ÖZÜNÜZ TƏRƏFİNDƏN QANDA ŞƏKƏRİN SƏRBƏST TƏYİNİ Özünə nəzarət-qanda şəkəri özünüz sərbəst ölçürsünüz. Bu üsulla istədiyiniz anda qanda şəkəin miqdarını təyin edə bilirsiniz. Diabetli xəstələrdə bu metod çox effektlidir.
QANDA ŞƏKƏR NƏYƏ GÖRƏ YOXLANMALIDIR Əgər sizdə diabet aşkar edilibsə, özünüz və həkiminiz tərəfindən kompleks müalicə və dieta planı təyin edilməlidir. Xüsusi müalıcə planı qanınızda şəkərin səviyyəsini optimal saxlamaq üçün tərtib edilmişdir (bax. Qanda şəkər). Bu plana düzgün qidalanma, mütəmadi fiziki hərəkətlər və fiziki aktivlik, insulin və ya diabet əleyhinə tabletlər daxildir. Sizin kompleks müalicə planınızın effektliyinin ən yaxşı göstəricisi gündəlik qanda şəkərin təyinidir.
Gündəlik şəkəri təyin etmə sizə müəyyən qidalarla qidalanma zamanı, fiziki aktivlik və hərəkətlər etdikdə və ya arıqladığınız halda qanda şəkərin miqdarı dəyişməsi barədə məlumat vermiş olur. Bundan əlavə adıçəkilən test siz xəstələnən və ya stress zamanı, insulin və ya diabet əleyhinə tabletlər qəbul etdikdə qandakı qlükozanın səviyyəsində nə baş verdiyini göstərmiş olur. Qanda şəkərin sərbəst olaraq özünüz tərəfindən təyin olunması diabetlə mübarizəni necə aparmağa kömək edər. Bu sizə hər hansı bir anda yemək yeməli olduğunuzu, insulin və ya diabet əleyhinə tablet qəbul etməli olduğunuzu bildirəcəkdir. Şəkəri ölçmə zamanı qanda aşağı və ya yuxarı səviyyəli şəkərə qarşı nə etməli olduğunuzu bilməkdə yardımçı olacaqdır.
QANDA ŞƏKƏRİ NECƏ ÖLÇMƏLİ Qanda şəkəri təyin etmək üçün ya qlikometrdən ya da şəkərin miqdarını dəqiq deyil, təqribi, yəni vizual olaraq təyin etməyə imkan verən test zolağından istifadə etmək olar. Əsas şərt dəstin içərisindəki təlimatı yaxşı oxuyub, ona əməl etməkdir. Əksər hallarda sərbəst qanda şəkəri təyin etmə aşağıdakı kimi aparılır: 1. Əllərinizi yaxşı-yaxşı yuyub, qurulayın. 2. Əl barmağınının ucunun yan səhtini xüsusi lansetlə deşin 3. Sıxıb bir damla qan çıxarin. 4. Test zolağına bir damla qan damızdırın. 5. Gözləyin 6. Pambıqla barmaqdakı (təlimatda gösrtərilən şərt daxilində) əlavə qanı təmizləyin. 7. Qlikometrin göstəricisində qanda şəkərin miqdarı bərədə yazılanları oxuyun, zolağın üzərindəki rənglə qlikometrdəki rəngi təyin etmək üçün müqayisə edin. 8. Adi şpris iynələrində olduğu kimi lansetdən də həmin üsulla azad olun. 9. Alınmış nəticəni qeyd edin.
QANDA ŞƏKƏRİ NƏ VAXT ÖLÇMƏLİ Sizə müalicə edən həkim qanda şəkəri nə vaxt ölşmək lazım olduğunu deyə bilər. Qanda şəkəri lazım olan vaxtlarda ölçmək faydalıdır. Məsələn: qida qəbulundan 1-2 saat sonra müayinə etdikdə qidanın növündən aslı olaraq qanda şəkərin qalxma dərəcəsi təyin edilir. Gecə yarısı saat 2-3-də ölçülücək şəkər axşam saatlarında qanda şəkərin aşağı enməsinin olub-olmadığımnı göstərəcək. Gün ərzində məsləhət görülən 8 şəkəri ölçmə vaxtı: 1. Səhər yeməyindən əvvəl 2. Səhər yeməyindən 1-2 saat sonra 3. Günorta yeməyindən əvvəl 4. Günorta yeməyindən 1-2 saat sonra 5. Axşam yeməyindən əvvəl 6. Axşam yeməyindən 1-2 saat sonra 7. Yatmazdan əvvəl 8. Gecə yarısı saat 2-3-də
Nə qədər tez-tez qanda şəkəri ölçsəniz, bir o qədər qanda qlükozanın dinamik səviyyəsini dəqiq bilərsiniz. Nə qədər qandakı şəkərin səviyyəsi haqda dəqiq məlumat əldə etsəniz, bir o qədər siz qanda şəkərin səviyyəsini optimal həddə saxlaya biləcəksiniz. Aşağıda sizi müayinə və müalicə edən həkimlə qanda şəkərin təyini cədvəlinin müzakirəsi verilmişdir Əgər sizdə I tip diabet varsa: Hər gün və ya günaşırı gündə 3 dəfə yeməkdən qabaq və yuxudan qabaq. Əgər sizdə II tip diabet varsa və siz insulin qəbul edirsinizsə: Gündə şəkəri 2-4 dəfə yoxlayın. Gün ərzində yoxlama vaxtlarını dəyişin: Əgər sizdə II tip diabet varsa və siz diabet əleyhinə tabletlər qəbul edirsinizsə: Gündə 1-2 dəfə şəkəri yoxlayın. Əgər şəkəri bir dəfə yoxlayırsınızsa, bunu mütləq səhər yeməyindən əvvəl edin. Əgər iki dəfə yoxlayırsınızsa, ilk dəfə səhər yeməyindən dərhal sonra yoxlayın. İkinci yoxlama vaxtı dəyişə bilər. Əgər sizdə II tip diabet var, lakin siz dərmansız sağlam qidalanır və idmanla məşğulsunuzsa: Qanda şəkəri səhər yeməyindən bilavasitə əvvəl yoxlayın. Yeməkdən 1-2 saat sonra yoxlayarsınız.
QANDA ŞƏKƏRİN SƏVİYYƏSİNİN ƏLAVƏ YOXLANILMASI • Sizi müayinə və müalicə edən həkim sizin sağlamlığınıza müsbət təsir göstərən optimal insulin və ya diabet əlehinə həbin dozasını tapmağa çalışırsa, • Siz idman hərəktləri kompleksini və ya qida rejimini dəyişirsinizsə, • Siz qanda şəkərin miqdarına təsir edə bilən yeni dərman qəbul edirsinizsə, • Qanda şəkərin miqdarı sizə normadan az və ya çox gəlirsə • Siz hər hansı xəstəliklə xəstələnmisinizsə, • Siz hamiləsinizsə, • Fiziki idmandan əvvəl və sonra (əgər 1 saatdan çox idman edirsinizsə) • Yüksək diqqət tələb edən işdən sonra •Atomobil sürməyə başlamazdan əvvəl
QEYDLƏR APARIN Əmin olun ki, qanda şəkərin göstəricilərini tam dəqiq, vaxtını və tarixini yazmısınız. Bunu hətta qlikometrin yaddaşı olduqda belə edin. Sizə xidmət edən tibb işçisi daha nəyin qeyd olunmasını məsləhət görə bilər, məsələn: -Siz nə vaxt nə yemisiniz -Arabir qida qəbulu yaddan çıxıb və ya nə isə əlavə qəbul etmisiniz -Siz adətinizdən az və ya çox qida qəbul etmisiniz -Siz alkoqol qəbul etmisiniz -Diabet əleyhinə tabletləri və ya insulini nə vaxt və nə qədər qəbul etmisiniz -Qanda şəkərin enməsi və ya qalxmasından nə vaxt və necə müalicə almısınız. -Siz nə vaxt xəstələnmisiniz, travma almısınız, stress keçirmisiniz və ya əməliyyat keçirmisiniz.
Bütün bu göstəriciləri sizə xidmət edən tibb işçisi ilə müzakirə edin. Birlikdə siz diabetin kompleks planına dəyişiklik edə bilərsiniz. Planın təkminləşdirilməsi laynız sizin diabetdən sağalmanız üçündür.