Pəncələr
Pəncələr şəkərli diabet xəstələrində
xüsusi problem olub o qədər mühüm əhəmiyyət kəsb
edir ki, hal-hazırda bu məsələ ilə yeni yaranmış
pəncə müalicəsi üzrə mütəxəssis; həkim - podiatr
məşğul olur. Podiatr tərəfindən müayinə yalnız diabet
mərkəzlərində və diabetik pəncə kabinetlərində mümkündür.
.jpg)
Xəstələrin pəncələri baldırlara nisbətən
daha çox zədələnir.
Pəncələrə və ayaq barmaqlarına xüsusi diqqət iki
səbəblə əlaqədardır: birincisi pəncənin qan təchizati
daha tez pozulur və sürətlə proqresləşir (belə ki,
diabetiklərdə pəncənin amputassiyası radikal cərrahi
əməliyatların yarısını təşkil edir);
Ikincisi, pəncələrin travma və infeksiyalarına nəzarət
etmək daha çətindir və onlar uzun müddət diqqətdən
kənar qala bilər.
Daha bir cəhəti
- göbələk xəstəliklərinin məhz pəncələri, barmaq
arası nahiyələri, dırnaqları zədələməsini də qeyd
etmək lazımdır.
Pəncələrin aşağıdaki zədələnmələri mümkündür:
--təsadüfü kəsiklər, sıyrıntılar, qabarcıqlar,
--göbələk xəstəliyi ila əlaqədar qaşınma və çatlar(
xüsusi ilə barmaq arası nahiyədə)
--həmçinin göbələk xəstəliyi ilə əlaqədar dırnaqların
deformasiyası, onların ətə girməsi
--ortopedik səbəblərdən və ya narahat ayaqqabıdan
barmaq oynaqlarında və pəncələrdə qabarların əmələ
gəlməsi
--pəncələrin kobudlaşması
Angiopatiyalar zamanı bu zədələnmələrin istənilən
birindən trofik yara inkişaf edə bilər, yara isə
qanqrenaya keçə bilər.
Kəsiklər, sıyrıntılar, çatlar açıq yaralara çevrilirlər,
lakin qabarların, kobudlaşmış sahələrin altında
isə gizli yaralar əmələ gələ bilər. Vəziyyətin xüsusiyyəti
bundan ibarətdir ki, xəstə öz pəncəsini görmür və
qan təchizatının pozğunluğu nəticəsində kəsik, digər
pəncə zədələnmələrində ağrı hissi itir; nəticədə
yara uzun müddət hiss edilmədən inkişaf edə bilər.
Çox vaxt bu, pəncənin hərəkət vaxti ən çox güc düşən
hissəsində olur. Belə nahiyəyə ən çox yük düşür,
o qalın qabara bənzər dəri qatı ilə örtülü olur,
praktik olaraq burada hissiyat olmur və burada çatlar
əmələ gələ bilər. Bu çatlara infersiya düşərsə irinli
yaranın yaranmasına burda hər cür şərait yaranır.
Yara ən dərin toxumaları vətər və sümüklərə qədər
zədələyə bilər.
Bütün bu yuxarıdakıları nəzərə alaraq pəncələrə
xüsusi diqqət yetirmək lazımdır. Çatların və kəsiklərin
olmasını təyin etmək üçün barmaqlara və pəncənin
yuxarısına baxmaq, pəncənin altını və dabanı əl
ilə yoxlamaq lazımdır. Pəncə altı və dabana güzgü
ilə də baxmaq olar. Əgər siz işə gedirsinizsə bunu
hər gün, əgər ev şəraitindəsinizsə 2-3 gündən bir
keçirtmək məsləhətdir. Tə'yin olunmuş sıyrıntını
və ya kəsiyi zəif antiseptiklərin biri ilə (xlorgeksedin,rivanol)
təmizləməli, quru sarğı ilə üstünü örtməli və sağalmasını
gözləmək lazımdır, əgər sağalma baş verməzsə həkimə
müraciət edilməlidir. Yaranı təmizləyərkən yod və
zelenka tipli antiseptiklərdən çəkinmək lazımdır,
beləki onların rəngləri iltihab əlamətlərini vaxtında
aşkar etməyə mane ola bilər. Göbələk xəstəliklərini
çalişmaq lazımdır ki, həkim-dermatoloq müalicə etsin.
Nəhayət dabanlarda və digər yərlərdəki kobudlalaşmış
dərini ehtiyyatla pemza (sungər daşi) ilə təmizləmək
lazımdır.
.jpg)
Diabetiklər pəncələrə
qulluğun aşağıdaki qaydalarına riayyət etməlidirlər:
1. Müntəzəm olaraq pəncənin alt hissəsinə baxmaq,
2. Sıyrıqları və kəsikləri vaxtında müalicə etmək.
3. Ayaqları hər gün yumaq və tam qurulamaq lazımdır.
Neytral sabunlardan istifadə etməli.
4. Dırnaqları düzgün kəsmək lazımdır - çox qısa
və kənarları kəsmək olmaz, düz kəsmək lazımdır.
Dırnaqların nahamarlığını düzəltmək üçün əl bıçqısından
istifadə etmək lazımdır.
5. Ayaqqabı yumşaq, geniş olmalı və təzə ayaqqabının
pəncəni döyməməsi üçün, çox ehtiyyatla istifadə
etmək lazımdır. Geyilən corab yaxşı tər hopduran
olmalıdır. Sintetik məhsulların yerinə pambıq və
yun tərkibli məhsullardan istifadə edilməlidir.
Qan dövranına mane olan tarım rezinli corablar geyməməli.
6. Ayaqqabıda kiçik daş və qum dənəciklərinin olmamasını
yoxlamalı.
7. Pəncələri zədələnmədən, kəsiklərdən qorumalı,
ayaqyalın və daşlıqda gəzməməli.
8. Qrelkadan, plastirdan istifadə etməməli, ayağı
buxara verməməli, ilıq su ilə yumalı və qabarı ilıq
su ilə yumşaltmalı.
9. Ayaq dərisinin elastikliyini saxlamaq üçün (
)nəmləndirici kremlərdən istifadə etməli. Kremi
pəncənin alt hissəsinə sürtmək, barmaqların arasına
isə talk vurmaq lazımdır.
10. Ayyaqqabını axşam almaq lazımdır. Qadin ayyaqqablarının
dabanları 3-4sm-dən hündür olmalı deyildir.
Pəncələr: müalicə
və profilaktikası.
Əgər imkan və mütəxəssis varsa, yaxşı olar ki ildə
bir dəfə podiatr müayinəsindən kəçəsiniz. Podiatr
pəncələrdə qan sirkulyassiyasını yoxlaya, qabarların,
kobudlaşmanın və digər pozğunluqların səbəblərini
tə'yin edə bilər. Bundan başqa pəncələrdə əmələ
gələn diabetik yaraların müasir metodlarla müalicəsini
apara bilər. Lazım gəldikdə podiatr xüsusi ortopedik
ayyaqqabı və ya pəncə altı üçün altlıq hazırlanması
üçün ortopedə, damar cərrahına göndərə bilər.
Pəncələrdə göbələk xəstəliyi olduqda isə mütləq
dermatoloqun müalicə və müayinəsi lazımdır.
Geriyə