereparatlar olmuşdur. Bu pereparatların
əksəriyyəti əsasən ən çox serotoninergik sistemə
təsir edirlər- sinaptik sahədə serotoninin ifrazını
stimullaşdırırvə/və ya onun geri tutulmasını tormozlayırlar.
Serotoninergik sistemin stimullaşdırılması iştahanı
və qəbul olunan qidanın miqdarını azaldır.Sibutramin
kombinə olunmuş təsirə malik olaraq, yalnız serotoninergik
sistemı yox, noradrenergik sistemi də aktivləşdirir.
Ona görə də bu preparatın qəbulu iştahanin azalması
və enerji sərfinin artması ilə müşahidə olunur.
Preparatın kənar təsirləri-agizda quruluq, ürək
bulanma, ishal, əsəblik, baş gicəllənmə, yuxu pozğunluğu,
birincili ağ ciyər hipertenziyasi, ürəyin klapanlarının
zədələnməsi, arterial təziqin yüksəlməsi və urək
döyünmələrinin artması mümkündür. Mərkəzi sinir
sisteminə təsir edən preparatların qəbulu 3 aydan
artıq məsləhət görülmür.
Ksenikal(orlistat)-piylənməlin
müalicəsində yeni eradır.
Ksenikal-bədən çəksinin təhlükəsiz və effektiv azalmasına
və ona uzuz müddət nəzarətə yeni yanaşmadır. Ksenikal
piylənmənin müalicəsi üçün olan yeni sinif preparatlarından
birincisidir. Onun təsiri piylənmə faktorunda əsas
amil olan qida yaglarına yönəlmişdir. Ksenikal mədə
və pankreas lipazalarının güclü, spesifik və uzun
müddət təsir edən ingibitoru olub, qida yaglarının
parçalanmasına və sonraki sorulmasına mane olur.
Preparat mədə bağırsaq traktı hüdüdunda terapeftik
effekt göstərərək, sistem effekt təsiri göstərmir.
Ksenikalın təsir mexanizmi xəstələrin uzun müddət
müvəffəqiyətlə müalicəsinə kömək edir.

Ksenikal- yüksək təhlükəsizlikdir: yerli təsir,
mərkəzi sinir sisteminə təsirinin olmaması, sistem
təsirinin olmaması. Ksenikalın kənar təsirləri mədə
bağırsaq traktı tərəfindən olan simptomlarla məhdudlaşır,
mahiyyətcə preparatın təsir mexanizminin əlamətlərindən
ibarətdir: -düz bağırsaqdan yağlı ifrazat -yağlı
stul -defekassiyanın tezləşməsi -defekassiya hissinin
yaranması Adətən bu kənar təsirlər özünü zəif göstərir
və müalicənin başlanğıc etaplarında əmələ gəlir(birinci
2-3 həftədə). Xəstələrin əksəriyyətində belə pozğunluqların
yalnız bir neçə müşahidə olunur. Bu effektlər bilavasitə
pasiyentləirin istifadə etdikləri qidanın tərkibindəki
yağların miqdarı ilə əlaqədardir. Tərkibində çoxlu
miqdarda yağ olan qida ilə birlikdə ksenikalın qəbulu
(sutkalıq rasionun kaloriliyindən>30% ), mütləq
yuxarda sadalanan mədə bağırsaq traktının pozğunluqları
ilə müşahidə olunacaqdır. Pasiyentlə tərəfindən
qidalanmaya aid məsləhətlərə və sutkalıq qida rasionunun
kaloriliyində yağların miqdarının 30%-dən artıq
olmamasına əməletdə, preparatın qəbulu zamanı adətən
kəmar effektlər müşahidə olunmur. Ksenikalın sadələşdirilmış
dozalaşdırma rejimixəstələrin şüurluğunun artmasına
səbəb olur: pasiyentləri mümkün kənar təsirlərinyaranması
mümkünlüyünə hazırlamaq lazımdır. Xəstələr başa
düşməlidirlər ki, belə reaksiyalar ksenikal tərəfindən
yox, qəbul olunan qidanın terkibindəki yağlar tərəfindən
törənir. Bu xəstələri məcbur edəcəkdir ki, qidalanma
haqqındakı məsləhətlərə və yağların məhdudlaşmasına
əməl etsinlər. Ksenikal əsas qida qəbulları zamanı
(və ya yeməkdən 1 saat gec olmamaq şərti ilə) bir
kapsul (120 mq) təyin olunur. Əgər qida qəbulu buraxılıbsa
və ya qəbul olunan qidanın tərkibində yağ yoxdursa,
ksenikalın da qəbulunu buraxmaq olar. Bununla bərabər
xəstələr bir çox ərzaqların (ət, süd, və s.) tərkibində
gizli yağların olması haqqında məlumatlandırılmalıdırlar.
Preparatın sutkada 120 mq 3 dəfədən artıq dazası
əlavə effekt vermir. Qoca və yaşlı xəstələrdə dozanın
korreksiyası tələb olunmur. Məsləhət görülən terapevtik
dozada preparatın qəbulu zamanı təxminən qida ilə
qəbul olunan yağların sorulmasının miqdarı 33% azalır
ki, bu da bədən çəkisinin əhəmiyyətli azalmasına
gətirib çıxarır və lipid, karbohidrat mübadiləsinin
göstəricilərini yaxşılaşdırır. Bununla bərabər preparat
sağlamlığın yaxşı vəziyyətini saxlamaq üçün lazım
olan yağların miqdarını və digər qida maddələrinin
sorulmasına mane olmur. Ksenikalın uzun müddət qəbulunun
effektliyivi sübüt olunmuşdur. Preparat bədən çəkisinə
ömürlük nəzarət proqramının bir hissəsi ola bilər.
Ksenikal yalnız malabsorbsiya xroniki sindromlu
xəstələrə və ksenikala, onun komponentlərinə yüksək
həssaslığı olanlar üçün əks göstərişdir. Ksenikal
nəinki bədən çəkisini azaldır, həmdə piylənmə ilə
yanaşı gedən risk faktorlarınida azaldır. O, piylənmə
xəstəliyi və artıq çəkisi olanlarda uzun müddət
tədbiq etdikdə effektlidir. Ksenakalla müalicə risk
faktorlarının (LPAS xolesterinin səvviyəsinin azlması,
LPYS xolesterinin artması, qlükoza mübadiləsinin
göstəricilərinin yaxşılaşması və hiperinsulinemiyanın
azlaması ilə müşahidə olunur) profilini yaxşılaşdırır.Tədqiqatlar
göstərir ki , bu dəyişikliklər müalicənin başlanmasının
artıq 1-ci 2 həftəsindən əmələ gəlib, preparatla
bütün müalicə dövründə saxlanılır. Ksenikalla müalicənin
nəticələri:
-Bu preparatı qəbul edib diyeta gözləyənlərlə, yalnız
diyeta gözləyənləri müqaisə edən klinik tədqiqatlar
nəticəsində aydın olmuşdur ki, ksenikal qəbul edən
xəstələr: -Diyetoterapiya gözləyənlərə nisbətən
əhəmliyyətli dərəcədə intensiv arıqlayıblar. -Bədən
çəkilərini daha tez endiriblər. –Bədən çəkilərini
əsasən piy toxuması hesabına azldıblar - Bədən çəkilərinin
alınmış nətıcələrini uzun müddət saxlayıblar. Ksenikalın
qəbulu zamanı həmçinin müşahidə olunmuşdur:
• Ümümi xolesterinin səviyyəsinin əhəmiyyiətli enməsi
• LPAS xolesterinin səviyyəsinin aşağı enməsi
• LPYS xolesterinin səviyyəsinin artması
• LPAS/ LPYS nisbətinin yaxşılasması
• Artmış arterial təziqin enməsi
• Insulin səviyəsinin aşağı düşməsi və ya normallaşması
• 2-ci tip şəkərli diabetli xəstələrdə karbohidrat
mübadiləsinin yaxşılasması
• 2-ci tip şəkərli diabetin inkişaf riskinin azalması,
pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması
Başlanğıca
Piylənmənin müalicəsinin yeni perspektivləri
Insanın çəkisi fiziki hərəkətlərdən
və diyetadan çox asılıdır, lakin onlardan başqa
da çəkiyə tə'sir edən diqər faktorlar var. Əgər
sizin çəkiniz normaldırsa, bu fiziki hərəkət və
diyetadan əlavə lipid gendən də sıx asılıdır. Əksər
diyetoloqlar öz fəaliyyətlərində əsasən iki ən vacib
amili - diyeta və fiziki hərəkətləri ön plana çəkirlər,
lakin çox güman ki, bizim möcüzəli orqanizmimiz
yalnız bunlarla kifayətlənmir.
.jpg)
Nə üçün?
Yəginki bir çoxlarımız iki insanın təxminən eyni
miqdarda və eyni tərkibdə qidalandiğını, lakin bu
qidalanmanın onlara müxtəlif cür tə'sir etdiyinin
müşahidə etmisiniz: onlardan birinin çəkisi artır,
digəri isə əvvəlki bədən quruluşunu saxlayır. Bir
qayda olaraq bunu orqanizmlərdə metabolizmin müxtəlif
və bədən quruluşunun fərqli olması ilə izah edirlər.
Lakin bu vaxta qədər nə üçün insanların getdikcə
çəkilərinin artması izah oluna bilinmir. Hal-hazırda
çoxlu sayda elmi işçilər bu və ya digər maddənin
mənimsənilməsi ilə əlaqədar olan bütün proseslərə
insan genomunun tə'sirini öyrənir və bunun piylənmə
ilə əlaqəsini axtarırlar. Hal-hazırda bu məsələnin
yalnız tibbi nöqteyi nəzərdən yox, iqtisadi cəhətdən
də çox böyük əhəmiyyəti vardır, beləki hər il dünyada
piylənməni izah edən, onunla mübarizə yollarını
göstərən yüz minlərlə kitab çap olunur və çoxlu
sayda dərman preparatları məsləhət görülür. Əgər
yağların mənimsənilməsini hansı genin idarə etdiyi
tapılarsa, bu vaxt bu qədər ədəbiyyata və dərman
preparatlarına ehtiyac olmaz. Genomun tədqiq olunması
və çeşidlənməsi çoxlu sayda problemin həll olunmasına
və bir çox fırıldaqlara və şarlatanlığa son qoyar.
1994-cü ildə leptin kəşf olunduqdan sonra aparılan
tədqiqatlar nəticəsində tə'yin olundu ki, piylənməni
bu vaxta qədər məlum olmayan hormon idarə edir və
bu hormona leptinom adı verildi (yunancadan tərcümədə
leptos-nazik).

Leptinin kəşfindən sonra biologiyada əsl çevriliş
baş verdi. Təcrübələrdə siçanlar günbəgün deyil,
saatba- saat ariqlamağa başladılar və iki həftəyə
çəkilərini 30% azaltdılar. Siçanlar üzərində təcrübədən
sonra insanlar üzərində təcrübələr başlandı və bir
çox ölkələrdə müvəfəqiyyətlə piylənməni qısa müddətdə
müalicə etməyə başladılar.
Beləliklə leptin piylənmənin əsas səbəbkarıdırmı?
Bu heç də belə deyil! Çünki artıq çəkiyə malik insanların
çox kiçik bir faizində leptin geninin zədələnməsi
aşkar olunur. Ən maraqlısı odur ki, klinik tədqiqarlar
nəticəsində aşkar olundu ki, leptinin necə hazırlanması
və ötürülməsindən insan orqanizmi asılıdır.
Prossesin mahiyyətinə vardıqda belə mə'lum olur
ki, leptin beyinə daxil olduqda o bir neçə istiqamətdə
istifadə olunur. Misal üçün, onun bir hissəsi iştahanın
stimulasiyasına sərf olunur və leptin istifadə olunduqça
orqanizm tərəfindən POÇM adlanan zülal hasil olunur
ki, buda PÇ1 fermenti ilə iki peptidə parçalanır.
MHS adlanan peptid MÇ4 reseptoru ilə qarşılıqlı
tə'sirə girir. Bundan sonra reseptor sizin iştahınızı
azaltmağa başlayır. Faktiki olaraq qidanın qəbuluna
beyin nəzarət edir və o çavabdehdir. Beləliklə əgər
reseptor normal fəaliyyət göstərmiyəcəksə çətin
ki, genin dəyişilməsi və müalicəsindən başqa sizin
orqanizminizə nəsə başqa bir şey kömək etsin. Genin
dəyişilməsi və müalicəsi isə hal-hazırda demək olar
ki, tapılmamışdır və çox çətindir. Ümıüd etmək olar
ki, yaxin zamanlarda piylənmə problemi bioloji status
səviyyəsinə keçəcək və müvəfəqiyyətlə həll olunacaqdır.
Lakin nəzərə almaq lazımdır ki, düzgün həyat tərzi,
düzgün qidalanma insan sağlamlığında həyat tərzi
ilə əlaqədar xəstəliklərin qarşısının alınmasında
həll edici faktordur.
Başlanğıca
Piylənmə ilə olan
xəstələrin monitorinqi
Ksenikalla müalicənin birinci aylarında xəstə ilə
müntəzəm kontaktda olmaq xüsusi ilə vacibdir. Pasiyentlərdən
xahiş edin ki, hər ay heç olmasa bir neçə gün üçün
qidalanma gündəliyi tərtib etsinlər. Bu müaliçə
həkiminə və pasiyentə qida vərdişlərinə nəzarət
etməyə, fiziki aktivliyi, bədən çəkisi göstəricilərini,
bel dairəsi/bud dairəsi, bel dairəsi, arterial təzyiqin
səviyyəsini, karbohidrat və lipid mübadiləsinin
göstəricilərini, yanaşı gedən xəstəliklərdə tətbiq
olunan dərmanların sutkalıq dozasını fiksə etməklə
müaliçənin effektliyinin obyektiv qiymətləndirilməsinə
imkan verir.

Piylənmənin müaliçəsində bədən çəkisinin aşağı düşməsi
prosesində ən çətin yerinə yetirilən, alınmış nətiçənin
saxlanılmasıdır.
Bədən çəkisinin aşağı düşməsi proqramında alınmış
nətiçənin uzun müddət saxlanılmasının əsasını həkim
və pasiyentin daimi kontaktı təşkil edir.
Bədən çəkisinin sxlanılması proqramı bədən çəkisinin
aşağı salınması proqramından 6 ay sonra başlanır.
Klinik tədqiqatlr göstərir ki, bədən çəkisinin artmasının
qarşısını almaq üçün ən vacib fktor- müalicə həkiminin
daimi müşahidəsidir. Arıqladıqdan sonra bir çox
pasiyentlər yenidən çəkilərini artırırlar. Onlar
özlərini uğursuz insan hesab edirlər, həkimə müraciət
etməyə utanırlar və çəkilərini endirmə cəhdlərini
dayandırırlar. Əgər bu dövrdə həkim pasiyenti qəbula
dəvət etsə, çəkiyə nəzarət proqrmını yenidən başlamaq
olar və bədən çəkisinin təkrar artmasının qarşısını
almaq olar.

Pasiyentlərə öz çəkisini uzun müddət nəzarətdə saxlamağa
kömək edən sadə məsləhətlər:
Ərzaq seçimini düşünərək etməli, yəni, yağların
istifadəsini məhdudlaşdırmaqla sellülozalı ərzaqları
məhdudiyyətsız istifadə etməklə, balanslaşdırılmış
qidalanma prinsiplərinə əməl etmək.
Bədən çəkisinin artmasına şərait yaradan vəziyyətlərin
qarşısını almaq və öhdəsindən gəlmək.
Aktiv həyat tərzi keçirmək. Arıqladıqdan sonra fiziki
fəaliyyətsiz bədən çəkisini stabil saxlamaq mümkün
deyildir.
Əksər pasiyentlərdə motivassiyanı saxlamaq və piylənmənin
müalicə proqramını yerinə yetirmək üçün daim psixolojı
kömək lazımdır. Pasiyentlərə, əgər onların çəkisində
bir qədər artım olduqda imkan verməyin ki, onlar
həvəsdən düşsunlər və müalicə proqramını yarımçıq
kəssinlər. Onları inandırın ki, çəkinin azacıq artımı
tamammilə normal haldır. Pasiyentlərə bu faktdan
istifadə edərək, müalicəni yarımçıq kəsməyə icazə
verməyin.
Xəstədə müvəffəqiyətə inamı möhkəmlədin!
Başlanğıca
Xüsusi terapevtik qruplar
Siqaret çəkənlər
Siqaret çəkmə ürək-ağ ciyər xəstəliklərinin ən əsas
risk faktorlarından biridir. Bu xüsusi ilə artıq
çəkisi və piylənməsi olan xəstələrə aiddir. Siqaret
çəkmədən imtina əksər hallarda bədən çəkisinin artması
ilə müşahidə olunur. Ona görə də bu zərərli adəti
tərgitməyə çox vaxt kökəlmə qorxusu mane olur.

Pasiyentlərə siqaret çəkmənin tərgitməyin vacibliyini
izah etmək və labüd bədən çəkisinin qarşısını almaq
üçün ona qidalanma (sutkalıq rasionunun kaloriliyinin
mötədil azaldılması), fiziki aktivliyi artırmaq,
həyat tərzinin dəyişmək haqqında məsləhətlər verməklə
kömək etmək lazımdır.
Başlanğıca
Yaşlı insanlar
Yaşlı insanlarda piylənmənin müalicəsinə qərarı
bunun potensial üstünlüklərini qiymətləndirməklə
vermək lazımdır; bədən çəkisinin azalması pasiyentin
gündəlik tərzinə və ürək damar xəstəlikləri riskinin
azalmasına, həyat müddətinin artmasına əsaslanmalıdır.
Sümük sisteminin vəziyyətinə və qidalanma göstəricılərinə
çox diqqətli nəzarət lazımdır.
Yaşlı insanlarda bədən çəkisinin azalmasına yönəlmiş
tədbirlərin aparılması, sümük əzələ və ürək-damar
sisteminin vəziyyətinə daim müşahidə və nəzarət
tələb edir, belə ki, qidanın məhdudlaşdırılması
orqanizmə zülalın, çox əhəmiyyətli vitaminlərin
və mineralların kifayət qədər daxil olmamasına gətirib
çıxara bilər ki, buna da yaşlı xəstələr çox həssasdırlar.
Bundan başqa simptomsuz gedən xəstəliyin əlaməti
olan özü-özünə arıqlama, səhv olaraq bədən çəkisinin
məqsədyönlü azaldılmasının uğurlu nəticəsi kimi
qiymətləndirmək olar. Arzuedilməz hallardan qurtulmaq
üçün mötədil balanslaşdırılmış hipokalorili qidalanma,
pasiyentin vəziyyətinə sistematik müşahidə olunmsı
lazımdır. Tədqiqatların nəticələri göstərir ki,
kişi və qadınlarda yaş özü-özlüyündə piylənmənin
müalicəsindən imtina etməyə səbəb deyildir.
Başlanğıca
Müalicənin effektlivliyinin qiymətləndirilməsi
Piylənmənin müalicəsinin effektliyinin qiymətləndirilməsinin
aşağıdakı kriteriyaları qəbul olunmuşdur:
Bədən çəkisinin aşağı salınması etapında:
• > 5 kq- müvəffəqiyyət var
• > 10 kq- əladır
• > 20 kq- müstəsna haldır
Bədən çəkisinin saxlanılması etapında:
• 2 il müşahidə müddətində < 3 kq bədən çəkisinin
artması
• bel dairəsinin dayanıqlı 4 sm. azalması
Yanaşı ağırlaşmalar olduqda:
• arterial təzyiq 140/90 mm. c. s.
• xolesterin < 5,2 mmol/l
• xolesterin LPYS> 1,0 mmol/l
• triqlisridlər < 2,3 mmol/l
• qlükoza acqarına < 5,6 mmol/l.
Başlanğıca
Rasional qidalanma
Rasional qidalanma tərkibində az miqdarda doymamış
yağlar və xolesterin, az miqdarda zülal, duz və
şəkərli məsullar, nişastalı qidalar və liflərlə
zəngin olmalıdır. Bu tip qidalanma sizə ürəyin işemik
xəstəliyindən, damar divarının zədələnməsindən,
ürək sancılarından, insultdan, nazik və yoğun bağırsaq
xəstəliklərindən və xərçəngin müxtəlif növlərindən
qorumuş olar.
AZ DOYMUŞ YAĞ VƏ XOLESTERİN
Yağlar qidada doymuş və doymasmış ola bilər. Doymuş
yağlar daha çox heyvani mənşəli olurlar. Ən çox
doymuş yağlarla zəngin qidaya ət, süd və süd məhsulları,
donuz piyi, kövrək undan hazırlanmış bişintilərin
tərkibindəki kərə yağı , həmçini kokos və palma
yağı aiddir.
Doymuş yağlar diğər məhsullara nisbətən qanda xolesterinin
miqdarını daha çox artırır. Xolesterin bitki mənşəli
məhsullarda demək olar ki, yoxdur, o yalnız heyvani
mənşəli ərzaqları tərkibində olur. Xolesterinlə
ən zəngin qidalar yumurta, süd, adi pendir və ət
məhsullarıdır.

Bitki mənşəli məhsulların əksəriyyəti ya yağlarla
kasaddır, ya da doymamış yağlarla zəngindirlər.
Doymamış yağlar həqiqətən də Sizin xolesterinizin
səviyyəsini azaldır. Doymamış yağlar polidoymamış
və ya monodoymamış olurlar. Bitki yağları, məsələn:
qarğıdalı, pambıq, soya, safor və günəbaxan yağı
poludoymamış yağlarla zəngindirlər. Monodoymamış
yağlardan başlıca olaraq zeytun yağı, yerfındığı
yağı, kanola və avokada yağını göstərmək olar.

DOYMUŞ YAĞLARIN VƏ XOLESTERİNİN QƏBUL MİQDARINI
NECƏ AZALTMAQ OLAR.
Süd məhsulları
•Tam keyfiyyətli süd əvəzinə az yağlı və ya yağsız
süd qəbul edin.
•Xama, qaymaq və mayonezin əvəzinə sadə yoqurt -
az yağlı qida qəbul edin.
•Xama əvəzinə püre konsistensiyası səviyyəsinə çatmış
yağsız və ya az yağlı limon şirəsi ilə kəsmik istifadə
edin.
•Adi pendir əvəzinə sadə və yağsız pendir və ya
yağsız, az yağlı püre kəsmik qəbul edin.
•Ən məhşur dondurmanın əvəzinə yağsız və ya az yağlı,
donmuş yoqurt, dondurma və ya şərbət qəbul edin.
YUMURTA
•Yumurta qəbulunu tezliyini azaldın. Belə ki, həftədə
3-4 dəfədən artıq olması məsləhət deyil. Yaxşı olardı
ki, yumurta əvəzedicilərdən istifadə edəsiniz.

•Kulinar reseptlərdə tam yumurtanı yumurta zülalı
(yumurta ağı) ilə əvəzləyin. Belə ki, iki yumurta
ağı bir tam yumurtaya uyğunğur.
YAĞ MƏHSULLARI
-Kərə yağını adi marqarinlə, kulinar donuz piyini
pasta şəkilli, duru, yüngül, dietik marqarinlə əvəz
edin. Bu, sizə doymamış yag qəbul etməyə imkan verər.

-Kərə yağı və marqarini doymamış yağlarla əvəz edin.
-Yemək hazırlayarkən bir xörək qaşığından çox olmayaraq
doymamış yağ istifadə edin.
-Yağdan çox istifadə etməyin, bu məqsədlə şirəli
göyərti zoğları, yağsız və ya pəhriz bulyonundan
istifadə edin.

-Yağ əsaslı adi salat souslarını sadə və yağsız
sousla əvəz edin. Salata limon suyu və ya adi duz
və istiot əlavə etməklə yeməyi daha da ləzzətli
etmək olar.
ƏT MƏHSULLARI
•Az ət yeməyə adət edin. Ət tikəsinin biri 3 unsiyadan
çox olmamalıdır - təqribən kart dəstəsi ölçüsündə.
•Yemək zamanı yağlı ət tikəsindən daha çox yavan
tikələrə üstünlük verin. Yavan ətlərə dana əti,
can əti langeti, donuz filesi, öküzün arxa ayaqlarının
əti və s. aiddir.
•Əti bişirərkən yağla istifadə növlərindən uzaq
olsanız yaxşı olar, məsələn: buğda, ocaqda və ya
yağsız qızartmadan istifadə edin.

QUŞ ƏTİ
•Toyuq və ya hinduşkanın döş ətindən istifadə edin.
Bu qidalarda yağ çox azdır.
•Quş dərisi yeməyin.
BALIQ
Balıq yeməyə üstünlük verin. Balığın tərkibindəki
yağ təbii olaraq aşağı kalorili doymamış yağlardır.
Balıq yağında omeqa-3 vardır ki, bu da doymamış
yağ turşularına aid olub, sizi ürək-damar xəstəliklərindən
qorumuş olur.
Balığı qızartmaq əvəzinə buğda və ya suda bişirin.
MÖTƏDİL MİQDARDA ZÜLAL
Zülallar heyvani və bitki mənşəli olur. Düzgün qidalanma
zamanı zülalı az kalori, az yağlı və az xolesterinli
qidalardan alınmalıdır. Ət məhsulları, yumurta,
süd və pendir zəngin zülallı qidalar sayılır. Bu
qidalar doymuş yağlar və xolesterinlə də zəngindirlər.
Əgər siz bu qidalara üstünlük verirsinizsə, yağsız
tikələrindən istsfadı etməyiniz daha yaxşıdır.
Zülal mənbəyi kimi toyuq əti (dərisiz), balıq və
balıq məhsullarından istifadə edin.
Yuxarıda adları çəkilən məhsullar doymuş yağlar
və xolesterinlə kasaddırlar.
Bunlardan başqa zülalı bitki mənşəli qidalardan,
məsələn: paxladan (paxla, noxud, mərcimək), yarma
və tərəvəzdən iasifadə edərək zülal balansını da
tənzimləmək olar. Bu məhsullardakı zülal yağ və
xolesterinlə kasaddır. Qoz və bitki tumları da doymamış
yağlar və zülalla zəngindir.
BİTKİ LİFLƏRİ VƏ NİŞASTA İLƏ ZƏNGİN QİDALARLA
QİDALANMA
Nişasta karbohidratların iki əsas tiplərindən biridir
(digər əsas tip şəkərdir). Karbohidratlar - qanda
şəkərə çevrilən ən mühüm qida məhsuludur.
Nişastalı qida məhsullarına çörək, un məhsulları,
düyü, digər dənəli bitkilər, lobya və noxud aiddir.
Nişastalı məhsulların əksəriyyətində yağ və xolesterin
çox az miqdarda olur.
QİDA LİFLƏRİ
Qida lifləri bitki sellülozası olub, orqanizm tərəfindən
həzm olunmamaqlarına baxmayaraq, karbohidratlara
aiddirlər. Bunlar meyvələrin, tərəvəzlərin, paxlalı
bitkilərin (lobyanın müxtəlif növləri, noxud, mərci
) və ya yarmalarin tərkibində olurlar. Bütün bunlar
az kalorili olub, az miqdarda yağlara malik olub,
tərkibində xolesterin olmur.
AZ MİQDARDAM DUZ QƏBUL ETMƏ
Əksər qidalarda duz natrium şəklində təsadüf edilir.
Tərkibində çox duz olan məhsullara konservlər, duzlanmış
qaxac ət, kolbasa və hisə verilmiş məhsullar (döş
əti, hisə verilmiş kolbasa, sosislər və s.), marinad,
pendir, salat sousları, xardal, ketçup, soya sousu,
səhər yeməyi üçün lopa, tez hazırlanan şorbalar,
hazır dondurulmuş şorbalar, duzlu qəlyanaltılar
(çipsi, duzlu krendel) aiddir.

DUZ QƏBULUNU NECƏ AZALTMALI
-Şorbaların az duzlu və duzsuz növlərinə üstünlük
verin.
-Duzlu konservant məhsullardan (tərəvəz, paxlalılar,
balıq, molyuska və ət məhsulları)
natrumu kənarlaşdırmaq üçün 1 dəqiqə müddətində
soyuq su ilə yaxalayın.
-Qaxac edilmiş ət əvəzinə digər kolbasa məhsullarına
üstünlük verin.
-Şorbanıza limon ŞİRƏSİ, aromatlaşdırılmış sirkə,
istiot, sarımsaq, soğan, duzsuz souslar və ya digər
otlar əlavə edin.
ŞƏKƏRİN MÖTƏDİL İSTİFADƏSİ
Şəkər-iki əsas karbohidrat tiplərindən biridir (digər
əsas tip - nişasta məhsulu, bax yuxarı). Karbohidrat
- əsas qida məhsulu olub, sizin qanınızdakı qlukozanın
miqdarını tənzimləyir. Təcrübələr göstərir ki, qanda
qlükozanın səviyyəsini qaldıran şəkərdən nişastanın
heç bir fərqi yoxdur. Buna görə də az miqdarda şəkər
sizin düzgün qidalanma sxemində iştirak edə bilər.
Şəkərə bal, patka (tam şəkərlətməmiş nişastadan
ibarət qəliz maddə), siroplar (məsələn: qarğıdalı
və ağcaqayın), rafinə olunmuş şəkər (stolüstü şəkər,
şəkər qamışı, şəkər tozu) və təbii şəkər (süd laktozası
və meyvə fruktozası) aiddir.
Təbii şəkər olan qida məhsullarının tərkibində vitaminlər,
mineral məhsullar, bitki lifləri və zülallar da
mövcuddur. Bəzi qidalara bir qədər şəkər əlavə edilmişdir
ki, bunları da tanıyın: səhər yeməyi üşün lopa,
çörək və çörək məhsulları, salatlar üçün souslar
və s. Bəzi yüksək kalorili və yağlı qidalara isə
hazır şəkər qatılır: şokolad, dondurma və s.
Fruktoza digər şəkərlərə nisbətən qanda qlükozanın
səviyyəsini daha az qaldırır. Çox miqdarda fruktoza
sizdə xolseterinin səviyyəsini yüksəldə bilər. Bu
səbəbdən də fruktozanı digər şəkərlərlə əvəz etməyə
lüzum yoxdur.

Digər şəkərlərlə nisbətdə meyvə şirələri və ya onların
konsentrantlarını qəbul etmək də eyni effekti yaradır.
Bu məhsullarının da kaloriliyi eynidir və qanda
şəkəri digər şəkərlərlə eyni miqdarda qaldırır.
Ümumiyyətlə şəkər istifadəsindən ya imtina etmək,
ya da minimuma endirmək lazımdır.
Başlanğıca
Çəki azaltmanın sirləri
Ancaq
qeyri adi dietalarla deyil, praktik ideal çəki vermənin
əsas qaydaları.
Bahar mövsümünün gəlməsiylə birlikdə hər kəsi "arıqlama"
təlaşı maraqlandırır.
Hərəkətsizlik, stress, fast-food və tez-tez və
nə oldu yemə vərdişi, yuxusuzluq ya da çox çox yatma,
yağlı yeməklər... və təəssüf ki, qaçınılmaz bir
gerçək- köklük.
Bütün dünyada getdikcə sayını yüksəldən piylənmə
artıq bir xəstəlik mövqeyindədir. Hər beş adamdan
birində mütləq görülən bu vəziyyət, sağlamlığı bir
xeyli təhdid edir. Fiziki fəaliyyətdə azalma, qidalanma
vərdişləri, yaş, cinsiyyət (qadın), irqi faktorlar,
təhsil səviyyəsi, evlilik, doğum sayı, siqareti
buraxmadan sonar qeyri düzgün qidalanma və spirtli
içgi risk faktorları arasındadır.
Balanssız ya da çox qidalanma ürək, təzyiq, damar
daralması, xolesterinin artması və şəkər kimi bir
çox xəstəliyə gətirib çıxarır.
Qışda alınan çəkilar, yaz mövsümünün yaxınlaşmasıyla
birlikdə bir anda verilmək istənir və çarə şok dietalarda
axtarılır. "1 həftədə 5 kq. çəki vermək"
kimi bir möcüzə olaraq görülən qısa davamlı dietalər,
sağlamlıq baxımından ciddi problemləri də özü ilə
gətirir. Həzm və sinir sistemi pozğunluqları, qan
azlığı, yorğunluq, halsızlıq, baş gicəllənmələri,
ürək bulanma və qusma bunlardan yalnız bir neçəsidir.
Şüursuz qidalanma, qeyri-kafi qida elementləri maddələr
mübadiləsini bir anda çökdürür. Çəki itkinləri yağ
yerinə su və əzələdən olur. Maddələr mübadiləsinin
yavaşlaması, verilən çəkiların və hətta daha çoxunun
müəyyən bir müddət sonra sürətlə alınmasına səbəb
olur.
MÜTƏXƏSSİSLƏRDƏN TÖVSİYƏLƏR....
Arıqlamak istəyən bir adam əvvəlcə beynini bu şərtə
hazırlamalı, bir mütəxəssisə müraciət etməli və
hədəf təyin etməlidir. Az, tez-tez və faydalı qidaları
yeməlidir. Uzun müddətli dietalər tətbiqlidir. Çəki
almanın təməlində duran tez-tez nə oldu yemə vərdişi
və hərəkətsizlik kimi vərdişlərindən imtina etməlidir.
Gündəlik alınan kalori miqdarından 500-1000 kalorilik
qisiminin az alınması həftədə orta hesabla 1kq.
çəki verilməsini təmin edər və doğru olan da bu
ölçüdür. İstənilən Çəkiya çatdıqdan sonra mütləq
qoruma proqramına keçilməlidir.
"İDEAL KİLO VERMƏ"NİN SİRLƏRİ...
Yaş, çəki, boy, fiziki fəaliyyət səviyyəsni və
bədən analizinizə görə uyğun bir qidalanma proqramı
tərtib edin.
Aclıq hiss etdiyinizdə biskvit, keks, bişintilər
və s. qidaların yerinə əvvəl bir stəkan su içmək
və meyvə, kəpəkli suxarı, qatıq, ağ pendir, quru
ərik, 3-4 ədəd qoz kimi yüngül və həzmi asan yeməklər
yeyin.
3 ara pay və 3 əsas pay yeməyi vərdiş əldə edin
və əsla aç qalmayın.
Gündə orta hesabla 45 dəqiqə gediş edin.
Gündə 8-10 stəkan su üçün.
Qan şəkərini sürətlə yüksəldib salmayan, toxluq
hissi verən, kəpəkli və lifli yeməkləri seçin. Üç
ağı (şəkər-un-duz) siyahınızdan çıxardın.
Qızartmağı süfrənizdən uzaqlaşdırın, onun yerinə
qrill, qaynatma və buğlama növünə yer verin.

Yuxu nizamınızı tarazayın. Çox yuxu qədər yuxusuzluq
da çəki aldırar, çünki az yuxu sinir sisteminin
tarazlığını pozar, stress yaradar və bu da paralel
olaraq tez-tez nə oldu yemə meyllərini artırar.
Mürəbbəni öz şəkəriylə edin.
Spirt qəbulunu azaldın.
Siqaret, qəhvə və kafeinli içkilər qan şəkərini
salaraq şəkərli qidalara hücum etməyə səbəb olduğu
üçün bunlardan uzaq durun.
Hazır qidaları və turşməzə içkiləri həyatınızdan
çıxarın.
Arıqlama dərmanlarından qaçın. Çünki bitki mənşəli
arıqlama dərmanları bədəndə B1 vitamini (thiamin)
əskikliyinə gətirib çıxarır, karbonhidrat maddələr
mübadiləsisinə təsir edir, göz almasının dəyişikliylnə,
yerimənin pozulmasına və əsəbilik kimi sinir sistemi
pozuqluqları yaradar.
Çəkinizə nəzarəti vərdiş halına gətirin və əgər
mümkünsə yediklərinizi qeyd edin.
Qırmızı ət yeməyı ən aza endirin, onun yerinə eyni
miqdarda toyuq və balıq yeyin.
Yeməkləri çox çeynəyin, boşqabları azaldın, süfrədən
həddindən çox tox olaraq qalxmayın.
Meyvə və şirin yeməkdən yarım saat sonra yeməyi
başlayın.
Süfrənizdə "Omeqa 3" və "Omeqa 6"a
yer verin. Omeqa 3; qoz, fındıq, soya paxlası, kələm,
ispanaq, brokoli, kahı, raps bitkisi, soyuq su balıqları,
balıq yağı və Omeqa 6 günəbaxan, soya və taxıl məhsullarında
olur.
- Əgər qəbizlik problemi ilə qarşı qarşıyaysanızsa
bol tərəvəz və salat yeyin, idman edin və bol su
üçün.
Çörək qabını süfrənizdə saxlamayın və əsla televiziya
qarşısında yemək yeməyin.
Qatı yağ yerinə maye yağ istifadə edin və ət yeməklərinə
yağ qatmayın.
Mütləq bir endokrinoloq mütəxəssizə müraciət edin.
Çünki hormon pozğunluğu da sürətli çəki artımına
və səy göstərilsə də çəki azalda bilməmə kimi problemlər
yaradır.
Ona görə aşağıdakı hormon dəyərlərinə nəzarət etdirin.
http://www.az.synlab.de/3108.html)
Tiroit hormonu: Tiroit vəzi T4 və T3 adlı iki tip
hormon ifraz edər. Tiroit hormonu azlığı maddələr
mübadiləsini yavaşladaraq daha çox çəki azalmasına
problemlər yaradır. http://www.az.synlab.de/3088.html)
İnsilin hormonu: Bu hormon qanda çox yüksəksə qan
şəkəri düşər. Bu da şəkərli qidaları daha çox yeməyə
səbəb olar.
Qrelin hormonu: Mədədən ifraz olunan bu hormon,
çəki azalmağa başladıqca qanda artmağa başlar və
adamı yemək yeməyə yönəldir.
Oreksin: Beyindən ifraz olunan bu hormon da arıqladıqca
yemək yeməyi artırar.
Leptin: Yağ toxumasından ifraz olunan bu hormondakı
dəyişikliklər də Çəki azaltmağa mane olur. Yağ itirdikcə
və ya çəki verdikcə qandakı leptin hormonu aşaği
enir. Aşağı leptin səviyyələri beyni xəbərdar edərək
yemək yeməyi artırar.
Başlanğıca
ÇƏKİNİ AZALDAN ASAN DİYETA
OYANINCA
1 stəkan otaq istiliyində su için
SƏHƏR YEMƏYİ
1 boşqab mövsüm meyvəsi, şəkərsiz limonlu çay, 1
incə dilim kəpəkli çörək, 1 kibrit qutusu qədər
yağsız ağ pendir, 4 ədəd yaşıl ya da qara zeytun,
1 boşqab pomidor, xiyar və bibər (qışda isə 1 boşqab
kələm, yerkokü çuğundur qatışığı)
ARADA
1 boşqab mövsüm meyvəsi, 2 qıça suxarı, şəkərsiz
bitki çayı
GÜNORTA
2 ədəd küftə böyüklüyündə 60 qram toyuq və ya ağ
pendirli 1 boşqab salat (1 çay qaşığı zeytun yağı
ilə), 2 incə dilim kəpəkli çörək, 1 stəkan qatıq
ARADA
1 boşqab mövsüm meyvəsi, yumru külçənin dörddəbiri,
1 kibrit qutusu qədər yağsız ağ pendir, şəkərsiz
limonlu çay
AXŞAM
1 çay qaşığı zeytun yağı ilə hazırlanmış 4 yemək
qaşığı tərəvəz və ya istədiyiniz qədər tərəvəz salatı
(1 çay qaşığı zeytun yağı ilə hazırlanmış), 1,5
stəkan kəpəkli makaron ya da bişmiş qarabaşaq və
ya 12 yemək qaşığı quru paxlanın bişmışi, 1 stəkan
qatıq
GECƏ
1 boşqab mövsüm meyvəsi
YATARKƏN
1 stəkan otaq istiliyində su için
Bu1500 kalorilik dieta olub buna əməl etməklə artiq
çəkidən qurtulmaq mumkundur və, normal çəki alındıqdan
sonra, onu saxlamaq üçün daim 1800-2000 kalori arasında
qidalanmaq lazımdir.
Başlanğıca
Çəki azaltmanin bəzi qaydaları
Çəki azaltmaq bir çox adam üçün çətindir. Çox vaxt
günlərlə aç qalmanın çəki azaltmaya köməkçi olduğu
düşünülsə də, tərəzinin üzərinə çıxıb dəyişiklik
görə bilməmək olduqca əsəb pozucudur.
Əgər siz də çəki azaltmaq üçün bir çox yolu sınadınızsa
və hələ çox çəkilərinizla yaşamağa məhkumsunuzsa,
problem yalnız inad edən yağlayarın deyil, həyat
tərziniz, fərqində olmadığınız xəstəlikləriniz də
ola bilər. Çəki azaltmaq üçün nə edilməsi lazım
olduğunu təmin edən bəzi qaydalar:

1.İnsülin həssaslığını bərpa etmək
Normal yaşlanma insilin hüceyrələrin üzərindəki
hüceyrə pərdələrinin gəncliklərini və funksiyalarını
itirməsiylə meydana gələr. İnsilin müqavimətinin
müəyyən olunmasında istifadə edilən bir çox laborator
üsullar vardır. Hiperinsülemiya- qanda insilin səviyyəsinin
yüksəlməsidir. Bu da ürək və damar xəstəlikləri
riskini artırmaqdadır. Maqnezium, balıq yağı, xrom
və kimi məzmunu olan bəzi qidalar insilin həssaslığını
təmir etməkdədir.
Aşağı bəzi dərmanlarla insilinə həssaslığı gözlə
görülər bir şəkildə artırmaq mümkündür. İnsilin
həssaslığını artırmaq və bədən ağırlığını salmaq
istəyənlər üçün bu dərmanlayarın dozası fərdi olaraq
təyin olunur. İnsilin həssaslığını artıran ən əhəmiyyətli
yol aşağı kalorili qidalanma və hər gun minimal
fıziki fəalioyyətlə məşgul olmaqdır. Gündəlik kalori
məhdudlaşdırması 1500- 1800 kalori arasındadır
2. Gənc hormon səviyyəsinin təmin edilməsi
Son dövrdə abdominal piylənməsi olan kişilərin
sayı artmışdır. Bunun nəticəsində yaşlı kişilərdə
esterogen testesteronu üstələyir. Bu da bel bölgəsinin
daha da qalınlaşmasını təmin edir. Bel ətrafındakı
yağlardan xilas olmaq çətindir, amma qeyri-mümkün
deyil. Həm qadında, həm kişidə yaşlanma başladıqda
hormonal disbalans başlayır. Testesteron çoxluğu
yaşlı kişilərdə prostat xərçənginə səbəb olar. Xərçəngi
tamamilə bədəndən çıxarmaq ya da xərçəng hüceyrələrini
öldürmək, kişilik hormonlarının xərçəng hüceyrələrinə
kömək etməsinə mane törətmək ilə mümkün ola bilər.
Qadınların bir qisimi tiroit hormonlarının aşağı
dəyərlərinə sahibdirlər. Beləcə onların çəki artımı
bununla əlaqədardır. Tiroid hormonunun təyinihttp://www.az.synlab.de/3108.html)
-hormonal profil və onların orqanizmdə normal həddə
çatdırılması sağlam maddələr mübadiləsini təmin
edər və çəkini normallaşdırar. Tiroit hormonu əskikliyi
olan kəslərdə bədən quruluşunu qorumaq və yaxşılaşdırmaq
üçün tiroit dərmanlarının istifadə edilməsi nəzərdə
tutulmaqdadır. Həddindən artıq esterogen qadında
çəki alışına səbəb olar. Yaşlı qadınlarda hormon
dəyərlərinin düzəldilməsi üçün mütəxəssisləşmiş
ekspert ilə birlikdə hormonal balansı nizamlamaq
lazımdır. Az qala hər həkim doğru testesteron dozalarını
təyin etdiyi üçün kişilər daha şanslıdır.
3. Karbonhidrat amilinə nəzarət edilməsi
Bəzi işlər yüksək lifli diyetannın çəki itkisinə
səbəb olduğunu göstərməkdədir. Gənc yetkinlərdə,
ürək xəstəliklərinin inkişafını araşdıran tədqiqatlar,
yüksək lif alışının ürək xəstəlikləri riskini azaltdığı,
qarın piylənməsinin azalmazında və çəki itkisində
köməkçi olduğu ortaya çıxmışdır. Bütün liflər bərabər
yaradılmamışdır. Beta-glukanlar liflər yulaf və
arpanın terkibindədir. Xüsusilə karbonhidrat amilinnin
yavaşladılmasında təsirlidir. Qan şəkər səviyyəsinə,
doyma hissinə və müvəffəqiyyətli çəkiyə nəzarətə
kömək edən böyuk əhəmiyyəti olan bir amildir. Tədqiqatlar
göstərmişdir ki, qidalar alındıqdan dərhal sonra
qanda şəkər və insilin səviyyəsinin yüksəlməsində
qidaların içindəki beta-glukan liflər çox öəmlidir.
Çörünür liflərlə zəngin qidalar serumdaki yağ səviyyəsini
salır, beta glukanlar qanda şəkər mübadiləsisinin
yaxşılaşmasinda iştirak edir. Lifli qidalara bütün
tərəvəzlər, qarabaşaq, çovdar çörəyi, bir çox meyvələr,
yulaf, arpa aiddir.
4- Fiziki fəaliyyəti artırmaq
Bir çox insan məşq etmənin, bədəndə yığılmış piylərin
daha çox istifadə etdiyini düşünməkdədir. Gerçək
budur ki; məşq etmək daha yaxşı çəki idarəsinə aidiyyatı
olan hücresel səviyyədə faydalı dəyişikliklərə səbəb
olmaqdadır. Fiziki fəaliyyətdəki artım, bədəndəki
insilin həssaslığını və bəzi anti-diabetik dərmanların
təsirini təqlid edərək bədənə yağ idarəsini təmin
edir.

5. Beyindəki serotinin miqdarını artırmaq
Serotinin miqdarının əskikliyi, bədəndəki yağ miqdarının
artımına səbəb olar. Beyindəki serotinin miqdarının
əskikliyi çox yeməklə əlaqələndirilmişdir. Piylənməsi
olan fərdlərdə qandakı triptofan səviyyələri aşağıdır.
Aşağı qan triptofan səviyyəsi piylənməsi olan insanların
beyinlərindəki serotinin əskikliyinin, çoxlu yemə
nümunələri ilə əlaqəli olduğu görülməkdədir. Bəzi
tədqiqatlarda xroniki iltihab və immün sistemin
güclü işləməsinin köklükdə kritik rol oynadığı təyin
olunmuşdur. Beyində serotinin istehsalında triptofana
ehtiyac vardır. Gerçək budur ki; iştər çəki enişi
və ya gündəlik qida qəbulunun miqdarı ilə triptofan
səviyyəsi arasında əlaqə vardır. Yeməklərdən 1 saat
əvvəl piylənmə xəstələrdə 1000, 2000 və 3000mg L-triptofan
verildikdə gözlə görülən nisbətdə kalori istehlakının
azaldığı müşahidə edilmişdir. Triptofan alan piylənmə
xəstələrdə daha çox çəki itkisinin olduğu müşahidə
edilmişdir. Gündəlik Triptofan standart alışı2-3
saatdan bir yeməklərdən əvvəl 500 mg doza halında
olmalıdır.
6. Enerji sərf etmə nisbətinin təmin edilməsi
Aşağı kalorili diyet, lif istehlakı, təzə hormon
tarazlığının təmiri və həddindən artıq məşq edilməsinə
baxmayaraq bu günə qədər yaşlı insanların bədən
piy anbarlarında gözlə görülər bir dəyişiklik təmin
etmək çətindir. Uzun dövr çəki itkisinin açarı,
yığılmış bədən yağının yandırılmasıdır. Nar toxumu
yağı və fucoxanthin alan yaşlı kəslərin sağlam bədən
ağırlıqlarına nail olmada nəticə əldə etdikləri
görülmüşdür.
7- Sağlam və uzun həyat üçün yemək
Bilindiyi üzrə yemək yemə çəki artımına səbəb olarkən,
uyğun qidalanma ilə də daha sağlam bir həyat, çəki
itkisi və xəstəliklərə qarşı qorunma təmin edililə
bilər. Edilən bir araşdırmada, yüksək istilikdə
bişən (250 C və üzəri) yeməklərin təhlükəli olduğu
ortaya çıxarılmışdır. Çox bişmiş yeməklər aşağı
istilikdə bişən yeməklərə görə bədən zülallarına
zərər verərlər. Aşağı istilikdə bişən yeməklər isə
çəki itkisinə köməkçi olarlar. Yeməklərinizin hazırlanma
şəkilləri bədən yağlayarının azaldılmasında köməkçi
olarkən, yaşa bağlı xəstəliklərə qarşı da bədəni
qoruyar. Həddindən artıq kalori alışı degenerativ
xəstəliklərin başlanğıc mərhələsini və yaşlanmanı
sürətləndirər. Nə olursa olsun həyat şəklini dəyişdirmək
üçün əsla heç vaxt gec deyildir.
Başlanğıca
Şirin içkilər -diyetanı qeyri-sağlam
edən əhəmiyyətli bir amildir
Çox uzun zamandır, şirin içkiləri müasir cəmiyyətin
gerçək bir problemi olaraq qəbul etmişlər. Çox tez-tez
bu zərərli və cazibədar qida istehsalçıları üçün
əlavə vergi təyin olunması təklifləri edilir.

Birincisi, zərbə uşaq sağlamlığına daha çox olur-
məktəbdə və sonra kafedə uşaqlar ümumiyyətlə özləri
də bu içkiləri alır və böyük miqdarlarda onları
içirlər. Və heç bir zərərlidir xəbərdarlığı onlara
təsir etmir .
Ardından, şirin içkilər qeyri-sağlam, lakin heç
də daha az zərərli olmayan bir diyetanın yalnız
bir komponentidir. Əgər düşünsək ki, nə qədər zərərli
olan uşaqların mədələrinə tökülür- fast food, şirniyyatlar,
peçenye, müxtəlif konfetlər-onda biz mövcud nəsilin
yalnız şəkərləndirildiyini söyləyə bilərik ...
Belə bir qeyri-sağlam diyeta erkən yaşda mədə,
həzm, pankreas, böyrəklər, qaraciyər, ürək ilə əlaqədar
problemlər yaradır. Belə ki, zərərli və bəzən təhlükəli
olan bu məhsullara qarşı hökumətin tədbirlər təsirli
olmadıgı üçün, müstəqil olaraq uşaqların ağızına
düşən bütün məhsulları yoxlamaq lazımdır .
Əvvəl də ifadə etdiyim kimi - şəkərli içkilər ilə
mübarizə çox-çox çətindir: Onlar zərərsiz görünə
bilər, və dadlı olmaları aydındır, ancaq bu bizi
yanılda bilməməlidir. Zərər yalnız şəkərin çoxluğundan
yox, həm də süni kimyəvi maddələr, konservantlar,
boyalar, qida əlavələrindən də edir. Əvvəl müvəqqəti,
daha sonra tamamilə şəkərli içki istifadəsini ortadan
qaldırmaq lazımdır, bəli onlar adət etmə və hətta
asılılıq da yaradır, bu pis vərdişi məğlub etmək
üçün - ,yalnız ana-ataların iradəsindən asılıdır
kı, həm özlərini, həm də uşaqlarını inandırsınlar
ki, şəkərli içkilərin rəddi - həyatlarını sağlam
etmək üçün bir vasitədir. Bundan əlavə biz hələ
şirin içgilərin artıq çəkidəki rolunu qiymətləndirmirik
və bu içgilərin reklamının məhdudlaşdırılması, məktəblərdə
satışının qadağan olunması üçün tədbirlər görülməlidir.
Piylənmə Nədir
Piylənmə ya da xalq arasında köklük adıyla bilinən,
bədəndə çox miqdarda piy yığılması nəticəsində ortaya
çıxan və mütləq müalicə edilməsi lazım olan bir
xəstəlikdir. Piylənmə, qidalarla alınan enerji miqdarının,
maddələr mübadiləsi və fiziki fəaliyyət ilə istehlak
edilən enerji miqdarını aşdığı vəziyyətdə olmasında
ortaya çıxar.
Piylənmə, insan bədənində ürək və damar sistemi,
tənəffüs sistemi, hormonal sistem, həzm sistemi
kimi sistemlərə təsir edən və bir çox əhəmiyyətli
narahatlığa zəmin hazırlayan bir xəstəlikdir.

Ürək xəstəlikləri, yüksək təzyiq, şəkər xəstəliyi,
yüksək xolesterin, tənəffüs narahatlıqları, oynaq
xəstəlikləri, nevrozlar, sonsuzluq, iqtidarsızlıq,
öd kisəsi xəstəlikləri, böyrək və öd kisəsində daş
meydana gəlməsi, bəzi xərçəng növləri, piylənmə
nəticəsində yaranan xəstəliklərdən bir neçəsidir.
Nəticə olaraq piylənmə, insan həyatını qısaldan
və həyat keyfiyyətinə mənf təsir edən bir xəstəlik
olaraq təyin oluna bilər. Edilən araşdırmalara görə,
piylənmə xüsusilə son 20 ildə, bütün dünyada sürətlə
artmaqda və bir epidemiya kimi yayılmaqdadır. Bu
epidemiyadan ölkəmiz də təsirlənməkdədir. Qadın
əhalimizin təxminən yarısı, kişi əhalimizin də təxminən
40%-i piylənmə, yəni kökdür.
Piylənmə necə ölçülər?
Piylənmə üçün ən məşhur istifadə edilən ölçüm, Bədən
Çəkisi İndeksi və bel ətrafı ölçümüdür.
BÇİ dəyəri və mənası
BÇİ, bədən ağırlığının (kq), boyun kvadratına (m²)
bölünməsi ilə hesablanar. Bu dəyər yaş və cinsiyyətdən
müstəqildir. Bununla birlikdə, BÇİ istifadəsi, uşaqlarda,
hamilə qadınlarda və çox əzələli kəslərdə doğru
nəticə verməz, bu səbəblə istifadə edilməməlidir.
BÇİ hesablanmasında iki nümunə:
Fatma Xanımın ağırlığı 70 kq, boyu isə 1.60 m-dir.
Buna görə Fatma Xanımın BÇİ dəyəri:
70 / (1.60)²= 70 / 1.60 x 1.60 = 70 / 2.56 = 27.34
kq / m²'dir.
Həsən Bəyin ağırlığı da 90 kq, boyu isə 1.70 m-dir.
Buna görə Həsən Beyin BÇİ dəyəri:
90 / (1.70)² = 90 / 1.70 x 1.70 = 90 / 2.89 = 31.1
kq / m²'dir.
Sağlamlıq üzrə mütəxəssislər, BÇİ dəyərlərini,
normal kilolu, çox kilolu və piylənmə şəklində qruplara
ayırmışlar.
BÇİ dəyəri
18.5 kq / m²'nin aşağı olanlar
Zəif
18.5-24.9 kq / m² arasında olanlar
Normal kilolu
25-29.9 kq / m² arasında olanlar
Artıq çəki
30-34,9 kq / m² arasında olanlar
Piylənmə , 1-ci dərəcə
35-39,9 kq / m²'nin üzərində olanlar
Piylənmə , 2-ci dərəcə
40 və yuxarı kq / m²'nin üzərində olanlar
Piylənmə , 3-ci dərəcə
olaraq təyin olunmaqdadır.
Bu təsnif etməyə görə, Fatma Xanım çox kilolu, Həsən
Bəy isə piylənmədir.
Siz də bu düstur və cədvələ görə öz özünüzü qiymətləndirə
bilərsiniz.
BÇİ dəyərinizi hesablayın və çəkiniz haqqında düzgün
məlumat alın.
Bel ətrafı ölçümü və mənası
Bədəndəki cəmi piy miqdarı əhəmiyyətli olmaqla birlikdə,
piyın harada yığıldığını bilmək daha əhəmiyyətlidir.
Qarında piy yığılmasıi, omba və bədənin digər bölgələrində
piy yığılmasıindən daha çox sağlamlıq risklərinə
səbəb olar. Bu risk üçün sadə, lakin doğru bir üsul
bel ətrafı ölçümüdür
Artmış risk Yüksək risk
Kişi > 94 sm > 102 sm
Qadın > 80 sm > 88 sm
Başlanğıca
Piylənmə ve artiq ceki ağır yanaşı patalogiyalarla
müşahidə olunur: 2-ci tip şəkərli diabet, arterial
hipertenziya, dislipidemiya, ateroskleroz, ürəyin
işemik xəstəliyi, ürək-damar çatmamazlığı, xərçəngin
bəzi formaları, reproduktiv funksiyaların pozulması,
dayaq-hərəkət aparatının xəstəliklərini göstərmək
olar. Tədqiqatların nəticələrinə görə, piylənmə
olan insanlarda ümumi əhaliyə nisbətən 2-ci tip
ŞD və arterial hipertenziya 2,9 dəfə çox, hiperlipidemiya
1,5 dəfə çox rast gəlinir. Piylənmə həyatın müdətini
qısaldır və kefiyyətini pisləşdirir, cəmiyyətdən
əhəmiyyətli iqtisadi xərclər tələb edir: müxtəlif
ölkələrdə piylənmənin və piylənmə ilə yanaşı gedən
xəstəliklərin müalicəsinə çəkilən xərc bütün səhiyyəyə
ayrılan xərclərin 8-10%-ni təşkil edir.
Diyetik Konqresdən xəbərlər
Simpoziumda piylənmə artıq çox kiçik yaşlarda başladığı
üçün - yetkin piylənməsindən çox - məktəb uşaqlarındakı
piylənmənin səbəbləri və həlləri müzakirə edilmişdir.
Uşaqlıq çağı piylənməsi yaşlı insanlarındakından
daha əhəmiyyətlir.
Xüsusilə ABŞ-da 62 ildir tətbiq olunan məktəb günorta
yeməyi proqramları uşaqların kafi qida qəbul etmələrinə
və sağlam bir uşaqlıq dövrü keçirib, ideal çəkidə
olmaları üçün tətbiq olunur. ABŞ-da məktəblərdə
günorta yeməkləri tərəvəz və meyvə üstün olmaqla,
xalis taxıl məhsulları və aşağı yağlı süd məhsullarından
ibarətdir. Klassik Amerikan fast foodları isə aşağı
yağlı və aşağı kalorili olaraq yenidən təşkil edilərək
təklif olunur.
Dəmir, A vitamini və yod, dünyada çatışmamazlığı
ən çox yayılmış mikro qida elementləridir.
Dəmir, A vitamini və yod çatışmamazlığı bütün dünyada
təsirini göstərir. Bulardan ən çox çatışmamazlığı
görülən isə dəmirdir. Dünyada 2 milyarddan çox adam
anemik, təxminən 2 milyard adamda yod və 254 milyon
məktəbə qədər uşaqda A vitamini çatışmamazlığı görülməkdədir.
Bunun aradan götürülməsi üçün xüsusilə qida zənginləşdirmələrinin
üzərində dayanılır.
Xərçəng xəstəliyi və qidalanma əlaqəsinə
əhəmiyyət verilməlidir.
Xərçəng riskini azalda bilmək üçün xüsusilə tərəvəz
üstünlüyü ilə qidalanmaq və hayvansal məhsulları
(xüsusilə qırmızı ət və tam yağlı süd məhsulları)
azaltmaq böyük əhəmiyyət daşıyır. Təzə tərəvəz və
meyvələrin tərkibindəki bioaktif komponentlər olan
karotenoidlər, C vitamini, selen, izoflovanidlər,
indollar və fenollar xərçəngə qarşı qoruyucu xüsusiyyətə
malikdirlər. Quru paxlalar,noxud, mərcimək isə fito-esterogen
mənbələridir və xalis taxıl məhsulları da lifin
ən yaxşı mənbələri olaraq xərçəngə qarşı qoruyucu
təsir göstərməkdədirlər.
2050-ci ildə haradasa 50 yaşdan aşağı hər
kəsdə piylənmə olacaq.
Simpoziumda Amerikada hər beş uşaqdan birinin artıq
çəkili olduğu və hər il 400 min uşağın bura əlavə
olduğu vurğulanmışdır. Uşaqlarda piylənmənin artmasına
paralel olaraq 2050-ci ildə 50 yaşdan aşağı yaşlı
populyassiyanın piylənmə olacağı təxmin edilməkdədir.
Bu səbəblərlə, xüsusilə uşaqlara düzgün qidalanma
təhsili verilməyə başlanmasına diqqət çəkilmişdir.
Ölkəmizdə bu nisbət bu qədər yüksək olmasa da, əgər
tədbir görülməzsə bizim uşaqlarımızda da eyni risk
baş göstərəcəkdir. Cəmiyyətin sağlam qidalanma vərdişlərini
öyrənmək üzrə təcili təhsil proqramlarına ehtiyacı
vardır.

Az yağlı süd içməyə çalışın.
Yapon kişilər üzərində edilən bir tədqiqat axşam
yeməklərindən sonra az yağlı süd qəbul etmənin sümük
mineral sıxlığını artırıb osteoporozdan qorudyğu
və Metabolik Sindromun risk faktorlarını azaltığını
aşkar etmişdir. Metabolik Sindrom, qarinda piylənmənin
artımı, glükozaya dözümlülüyün pozulması, yüksək
trigliserid, yüksək qan təzyiqi və aşağı HDL xolesterin
olmasıdır.

Peşə seçimi köklüyə təsir edir.
Sidney Universitetində edilən bir tətqiqatda fərqli
peşə qruplarındakı kişi və qadınların çəkiləri araşdırıldıqda,
ən yüksək piylənmə nisbətinin ofis işçılərindəki
kişilər və qadınlarda olduğu müəyyən olunmuşdur,
çünki xüsusilə uzun müddət oturaq işlə çalışmaq
məcburiyyətində qalan kəslərdə artıq çəkili olma
riski olduqca yüksəkdir. Lakin bəzi peşələrdə, xüsusilə
idarəçilər, boş vaxtlarında idman edərək və daha
yaxşı bir düzgün qidalanma ilə bu vəziyyəti kompensassiya
etməkdədir.
Anaların qidalanma vərdişi uşaq üzərində
daha təsirlidir.
Yaponiyanın Kyoto Universitetində edilən maraqlı
bir tətqiqatın nəticəsinə görə, anaların uşaqlarının
bədən çəkisi indeksləri və ümumi xolesterin səviyyələri
üzərində atalara nisbətən daha təsirli olduqları
tapılmışdır. Və xüsusilə duz qəbulunu ailədən gələn
bir vərdiş olduğu nəticəsi ortaya qoyulmuşdur.

Müntəzəm məşq edənlərin qidalanma şüuru
və vərdişləri daha yaxşıdır.
Yenə Yaponiyada uşaqların sahib olduqları qidalanma
vərdişləri ilə idman arasındakı əlaqə üzərinə araşdırma
edilmiş və nəticə olaraq həftədə bir dəfədən çox
olaraq edilən nizamlı məşqin səhər nahar etmə nisbətini
artırdığı, sağlam yemək yemə vərdişini inkişaf etdirdiyini
və çəkinin normallaşmasına bir başa təsir etdiyi
tapılmışdır.
Soya yemək yaxşı nəticə verir.
Yapon qadınlarının soya yeməyi ile əlaqədar edilən
bir işin nəticələri: soya tərkibindəki çoxlu doymamış
yağ turşularınin yüksəkliyi, lif, vitamin və mineral
kombinassiyası, aşağı doymuş yağ tərkibi və isoflavonlar
olmasi ilə postmenopauza dövründə qadınlarda kardiovaskulyar
riski azaltdığı ortaya çıxmışdır.
Başlanğıca
Nəticə
Axırıncı illər piylənmə ən çox yayılmış xroniki
xəstəliklərdən biridir. Axırıncı 10 ildə sənayə
cəhətdən inkişaf etmiş bir çox ölkələrdə piylənmə
ilə olan xəstələrin sayı 2 dəfə artmışdır.
Ümumdünya səhiyyə təşkilatı piylənməni 21-cı əsrin
epidemiyası kimi qəbul etmişdir. Belə situassiyada
piylənmənin müaliçəsinin və profilaktikasının effektiv
strategiyasının lazımlığı aydındır. Piylənmənin
diaqnostikasının, müalicəsinin vasitələrinin və
seçim metodlarının təqdim olunan tövsiyyələri piylənmənin
tədqiqatında və müalicəsində lider olan müxtəlif
ölkələrin təcrübəsinə əsaslanmışdır.
Başlanğıca