19.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Qidalanma

Heç kimə sirr deyil ki, piylənmə müasir dövrun, xüsusi ilə də diabetli insanların problemlərindən biridir. Artıq çəkidən dünya əhalisinin 9%-30%-i əziyyət çəkir. Artıq çəkili insanların şəkərli diabetle xəstələnmə riski digərlərinə nisbətən 3 dəfə artqdır.
Həmçinin artıq çəkili insanlarda ürəyin işemik xəstəliyi ilə xəstələnmə riski 2-3 dəfə artıqdır. Çəkinin normaya salınması və ya azalması, artıq çəkili insanlar üçün çox vacib faktordur, beləki artıq çəki insulinə həssaslığı azaldır. Bundan başqa artıq çəki ağrı hissinin əmələ gəlmsinə, hərəkətin məhdudlaşmasına və nəticədə insanın özünə mənfi yanaşmağa, depressiyaya və emosional strese səbəb olur.

Heç bir xəstəlik şəkərli diabet kimi diyetadan asılı deyildir.


Yüngül formalı diabetdə qidalanma yeganə müalicəvi faktordur, şəkərli diabetin orta və ağır formalarında isə - müalicənin əsas şərtidir. Müəyyən qidalanma qaydalarına əməl etməklə siz nəyinki qəddi-qamətli olacaqsınız, hətta sizin əhval-ruhiyəniz, özünə hörmətiniz artacaqdır.
Əgər əhalinin əsrin əvvəlindəki qida tərzinə nəzər salsaq görərik ki, qidalanmanın sutkalıq kaloriliyinin 20-25%-ni yağlı qida təşkil edirdi. Aparılmış tədqiqatlar göstərir ki, hal-hazırda isə yağlı qidanın payı ümumi kalorinin 40-60%-i təşkil edir (normada 30%-ə qədərdir).
Qida karbohidratlardan, zülallardan, yağlardan ibarətdir. Yuxarıdakı makroelementlər adlananlardan başqa bizə az miqdarda vitaminlər, minerallar və mikroelementlər də lazımdır. Beləki qəbul etdiyimiz qidalardan aldığımız enerjinin 55-60% karbohidratların, 11-15% züllaların, 30% isə yağların hesabına olmalıdır.

Su - qida tərkibinin 3-cü elementidir. Makroelementlər bizə enerji verir, onlar bədən üzvülərinin mühafizəsində, möhkəmlənməsində və bərpasında lazımdır. Vitaminlərin böyük hissəsi və bir çox minerallar orqanizmdə gedən kimyəvi proseslərin requlyasiyasına kömək edir; digər mineral maddələr orqanizmdə bütün toxumaların, o cümlədən sümüklərin, dişlərin və qanın formalaşmasında iştirak edir. Suyun isə əsas funksiyası qan dövranı sistemini maye ilə təmin ətməkdi.

Bunu bilmək lazımdır! Bütün bitkilərdə olan və onlardan hazırlanan yeməklərin tərkibində olan karbohidradlar orqanizmin əsas enerji mənbəyidir. Karbohidratlardan, züllalardan və yağlardan alınan enerjinin miqdarı kaloriylə ölçülür. Qidaların kaloriliyi onun laborator şəraitdə kalorimetr adlanan cihazda həmin qidaların yanması nəticəsində ayrılan istinin ölçülməsi ilə təyin olunur.
Qidanın kaloriliyi ilə qanda şəkərin miqdarı arasında bir başa əlaqə yoxdur. Karbohidratlardan başqa vacib enerji mənbəyinin biri də yağlardır. Züllalar isə orqanizmin hissələri üçün əsas tikinti mənbəyı olub, dəri, vətərlər, bağlar, qan hüceyrələri və beyin üçün də istifadə olunur , enerji mənbəyi kimi isə çox zəifdir.
Tərkibində yüksək miqdarda yağlar olan qida məhsuları ürək xəstəliklərinin əmələ gəlməsinə səbəb olur ki, buda diabetiklərdə özünü daha qabarıq göstərir. Hal-hazırda diabetli xəstələrə tərkibində mürrəkəb karbohidratlar olan, sellülozalı və az şəkərli, yağlı qida məhsulları məsləhət görülür.
Beləliklə düzgün qidalanma prossesi şəkərli dibetin müalicəsində kifayət qədər effektli, çox vacib və mürrəkəb amildir.Diabetli xəstələr mütəxxəsisin köməyi ilə öz qidalanmalarını cox dəqiqliklə planlaşdırmalıdırlar.
Buna görədə özümüzü ələ alıb düzgün qidalanmağa başlayırıq.
Hər şeydən əvvəl gündəlik qida rasionunu mükəmməl öyrənirik, düzgün qidalanmağımızı təhlil edirik.

Qidalanmanın əsas qaydaları.
1. Birinci qayda-Müntəzzəm qidalanın! ən azı gündə 3 dəfə
2. Sellüloza ilə (kletçatka) zəngin qidalardan, tərkibində nişasta çox olan qidalardan istifadə edin-kəpəki undan bişmiş çörək, paxla, noxud, mərci. Bu cür qida şəkərin sellüloza tərəfindən sorulmasını ləngitdiyi ücün qanda şəkərin az miqdarda artmasına səbəb olur.
3. Tərkibində şəkər olan ickilərin, şokoladların, şirniyyatların, bişintilərin istifadəsindən imtina etməli.
4. Sellüloza və vitamin almaq üçün çoxlu miqdarda tərəvəz və sutkada 300 qramdan artıq olmamaq şərtilə meyvə yemək lazımdır.
5. Tərkibində çoxlu şəkər olan quru meyvələri az miqdarda, sutkada 20qram olmaqla yemək lazımdır.
6. Yağların istifadəsinə nəzarət edin. Orqanizmə lazım olan kalorinin yalnız 10 faizi yağların hesabına odənilə bilər.Yağlar ürək xəstəliklərinə meylli olan diabetiklərin bu xəstəliyini artıra bilər.
7. Duzun miqdarını azaldın. Onun artıqlığı arterial təzyiqin artmasına səbəb olur.
8. Sutkada tünd spirtli içkilərin miqdarı 50-100 ml mümkündür. Yaxşısı isə spirtli içkilərdən tamamilə imtina etməkdir
9. Nışastalı və ya şəkərli qida məhsuları yəni şokoladlar, piroqlar, meyvələr, mürəbələr, kartof, ağ çörək qanda şəkərin miqdarını artırır. Normal vəziyyətdə balans mədəaltı tərəfindən ifraz olunan hormon-insulin tərəfindən bərpa olunur.

Beləliklə qidalanmanın əsas qaydaları sizə məlumdur və bunun əsasında özün üçün gündəlik rasion tə'yin olunmalıdır. Beləki, balanslaşdırılmış qidalanma özü özlüyündə müalicədə ən keyfiyyətli vasitədir. Tamamilə sübut olunmuşdur ki, səmərəli qidalanma bir çox xəstəliklərin müalicə və profilaktikasında cox əhəmiyyətli vasitə olub, diabetdə isə müalicənin başlıca faktorudur.
Qidaya yalnız enerji və ya karbohidrat mənbəyi və ya tikinti materialı kimi yox, həm də bioloji aktiv maddələr, vitaminlər, fermentlər, mikroelementlər mənbəyi kimi də baxmaq lazımdır.
Yuxarıda qeyd etdiyimiz kimi, qida yağlar, zülallar və karbohidratlar qarışığıdır.



Karbohidratlar əsas enerji mənbəyidir. Məsləhət görülür ki, aşağı qlikemik indeksli (yaxşı karbohidratlar) ərzaqlardan istifadə olunsun, beləki onlar tədricən həzm olunur və qanda şəkərin normal səviyyədə qalmasını təmin edir. Bütün karbohidratlar şəkərdirlər, lakin onlar ölçüləri və qida xüsusiyyətləri ilə fərqlənirlər. Təmizlənmiş və ya emal olunmuş ərzaqlar; konfetlər, bir çox alkoqolsuz içkilər, qənd qlukoza və saxaroza adlanan sadə şəkər mənbəyidir. Bu həddindən artıq kalorili olub, lakin az qidalıdırlar. Onların həddindən çox istifadə olunması insana böyük kalori verir ki, orqanizmdə onu istifadə edə bilmədiyi üçün, artığı piyə çevirir. Mürəkkəb karbohidlatlar şəkərlər zəncirindən ibarət olub, bitki qidalarının tərkibində böyük hissəsi kraxmal yaradır. Bunlardan kartofu, makaronu, çörəyi, düyünü, həmçinin bir çox tərəvəzləri və paxlaları göstərmək olar. Həzm etmə prossesində mürəkkəb karbohidratlardakı şəkərlər zənciri sadə şəkərlərə parçalanır. Lakin mürəkkəb karbohidratlarla zəngin olan qida maddələri saxarozalı digər qida məhsullarından fərqli olaraq çoxlu vitamin və mineral duzlarla zəngindir, bəzən tərkibində zülallarda olur.

Yağlara gəldikdə isə bununda istifadəsinin öz qaydaları var. Tədqiqatlar göstərir ki, diabetli xəstələrə heyvani yağlardan istifadə məsləhət deyildir, lakin bitki yağlarını menyuya daxil etmək lazımdır. Lakin əgər siz artıq çəkidən əziyyət çəkirsinizsə, istənilən yağın miqdarını azaltmaq lazımdır.

Zülallar. Biz hamımız lazım olandan çox zülal istifadə edirik. Bu ət, yumurta, soyadır. Dietoloqlar belə hesab edilər ki, zülal bizim qidamızın 20%-ni təşkil etməlidir.

 

 


 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla