19.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Şəkərli diabet nədir?

Şəkərli diabet nədir?

Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir.
Diabet, xroniki insulin çatışmamazlığından əmələ gəlir. Insulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Karbohidrad mübadiləsinə insulin, qlükozanın orqanizmin hüceyrələrinə daxil olması ilə, qlükozanın orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması ilə və qlükoqen sintezi ilə tə'sir edir. Eyni zamanda o karbohıdraTların parçalanmasının qarşsını alır. Zülal mübadiləsinə insulinin təsiri, zülal, nuklein turşularının sintezini gücləndirməkdən və zülalın parçalanmasını ləngitməkdən ibarətdir. Insulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir ve yağların parçalanmasını ləngidir. Insulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir.
Insulinin işinin pozulması onun hazirlanmasının çatışmamazlığı ilə, və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. Insulin hasil edən Langerhans adacıqlarının mədə altı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmamazlığını əmələ gətirir və insulin çatışmamazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20%-ə qədər azalır və ya tam sıradan çıxırlar.

2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və/və ya insulinin çatışmamazlığı nəticəsində əmələ gəlir. Qanda insulinin normal və ya artıq olması, lakin orqanizmin hüceyrələrinin ona həssaslığının olmaması, insulinin tə'sir edə bilməməsi insulin rezistentlik adlanır. Insulin çatışmamazlığı zamanı qlükozanın hüceyrələrə daxil olması azalır, nəticədə qanda qlükozanın mənimsənilməsinin alternativ yolları aktivləşir ki, buda orqanizmin toxumalarında sorbitol, qlükoz-amin qlükoqonların, qlikoqemoqlabinin toplanmasına gətirib çıxarır. Sarbitol kataraktanın yaranmasına, xırda arteriya damarlarının – arteriol ve kapilyarların işinin (mikroanqenopatiya), sinir sisteminin funksiyalarının pozulmasına (neyropatiya) gətirib çıxarır. Qlükoz-amino qlükoqonlar oynaqların zədələnməsinə səbəb olur. Lakin qlükoza mənimsənilməsinin alternativ yolu enerji almaq üçün kifayət deyildir. Zülal mübadiləsinin pozğunluğu zülal birləşmələrinin sintezinin pozulmasına və zülalın parçalanmasının aktivləşməsinə gətirib çixarır. Bu əzələ zəifliyinə, ürək və skelet əzələlərinin işinin pozulmasına səbəb olur. Yağların perikis turşulaşması güclənir, damarları zədələyən toksik məhsullar toplanır. Qanda keton cisimcikləri adlanan mübadilə məhsulları artır.

1-ci tip şəkərli diabet əmələ gəlməsi səbəbinə görə bölünür:
• autoimmun şəkərli diabet
• idiopatik şəkərli diabet

Autoimmun şəkərli diabet immun sistemin pozğunluğu nəticəsində yaranır. Bu vaxt orqanizmdə Langerhans adacıqlarının insulin hasil edən hüceyrələrini zədəliyən antitellər yaranır. Autoimmun prosesin inkişafına virus infeksiyaları, bəzi toksik maddələrin təsiri (nitrozaminlər, pestisidlər) səbəb olur.
1-ci tip idiopatik şəkərli diabetin səbəbləri məlum deyildir.
2-ci tip şəkərli diabetin əmələ gəlmə səbəbləri irsi meililik və xarici faktorlardır. Irsi meililik vacib rol oynayır, lakin mühüm əhəmiyyət kəsb edən xarici muhit faktorlarıdır.
Sadalanan faktorlara baxaq:

• Qenetik. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir.

• Piylənmə. Bədən çəkisinin artıqlığı ve piy toxumasi miqdarının, xüsüsi ilə qarın nahiyəsində çoxluğu (abdominal tip) orqanizm toxumalarının insulinə həssasliğını azaldır ki, buda şəkərli diabetin əmələ gəlməsini asanlaşdırır.

• Qidalanma pozulmaları. Çoxlu miqdarda karbohidratlı və sellüloza çatişmamazliği olan qidaların qəbulu piylənməyə və şəkərli diabetin artmasına gətirib çıxarır.

• Xroniki stressler. Stress halları qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur ki, buda şəkərli diabetin inkişafina şərait yaradır. Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə həsaslığinı azaldır. Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonlari, sidikqovucu preparatlar, xüsusi ilə tiazid diuretikləri, bəzi hipotenziv preparatlar ve şişə qarşi dərman maddələri aiddir.

• Autoimmun xəstəliklər (autoimmun tiroidit, böyrəküstü vəzin çatişmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradır.
Qanda şəkərin ac qarına səhər 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasında olması norma sayılır. Qlukozanın miqdarının acqarına 110 mq%-den yuxarı olması şəkərli diabetin olmasını göstərir. Diabetin diaqnozunun təsdiq edilməsi üçün digər günlərdə qlükoza qanda təyin olunmali ve lazım olarsa qlükozaya tolerantlıq testi keçirməli və qanda qlikoqemoqlabin təyin olunmalıdır.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla