Təqvim
Hava

 

Linklər

Netty Winner 2010
Sizin reklam burada!
webmaster@diabet.az

 

KETON CİSMLƏRİN TƏYİNİ
KƏSKİN XƏSTƏLİKLƏR VƏ DİABET

 

KETON CİSMLƏRİN TƏYİNİ
Keton cimslər orqanizmdə energetik məqsədlə yağların parçalanması zamanı əmələ gəlir. Əgər orqanizm enerji almaq üçün qlükozanı qəbul edə bilmirsə, onda yağlardan istifadə edir. Bu hal I tip şəkərli diabetdən əziyyən çəkən şəxslərdə aşağıdakı səbəblərdən yarana bilər:
Qanda şəkərin miqdarının çox olması. Qanda şəkərin miqdarının çox olması qanınızda qlükozanın həddən çox artması və insulinin çatışmamazlığı göstərir. Şəkərin enerketik məqsədlə istifadə edilməsi üçün mütləq insulin lazımdır. Əgər insulin çatışmazlığı varsa şəkər istifadə olunmadığı üçün energetik məqsədlə yağlar yanmağa başlayır.
Fiziki aktivlik. Əgər siz fiziki hərəkətlər edirsinizsə, bədəniniz çox enerji tələb edir. Əgər insulin çatışmazlığı varsa, şəkər istifadə olunmadığı üçün fiziki hərəkətlər zamanı energetik məqsədlə çox miqdarda yağlar yanmağa başlayır.
Stress. Stress fiziki və psixi səbəblərdən ola bilər. Fiziki Stress cərrahi əməliyyatda ola bilər. Psixi stress, çox hallarda, məsələn imtahan qabağı yaşana bilər. Stressin növündən aslı olmayaraq onunla orqanizmin mübarizə aparması üçün enerji tələb olunur. Bu zaman bədəninizə lazım olan enerji şəkər normal mənimsənilmədiyi halda, yağların yanmağından alınmağa başlayır.
Kəskin xəstəliklər. Sizdə soyuqlama, boğaz ağrıları, qızdırma və infeksion xəstəliklər ola bilər. Həzm pozğunluğu və ishal ola bilər. Xəstələndikdə, xəstəliklə mübarizə aparmaq üçün sizin bədəninizə əlavə enerji lazım gəlir. Bu enerjinin də bir hissəsi yağların hesabına əldə edələ bilər.
Hamiləlik. Hamiləlik zamanı orqanizmin eneji tələbatı adi vəziyyətə nisbətən iki dəfə artıq olur. Əgər hamiləlikdə kifayət qədər qidalanmırsınızsa, bədəniniz əlavə enerjini yağların hesabına əldə etmək məcburiyyətində qalır.

KETON CİSMLƏR ORQANİZMİNİZDƏ NƏ KİMİ FƏSADLAR TÖRƏDƏ BİLƏR.
Əgər orqamizminiz həddən artıq çox və tez yağ istifadə edirsə, qanda keton cismlərin miqdarı artır. Keton cisimlər qanın turşuluğunu artırır. Turşulaşmış qan orqanizminizdə kimyəvi balansı pozur. Keton cismlər sidiklə xaric olmağa başlayır.
Əgər qanda şəkərin miqdarı yüksəkdirsə, o da sidiklə xaric olmağa başlayır. Qlükoza sidiyi daha da qatı edir. Orqanizm hər yerdən suyu alıb sidiyi durulaşdırmağa çalışır. Bununla da siz gün ərzində çox miqdarda sidik ifraz edirsiniz. Bu vəziyyətdə bədəndə susuzlaşma baş verir. Əgər sizdə susuzlaşma və eyni zamanda qanda çox miqdarda keton cisimlər varsa ketoasidoz inkişaf edə bilər. Ketoasidoz həyat üçün təhlükəlidir. Ketoasidozun əmələ gəlməsinə 6 saat kifayətdir.
I tip diabetdən əziyyət çəkən xəstələrin əkksəriyyətində ketoasidoz meydana gəlir. Diabetdən əziyyət çəkən şəxslər ketoasidozun ilk əlamətlərini hiss etdikdə müvafiq tədbirlər görməlidirlər.
Ketoasidozun əlamətkləri
Ağızda quruluq
Qızdırma
Güclü susuzluq
Yorğunluq
Ağızdan aseton iyinin gəlməsi
Əzginlik
İştahın itməsi
Tez-tez sidik ifrazı
Ürəkbulanma
Tənəffüsün çətinləşməsi
Qusma
Qarında ağrı
Quru və qızarmış dəri

SİDİKDƏ KETON CİSMLƏRİN TƏYİNİ
Əgər sizdə ketoasidoz varsa, xəstələnmisinizsə, hamiləsinizsə və ya stress keçirirsinizsə qanda keton cisimləri yoxlayın. Qanda şəkərin miqdarı 250 mg/dl yuxarı olduqda da, xüsusən fiziki hərəkətlər edirsinizsə, mütləq sidikdə keton cisimlərin miqdarını yoxlayın.
Keton cismlərin yoxlanılması dəsti üç formada olur - lenlər, tabletlər və zolaqlar.
Bu keton cismləri sidikdə təyin edən dəst apteklərdə reseptsiz buraxılır. Təlimata əməl edin. Keton cismlərin düzgün təyin olunmasını sizi müayinə edən həkimdən dəqiq öyrənin.
Sidikdə keton cismlər adətən aşağıkakı kimi təyin olunur:
1.Lentin müəyyən olunmuş hissəsini sidiyə batırın və ya xüsusi tabletin üzərinə bir neçə damcı sidik əlavə edin.
2.Lent və ya tabletin rənginin dəyişməsinə fikir verin. Təlimata görə gözləmək lazımdır. Bu müddət 10 saniyədən 2 dəqiqəyə kimi ola bilər.
3.Tablet və ya lentin üzərindəki rəngi qutunun üzərindəki rənglə müqayisə edin.
4.Nəticəni qeyd edin. Bu qeyddə tarix, nəticə və xüsusi qeydlər (məsələn insulin vurmaq yaddan çıxıb) əks olinmalıdır.

NƏTİCƏLƏR NƏYƏ LAZIMDIR
Əgər müayinələrin nəticələri az miqdarda keton cisimlərin olmasını və ya izinin müşahidə olunmasını göstərirsə:
1. Hər saatdan bir bir stəkan su için.
2. Hər 3-4 saatdan bir sidikdə keton cisimlər və qanda şəkərin miqdarını təyin edin.
3. Əgər son iki ölçmə zamanı qanda şəkərin və sidikdə keton cisimlərin miqdarı yüksəkdirsə, həkiminizlə əlaqə saxlayın.
Əgər müayinə zamanı çox miqdarda keton cismlər müşahidə olunarsa:
1.Təcili həkiminizlə əlaqə saxlayın ! Gözləməyin ! Heç nəyi gözləməyin, sidikdə keton cismlərin miqdarı daha da arta bilər.


Başlanğıca



KƏSKİN XƏSTƏLİKLƏR VƏ DİABET
Əgər siz soyuqdəymə ilə xəstələnmisinizsə və ya qrip olmusunuzsa, diabetin konpensasiyası pozula bilər. Ola bilər ki, adətiniz üzrə qida qəbul edə bilmir, diabet əleyhinə tabletlər və ya insulin qəbul edə bilmirsiniz. Əgər xəstələnmisinizsə, qanda şəkər həddindən çox qalxa və ya normadan aşağı ola bilər. Sizi müayinə edən tibb işçisi xəstəlik dövründə və ya xəstəlikdən əvvəl sizə uyğun müalicə sxemi tərtib edə bilər.


Kəskin dövrdə müalicə sxemi aşağıdakı kimi olmalıdır:
• Hansı dərmanlar qəbul olunmalıdır.
• Nə yeməli və içməli.
• Qanda şəkərin miqdarı nə vaxt və neçə dəfə ölçülməlidir.
• Müalicə həkiminizə nə vaxt zəng etməli və nə deməli.

HANSI DƏRMANLARI QƏBUL ETMƏK LAZIMDIR
Yalnız sizi diabetdə görə müalicə edən həkim nə kimi dərmanlar lazım olduğunu deyə bilər. Çox güman ki, əvvəlki kimi insulin və ya diabet əleyhinə tabletlər qəbul edəcəksiniz. Əgər diabeti insulinlə kompensasiya edirsinizsə, yəqin ki, əvvəl istifadə etdiyiniz dozanı dəyişmək lazım gələcək. Əgər diabeti düzgün qidalanma və hərəkətlər və ya diabet əleyhinə tabletlərlə kompensasiya edirsinizsə, ola bilsin ki, həkiminiz dieta ilə birlikdə sadə insulində təyin etsin. Kəskin xəstəlik zamanı digər dərmanlarda qəbul etmək mümkündür.
Bu dərmanlardan bəziləri qanda şəkəri yüksəldə, digərləri isə normadan aşağı sala bilər. Müalicə həkimi və ya farmasevtdən dərmanların qanda şəkərin miqdarına necə təsir etdiyini soruşun.

NƏ YEMƏLİ VƏ NƏ İÇMƏLİ
Əgər bacarırsınızsa kəskin xəstəlik fonunda öz adi rejiminizlə qidalanın. Əgər bu mümkün deyilsə, tibb işçisinin təyin etdiyi kəskin xəstəlik zamanı lazım olan qida rejiminə uyğun olaraq qidalanın. Bu siz tərəfdən asan həzm olunan yeməklər ola bilər. Sizin kəskin xəstəlik zamanı lazım olan qida məhsullarını nəzərdən keçirin. Əgər sizdə qızdırma, ürək bulanma, qusma və ya ishal varsa mütləq çox miqdarda maye qəbul edin. Çalışın hər saatdan bir bir fincan maye qəbul edəsiniz. Əgər sizin qanınızada şəkərin miqdarı 250 mg/dl yüksəkdirsə, şəkərsiz maye (məsələn adi su), kofeinsiz çay, şəkərsiz impir pivəsi və ya bulyon (toyuq, inək və ya meyvə) qəbul edin. Əgər qanda şəkərin miqdarı 250 mg/dl-dən azdırsa, tərkibində 15 qr. Karbohidrat olan maye qəbul etmək olar.

QANDA ŞƏKƏRİN MİQDARINI VƏ SİDİKDƏ KETON CİSMLƏRİ HANSI TEZLİKLƏ TƏYİN ETMƏLİ
Adətən kəskin xəstəlik zamanı qanda şəkərin və sidikdə keton cismlərin miqdarını tez-tez təyin etmək lazım olur.
Kəskin xəstəlik zamanı müalicə sxeminə əsasən müayinələrin tezliyi təyin edilməlidir.
Əgər sizdə I tip şəkərli diabet varsa, qanda şəkər və sidikdə keton cismlər hər 3-4 saatdan bir təyin edilməlidir.
Əgər sizdə II tip şəkərli diabet varsa, qanda şəkər gün ərzində 4-5 dəfə təyin edilməlidir.

HANSI HALLARDA HƏKİM ÇAĞIRMALI
Həkimi aşağıdakı hallarda çağırın:
• Əgər artıq iki gündür xəstəsinizsə və heç bir yaxşılaşma yoxdursa,
• Qanda şəkərin miqdarı 250 mq/dl-dən çoxdursa,
• 6 saatdan çox qusma və ishal davam etdikdə
• Qanda şəkərin miqdarı 60 mq/dl-dən azdırsa,
• Sidikdə çox miqdarda keton cisimlər aşkarlanıbsa,
• Sizdə bu aşağıdakı əlamətlər varsa,
- Döşdə ağrı
- Boğulma
- Ağızdan aseton iyinin gəlməsi və dodaqların quru, çatlaq olması
• Siz necə müalicə olunacağınızı bilmirsinizsə.

MÜALİCƏ HƏKİMİNƏ NƏ DEMƏLİ
Həkiminizə deyəcəyiniz sözləri qeyd edin:
• Siz çoxdanmı xəstələnmisiniz
• Siz hansı dərmanları və nə qədər qəbul etmisiniz.
• Siz qida və maye qəbul edirsinizmi və nə qədər
• Sizdə qusma və ya ishal olubmu
• Siz arıqlamısınızmı
• Sizin bədən temperaturunuz neçə olur.
• Sizin qanınızda şəkərin miqdarı neçə olur
• Sizin sidikdə keton cismlərin miqdarı nə qədər olur.
Bayram və istirahət günləri və ya axşam vaxtlarında bu sahə ilə məşğul olan mütəxəsis və onu əvəz edən şəxsi necə tapmaq mümkün olduğunu dəqiqləşdirin. Əgər sizi müayinə və ya müalicə edən həkim deyil, başqasına müraciət etmək məcburiyyətindəsinizsə, ona sizdə şəkərin olması barədə məlumət verin.

FİZİKİ HƏRƏKƏTLƏRİ NECƏ DAVAM ETMƏLİ
Kəskin dövrdə fiziki hərəkətlər qanda şəkərin miqdarını yüksəldə və ya əksinə, azalda bilər. Əgər xəstəlik zamanı fiziki aktivsinizsə, bu, sağalmanı ləngidə bilər. Hətta bronxit və ya yüngül sətəlcəm də olmaq ehtimalı vardır. Əgər sizdə kəskin xəstəlik varsa, fiziki hərəkətlərdən bir qədər çəkinin. Həkiminizdən nə vaxt fiziki hərəkətlərə başlamaq lazım olduğunu öyrənin. Belə ki, xəstəlikdən sonra fiziki formanızdan uzaq ola bilərsiniz. Çalışın az intensivli idman hərəkətləri edəsiniz, bunu az müddətli və qeyri-mütəmadi edin.


 


www.diabet.az © 2010•   Müellif hüquqları qorunur. Məlumat istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.