Alqoritm 1

Просмотров: 10519

 

1. Şəkərli diabetin tərifi və onun təsnifatı.

Şəkərli diabet – bu insulin sekressiyasının və ya insulinin təsirinin defekti və ya hər iki faktorun birlikdə təsirinin nəticəsində yaranan, hiperqlikemiya ilə xarakterizə olunan metabolik(mübadilə) xəstəliklər qrupudur.

Şəkərli diabetin təsnifatı.

Şəkərli diabetin tipi
Xəstəliyin xüsusiyyəti
1-ci tip şəkərli diabet
Autoimmun
Idiopatik
Bir qayda olaraq tam insulin çatışmamazlığına gətirib çıxardan mədəaltı vəzin β-hüceyrələrinin destruksiyası.

 

2-ci tip şəkərli diabet
Insulinrezistentliyin üstünlüyü ilə və nisbi insulin çatışmamazlığı və ya insulin sekressiyasının defektinin üstünlüyü ilə birlikdə insulinrezistentlik və ya yalnız insulin sekressiyasının defekti.
Hestasion şəkərli diabet
Hamiləlik vaxtı muşahidə olunur
Şəkərli diabetin başqa tipleri
• β-hüceyrələrinin funksiyalarının genetik qüsurları
• insulinin təsirinin genetik qüsurları
• mədəaltı vəzin ekzokrin hissəsinin qüsurları
• endokrinopatiyalar
• dərman preparatları və ya kimyəvi preparatlar tərəfindən
yaradılan diabet
• infeksiyalar
• diabetin immuno-vasitə ilə meydana çıxan qeyri-adi formaları
• şəkərli diabetlə birgə gedən digər genetik sindromlar