LABORATOR ANALIZLƏR
Şəkərli Diabet xəstəliyinin diaqnostikasında
laborator analizlər
http://www.az.synlab.de/
Şəkərli Diabet xəstəliyinin diaqnostikasını laborator
analizlərsiz təsəvvür etmək qeyri mümkündür. Pasiyentlərin
vaxtaşırı laboratoriyada müayinədən keçməsi onlara
xəstəliyin gedişi, müalicənin dövri vəziyyəti və
ümumiyyətlə orqanizmdə gedən maddələr mübadiləsinin
durumu haqda ətraflı informasiya verir. Müasir texnologiyalı
avadanlıqlarla təhciz olunmuş “Synlab Azərbaycan”
laboratoriyalar şəbəkəsində Şəkərli diabetin hərtərəfli
laborator müayinəsi təşkil olunmuşdur. Bu müayinələr,
əsasən, aşağıdakılardan ibarətdir.
Qlükoza qanda:
Qlükoza karbohidrat mübadiləsinin əsas göstəricisidir.
Orqanizmin enerjiyə tələbatı, əsasən, qlükozanın
çevrilməsi nəticəsində baş verir. Şəkərli Diabetin
diaqnostikasında qanda qlükozanın təyini başlıca
etapdır.
Qanda qlükozanın normada səviyyəsi uşaqlarda 14
yaşadək 3.33 – 5.55 mmol/ l, orta
yaşlarda 3.89 –5.83 mmol/ l , 60
yaşdan yuxarı insanlarda isə 6.38 mmol/ l qədər
arta bilər. Hamiləlik zamanı 3.3—6.6 mmol/
l olur. Güclü stress və emosiya, siqaretçəkmə
və qeyri-düzgün qidalanma Şəkərli diabetə gətirib
çıxarır. Bəzən qadınlarda hamiləlik zamanı qanda
şəkərin səviyyəsi fizioloji artmış olur ki, bu da
son nəticədə şəkərli diabetə gətirib çıxara bilər.
Buna görə də hamilələrin vaxtaşiri qanda şəkər testinin
yoxlanması vacib şərtlərdəndir.
Qanda qlükozanın səviyyəsinin artması (hiperqlikemiya)
aşağıdakı xəstəliklər zamanı baş verir;
• Şəkərli diabet
• Endokrin pozğunluq
• Kəskin və xronik pankreatitlər, mukovisidoz
• Mədəaltı vəzin şişi
• Qaraciyər və böyrəklərin xroniki xəstəlikləri
• İnsult
• Miokard İnfarktı
Qanda qlükozanın səviyyəsinin azalaması (hipoqlikemiya)
aşağıdakı xəstəliklər zamanı baş verir:
• Mədəaltı vəzin xəstəlikləri (hiperplaziya, adenoma
və ya xərçəng)
• Hipotireoz
• Qaraciyər xəstəlikləri (sirroz, hepatit, xərçəng)
• Mədənin və böyrəküstü vəzin xərçəngi
• Alkoqolla zəhərlənmə
• Bəzi dərman preparatlarının artıq dozası
Pasiyentin analizə hazırlığı:
Adətən, şəkər analizini səhər acqarına (qida qəbulundan
8-10 saat sonra) götürmək lazımdır. Psixo-emosional
və fiziki yükdən (səhər qimnastikası), dərman preparatlarının
qəbulundan (antibiotiklər, sulfanilamid preparatları,
diuretiklər) uzaq olunmalıdır.
Qlyukoza sidikdə:
Normada sağlam şəxslərin sidiyində qlükoza olmur.
Əgər sidikdə şəkər testi müsbətdirsə (qlükozuriya),
pasiyent artıq diabet təhlükəsi altında ciddi yoxlanmağa
məcburdur. Bunun üçün pasiyentdən sutkalıq sidiyi
düzgün toplamaq və laboratoriyaya çatdırmaq lazım
gəlir.
Pasiyentin analizə hazırlığı:
Sidik sutka ərzində iri, təmiz bir şüşə qaba yığılır.
Səhər ilkin sidik xaric olunur, qalan gün ərzində
ifraz olunan sidik və növbəti günün birinci sidiyi
də daxil olmaqla toplanır və laboratoriyaya çatdırılana
qədər soyuducuda (+4 - +8) (otaq temperaturunda
qlükozanın təbii azalması baş verir) saxlanılır.
Toplanmış sutkalıq sidiyin ümumi miqdarı qeyd olunur,
qarışdırılr və birdəfəlik steril laborator qabına
10-20 ml. tökülür. Bütün sutkalıq sidiyi laboratoriyaya
aparmaq lazım deyil. Analizi “Synlab Azərbaycan”
laboratoriyalar şəbəkəsinin baş ofisinə və ya yerlərdə
fəaliyyət göstərən məntəqələrinə çatdırmaq lazımdır.
Pasiyentin adı, soyadı, təvəllüdü və çəkisi qeyd
olunmalıdır.
Qlükozuriya aşağıdakı hallarda rast gəlinir:
• Şəkərli diabet
• Kəskin pankreatit
• Hipertireoidizm
• Böyrək diabeti
• Kuşinq sindromu
• Miokard infarktı
• Yanıqlar
• Böyrəklərin tubulointerstisial zədələnməsi
Qlyukoza tolerantlıq testi:
Əgər hər hansı bir şəxsdə qanda qlükozanın miqdarı
5.7 - 6.9 mmol/l arasında rast gəlinərsə, Şəkərli
Diabetin inkişafi üçün risk faktorlarının (çəkinin
azalması, hipertoniya, iri çəkili körpənin doğulması,
irsiyyətdə şəkərli diabet xəstəsinin olması) meydana
gələrsə, hökmən “Synlab Azərbaycan” laboratoriyalar
şəbəkəsində Qlyükoza tolerantlıq testini vermək
lazımdır. Böyük diaqnostik əhəmiyyətə malik bu analizin
köməyi ilə insanlara əvvəlcədən preddiabetik vəziyyətini
söyləmək olar.
Müayinə acqarina, sonuncu qida qəbulundan 10 saatdan
sonra aparılmalıdır. Venadan qan 3 dəfə götürülür.
1-ci dəfə acqarina, sonra xəstəyə 75 mq şəkər tozunu
200 ml suda həll edib içirdilir və 1 saatdan sonra
qan götürülür. Daha sonra 2 saatdan sonra qan götürülüb
qlükoza tolerantlıq testini başa vururlar. Alınmış
nəticələr aşağıdakı cədvələ uyğun yoxlanılır.
İnsulin:
Mədəaltı vəzin β-hüceyrələri tərəfindən ifraz olunan
insulin hormonu orqanizmdə karbohidrat mübadiləsini
tənzim edir. Şəkərli diabet xəstəliyində, hipoqlikemik
vəziyyətin diaqnostikasında, piylənmədə, mədəaltı
vəzin xərçəngində (insulinoma), metobolik sindromda
və yumurtalıqların polikistoz sindromunda qanda
insulinin miqdarının yoxlanılması vacib şərtdir.
Bəzi hallarda isə şəkərli diabetin müalicəsi zamanı
qanda insulinin səviyyəsini bilməklə müalicə taktikası
dəyişib oral preparatlardan istifadəyə keçə bilər.
Müayinə səhər acqarına həyata keçirilir. Bir sıra
dərman preparatları (aminturşuları, kalsium qlükonat,
peroral kontraseptlər, prednizolon, xinidin, fenobarbital
və s.) insulinin diaqnostikasına mənfi təsir göstərir.
İnsulin testi “Synlab Azərbaycan” laboratoriyalar
şəbəkəsində 1 saat ərzində tam avtomatlaşdırılmış
Cobas e 411 (Roche) avadanlığında müayinə olunur.
Qlükozalaşmış hemoqlobin:
Amerika Diabet Assosasiyasının prezidenti doktor
Frensis Kaufman I və II tip Şəkərli Diabeti kontrolda
saxlamaq üçün Qlükozalaşmış hemoqlobinin əvəzsiz
rolu olduğunu qeyd etmişdir. Doktor Devid Qoldşteyn
isə Şəkərli Diabetin müalicəsində Qlükozalaşmış
hemoqlobinin səviyyəsini yoxlamağının həlledici
rola malik olduğunu sübut etmişdir. Qlükozalaşmış
hemoqlobin nədir və nəyə görə onu yoxlayırlar?
Eritrositlərin daxilində qlükoza və hemoqlobinin
hər zaman qeyri-fermentativ reaksiyası gedir. Bu
reaksiya eritrositin bütün həyatı boyu (120 gün)
ərzində gedir. Əmələ gələn Qlükozalaşmış hemoqlobinin
bir neçə variantı var; HbA1a, HbA1b, HbA1c. Sonuncu
forma şəkərli diabetin diaqnostika və müalicəsində
əhəmiyyətlidir. Qanda qlükozanın səviyyəsi yoxlandıqda
informasiya yalnız həmin günü əhatə edirsə, Qlükozalaşmış
hemoqlobin isə orqanizmin tam bir kvartal üzrə diabetik
(qanda şəkərin) vəziyyətini xarakterizə edir.
HbA1C qanda miqdarı sutkanın vaxtından,
fiziki yüklənmədən, dərman qəbulundan, pasiyentin
emosional durumundan qətiyyən asılı deyil. Analiz
verilən zaman məsləhət görülür ki, pasiyent yalnız
acqarına olsun. Şəkərli diabet, dəmir defisitli
anemiyalar, splenoektamiyalar zamani Qlükozalaşmış
hemoqlobinin səviyyəsi qalxmış olur. Hipoqlikemiya,
Hemolitik anemiya, qanaxmalar zamanı Qlükozalaşmış
hemoqlobin aşağı olur. HbA1C testi “Synlab Azərbaycan”
laboratoriyalar şəbəkəsində 1 saat ərzində tam avtomatlaşdırılmış
Cobas e 411 (Roche) avadanlığında müayinə olunur.
C-peptid (Connecting peptide):
Proinsulin molukunun alfa və betta (beta) zəncirləri
arasında yerləşən fraqment peptid-birləşdirici xarakter
daşıdığına görə bu zülal belə adlanır ---C-peptid
(Connecting peptide). Mədəaltı vəzin ß-hüceyrələri
tərəfindən insulinlə birgə hasil olur və bir yerdə
qana keçir. C-peptid və insulin qana ekvimolyar
şəkildə ifraz olnur. Amma qanda insulinə nisbətən
C-peptid daha stabil olduğuna görə Şəkərli diabetin
diaqnostikasında mühüm rol oynayır. Bundan başqa
I və II tip Şəkərli diabetin differensial
diaqnostikasında, sonsuzluq (yumurtalıqların polikistozu),
insulinoma, qaraciyər və mədəaltı vəzin bir sıra
xronik xəstəliklərində C-peptid əvəzolunmaz testdir.
Digər biokimyəvi testlər kimi bu testi də acqarına
vermək lazımdır. “Synlab Azərbaycan” laboratoriyalar
şəbəkəsində 1 saat ərzində həyata keçirilən C-peptid
1.1-4.4 ng/ml norma sərhədinə malikdir.
Şəkərlə yüklənmə zamanı qanda C-peptidin səviyyəsini
təyin etməklə pasiyentin insulindən asılı olub-olmamağı
aşağıdakı qrafik təsvirdən də görünür. Bu baxımdan
C-peptid testi diabetoloqlar üçün müalicə zamanı
terapevtik tədbirlər görülməsində mühüm əhəmiyyətə
malikdir.

“Synlab laboratoriyaları” Sizə uzun illərin təcrübəsinə
və beynəlxalq elmi əməkdaşlığa əsaslanan yüksək
dəqiqlikli laboratoriya diaqnostikası təklif edir.
http://www.az.synlab.de/